İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress .....                     Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir .....                     "Su İdmanı Sarayı" dövlətə BORCLANDI .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər .....                     Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… .....                     "Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" .....                     Tanınmış müğənni qonşusundan gileyləndi .....                     Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri .....                     Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... .....                     Hamlet İsaxanlı siyasətə yaman meyillənir... .....                     Eşqi Bağırovun üsyanı... .....                     Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... .....                     Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR .....                     Azərbaycan son savaşda sübuta yetirdi ki... .....                     Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... .....                     Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' .....                     Natəmiz mühitdə hansı sağlamlıq? .....                     "Bu artıq xidmət deyil..." .....                     Erməni general yenə Hindistandadır .....                     Rusiyada terror təhlükəsi riski artır .....                     “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                     Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi .....                     Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib .....                 

İcra başçısı göyçaylıların gününü “göy əski”yə büküb - GİLEY
Tarix: 28-01-2019, 10:16 | Çap et
İcra başçısı göyçaylıların gününü “göy əski”yə büküb
...Azərbaycanın “nar paytaxtı” - Göyçaydayıq. Bizi həftəsonu bura gətirən səbəb bölgədən saysız-hesabsız şikayətlər, narazılıqlar olmasıdır.

İstər onlayn mediada, istərsə sosial şəbəkələrdə göyçayıların davamlı olaraq rayondakı sosial problemlərdən, icra hakimiyyətinin başçısı Mehdi Səlimzadənin özbaşınalıqlarından yazdıqları bizi deyilənləri yerindəcə araşdırmağa məcbur elədi.

Dövlət başçısı da nöqsanların göstərilməsində ictimai nəzarətin vacibliyini vurğulamışdı, məmurların özbaşınalıqlarından bəzən mətbuat vasitəsi ilə xəbər tutduğunu bildirmişdi.

Elə son dövrlərdə yerli icra strukturlarında edilən dəyişikliklərin ana xəttini də məhz əyalət “padşah”larının necə işləməsi təşkil edir. Hansı bölgədən daha çox şikayət gəlirsə, çox çəkmir ki, ora əl gəzdirilir və yeni icra başçısı ilə əvəzlənir.

Prezident Nazirlər Kabinetinin son iclasında da qeyd etmişdi ki, kadr və struktur islahatları davam edəcək: “Ancaq mən həmişə, necə deyərlər, narazı oluram. Çünki mən istəyirəm ki, daha yaxşı olsun. İstəyirəm ki, bu pozuntular olmasın. Harada ki mümkündür, biz maksimum dərəcədə öz imkanlarımızdan istifadə edək ki, işlər daha da yaxşı getsin.

Ona görə kadr islahatı da bu məqsədi daşıyır. İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü".

Bu baxımdan Göyçayda olarkən şahidi olduğumuz problemlər, ayrı-ayrı sakinlərin söylədiyi məsələlər dəyişikliyi qaçılmaz edir. Çünki göyçaylılar icra başçısı Mehdi Səlimzadənin idarəçiliyindən cana doyublar...

Bərgüşad yolu - Suriyanı xatırladır

Sakinlərin sözlərinə görə, M.Səlimzadənin gəlişi ilə Göyçayda zərrə qədər irəliləyiş olmayıb: yollar bərbad, şəhər axşamlar zülmət, abadlıq-quruculuq yox, hər yer zibil dağları, işıq dirəkləri əyilib, yaşıllıqlar məhv olunub və s.

Göyçaylılardan əvvəlcə öyrənirik ki, rayondan Ucara, Kürdəmirə aparan Bərgüşad yolunun pulu mənimsənilib.

Bu yolun asfaltlanmasına 150 mindən çox vəsait ayrılıb. Amma iki ildir ki, yol düzəldilmir. Rayon sakini Kazım yolun cəmi 1-2 kilometrinin düzəldildiyini bizə göstərir: “Baxın, yolu ala-bula düzəldib, qalanı kələ-kötürdür. Bilirsiz niyə? Çünki başçı həmin pulu həzm-rabedən keçirdib.

Bu cür əhəmiyyətli yol iki ildir düzəldilməlidir, ortada heç nə yoxdur. Bu yol Ucara, Kürdəmirə gedir. Kürdəmir yolu ilə Bakıya gedənlər bu yoldan istifadə edir Həmçinin, rayonun 10-dan çox kəndi bu yolun üstündədir, nəqliyyatın intensiv hərəkət etdiyi istiqamətdir. Mehdi müəllimi isə burada zülüm çəkən insanlar maraqlandırmır".

Çinar ağaclarına qətliam, kəndlərdə boru alveri...

Kazım deyir ki, Potu kənd ərazisində də ağaclar kəsilib. Kəndə gedərək həmin yaşıllıq massivini sakinlərdən soruşuruq. Deyirlər ki, bu ərazidə köhnə su boruları olub.

Onların tərkibi misdir, yəni qiymətlidir. Həmin su borularını çıxarıb satırlar. Bu işi görəndə yüzillik çinar ağaclarını kəsiblər, məhv ediblər: “Sizcə bunu kim edəcək? Əlbəttə ki, icranın işidir. Bir akt tərtib ediblər, protokollaşdırıblar, vəssalam. Köhnə boruları oradan çıxarmaq, satmaq kimin yadına düşər? Axı orda heç bir iş görülməyəcək?! İndi yaxşı boruları satırsız, heç olmasa işi səliqəli görün də. Elə vəhşiliklə ediblər ki, çinar ağaclarını da məhv ediblər. Bu adamlar elə bil təbiət düşmənləridir”.

Eyni işi Mirzəhüseynli kəndində də həyata keçiriblər. Əkin torpaqlarının suvarılması üçün sovet vaxtı Şirvan kanalından uzunluğu 5000 metr olan nikkel metalından yeraltı boru xətti çəkilib. Bələdiyyə sədri saxta akt tərtib edərək texnikaları qazıb çıxartdırıb, satdırıb.

Göyçay sakinləri Bığır kəndində də “boru əməliyyatı” olduğunu söyləyirlər. 100 kilometr su borularını satıb 700 min manat qazanc əldə olunub.

Rayon zibillənib, İH-nin arxasındakı zibillik isə “göz deşir”

Rayonda diqqətimizi çəkən antisanitariyanın olması, hər yerin zibillik olmasıdır. Göyçay küçələrində zibil qutuları tapa bilməzsiniz.

Hər addımbaşı qida tullantıları qalaqlanıb. Məscidin yaxınlığında, Əli Kərim küçəsində, 17-ci əsrə aid yeraltı hamam olan tarixi abidənin qarşısı zibilliklərlə əhatələnib. Hamamın qarşısındakı ağaca vurulan xəbərdarlıqda zibil atmamaq tələb olunur.

Amma zibil dizə qədərdir. Çünki bir zibil qutusu belə yoxdur. Ən əsası bu zibillik Rayon İcra Hakimiyyətinin binasının arxasında da özünə “yer tapıb”.

Göyçay RİH-nin arxasında, orta məktəbin yanında zibillik göz deşir, amma nə rəhbərliyin, nə Kommunal Təsərrüfat İdarəsinin vecinədir.

Sakinlər şikayətlənirlər ki, Göyçay zibilliyə qərq olub, əhalinin sağlamlığı təhlükədədir. Azyaşlı uşaqlar zibillikdə oynayır, küçə itləri çoxalıb.

Göyçay Kommunal Təsərrüfat İdarəsində 40-a yaxın işçi var. Hər ay evlərdən zibil pulu adı ilə 1 manat yığılır. Bu da ayda 15.000 manatdan çox edir. Çünki Göyçayda 15-20 min arası ev olduğu deyilir.

Göyçayın baxımsızlığı fasad örtüklərinin sökülüb qopmasında özünü xüsusi göstərir. Keyfiyyətsiz görülən “abadlığın” nəticəsidir ki, örtüklər qopub, rayona gələn qonaqların ilk diqqətini də çəkən bu rüsvayçı mənzərə olur.

Sakinlər bildirirlər ki, M.Səlimzadə bu yoldan hər gün xidməti maşınında keçir və fasadların nə gündə olduğunu yaxşı görür, amma əlini ağdan qaraya vurmaq, o qopuq yerləri bərpa etdirmək ağlından keçmir.

Əgər İH rəhbərinin fikrindən abadlıq işləri keçsəydi, axşam 5-dən sonra zülmətə bürünən Göyçayın işıqlandırılması üçün göstəriş verərdi, avtovağzalın yanında əkilən və rayonun iqliminə heç bir dəxli olmayan solmuş palmaların yerində ağaclar əkdirərdi. Göyçay Ərəbistan deyil ki, palma əkəsən...

Avtovağzal demişkən, yenicə istifadəyə verilən avtovağzalın adı rayonda lağ-lağı obyektinə çevrilib. M.Səlimzadə “kreativ” ideya fikirləşərək Göyçayla əlaqəsi olmayan bir sözü - “Perron” adını avtovağzala verdirib.

“Perron” sərnişin platforması deməkdir. Sakinlər isə təklif edirlər ki, əvvəlcə Göyçay abadlaşdırılsın, rayon müasirləşdirilsin, fermerlərin, kəndçilərin, sahibkarların işinə şərait yaradılsın, sonra vağzala əcnəbi ad vermək olar.

Sakinlər deyir ki, rayonda biznes mühiti boğulub, investisiya yatırmaq istəyən iş adamlarına süni əngəllər yaradılır, aqrar sektor inkişaf eləmir. Göyçaylıların əsas məşğuliyyəti nardır.

Sakinlər isə deyirlər ki, sonuncu Nar bayramı festivalında onların başına gətirilənlər bir dərs olub. Nar bayramına sponsorluq edilməsinə baxmayaraq, icra başçısının göstərişi ilə hər piştaxtadan günə 50-100 manat alıblar.

Üç gün davam edən festivala görə başçı hər piştaxtadan 200-300 manat qazanıb. Təqribən 200-250 piştaxta olduğunu nəzərə alsaq, böyük qazanc götürülüb. Halbuki, festivalın xərcləri sponsorlar tərəfindən ödənilmişdi.

Bir sözlə, Göyçay prezidentin elan etdiyi kadr islahatına ehtiyacı olan əyalətlərdən birinə çevrilib və yuxarıda göstərdiyimiz sosial problemlər girdabında boğulan rayon camaatının gözü siyasi rəhbərliyə dikilib...
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:00
Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir - Natiq Miri ŞƏRH EDİR
Bu gün, 06:58
"Su İdmanı Sarayı" dövlətə BORCLANDI - Böyük miqdarda
Bu gün, 06:56
Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər - “İzvestiya” qəzeti
Bu gün, 06:51
Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… - DETALLAR
Bu gün, 06:49
"Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" - partiya sədri
Bu gün, 06:33
Tanınmış müğənni qonşusundan gileyləndi - "...şübhə edir"
Bu gün, 06:27
Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri - ŞOK FAKTLAR AÇIQLANDI
Bu gün, 06:17
Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... - Bir araşdıran olsa...
Bu gün, 06:13
Hamlet İsaxanlı siyasətə yaman meyillənir... - keçmiş deputatdan ATMACA
Bu gün, 05:58
Eşqi Bağırovun üsyanı... SƏMƏRƏ VERƏCƏKMİ?
Bu gün, 05:52
Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... - HESABI BELƏ SORUŞULMUR...
Bu gün, 05:47
Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR - İLGİNC FAKTLAR
Bu gün, 05:40
Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16
Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10
Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01
Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Dünən, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Dünən, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Dünən, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Dünən, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Dünən, 13:50
“Bizə səs ver, pulunu al” - Ermənistanda seçki qalmaqalı
Dünən, 13:46
“Kapital Bank” verdiyi kreditləri geri ala bilmir? – Problemli kreditlərdə kəskin artım var
Dünən, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru