"Lukoyl"a qarşı SƏFƏRBƏRLİK - QALMAQAL
Tarix: 12-09-2018, 12:04 | Çap et
 Xəbər verdiyimiz kimi, srağagün Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov məlumat yayaraq “Lukoyl – Azərbaycan” şirkətinin AİİB-i məhkəməyə verəcəyini bildirmişdi. Bu gün isə artıq "Lukoyl" şirkətinin QHT-ni məhkəməyə verərək, 5000 AZN təzminat tələb etməsi məlum oldu.
Həmçinin xatırladaq ki, məlumat saytımızda yayımlandıqdan sonra AXCP sədri Razi Nurullayev də məsələ münasibət bildirərək bunları qeyd etmişdi:
“…Bu barədə mən də dəfələrlə çıxış etmişəm. Ən azı bu hadisə xatırladığım 4 dəfə başımıza gəlib. Bir dəfə “Şamaxinka” deyilən ərazidə olan məntəqədə 20 manatlıq benzin vurduran zaman benzin çəninin əqrəbinin qalxmadığını gördüm. Çəndən şlanqı çıxarmaq istəyən zaman tez xəbərdarlıqla onu saxladıq və dedim ki, əminsən benzin vuruldu? Göstərciyə baxıb dedi ki, "atıb". Yəni, aparat avtomatik dayanıb. Bu məsələni onlarla sürücü də mənə danışıb. Eyni biabırçılıqlar Cəfər Xəndan küçəsində, "İstanbul evləri" deyilən ərazidəki qoşa məntəqələrdə də dəfələrlə baş verib. Sonuncu dəfə isə "Toyota Corolla" avtomobilinə dolu çən sifariş verdik, heç işığı da yanmırdı.”
Cebhe.info “Lukoyl – Azərbaycan” şirkətinin QHT-ni məhkəməyə verməsi ilə bağlı Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı və ekspert İlham Şaban ilə əlaqə saxlayaraq fikirlərini öyrənib.
“Bu hökumətin apardığı siyasətin nəticəsidir. Hökumət QHT-i bu qədər aşağılamasa idi, onlar haqqında cinayət işi, onlara ziyan vuracaq addımlar atılmazdı”.
Bu sözləri açıqlamasında Mirvari Qəhrəmanlı deyib. O həmçinin bildirib ki, bu cür halda “Lukoyl” şirkətinin gücü çatmazdı ki, QHT-ni məhkəməyə versin:
“Bir QHT kimi buna ciddi surətdə etiraz edirəm. QHT-nin məhkəməyə verilməsi absurddur. Yəgin ki, Eyyub müəllim yaxşı vəkil tutacaq və bu məsələ Avropa Məhkəməsinə qədər aparılacaq. “Lukoyl” hansı şərəfindən danışır ki? Şirkət istehlakçı hüququnu pozubsa, o, onu şikayət edən xanımı məhkəməyə verməlidir. Bəlkə xanım günahkar deyil, bu araşdırılmalıdır. Şirkət çox səhv addım atıb.
Mən də bu məlumatı sizin vasitənizlə həmkarlarıma və beynəlxalq aləmə, müxtəlif təşkilatlara çatdıracağam. QHT-nin, vətəndaş cəmiyyətinin vəzifəsi nizamnaməyə uyğun olaraq hərəkət etməsidir. Düşünürəm ki, vəsatət qaldırmalıdır. Ən əsası “Lukoyl”-un hansı ölkələrdə yanacaq məntəqələri varsa, onlara da bildirilməlidir. Düşünürəm ki, bu barədə həmkarlarımız olan QHT-ı bizə kömək edəcəklər”.
“Bu məlumat şirkətin biznes fəaliyyətinə kölgə saldığı üçün bu addımı atıb. QHT-də özünün doğruluğunu, düzgün yolda olduğunu sübut etməlidir”.
Ekspert İlham Şaban həmçinin düşünür ki, bu cür hallar hüquqi müstəvidə həll yolu və normal şeydir:
“Biz buna təzə-təzə gəlib çıxsaq da, sivil dünya bunu çoxdan keçib. İnsanlar öz mübahisələrini məhkəmə ilə həll etməlidir. Əgər qanunsuzluq varsa, istehlakçı hüququ pozulursa, bu normaldır. Ölkədə bu cür xəbərlərlə tez-tez qarşılaşmasaq da, bu hallar baş verir.
Dünyanın yolu bundan keçir. Elə bilirsiniz ki, Amerika, Avropada hər şey rəvan olur? Onlar da bu yolu keçiblər və başa düşüblər ki, ən yaxşı yol istehlakçılara xidmətdən keçir. Nəticə etibarı ilə burada oğurluq, istehlakçı hüququnu pozmaq və bunu məhkəməyə vermək, həmin şirkətin biznesini də çökdürəcək. Bunu zaman göstərib və həll edəcək”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Rus "sektor"unda oxumaq üçün 3000-5000 manat ödənilsin” - Azər Həsrətdən TƏKLİF
Bu gün, 12:17 |
|
|
|
| • “Yelo Bank”ın poblemli kreditləri kəskin artıb – Müştərilər pullarını geri götürür
Bu gün, 12:04 |
|
|
|
| • Bakıda gənc oğlanla yeniyetmə qız hamamda zəhərləndi, biri öldü
Bu gün, 12:01 |
|
|
|
| • Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi - TƏFƏRRÜAT
Bu gün, 11:56 |
|
|
|
| • Kremldən “qazlı” ZƏRBƏ – “Cermuk”a HÜCUMUN gizlinləri
Bu gün, 11:53 |
|
|
|
| • AZAL-ın təyyarəsi İrəvanda - FOTO
Bu gün, 11:45 |
|
|
|
| • Sara Əzimovaya yeni vəzifə verilib - BUNDAN SONRA...
Bu gün, 11:42 |
|
|
|
| • Şahin Mustafayev Ermənistanda səfərdədir
Bu gün, 11:34 |
|
|
|
| • Dənizdə çalışan neftçilərin SAĞLAMLIĞI TƏHLÜKƏ ALTINDA! - BU NƏDİ BELƏ?
Bu gün, 11:32 |
|
|
|
| • "Onlar teatra gəlməyimi xahiş etdilər, dostumu, düşmənimi tanıdım" - Mehriban Xanlarova "AZDRAMA"-ya qayıdır?
Bu gün, 11:13 |
|
|
|
| • Səfir Niderland parlamentinin Azərbaycana qarşı qərəzli sənədinə aydınlıq gətirib - "Biz onlara təsir göstərə bilmərik"
Bu gün, 11:08 |
|
|
|
| • Əlixan Rəcəbov necə uğursuz oldu? - Orxan Saffari yazır…
Bu gün, 11:01 |
|
|
|
| • İranda nizam dəyişdi - Hakimiyyət ali rəhbərdən alındı
Bu gün, 10:48 |
|
|
|
| • Hərbi xidmət keçməkdən boyun qaçıran gənc qərardan narazıdır
Bu gün, 10:42 |
|
|
|
| • “Zəyəm Texnologiyalar Parkı”nda yığıncaq keçiriləcək
Bu gün, 10:40 |
|
|
|
| • "Bunları təhlükəsizlik yox, cibləri maraqlandırır" - ETİRAZ VAR...
Bu gün, 10:37 |
|
|
|
| • 7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin məhkəmə zalında həbsi tələb olunub
Bu gün, 10:33 |
|
|
|
| • AQTA-nın tamahkar işçiləri “QILINCLARINI SIYIRIB” - GİLEY
Bu gün, 10:29 |
|
|
|
| • Qubadlıda yaşayış məhəlləsini “See Breeze Construction” tikəcək – 34,4 milyonluq tender
Bu gün, 10:17 |
|
|
|
| • Nigar Köçərli “LIV Bona Dea Hospital”ı yenidən saxtakarlıqda ittiham etdi - "Bir klinika pasiyenti əzmək üçün..."
Bu gün, 10:15 |
|
|
|
| • Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq - TƏFƏRRÜAT
Bu gün, 10:04 |
|
|
|
| • “PubG”yə görə azyaşlıya qarşı hədə-qorxu və oğurluq: 40 min manata yaxın ziyan - MƏHKƏMƏ
Bu gün, 09:53 |
|
|
|
| • "Azərbaycan Sənaye Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:47 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 115 dolları ötüb
Bu gün, 09:44 |
|
|
|
| • Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 08:42 |
|
|
|
| • Tehranın Azərbaycanla sərhəddən yeni mesajı - Görünəni odur ki...
Bu gün, 08:39 |
|
|
|
| • ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir - KİV
Bu gün, 08:35 |
|
|
|
| • "450-dən çox ailə başçısını işsiz qoydular..." - NARAZILIQ VAR...
Bu gün, 08:30 |
|
|
|
| • Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir - Stupak
Bu gün, 08:02 |
|
|
|
| • Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq - Rəsmi Tehran
Bu gün, 08:00 |
|
|
|
| • Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər - İDDİA
Bu gün, 07:34 |
|
|
|
| • SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş - FOTO
Bu gün, 07:32 |
|
|
|
| • AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... - Orxan İmanlının bibisi oğlundan narazılıq artıb
Bu gün, 07:19 |
|
|
|
| • "Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” - DİM sədrinə ETİRAZ
Bu gün, 07:15 |
|
|
|
| • Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var - İNCƏLƏMƏ
Bu gün, 07:10 |
|
|
|
| • Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? - NƏ BAŞ VERİR?
Bu gün, 07:07 |
|
|
|
| • Azərbaycanda “WhatsApp”la bağlı yeni problem – Həlli AÇIQLANDI
Bu gün, 07:05 |
|
|
|
| • Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:04 |
|
|
|
| • Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev
Bu gün, 07:02 |
|
|
|
| • İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:00 |
|
|
|
| • Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir - Natiq Miri ŞƏRH EDİR
Bu gün, 06:58 |
|
|
|
| • "Su İdmanı Sarayı" dövlətə BORCLANDI - Böyük miqdarda
Bu gün, 06:56 |
|
|
|
| • Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər - “İzvestiya” qəzeti
Bu gün, 06:51 |
|
|
|
| • Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… - DETALLAR
Bu gün, 06:49 |
|
|
|
| • "Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" - partiya sədri
Bu gün, 06:33 |
|
|
|
| • Tanınmış müğənni qonşusundan gileyləndi - "...şübhə edir"
Bu gün, 06:27 |
|
|
|
| • Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri - ŞOK FAKTLAR AÇIQLANDI
Bu gün, 06:17 |
|
|
|
| • Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... - Bir araşdıran olsa...
Bu gün, 06:13 |
|
|
|
| • Hamlet İsaxanlı siyasətə yaman meyillənir... - keçmiş deputatdan ATMACA
Bu gün, 05:58 |
|
|
|
| • Eşqi Bağırovun üsyanı... SƏMƏRƏ VERƏCƏKMİ?
Bu gün, 05:52 |
|
|
|
|