Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir .....                     Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi .....                     Neftin qiyməti yenə 110 dollara yaxınlaşır .....                     ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... .....                     İran neft hasilatını dayandırır .....                     Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili... .....                     Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... .....                     Vaqif Axundova ağır itki .....                     Azərbaycan–Çexiya münasibətləri inkişafdadır .....                     Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır .....                     Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... .....                     Azərbaycan Ordusu Ermənistanı qoruyacaq .....                     Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı .....                     Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır .....                     Təhsilimizin Eşqi Bağırov adlı problemi... .....                     Ferma müdiri yoxsa Xəstəxana direktoru .....                     Azərbaycanda mühüm vəzifə ləğv edilir? .....                     İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam .....                     "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." .....                     "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." .....                     Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... .....                     İRİA-da nə baş verir? .....                     Günün fotosu SOCAR-dan... .....                     Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... .....                     İranda iki aydır ki, internet yoxdur .....                     Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... .....                     Gəncədə başçının bu küçədən xəbəri varmı... .....                     Qapısı tez-tez döyülən Azərbaycan... .....                     Avropa liderləri niyə Azərbaycana üz tutur? .....                     “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” .....                     Ağdamda məktəb direktoru AT OYNADIR .....                     Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ .....                     Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil .....                     "Effekt- İnşaat"ın binası təhlükə saçır .....                     "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" .....                     Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir .....                     Azərbaycanda pensiyaçılar niyə azalır? .....                     Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR .....                     “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi .....                     AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma .....                 

Neft kəmərlərinin mühafizə zolağında “biznes imperiyası” - ARAŞDIRMA
Tarix: 2-04-2020, 11:34 | Çap et
Neft kəmərlərinin mühafizə zolağında “biznes imperiyası”
Hər bir ölkənin enerji təhlükəsizliyinin təmin olunmasında neft-qaz kəmərlərinin mühafizəsinin düzgün və effektiv təşkili ən mühüm amillərdən biri olaraq qiymətləndirilir. Neftlə zəngin ölkələrdə isə bu həm də neft quyularının mühafizəsini özündə ehtiva edir.

Azərbaycanda neft kəmərlərinin mühafizə zonası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq olunmuş “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları” əsasında təyin edilir. Qüvvədə olan normativ-hüquqi aktlara əsasən neft quyuları üçün müəyyən olunmuş mühafizə zonası 75-150 metr, neft kəmərləri üçünsə 25-50 metrdir. Bu normalar neft və qaz kəmərləri, habelə neft quyuları kimi mühüm strateji əhəmiyyətli obyektlərin təhlükəsizliyinin təmin olunması, zəruri hallarda müvafiq təmir-bərpa işlərinin aparılması, ən əsası isə vətəndaşların təhlükəsizliyinin qorunması baxımından həyati əhəmiyyət kəsb edir. Lakin, Azərbaycanın neft kəmərlərinin və neft quyularının mühafizə zolağı bəzi işbazlar üçün sözün əsl mənasında kifayət qədər gəlirli “biznes sahəsi”nə çevrilib.

Bu qənaətə gəlməyə apardığımız detallı araşdırma səbəb oldu.

Belə ki, İsmayılov Niyazi Müzəffər oğlu adlı şəxs özünə fərdi yaşayış evi tikib. Məsələnin problemli tərəfi ondan ibarətdir ki, həmin bu ev Bibiheybət Neft-Qazçıxarma İdarəsinin Salyan Şossesində yerləşən 3 saylı mədəninin ərazisində 3488 saylı quyunun mühafizə zolağında yerləşir və qanunsuz tikilib. Onun və ətrafındakıların təzadlı açıqlamalrından da məlum oldu ki, tikintinin qanunsuz olduğu, neft quyusunun mühafizə zolağında tikildiyinə dair N. İsmayılova hələ tikintiyə başlamazdan öncə dəfələrlə xəbərdarlıq edilsə də, o, bildirişlərin heç birinə məhəl qoymayıb.

Neft kəmərlərinin mühafizə zolağında “biznes imperiyası”
İsmayılov Niyazi Müzəffər oğlu

Bir az da geniş araşdırdıqda isə müəyyən oldu ki, sən demə N. İsmayılov uzun müddətdir neft və qaz kəmərlərinin mühafizə zolağında fərdi yaşayış evlərini qanunsuz olaraq tikib vətəndaşlara satmaqla məşğuldur. İndiyə qədər o, bir neçə belə fərdi yaşayış evi tikərək satmağa müvəffəq olub. Görünən odur ki, bəzi qurumlar da bu məsələdə ona dəstək olublar: N. İsmayılov bələdiyyə orqanlarından bu torpaqların “özəlləşdirilməsi” ilə bağlı sənəd də ala bilib. Əslində isə bu torpaqların bələdiyyələrə heç bir aidiyyatı yoxdur. Başqa sözlə desək, bələdiyyə qurumları özlərinə məxsus olmayan torpaqları vətəndaşa verib.

Neft kəmərlərinin mühafizə zolağında “biznes imperiyası”
Bibiheybət Neft-Qazçıxarma İdarəsinin 3 saylı Mədən ərazisinin mühafizə zolağında Çernyaxovski 8 ünvanında tikilmiş fərdi yaşayış evi

Araşdırmalar zamanı N. İsmayılovun neft kəmərlərinin mühafizə zolağında tikilərək vətəndaşlara satdığı bir neçə fərdi yaşayış evinin siyahısını və ünvanlarını da əldə etdik. N. İsmayılovun bu qanunsuz “biznesi” son bir neçə ildə “çiçəklənməyə” başlayıb. Ərazini yaxşı tanıyan şəxslərin verdiyi məlumata görə, hələ 2016-cı ildə N. İsmayılov Bibiheybət Neft-Qazçıxarma İdarəsinin 3 saylı mədəninin ərazisində torpaq sahəsini mənimsəyərək, burada fərdi yaşayış evi tikərək satıb.

Elə həmin il eyni ərazidə, bu dəfə Arif İsmayılov küçəsində o daha bir fərdi yaşayış evini tikməyə müvəffəq olub. Görünür, bu dəfə də müvafiq qurumların ona mane olmaq cəhdləri nəticəsiz bitib. Ancaq, nəticədə dövlət qurumları da fakt qarşısında qalıb və artıq inşası başa çatdırılmış evin sökülməsi üçün məhkəmə qərarı olmalıdır.

Neft kəmərlərinin mühafizə zolağında “biznes imperiyası”
Bibiheybət Neft-Qazçıxarma İdarəsinin 3 saylı Mədən ərazisinin mühafizə zolağında Arif İsmayılov küçəsində tikilmiş fərdi yaşayış evi

Cəzasız qaldığını görən N. İsmayılov “biznesini” genişləndirməyə qərar verib. Bu dəfə Yüzbəy Mürsəlov küçəsində “Ləzgilər məhəlləsi” deyilən ərazidə “inşaat işləri”nə başlayıb. Heç bir sənədi olmayan bu fərdi yaşayış evini də qısa müddətdə tikərək satıb.

Neft kəmərlərinin mühafizə zolağında “biznes imperiyası”
Bibiheybət Neft-Qazçıxarma İdarəsinin 3 saylı Mədən ərazisinin mühafizə zolağında Yüzbəy Mürsəlov küçəsində tikilmiş fərdi yaşayış evi

N. İsmayılov şübhəsiz ki, havadarları olmadan bu evləri özbaşına tikə bilməzdi. Məlum olan yalnız odur ki, bu ərazilərdə tikinti işləri aparmaq üçün vətəndaşın əlində heç bir səlahiyyətli orqanın rəsmi icazə sənədi yoxdur. Yalnız bələdiyyə qurumlarının verdiyi və heç bir hüquqi əsası olmayan bir-iki kağız parçasından başqa. Bu məqamı N. İsmayılov kimi, işbazlar da bilməmiş deyil. Məhz elə buna görə də, sözügedən şəxs sonrakı dövrdə də “uğurlu biznesini” genişləndirməyə nail olub.

Neft kəmərlərinin mühafizə zolağında “biznes imperiyası”
Bibiheybət Neft-Qazçıxarma İdarəsinin 3 saylı Mədən ərazisində 3488 saylı quyunun mühafizə zolağında Arif İsmayılov küçəsi dalan-2 ünvanında 2020-ci ildə tikilmiş fərdi yaşayış evi


Neft kəmərlərinin mühafizə zolağında “biznes imperiyası”
Bibiheybət Neft-Qazçıxarma İdarəsinin 3 saylı Mədən ərazisinin mühafizə zolağında 3488 saylı neft quyusunun 10 metrliyində 2018-ci ildə tikilmiş fərdi yaşayış evi

Neft kəmərlərinin mühafizə zolağında “biznes imperiyası”
Bibiheybət Neft-Qazçıxarma İdarəsinin 3 saylı Mədən ərazisinin mühafizə zolağında 34 88 işlək neft quyusunun 30 metrliyində Arif İsmayılov küçəsində 2018-ci ildə tikilmiş fərdi yaşayış evi

Neft kəmərlərinin mühafizə zolağında “biznes imperiyası”
Bibiheybət Neft-Qazçıxarma İdarəsinin 3460, 3466 işlək neft quyularının mühafizə zolağında Gülbala Əliyev küçəsində 2018-ci ildə tikilmiş fərdi yaşayış evi


Neft kəmərlərinin mühafizə zolağında “biznes imperiyası”
Bibiheybət Neft-Qazçıxarma İdarəsinin 2141 işlək neft quyusunun təqribən 10 metrliyində Niyazi İsmayılovun mənimsədiyi torpaq sahəsi


Görünən odur ki, N. İsmayılov dövlətə məxsus torpaqlarda özünə kiçik də olsa “biznes imperiyası” qurmağa müvəffəq olub. Apardığımız kiçik sorğu nəticəsində məlum oldu ki, onun elə 3488 saylı quyunun 30 metrliyində “Kərimbəyli” marketi, kafe, avtoyuma məntəqəsi və restorandan ibarət obyektlər şəbəkəsi də fəaliyyət göstərir. N.İsmayılovun hətta əvvəllər dəfələrlə məhkum olunduğu da vurğulanır.

Neft kəmərlərinin mühafizə zolağında “biznes imperiyası”
Dəfələrlə məhkum olunmuş Niyazi İsmayılovun növbəti ev davası


Neft kəmərlərinin mühafizə zolağında “biznes imperiyası”
34 88 işlək neft quyusunun mühafizə zolağında Arif İsmayılov küçəsində Niyazi İsmayılova məxsus 2018-ci ildən fəaliyyət göstərən restoran, kafe, mağaza və avtoyuma məntəqəsi

Məsələnin ən qəliz və zərərli tərəfi isə ondan ibarətdir ki, neft və qaz kəmərlərinin, eləcə də neft quyularının mühafizə zolağında fərdi yaşayış evinin, yaxud hər hansı iaşə obyektinin tikilməsi bir neçə səbəbdən son dərəcə təhlükəlidir:

- Neft və qaz kəmərlərinin mühafizə zolağında evlərin tikilməsi bu kəmərlərə zəruri hallarda texniki xidmətin göstərilməsi, o cümlədən qəza hallarında operativ müdaxilənin və təmir-bərpa işlərinin aparılmasına ciddi şəkildə maneə yaradır. İstənilən belə qəza halında əraziyə texnikanın daxil olması mümkün olmayacaq. Bu isə yüzlərlə, bəlkə də minlərlə evin, ailənin, istehsalat müəssisələrinin enerjisiz qalması anlamına gəlir.

- Bu cür obyektlərdə baş verə biləcək hər hansı qəza və ya terror hadisəsi zamanı yalnız iqtisadi ziyan dəyməyəcək, bu həm də kifayət qədər ağır nəticələnən faciələrə səbəb ola bilər. Neft və qaz kəmərlərinin 3-5 metrliyində, bəzən isə hətta kəmərlərin üzərində tikilən evlərin bu cür mümkün partlayışlardan zərər çəkməyəcəyinə və insan itkisinin olmayacağına kim zəmanət verə bilər? Əgər belə bir hal yaransa, bunun hüquqi məsuliyyəti bir yana, mənəvi yükünü kim üzərinə götürəcək?

- Neft və qaz kəmərlərinin, neft quyularının yaxınlığında bu cür tikintilərin aparılması ərazidə mühafizənin təşkilinə də ciddi maneə yaradır. Mühafizəyə məsul qurumların əməkdaşları bu cür tikililərin hasarları içərisində qalan obyektləri necə mühafizə edəcəklər? Xüsusilə də nəzərə alsaq ki, bəzi evlər kəmərlərin üzərində tikilib, bəziləri isə neft quyularını öz həyətlərinə qatıb.

- Neft quyularının yaxınlığında məskunlaşmanın insanların sağlamlığına mümkün zərəri haqqında uzun-uzadı danışmağa ehtiyac yoxdur. Mütəxəssislər qeyd edirlər ki, bir çox neft quyularının ətrafında radiasiya fonu normadan 100 dəfələrlə çoxdur. Bu isə beyin şişi, immunitetin zəifləməsi kimi ciddi problemlər yarada bilər. Belə ərazilərdə yaşamaq xüsusilə uşaqlar üçün həddən artıq təhlükəlidir.

Görəsən, Niyazi İsmayılov ard-arda evlər tikib satarkən bütün bu təhlükələri göz önünə alıbmı? Ya onun əsas məqsədi əyri dolanbac yollarla özünə sərvət toplamaqdır?

Son müşahidələrimiz onu göstərir ki, ölkədə elan olunmuş xüsusi karantin rejimində də Niyazi İsmayılov öz əməllərindən çəkinmir və yenə də qeyri-qanuni tikintiyə davam edir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir - MƏQALƏ
Bu gün, 10:05
Ermənistan ordusunun keçmiş kəşfiyyat zabiti həbs edildi
Bu gün, 09:32
Neftin qiyməti yenə 110 dollara yaxınlaşır
Bu gün, 09:27
ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... - NARAZILIQ VAR...
Bu gün, 09:23
İran neft hasilatını dayandırır - ABŞ-nin maliyyə naziri
Bu gün, 09:11
Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili...
Bu gün, 09:01
Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... - siyasətdə kimlik yox, maraqlar həlledicidir
Bu gün, 08:35
Vaqif Axundova ağır itki
Bu gün, 08:33
Azərbaycan–Çexiya münasibətləri inkişafdadır - MƏQALƏ
Bu gün, 08:29
Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:28
Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... - MÜRACİƏT
Bu gün, 08:22
Azərbaycan Ordusu Ermənistanı qoruyacaq - İyundan SONRA...
Bu gün, 08:06
Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
Bu gün, 08:03
Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır - “The New York Times“
Bu gün, 08:02
Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37
Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34
Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23
İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21
"Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10
"Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03
Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58
İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51
Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35
Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05
Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54
ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru