Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? .....                     SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” .....                     Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb .....                     Paşinyanın korteji hamilə qadını belə vurub .....                     Elgiz və Xoşqədəm yeni layihə ilə .....                     Xəyal Rza qəzaya düşdü .....                     Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... .....                     Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var .....                     “Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...” .....                     Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: .....                     Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir .....                     Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... .....                     Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir .....                     Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik .....                     Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ .....                     Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı .....                     “Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? .....                     “Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” .....                     Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir .....                     Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ .....                     Azərbaycanda tətbiq edilən ŞOK SİLAH .....                     Distant təhsil günlərində internet güzəşti olacaq? .....                     Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək .....                     Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… .....                     Gürcüstanda 55 əcnəbi saxlanıldı .....                     Deputat Aydın Mirzəzadənin sərgüzəştləri .....                     Bu komitəyə yeni sədr seçildi .....                     Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır .....                     Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub .....                     Mərkəzi Bankın tenderi niyə ləğv olundu? .....                     Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib .....                     Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI .....                     Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu .....                     MSK-nın yeni üzvlərinin adları açıqlandı .....                     Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir .....                     Zaur Baxşəliyev yenə ATV-də: .....                     Əliyevin açıqlamasında mühüm siqnallar .....                     “PAŞA Management Company” adını dəyişir .....                 

Əhalini donduran “Azəriqaz”ın “qış nağılı”: - İnsanlar bu "nağıla" inanmır
Tarix: 30-01-2021, 12:33 | Çap et
Əhalini donduran “Azəriqaz”ın “qış nağılı”: Cəmi bir həftə əvvəl Bakıda havanın temperaturu bir qədər aşağı düşdü və paytaxt sakinləri maye qazın verilişi ilə bağlı ciddi problemlə üzləşdilər.

Maye qaza tələbatın çoxaldığı bir vaxtda bu problemin yaranması qaz təsərrüfatının necə idarə olunmasını bir daha ortaya qoydu. Digər tərəfdən son zamanlar smart sayğacların mexaniki sayğaclarla əvəzlənməsi ilə bağlı narazılıqlar kütləvi xarakter almağa başlayıb.

Belə ki, sayğaclar dəyişildikdən sonra qaz sərfiyyatının dəfələrlə artığı bildirilir ki, bunun da reallığı əks etdirməsinə ciddi şübhələr var.

“Azəriqaz” İstehsal Birliyinin rəhbərliyi buna müxtəlif səbəblər gətirsə də, onlar inandırıcı görünmür. Hökumətin isə bu məsələdə israrlı olduğu müşahidə olunur. 2 gün əvvəl Baş nazir Əli Əsədovun rəhbərliyi ilə respublikanın qaz təsərrüfatında mövcud problemlərə, o cümlədən qazdan səmərəli və təhlükəsiz istifadə qaydalarına həsr olunmuş videoformatda iclas keçirilib. İclasda mövcud problemlərin həlli istiqamətində müzakirələr aparıldığı, müvafiq tapşırıqlar verildiyi bildirilir.

Qeyd edək ki, iclasda Baş Prokurorluğunun, Energetika, Fövqəladə Hallar, Ədliyyə, Maliyyə, İqtisadiyyat nazirliklərinin, həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, SOCAR-ın və “Azəriqaz” İB-nin rəhbərliyi iştirak edib.

Azərbaycanın qaz təsərrüfatında mövcud olan problem yalnız smart sayğacla bağlıdır ki, hökumət, həmçinin “Azəriqaz” İstehsalat Birliyi öz fəaliyyətini əsasən bu istiqamətdə qurub?

İqtisadçı Akif Nəsirli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanın qaz təsərrüfatının cox ciddi problemləri var:

“Ən ciddi problem BP şirkəti tərəfindən ölkəyə hədiyyə edilən səmt qazı ilə bağlıdır, o səmt qazı ki, hər il yüzlərlə insanın canını alır. Azərbaycanda qaz təmizləyici zavod yoxdur, halbuki əhaliyə verilən qazın 80-90 faizi belə bir zavoddan keçməlidir. Neftlə birlikdə çıxan səmt qazı yanarkən aralıq maddələr alınır. Bunlar da zəhərləyici maddələrdir. Harda ki, havasızlıq olur, orada dəm qazı yaranır və insanları zəhərləyir. Əslində, məişətdə istifadə olunan qaz səmt qazı ola bilməz. Dünya təcrübəsində - məsələn, Meksikada səmt qazını əhalinin istifadəsinə verilməsi üçün onu zənginləşdirirlər, onun tərkibindəki yanar karbohidratların çəkisini 60-70 faiz artırırlar. Əgər mətbəxdə məişət avadanlıqlarının altı hiss olursa, deməli, bu səmt qazıdır və təhlükəlidir. Məişət üçün nəzərdə tutulan qaz hiss etməməlidir”.

