Təhsil Nazirliyində böyük saxtakarlıq... - NAZİRƏ ÜNVANLANAN SUALLAR
Tarix: 20-09-2019, 09:11 | Çap et
 Dərs ilinin yeni başlamasına baxmayaraq artıq məktəblərdən ilk “həyəcanlı” xəbərlər daxil olmaqdadır. Xüsusilə şəgirdlərin elektron formada məktəblərə qəbulu və yerdəyişməsi ilə bağlı çoxsaylı qanun pozuntuları və şikayətlərə rast gəlinir. Özlüyündə çox mütərəqqi və şəffaf bir qəbul forması təsiri bağışlayan elektron qəbul prosesində elə özbaşınalıqlara yol verilir ki, adamın deməyə sözü qalmır. Rubrika.az saytına müraciət edən valideyn bildirir ki, övladının S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasına yerdəyişməsi üçün 4 sentyabr tarixində elekteron formada müraciət edib. Saat 14:11-də ona müraciətinin qeydə alınması, 16:48-də isə sorğunun təsdiq edilməsi barəsində SMS daxil olub. Dərs ili başlayandan sonra şagird gimnaziyada dərslərə getməyə başlayıb. Bu gün isə məktəbin direktoru İlqar Talıbov sinfə gələrək şagirdə adının sistemdə olmadığını və məktəbə gəlməməsini bildirib. Qeyd etdiyimiz kimi şagirdin məktəbə qəbul edilməsi ilə bağlı müvafiq SMS valideynin telefonuna gəlib, onun sənədləri məktəbə təqdim edilib. Lakin, artıq bir neçə gündür ki, dərslərə gələn şagirdə qəflətən belə bir məlumat verilir və məktəbdən çıxarılır. Cənab nazir, bu uşağın psixikasına mənfi təsir etmirmi? Çox yəqin bir gün də olsun sinifə girməyən pedaqogikadan və psixologiyadan xəbəri olmayanların günahı üzündən bu körpə balalar həyatda ilk pxixoloji travmasını alır. Göründüyü kimi Təhsil Nazirliyində müvafiq sahəyə cavabdeh olan,bilavasitə rəhbərlik edən məmurların yarıtmaz fəaliyyəti nəticəsində xaotik bir vəziyyət yaranıb. Dərs ilinin başlanması ərəfəsində bu sahədə yaranan dəhşətli vəziyyət hamıya məlumdur. Valideynlər günlərlə Təhsil Nazirliyinin qarşısında növbə gözləyirdilər. Hətta şagirdlərin qəbulu və yerdəyişməsi zamanı kütləvi rüşvətxorluq halları da qeydə alınıb. Yəqin ki, cənab nazir C.Bayramov təkcə Təhsil Nazirliyi üçün deyil, bütün Azərbaycan təhsili üçün böyük eyib olan bu hadisələrə qarşı biganə qalmayacaq. Nazirlikdə bu sahəyə bilavasitə cavabdehlik daşıyan şəxslərin qanunsuz əməllərinə nəhayət ki, son qoyulacaq. Nəzərə alsaq ki, artıq valideynlərin narazılığı pik həddə çataraq ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadan kömək istəyirlərsə vəziyyətin heç də ürəkaçan olmadığını, bunun fəsadlarının ağır olacağını görməmək mümkün deyil. Yəqin ki, cənab nazir bütün bunları tezliklə nəzərə alacaq.
Rubrika.az saytı xatırladır ki, S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyası öz keçmiş direktoru,sabiq deputat, “nurçuların” Azərbaycanda böyük himayədarı Ceyhun Osmanlının anası Xuraman Osmanovanın zamanından medianın “ulduzudur”. Az qala “valideyn üsyanı” nəticəsində gimnaziyanın direktorluğundan azad olunan X.Osmanova bu ayın əvvəllərində Bakının 238 saylı tam orta məktəbinə direktor təyin olunub. Həmin məktəbin direktoru İlqar Talıbov isə Gimnaziyaya direktor gətirilib. Necə deyərlər bir balaca yerdəyişmə olunub. Sadəcə bizə maraqlı olan odur ki, X.Osmanova kütləvi narazılıqlar, etirazlar nəticəsində Gimnaziyanın direktorluğundan azad olunubsa onun yenidən 238 saylı tam orta məktəbə rəhbər təyin olunması hansı məntiqlə izah olunur. Məgər 238 saylı məktəbdə təhsil alanlar bu ölkənin vətəndaşı deyilmi? Bəlkə həmin məktəb “cərimə batalyonu”dur bizim xəbərimiz yoxdur. Hər halda normal düşüncə ilə bunu izah etmək mümkün deyil. Yəqin ki, tezliklə bunun da səs-sədası yayılar... Rubrika.Az


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 10 GÜNDÜR ÖLÜB, YAXINLARININ XƏBƏRİ YOXDUR – Rusiyada rəhmətə gedən azərbaycanlının ailə üzvləri axtarılır
Bu gün, 13:09 |
|
|
|
• Şamaxı Xəstəxanası kimin mülküdü, Natiq Əliyevin atasının, yoxsa TƏBİB-in? – Vüqar Qurbanova sual olunur
Bu gün, 13:03 |
|
|
|
• Kişi geyimində evdən 45 min manat oğurlayan qadın saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:00 |
|
|
|
• Amal Qrup MMC-nin özbaşnalığı…. - Təhçizatçılar Qubadlıda gördükləri işin ödənişini almaq üçün rəsmi qurumlardan imdad diləyirlər….
Bu gün, 12:58 |
|
|
|
• Paşinyan yolların açılmasından danışdı
Bu gün, 12:47 |
|
|
|
• Müdafiə naziri Çin Xalq Respublikasına işgüzar səfər edib
Bu gün, 12:44 |
|
|
|
• Mollayevi cəzalandıran olacaqmı? - NARAZILIQ VAR...
Bu gün, 12:42 |
|
|
|
• ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - BU NƏDİ BELƏ?
Bu gün, 12:34 |
|
|
|
• Sabiq qərargah rəisi vəfat etdi
Bu gün, 12:31 |
|
|
|
• Hadrutda binalarının təmirinə 4.6 milyon manat xərclənəcək
Bu gün, 12:29 |
|
|
|
• İrəvanda təşviş: - bu sahələr Azərbaycanın nəzarətinə keçəcək
Bu gün, 12:24 |
|
|
|
• “Qala Həyat”ın rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:22 |
|
|
|
• Dövlət qurumu veb sayt yaratmaq üçün yetərli şirkət tapmadı - TENDER LƏĞV OLUNDU
Bu gün, 12:20 |
|
|
|
• Gecə 3-də maşınını “ştrafnoy”dan qaçırmaq istədi - Həbs olundu
Bu gün, 12:16 |
|
|
|
• Bu gün Oleq Bakinskinin məhkəməsidir - bəraət istəyir
Bu gün, 12:11 |
|
|
|
• Bu gün “Şərurlu İsfəndiyar”ın məhkəməsidir - həbs oluna bilər
Bu gün, 12:10 |
|
|
|
• Məhkəməyə versə də... FAİZ YÜKÜ DURMADAN ARTIR... - BU NƏDİ BELƏ?
Bu gün, 12:02 |
|
|
|
• Həkim səhvlərindən ölüm faktlarına görə məsuliyyətə cəlb edilən tibb işçiləri var - Baş Prokurorluq
Bu gün, 11:51 |
|
|
|
• “Almet Baku” kiçilib - HESABAT
Bu gün, 11:49 |
|
|
|
• "Cənab Eşqi Bağırov, siz bilirsiniz, odun peçinə uzbe qoşsaq, printer işləyər?" - ETİRAZ VAR!
Bu gün, 11:41 |
|
|
|
• İsrailin 5 dollarlıq yeni silahı - “Dəmir günbəz”i geridə qoydu
Bu gün, 11:37 |
|
|
|
• "Harda yazılıb ki, xanəndə botoks etdirməz və ya dırnaq qoydurmaz?" - Xalq artisti
Bu gün, 11:31 |
|
|
|
• Rəqəmsal qiyamət: apokalipsis ilə reallıq arasında - AKTUAL
Bu gün, 11:28 |
|
|
|
• “Sülh müqaviləsi 2026-ya qalmayacaq...” - sensasion gəlişmə
Bu gün, 11:16 |
|
|
|
• Rusiyada Nəsimi Məmmədovu niyə həbs etmək istəyirlər? - Üç dəfə bəraət alıb
Bu gün, 11:13 |
|
|
|
• 3 100 manata görə qazinin anasını məhkəməyə verən “Bank of Baku”nun MİLYONLUQ gəlirləri - ARAŞDIRMA
Bu gün, 11:08 |
|
|
|
• Sərhədlər yalnız sülh sazişindən sonra açıla bilər - ŞƏRH
Bu gün, 11:06 |
|
|
|
• Cənubi Qafqazda sülh prosesi: strateji nəticələr və yeni regional sistem - İNCƏLƏMƏ
Bu gün, 11:03 |
|
|
|
• `Paşa Sığorta` şəhid ailəsini bir il süründürsə də... - AXI NİYƏ?
Bu gün, 11:00 |
|
|
|
• Dələduzluq edən qadınla bağlı qərar açıqlandı
Bu gün, 10:52 |
|
|
|
• Dolların məzənnəsi ilə bağlı son qərar MANATA NƏ VƏD EDİ? - AKTUAL
Bu gün, 10:49 |
|
|
|
• Naxçıvanlı taksi sürücüləri Türkiyənin yol polisindən şikayətçidir - "Yoxsa, onlarla ailə çörəksiz qalacaqdı..."
Bu gün, 10:37 |
|
|
|
• Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzdu - 300 minlik əmlakı qaytaracaq
Bu gün, 10:33 |
|
|
|
• Dörd şəhərin, bir bayramın və yeni bir gələcəyin hekayəsi - MƏQALƏ
Bu gün, 10:30 |
|
|
|
• Lənkəranda 39 milyon manata kanalizasiya sistemi quracaq şirkət müəyyənləşib - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• Rusiyada Azərbaycan məhsullarına “stop”: - 220 kq yük məhv edildi
Bu gün, 10:23 |
|
|
|
• Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub - TƏFƏRRÜAT
Bu gün, 10:17 |
|
|
|
• Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Ağdama gedir
Bu gün, 10:15 |
|
|
|
• Anri “Qarabağ”a niyə inanırdı? - Səbəb heyrətamizdir
Bu gün, 10:14 |
|
|
|
• Eldar Mahmudovu hər gün lənətləyir, Pərviz Həşimlidən üzrxahlıq diləyir – Elçin Quliyevin zindan gündəliyi
Bu gün, 10:05 |
|
|
|
• "Çox cılız bir adam gəlib, çox möhtəşəm, əzəmətli bir rol oynaya bilməz"
Bu gün, 09:54 |
|
|
|
• Vətən müharibəsi iştirakçısını bıçaqlayan şəxslə bağlı QƏRAR
Bu gün, 09:52 |
|
|
|
• Bu ölkə Qarabağ ermənilərinə 14 milyon ayırdı
Bu gün, 09:44 |
|
|
|
• Astarada icra hakimiyyətinin çətiri altında YAŞIL TERROR - İş araşdırılır, amma...
Bu gün, 09:36 |
|
|
|
• “Araz Supermarket”də təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:22 |
|
|
|
• Məmurlar deputatlara cavab vermir, vətəndaşlar neyləsin? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:20 |
|
|
|
• Finlandiyanın Ermənistandakı elçisi hələ də bilmir ki... - “artsax xalqı” deyilən bir qövm yoxdur, olmayıb
Bu gün, 09:19 |
|
|
|
• Lənkəranın kanalizasiya sistemini tikəcək şirkət müəyyənləşib
Bu gün, 09:17 |
|
|
|
• Qubadlıda 24 milyonluq layihəni icra edəcək şirkət - MƏLUM OLDU
Bu gün, 09:15 |
|
|
|
• "Zümrüd Residence"dən 3 otaq ev aldı, 2 otaq çıxdı - "Kupça" da ala bilmirik"
Bu gün, 09:11 |
|
|
|
|