Azərbaycanda mühüm vəzifə ləğv edilir? .....                     İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam .....                     "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." .....                     "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." .....                     Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... .....                     İRİA-da nə baş verir? .....                     Günün fotosu SOCAR-dan... .....                     Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... .....                     İranda iki aydır ki, internet yoxdur .....                     Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... .....                     Gəncədə başçının bu küçədən xəbəri varmı... .....                     Qapısı tez-tez döyülən Azərbaycan... .....                     Avropa liderləri niyə Azərbaycana üz tutur? .....                     “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” .....                     Ağdamda məktəb direktoru AT OYNADIR .....                     Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ .....                     Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil .....                     "Effekt- İnşaat"ın binası təhlükə saçır .....                     "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" .....                     Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir .....                     Azərbaycanda pensiyaçılar niyə azalır? .....                     Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR .....                     “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi .....                     AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma .....                     ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır .....                     Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                     İran bəyanat verdi: .....                     Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib .....                     “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb .....                     Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir .....                     Çimərlikdəki qətlin məhkəməsi .....                     70 kq qızılla tutulan polkovnikə .....                     Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: .....                     Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: .....                     "Pünhan kişidir, rəftar fərqli olmalıdır" .....                     Məzahir Pənahov yenidən MSK sədri seçilib .....                     Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... .....                 

"Bank Technique"in "Xəzər" filialında vətəndaşlar niyə incidilir? - Haqqı tapdanan var...
Tarix: 3-11-2014, 12:40 | Çap et
"Bank Technique"in "Xəzər" filialında vətəndaşlar niyə incidilir?
Rəsmi məlumatlara görə, 2014-cü ilin geridə qalan dövrü ərzində ölkədə fəaliyyət göstərən banklar tərəfindən 16 milyard manatdan çox kreditləşmə həyata keçirilib. Bunun 41 faizini istehlak kreditlərinin təşkil etdiyi deyilir. Bu isə o deməkdir ki, ölkə əhalisinin xeyli hissəsinin banklara borcu var. Əhalinin borclanma faizinin artdığı zamanda bankların şərtlərinin yüngülləşdirilməsi deyil, bunun əksi müşahidə olunur.

Qeyd edək ki, bank sektorunda inhisarçı mövqe tutan bəzi bankların faizləri nə Mərkəzi Bankın uçot stavkasına, nə də əmanətlər üzrə sığorta faizlərinə uyğun gəlir. Həmin banklar öz bildikləri qaydada kredit siyasətini həyata keçirərək vətəndaşları özlərindən asılı hala salırlar. Yekunda bir sıra bankların fəaliyyətindən şikayətlər çoxalır. Şirvan sakini Əliyev Camal Qurbanəli oğlu dünən şikayət ərizəsi ilə redaksiyamıza müraciət edərək "Bank Technique"in "Xəzər" filialında üzləşdiyi qanunsuzluqlar haqqında məlumat verdi. Şikayətçi deyir ki, 2011-ci ildə Bakıda yerləşən "Okean" avtosalonundan 90-LS-726 dövlət nömrə nişanlı "Kia Sportage" markalı avtomobil alıb: "Maşını nağd qiymətə 32 min dollara almışdım. Sonradan bəzi işlərimlə bağlı mənə pul lazım oldu. Qərara gəldim ki, maşını banka qoyub kreditə pul götürüm. Müxtəlif tanışlarımın vasitəçiliyi ilə "Bank Technique"in "Xəzər" filialına gəldim. Burda kredit şöbəsinin müdiri İlqar müəllimlə görüşdüm. Şöbə müdiri dedi ki, maşına görə bankdan 16500 dollar pul çıxarmaq mümkündür. Onun təklifi ilə razılaşdım