Akif Nəsirli deyir ki, sayğaclarla bağlı ortaya çıxan problem qaz təsərrüfatı ilə bağlı deyil:

“Bu, Azərbaycandakı oğru, korrupsioner məmurların yaratdığı problemdir. Smart tipli sayğacların qoyulmasına 2009-cu ildən başlayıblar. Bu cür sayğacların istifadə müddəti 27 ildir. İndi istismar müddəti başa çatmamış sayğacların dəyişdirilməsində əsas səbəb odur ki, ağıllı sayğaclarla oğurluq etmək, vətəndaşa əlavə sərfiyyat yazmaq mümkün deyil. Yəni burada möttəkirliyə yer yoxdur. Bu “Azəriqaz”a, rüşvətxor, korrupsioner məmurlara sərf etmir. Mexaniki sayğaclar isə oğurluq mənbəyidir. Hələ ki, həyət evlərində bunu dəyişiblər, əgər cəmiyyətdə buna qarşı etiraz güclənməsə, hündürmərtəbəli binalarda da bunu edəcəklər. Burada möhtəkirlik, oğurluq olacaq, əhalinin çoxlu borcu yığılacaq, Prezidentə müraciət edəcəklər ki, əhalinin bunu ödəmək imkanı yoxdur və xahiş edirik, tədbir görülsün. Xatırladım ki, 10 il bundan əvvəl belə borcların silinməsi ilə bağlı tədbir görülmüşdü. Beləcə, yenidən “Azəriqaz”ın hesabına milyonlar ayrılacaq. 10 il qabaqkı hadisəni yenidən təkrarlamaq, büdcədən milyonlar oğurlamaq üçün şərait yaradırlar. Yeni qoyulan mexaniki sayğaclarda artıq sərfiyyat yazılması ilə bağlı şikayətlər mətbuatda yer almaqdadır. Yəni hökumətin o boyda iclasında geriyə addım atılması ilə bağlı müzakirələr aparılır”.

İqtisadçı deyir ki, smart sayğaclar mütərəqqi, Avropa ölkələrində təcrübədən keçib:

“Ola bilər ki, mart sayğacların qiyməti bahadır. Hardasa 250 manata smart sayğaclar, 80 manata isə mexaniki sayğaclar başa gəlir. Smart sayğacların bir detalı var - onun qiyməti 1-2 manatdır. Həmin element 9 ildə bir dəfə dəyişilməlidir. Onu dəyişməklə həmin sayğacların 27 il fəaliyyət göstərməsi mümkündür. Bundan sonra isə onlar əsaslı təhlil edilir. Təhlildən çıxan sayğaclar yenidən quraşdırılır. Avstriyada bu cür sayğaclar 30 ildən çox işlədilir. Azərbaycanda isə cəmi 11 ildir bu cür sayğaclar quraşdırılıb və istismar müddəti başa çatmamış sayğaclarla biz vidalaşırıq, konkret məsələ isə bundan ibarətdir ki, bununla bizim oğurluq etmək imkanlarımız yoxdur”.

Qış aylarında, soyuq günlərdə qazın verilişində fasilələrin yaranmasına gəldikdə isə, Akif Nəsirli bildirib ki, bu, yayda qaz təsərrüfatçılarının heç bir təmirlə məşğul olmamaları ilə bağlıdır:

“Qaz kəmərlərində vaxtaşırı yoxlama aparılmır, ümumiyyətlə, təsərrüfat normal işləmir. Əslində abonentlə müqavilələr də işlək deyil. Həmin müqavilələrdə göstərilməlidir ki, yanacağın verilişi kəsilən zaman kompensasiya ödənilməlidir. “Azəriqaz”-la abonentlər arasında bağlanan müqavilələrdə belə bir bəndin olması vacibdir ki, qurumda məsuliyyət hiss etsinlər. “Azəriqaz”da bilməlidirlər ki, abonentin qazı kəsildiyinə görə cərimə ödəyəcək. Müqavilədə isə bütün bəndlər şirkətin hüquqlarını müdafiə edir. Abonent isə heç həmn müqavilələri oxumur, ümumiyyətlə, bu cür müqavilələr işlək sayılmır. Bundan da istifadə edərək, kefləri nə zaman istəyir qazı kəsirlər, sızma var, qəza var. Guya ki, qəzanın olması normal haldır. Əslində isə bu normal deyil və şirkəti məsuliyyətə cəlb etməyin mexanizmi işlənməlidir. Bunu isə vətəndaş cəmiyyəti etməlidir. Bu gün haqqını tələb edən yoxdur, ona görə də tək “Azəriqaz” yox, bütün dövlət şirkətləri “at oynadır”.

Qaz təsərrüfatında problemləri müzakirə edən hökumətin tariflərə yenidən baxması, əhaliyə verilən qazın qiymət artımı ilə bağlı qərar verməsi gözləniləndirmi?

İqtisadçı qiymət artımının baş verəcəyini düşünmür:

“Çünki artıq yanacağın qiymətində artımlar edilib və bu ölkədə kifayyət qədər bahalaşmaya səbəb olub. Ona görə də yaxın zamanlarda qazın qiymətinə yenidən baxılacağını, qiymət artımının baş verəcəyini gözləmirəm”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Bu gün, 15:22
SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 15:15
Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Bu gün, 15:03
Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Bu gün, 15:02
Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Bu gün, 14:39
Xəyal Rza qəzaya düşdü - FOTO
Bu gün, 14:38
Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Bu gün, 14:33
Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Bu gün, 14:25
“Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Bu gün, 14:08
Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Bu gün, 14:06
Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Bu gün, 14:02
Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
Bu gün, 13:47
Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir - MƏBLƏĞ
Bu gün, 13:42
Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik - Paşinyan
Bu gün, 13:34
Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ - TƏFƏRRÜAT
Bu gün, 13:31
Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI
Bu gün, 13:07
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
Bu gün, 13:06
“Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” - deputat
Bu gün, 12:59
Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:49
Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Bu gün, 12:39
Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Bu gün, 12:35
Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Bu gün, 12:30
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Bu gün, 12:27
Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Bu gün, 12:24
Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Bu gün, 12:13
Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Bu gün, 12:08
Bu komitəyə yeni sədr seçildi - ƏMR
Bu gün, 12:02
Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Bu gün, 11:58
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 11:55
Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır - İLGİNC FAKTLAR...
Bu gün, 11:51
Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:46
Mərkəzi Bankın tenderi niyə ləğv olundu?
Bu gün, 11:44
Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib - SİYAHI
Bu gün, 11:39
Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu – Nur Tuğba Aktay
Bu gün, 11:23
MSK-nın yeni üzvlərinin adları açıqlandı - YENİLƏNDİ
Bu gün, 11:22
Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir
Bu gün, 11:13
Zaur Baxşəliyev yenə ATV-də: - Bu dəfə...
Bu gün, 11:12
Əliyevin açıqlamasında mühüm siqnallar – Diplomatiyada 7 rəqəminin önəmi
Bu gün, 11:11
“PAŞA Management Company” adını dəyişir - BUNDAN SONRA...
Bu gün, 11:05
Hərbiyə ən çox pul xərcləyən ölkələr - SİYAHI
Bu gün, 11:04
Üçüncü İran müharibəsi başlayıb: - əyləc basılmasa, qloballaşa bilər
Bu gün, 11:02
Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır - DETALLAR
Bu gün, 11:01
“Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem - AXI NİYƏ?..
Bu gün, 10:56
Kasparovun adamı həbsxanada öldü - Rusiyada müəmmalı hadisələr
Bu gün, 10:48
"Ram Holdinq" ətrafında qalmaqallı iddialar... - daxildə baş verənlər niyə araşdırılmır?
Bu gün, 10:47
Sabah Hacı Vəliyevə hökm oxunacaq - TƏFƏRRÜAT
Bu gün, 10:42
Oğlunu qətlə yetirən ata: - “Məndən soruşdu ki, işləyib qazandığım pulu nə etmişəm...”
Bu gün, 10:30
Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... - İLGİNC İDDİALAR
Bu gün, 10:23
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 10:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru