Saleh Məmmədov bu layihədə ancaq PUL GÜDÜB... - FOTOFAKT
Tarix: 28-05-2020, 11:16 | Çap et
 “Buradakı keçid olmadı, başımıza bəla oldu”. Bu cümlənin müəllifi karantindən çıxmış, evdə pulsuzluqdan əsəbləri gərilmiş taksi sürücüsüdür. Söhbət Əhmədli qəsəbəsində, “Ukrayna dairəsi” deyilən ərazidə tikilən yerüstü keçiddən gedir. Onun taleyi hər kəsi maraqlandırır. Keçidi uzaqdan ilk dəfə görənləri isə bu nəhəng dəmir yığını təəccübləndirir. Kiminsə cibinə yarayacaq bu dəmir konstruksiyanın pulunu “yeyib”, özünü isə Allahın ümidinə qoyublar. Uzun müddətdir, tikintisi gedən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) bu layihəsinin bitmə tarixi hələ də bəlli deyil. Bunu ərazidə, guya tamamlama işlərini görən işçilər deyirlər. Sualıma acıqla cavab verən işçilərdən biri belə dedi: “Bunu məndən niyə soruşursuz, gedin qurumdan (AAYDA – red.) soruşun”. Belə yəqin etmək oldu ki, bu binəvaların pulu da hələ verilməyib. Yoxsa, bu kobudluğa dəyərdimi? Aylar əvvəl yerüstü keçidin aprel ayında istifadəyə veriləcəyinin anonsu verilmişdi. Pandemiya və karantin müddətində belə, həmin ərazidə iş aparılırdı. Maraqlıdır, bəs keçid niyə hələ də işimizə yaramır? Təəssüf ki, AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin qəbuluna düşə bilmədik, zənglərimiz cavabsız qaldı. Görünür, başı əsas işinə - teleaparıcılığa qarışıb və Agentlikdəki vəzifəsinə hobbi kimi yanaşır. Daha çox telekanallara müsahibə verməyə həvəsli olan bu şəxsin elektron media marağında da deyil artıq. Bir də ki, deyəcək sözü olmayanlar, adətən susurlar. Üstəlik, vaxtilə Nəcəflinin “Keçid tam bitməmiş tənqid etməyin. Orada qaldırıcı qurğular, elektron pandus, lift olacaq” vədlərinin reallaşdığını indiyədək görməmişik. Bilirsiniz, bu, nədən irəli gəlir? Hesabatsızlıq və naşılıqdan. Mütəxəssis layihəsi olsaydı, keçidin istismarında bu boyda gecikmə olmazdı. Axı, layihənin başlama və bitmə müddəti dəqiq olmalıdır. Qayıdaq yerüstü keçidin indiki vəziyyətinə. Tikintisinə başladığı gündən tənqid olunan bu bəxtiqara keçidi ən son gördüyümdə (bir neçə gün əvvəl) hələ də bəzəyirdilər, damını - şüşə konstruksiyasını səliqəyə salırdılar. Ümid edək ki, günlərdir, davam edən şiddətli külək həmin şüşə parçalarını başımıza uçurmaz! Bir də maraqlısı ondadır ki, yerüstü keçiddə nəzərdə tutulan qaldırıcı qurğu da gözə dəymir. Zarafat deyil, keçidin 160 pilləsi var. Bu pilləkəni qalxmaq və o biri taya keçdikdən sonra yerə düşmək üçün yaxşı enerji verən məhsullarla qidalanmaq lazımdır, yaşlı insanlar isə...

Müstəqil memar Səməd Zamanov AYNA ilə söhbəti zamanı paytaxtdakı yerüstü keçidlərin yararsız halından gileylənib: “Qaraşıma çıxan belə keçidlərin heç birinin peşəkar inşaatçılar tərəfindən tikildiyinə inanmıram. Keçidin məqsədi tək yolun o tayına adlamaq deyil axı. Bunun layihəsi, yolun en ölçüsü, eniş, düşmə bucağı və başqa incəlikləri var ki, bunu da memarlar, tikinti işinə bələd olanlar bilərlər. Baxırsan ki, keçidin tikildiyi yer heç əlverişli deyil, nəyə hesablanıb bilinmir. Hündürlüyü nə məqsədlə göyə qaldırılıb? Bəzi keçidlərdə eskalator, yaxud qaldırıcı qurğular olmalıdır, amma yoxdur. Keçidlərin üzərinin bağlanması yersiz, israf olunmuş pul və əməkdir. Keçidin içində piyada nə qədər zaman qalır ki?!”. Mütəxəssisin sözlərinə görə, tikilən keçid ətrafın vəziyyətinə, arxitekturasına xələl gətirməməlidir: “Ukrayna dairəsindəki yerüstü keçid bilirsiz, nəyə bənzəyir? Elə bil, uşaqlar oyuncaqları ilə nəsə tikmək istəyib və tikiblər. Bu boyda keçid həmin küçədə kimə lazımdır? Yersiz bər-bəzək, yersiz inşaat materialları. İnandırıram sizi ki, piyadaların çoxu heç ora qalxmayacaq, çünki insanların həyatını düşünən, onların rahatlığını da nəzərə almalıdır. Görünür, layihəni icra edənlər özləri piyada gəzmir və bu səbəbdən də piyadaların vəziyyətini anlamırlar”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03 |
|
|
|
| • Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00 |
|
|
|
| • Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45 |
|
|
|
| • Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40 |
|
|
|
| • Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38 |
|
|
|
| • “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35 |
|
|
|
| • Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32 |
|
|
|
| • Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27 |
|
|
|
| • Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19 |
|
|
|
| • "Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17 |
|
|
|
| • "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10 |
|
|
|
| • Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07 |
|
|
|
| • Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05 |
|
|
|
| • Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03 |
|
|
|
| • “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57 |
|
|
|
| • AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54 |
|
|
|
| • ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47 |
|
|
|
| • Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15 |
|
|
|
| • Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27 |
|
|
|
| • Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26 |
|
|
|
| • Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20 |
|
|
|
| • İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18 |
|
|
|
| • Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15 |
|
|
|
| • “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13 |
|
|
|
| • Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10 |
|
|
|
| • Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51 |
|
|
|
| • 70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44 |
|
|
|
| • Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37 |
|
|
|
| • Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33 |
|
|
|
| • "Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30 |
|
|
|
| • Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29 |
|
|
|
| • Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03 |
|
|
|
| • ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Dünən, 15:53 |
|
|
|
| • MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Dünən, 15:51 |
|
|
|
| • “Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Dünən, 15:48 |
|
|
|
| • “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Dünən, 15:45 |
|
|
|
| • Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Dünən, 15:44 |
|
|
|
| • Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Dünən, 15:42 |
|
|
|
| • Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Dünən, 15:34 |
|
|
|
| • Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Dünən, 15:22 |
|
|
|
| • SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 15:15 |
|
|
|
| • Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Dünən, 15:03 |
|
|
|
| • Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Dünən, 15:02 |
|
|
|
| • Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Dünən, 14:39 |
|
|
|
| • Xəyal Rza qəzaya düşdü - FOTO
Dünən, 14:38 |
|
|
|
| • Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Dünən, 14:33 |
|
|
|
| • Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Dünən, 14:25 |
|
|
|
| • “Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Dünən, 14:08 |
|
|
|
| • Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Dünən, 14:06 |
|
|
|
| • Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Dünən, 14:02 |
|
|
|
|