və 2013-cü ilin may ayının 5-də bankdan pulu götürdüm. İlqar müəllim 16500 dolların 2 min dollarını "şapka" olaraq özünə götürdü, yerdə qalan pulu isə mənə verdi. Maşın qohumumun adına olsa da, şöbə müdiri bütün sənədləri mənə imzalatdırdı. Sənədləşmə başa çatandan sonra kredit şöbəsinin müdiri öz otağındakı şkafdan mənə hamısı 50 dollarlıq əskinaz olmaqla 14500 dollar pul verdi. Yəni pul kassadan verilmədi. Ayda 490 manat ödəyirdim. Təxminən, bir ildən çox ödədim, amma sonradan bəzi şəxsi problemlərim oldu və gecikməyə yol verdim. İlqar müəllim isə demişdi ki, əgər ödəmədə hansısa problem yaransa mən sənə kömək edəcəm. Gecikmə etdiyim üçün günlərin birində bankın Pərviz adlı işçisi mənə zəng vurub dedi ki, banka gəl görüşək. Bankda Pərvizlə görüşümüz oldu. O qayıtdı ki, görürəm ödəmədə çətinlik çəkirsən gəl mən sənə uzunmüddətli qrafik açım krediti rahat ödə. Onun təklifi ilə razılaşdım". Camal Əliyev bu işin necə baş tutacağını soruşanda isə Pərviz generallardan birinin adından istifadə edib: "O dedi ki, mən filankəsin kürəkəniyəm və bankda heç kim mənim sözümün qabağına söz deyə bilməz. Pərviz bu işi görmək üçün oktyabrın 14-də məndən 500 manat pul aldı. Daha sonra qardaşımın yanına getdim. Pərviz dedi ki, birdən bankdan sənə zəng gəlsə denən ki, qardaşım bazarda işləyir aylıq gəliri 800 manatdan yuxarıdır. Ertəsi gün yenidən banka yollandım. Maşının texniki pasportunu, açarı Pərvizə verdim. Mənə dedi ki, get axşam gəlib maşını götürərsən. Aradan bir neçə saat keçəndən sonra Pərviz zəng vurub bildirdi ki, qardaşından mülki etibarnamə al. Onun dediyi kimi etdim və mülki etibarnamə aldım. Bu işləri görüb başa çatdırdım. Səhəri gün yenidən banka yollandım. Gördüm ki, maşınım yoxdur. Nəyin baş verdiyini anlamadım. Dərhal kredit şöbəsinin müdiri İlqar müəllimin yanına getdim. Şöbə müdiri isə dedi ki, get pulu gətir maşını apar. Qalmışam çıxılmaz vəziyyətdə. 800 manat əlavə xərcim çıxıb. 500 manat Pərvizə vermişəm, 300 manat da maşının şəkillərinin çəkilməsinə və digər işlərə sərf edilib. Şirvan şəhərindən hər dəfə taksi ilə bura gələndə filan qədər xərcim çıxır. Qəzet vasitəsilə əlaqədar dövlət qurumlarından kömək istəyirəm. Bank ya mənə qrafik açsın qalan borcu ödəyim, ya da maşınımı özümə qaytarsınlar. Əks halda aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edəcəm". Şikayəti araşdırmaq məqsədilə bankın "Xəzər" filialının kredit şöbəsinin müdiri İlqar müəllimlə əlaqə saxladıq. O isə öz növbəsində bildirdi ki, vətəndaş borcu ödəməyənə qədər ona qrafik açılmayacaq və maşını geri qaytarılmayacaq. Şöbə rəhbəri bu sözləri deyəndən sonra dəstəyi üstünə asdı. Görəsən, İlqar müəllim vətəndaşdan 2 min dollar "şapka" alanda niyə belə danışmırdı? Hesab edirik ki, "Bank Technique"in Müşahidə Şurasının sədri hörmətli Rövşən İsmayılov "Xəzər" filialında yaşanan özbaşınalıqlara təcili olaraq öz münasibətini bildirməlidir. Əgər həqiqətən də, bankın İlqar və Pərviz adlı əməkdaşlarının bu işdə nöqsanı varsa, onlar dərhal cəzalandırılmalıdır. İnanırıq ki, Rövşən müəllim Şirvan sakininin şikayətini araşdırıb onun maşınının geri qaytarılması üçün tədbir görəcək.
\\ "Gündəlik Bakı" qəzeti \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23
İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21
"Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10
"Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03
Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58
İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51
Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35
Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05
Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54
ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03
ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Dünən, 15:53
MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Dünən, 15:51
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Dünən, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Dünən, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Dünən, 15:44
Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Dünən, 15:42
Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Dünən, 15:34
Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Dünən, 15:22
SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 15:15
Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Dünən, 15:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru