Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir .....                     Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi .....                     Neftin qiyməti yenə 110 dollara yaxınlaşır .....                     ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... .....                     İran neft hasilatını dayandırır .....                     Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili... .....                     Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... .....                     Vaqif Axundova ağır itki .....                     Azərbaycan–Çexiya münasibətləri inkişafdadır .....                     Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır .....                     Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... .....                     Azərbaycan Ordusu Ermənistanı qoruyacaq .....                     Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı .....                     Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır .....                     Təhsilimizin Eşqi Bağırov adlı problemi... .....                     Ferma müdiri yoxsa Xəstəxana direktoru .....                     Azərbaycanda mühüm vəzifə ləğv edilir? .....                     İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam .....                     "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." .....                     "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." .....                     Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... .....                     İRİA-da nə baş verir? .....                     Günün fotosu SOCAR-dan... .....                     Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... .....                     İranda iki aydır ki, internet yoxdur .....                     Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... .....                     Gəncədə başçının bu küçədən xəbəri varmı... .....                     Qapısı tez-tez döyülən Azərbaycan... .....                     Avropa liderləri niyə Azərbaycana üz tutur? .....                     “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” .....                     Ağdamda məktəb direktoru AT OYNADIR .....                     Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ .....                     Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil .....                     "Effekt- İnşaat"ın binası təhlükə saçır .....                     "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" .....                     Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir .....                     Azərbaycanda pensiyaçılar niyə azalır? .....                     Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR .....                     “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi .....                     AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma .....                 

Məmur-oliqarx, milyonçular dövlətə və xalqa qarşı - Oğurluq və ya doğurluq yolnan əldə edilənlər...
Tarix: 19-12-2014, 15:52 | Çap et
Məmur-oliqarx, milyonçular dövlətə və xalqa qarşı
Artıq birinci dəfə deyil, amma sonuncu olmasına zərurət var. Söhbət bir çox varlı oliqarx-məmur və biznes adamlarının uşaqlarının cəmiyyətə qarşı açıq hörmətsizlik və saymazlıq nümayiş etdirmələrindən gedir. 2 gündür saytlarda və sosial şəbəkələrdə "Lamborghini" avtomobilinin qanunlara məhəl qoymadan, gah dövlət nömrə nişanı ilə, gah da nömrə nişansız В«seyrangaha çıxmasınВ»ı təsdiqləyən görüntülər yayılır. Seyrangah demişkən, keçmiş zamanlarda bəyzadələr, xanzadələr at belində meşələrə, ormanlara qırqovul ovuna çıxardılar. İndi isə, 21-ci əsrin Bakısında atasının pulu-malı gözünü tutan uşaqlar dəyəri yüz minlərlə qiymətləndirilən avtomobillərdə В«seyrangahaВ» çıxırlar.

Mətbuatda yayılan məlumata görə, "Lamborghini" "Baku Steel Company"nın prezidenti Rasim Məmmədovun maşınıdır. Avtomobilin həqiqətən, R.Məmmədova məxsus olub-olmadığını dəqiq bilməsək də, bu, iş adamlarının var-dövlət nümayişinə dair ilk xəbər də deyil. Hər halda, avtomobilin sahibinin kimliyini müəyyənləşdirmək aidiyyəti dövlət orqanlarının əlində asan işdir. В«Od olmayan yerdən tüstü çıxmazВ» deyimini də bu məlumata şamil etsək, bu cür xəbərlərin yox yerdən yayıldığını iddia etməyə əsas yoxdur. Həmin avtomobilin həqiqətən kimə məxsus olması, dövlət nömrə nişanı olmadan qanunları hansı səviyyədə pozmasının aydınlaşıdrılması, qeyd etdiyimiz kimi, müvafiq dövlət orqanlarının işidir. Ümid edək ki, qanunlara hörmətsizlik nümayiş etdirən digərləri kimi, bu avtomobilin sahibi barəsində də lazımi tədbir görüləcək...

Məmur-oliqarx, milyonçular dövlətə və xalqa qarşı

“Mənim vertolyotum da var...”

Bir vaxtlar, illər əvvəl, Azərbacyanda yalnız yüksək vəzifəli məmur balalarının özbaşına, ərköyün hərəkətləri barədə məlumatlar yayılırdı, belə faktlar müzakirə olunurdu. Təbii ki, qınağa da səbəb olurdu. Son vaxtlarda məmurlarla yanaşı, В«iş adamıВ» kimi özlərini təqdim edən şəxslərin də ya özlərinin, ya övladlarının başgicəlləndirici var-dövlətlərini nümayiş etdirmələri adiləşməyə başlayıb. Əlbəttə, deyə bilərlər ki, biz iş adamıyıq, bizneslə məşğul olub, pul qazanırıq, istədiyimiz şeyi ala, istədiymiz kimi də istifadə edə bilərik. Zatən belə deynələr də var. Bir müddət əvvəl В«Şərurlu İsfəndiyarВ»ın İqtisad Universitetində oxuayn tələbə oğlunun paytaxtda 650 minlik maşında gəzdiyini mətbuat yazanda o, elə belə də demişdi. İsfəndiyar Axundov oğlunun bahalı maşına sahib olması ilə bağlı suala belə cavab verdi: “Mənim vertolyotum da var. Bunun kimə nə aidiyyatı var? Həmin maşın oğlumundur. Mənim oğlum neyləyib? Şəhərdə vertolyot sürməyib ki? Maşın sürüb də. Başqa nə iş görüb?”

Məmur-oliqarx, milyonçular dövlətə və xalqa qarşı

Hə, İsfəndiyar Axundovun məntiqindən belə çıxır ki, onun oğlu şəhərdə vertolyot sürmürsə, 650 min manatlıq avtomobil sürməkdə heç bir qəbahət yoxdur... Yəni o, şəhərdə В«tikinti maqnatıВ» adını qazanıb və bu adda olan şəxsin tələbə oğlunun 650 min manatlıq avtomobildə paytaxtda gəzməsi tam normal qarşılanmalıdır.

Başçının 3,5 milyonluq villası...

Eyni məntiqlə, gözləmək olar ki, günün birində, adı nömrəsiz "Lamborghini" avtomobilində hallanan "Baku Steel Company"nın prezidenti Rasim Məmmədov da çıxıb deyər ki, burda nə qəbahət var ki? İş adamına kim qadağan edib ki, dəyəri yüz minlərə, milyona çatan avtomobil sürməsin?
Xatırladaq ki, bir müddət əvvəl Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun Novxanıda 3,5 milyon manat dəyərində villa almasına dair məlumatlar yayılanda, o da mətbuata bunu təsdiqləmiş və demişdi ki, əcəb eləyib almışam… Necə də “gözəl” deyib...

Məmur-oliqarx, milyonçular dövlətə və xalqa qarşı

İsmayıllı rayonunun keçmiş başçısı Nizami Ələkbərovun (keçmiş nazir Füzuli Ələkbərovun qardaşı) oğlunun bu ailəyə məxsus otelin qarşısında çıxartdığı oyuna görə baş verən xoşagəlməz hadisələri və bu hadisələrdən Azərbaycan dövlətinə və hakimiyyətə qarşı istifadə cəhdlərini də xatırlatmaq yerinə düşər. Eyni zamanda, bu hadisələrə görə hər iki Ələkbərov qardaşlarının aqibəti də uzaq keçmişin hadisəsi deyil.

Prezident oğlunun təvazökar həyat tərzi

Heç bir hərəkət cavabsız qalmır. Dövlət başçısı lazımi məqamda, yeri gələndə В«qudurğan məmurlarınВ» yerində oturdulmasını təmin edən sərt qərarları ilə bunu dəfələrlə sübut edib.Yeri gəlmişkən, Azərbacyan prezidenti İlham Əliyev dəfələrlə - geniş iclaslarda da, xalqla açıq görüşlərində də məmurların, onların В«gül balalarıВ»nın xoşagəlməz hərəkətlərini bəyənmədiyini, В«qudurğanlaraВ» qarşı ən sərt tədbirlər görülməsinin vacibliyini bildirib. İlham Əliyev bu dövlətin başçısı, hakimiyytəin ali rəhbəri kimi özü şəxsi nümunədir. Həyat tərzinin təvazökar keçirilməsinin müsbət tərəflərinə dair yeri gələndə, müdrik ağsaqqal kimi də tövsiyələrini verir. Şəxsi və xidməti avtomobillərdə qara pərdələrin, plyonkaların yığışdırlmasına dair göstəriş verəndə prezident özünün xidməti avtomobilində belə qara pərdənin, plyonkanın istifadə edilmədiyini bəyan etmişdi. Bundan yaxşı nümunə ola bilərmi?

İndi internet əsridir. Hər kəsin ictimai, hətta şəxsi həyatı sosial şəbəkələrdə nümayiş olunur. Prezident İlham Əliyevin oğlu, ADA tələbəsi Heydər Əliyevin bir müddət əvvəl sosial şəbəkələrdə yayılan fotolarının da nümunə olduğunu xatırlatmaq yerinə düşər. Bir tələbənin ətrafının kimliyi, hansı fəaliyyətlə məşğul olmasını məgər həmin fotolardan nümunə götürmək olmazmı? Əgər bu ölkənin prezidentinin oğlu bu cür təvazökar həyat tərzi yaşayırsa, məmur-biznesmen oliqarxlar hansı mənəvi haqla özlərinin, övladlarının malik olduqları var-dövləti, cah-cəlalı gözə soxmaqdan utanıb-çəkinmirlər?

Evində kafelli hamam arzulayanlar...

Niyə nəqliyyat naziri Ziya Məmmədovun oğlunun, qardaşı oğlunun adları gah bu, gah da digər cah-cəlallı hadisələrdə hallanır? Bəlkə ona görə ki, adam sonradan görəndə nədənsə gözü heç vaxt doymur... O da başa düşüləndir ki, vaxt var idi evində kafelli hamam arzulayanlar, indi milyonluq villalarda oturanda, milyonluq avtomobilləri idarə edəndə necə də onu fəxrlə nümayiş etdirməsinlər?..

Məmur-oliqarx, milyonçular dövlətə və xalqa qarşı

Məmurlardan fərqli olaraq, iş adamları nümayiş etdirdikləri var-dövləti, biznesdə qazandıqlarını iddia edə bilərlər. Onlar rüşvət almadıqlarını əsas gətirərək, övladlarının milyonluq həyat tərzində qəbahət olmadığını deyəcək qədər cəsarətlidirlər. Onlar xarici biznesmenləri, məşhur iş adamlarını da misal gətirə bilərlər. Hətta, şəhərdə vertolyot sürmək iddialarını da ortaya qoya bilərlər… Olsun, hesab edək ki, bu adamların fəaliyyəti pul qazanmaqdan ibarətdir və biznesmenlər rüşvət almaqla milyonlara sahib olmurlar. Onda suallar yaranır: В«Şərurlu İsfəndiyarВ» daxil iş adamlarının hansının şəxsi və ya şirkətlərinin gəlirlərinə dair hesabatına indiyədək kimsə rast gəlibmi? İndiyədək özlərinə iş adamı obrazını yaraşdıran bu oliqarxların, maqnatların nə qədər vergi verməsinə dair məlumatı kimsə eşidib-görübmü? 10-100 manat nizamnamə kapitalı olan MMC-lərə sahib iş adamları ildə bir dəfə sahibi olduqları şirkətlərin gəlirləri, ödədikləri vergi, əldə etdikləri mənfəət barəsində cəmiyyətə şəffaf hesabat veriblərmi? Biz bunlara rast gəlməmişik.

Biz kiminsə pulunu saymaq fikrində də deyilik. Bu cür hesabatlar ilk əvvəl qanunun tələbləridir. Ən başlıcası isə iş dünyasında, biznes aləmində qəbul olunmuş etiket qaydaları, biznesin əxlaq qaydalarıdır. Bu etiketlərə riyaət etməyən oliqarxlar özlərini iş adamı kimi təqdim etməzdən əvvəl gərək bir az düşünsünlər…

Oğurluq ya doğurluq yolnan əldə edilənlər...

Digər bir məsələ isə daha vacib, həm də əxlaqa söykənən amillərlə bağlıdır. Lap, tutaq ki, bu milyonluq villaları, yüzminlərlə dəyəri olan avtomobilləri öz zəhmətləri ilə qazanıblar. Halal xoşları olsun! Adamın milyonları, milyardları ola bilər. Amma bu ölkədə 200-300 manat maaşa işləyən yüzminlərlə həkim, müəllim, ziyalı ailəsi var. Bu ölkədə təqaüdü 140 manatdan başlayaraq alan yüzminlərlə pensiyaçı var. Ölkədə qazandığını banklara kredit şəklində yüksək faizlərlə qaytaran çoxlu sayda insan var. Bugünkü biznesmenlərin qazancları, hardasa həmin yüzminlərlə insanın zəhmətindən toplanmırmı?.. Bəlkə bir az firon düşüncəsindən ayrılıb, reallıqla barışmağı bacarmaq lazımdır...
Əgər bu ölkənin Prezidenti özünü xalqın bir nömrəli xidmətçisi adlandırırsa, bəzi məmur-oliqarxların və digərlərinin oğurluq və ya doğurluq yolnan əldə etdiklərinə görə bu xalqa yuxarıdan aşağı baxmasının yeri varmı?..










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir - MƏQALƏ
Bu gün, 10:05
Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi
Bu gün, 09:32
Neftin qiyməti yenə 110 dollara yaxınlaşır
Bu gün, 09:27
ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... - NARAZILIQ VAR...
Bu gün, 09:23
İran neft hasilatını dayandırır - ABŞ-nin maliyyə naziri
Bu gün, 09:11
Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili...
Bu gün, 09:01
Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... - siyasətdə kimlik yox, maraqlar həlledicidir
Bu gün, 08:35
Vaqif Axundova ağır itki
Bu gün, 08:33
Azərbaycan–Çexiya münasibətləri inkişafdadır - MƏQALƏ
Bu gün, 08:29
Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:28
Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... - MÜRACİƏT
Bu gün, 08:22
Azərbaycan Ordusu Ermənistanı qoruyacaq - İyundan SONRA...
Bu gün, 08:06
Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
Bu gün, 08:03
Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır - “The New York Times“
Bu gün, 08:02
Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37
Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34
Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23
İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21
"Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10
"Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03
Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58
İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51
Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35
Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05
Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54
ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru