Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir .....                     Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: .....                     Bu gün BMT canlı meyitdir .....                     Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub .....                     Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? .....                     Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... .....                     Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı .....                     Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... .....                     Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı .....                     Siraqəddin Cabbarov onu işdən çıxardı .....                     Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb .....                     Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama .....                     Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır .....                     “İdmançılara lazımi maddi və mənəvi dəstək verilmir” .....                     Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev, daha nələr: 72 minlik dələduzluq etdi, həbs olunmadı .....                     General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular .....                     “Kreml bunu “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir” .....                     Azərbaycanda meyvə bazarında "QİYMƏT TERRORU" .....                     Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi .....                     Ayda 925 manata kim ev ala bilər? .....                     İLGİNC RƏQƏM: Mart ayında İrana 5 minə yaxın azərbaycanlı gedib .....                     Gəncədə yeni təyinat: icra hakimiyyətində dəyişiklik .....                     Azərbaycan səhiyyəsi ÇALXALANIR .....                     Sarkisyanın qardaşı qızının elektrik stransiyası var imiş .....                     Azərbaycan və Latviya arasında əməkdaşlıq genişlənir .....                     Azərbaycan-Latviya münasibətləri davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir .....                     Mədəniyyət Nazirliyi bahalı təlim xidmətləri satın alıb .....                     Muğanlı–İsmayıllı–Qəbələ yolu bir həftə bağlı olacaq .....                     İmişlidə Qarabağ Qazisini işdən çıxaran vəzifəli şəxs barəsində ŞOK İDDİA .....                     İrəvan Avropa İttifaqının yeni missiyası ilə bağlı açıqlama verdi .....                     Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib .....                     XİN-in idarə rəisi Bakıda kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi .....                     Mühüm gəlişmə: Saleh Məmmədov həbs edilir? .....                     Danışıqlara da, müharibəyə də hazırıq .....                     Evlərə "kupça" veriləcək: Əfv gəlir .....                     İrəvan AB-yə qoşulsa, ÜDM-nin 23%-ni itirəcək .....                     “Xalq Bank”ın idarə rəislərindən biri vəzifəsindən ayrılıb .....                     Azərbaycan insanı çox yemir, bahalı yeyir .....                     Abid Şərifovun nəvəsi Londondakı şirkətinin adını dəyişib .....                     Növbəti ABŞ-İran savaşı region üçün fəlakətə çevrilə bilər... .....                 

ŞƏMSƏDDİN HACIYEVƏ ŞOK İTTİHAMLAR
Tarix: 6-04-2012, 11:41 | Çap et
ŞƏMSƏDDİN HACIYEVƏ ŞOK İTTİHAMLAR

“REKTORUN XOŞUNA GƏLMƏDİYİNDƏN ƏTRAFINI MƏNƏ QARŞI QALDIRDI”

DİA.AZ: - Professor, İqtisad elmlər doktoru Bədirxan Musayev: “...məhkəmələrin əsassız qərarlarındansa, Dərbənd filialından tələbə köçürmələrinə, imtahanlarda yaşanan qanunsuzluqlara, təmir-tikinti adıyla universitetin büdcədənkənar vəsaitlərinin necə talan edilməsinə, xaricə istirahətə gedərkən özüylə apardığı şəxsin ailəsində yaşanan faciəyə və digər hadisələrə münasibət bildirsin”.

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) professoru, Dövlət Mükafatı Laureatı, Azərbaycanda yeni iqtisadi kibernetikanın yaradıcısı, ölkə və xarici dövlətlər üzrə 60-dan çox elmlər doktoru və namizədi yetişdirmiş iqtisad elmləri doktoru Bədirxan Musayev В«Gündəm xəbərВ»ə çox maraqlı müsahibə verib. Professor ömrünün 60 ilini həsr etdiyi ADİU-da rektor Şəmsəddin Hacıyevin qanunsuz əməllərindən, ona qarşı repressiv fəaliyyətdən, rektorun ətrafının bir tikə çörək naminə ona qarşı kampaniyaya qoşulmasından, barəsində hakim dairələrə yalan məlumatlar məruzə edilməsindən və sair məqamlardan danışıb. İlk öncə o, DİA.AZ-a müsahibəsində Şəmsəddin Hacıyevlə münasibətlərinin gərginləşməsi səbəbinə aydınlıq gətirib:

- Mətləbə keçməzdən əvvəl özüm haqda onu deyim ki, universitetdə ömrümün 60 ilini keçirmişəm. Rektordan başqa əksər yüksək vəzifələrdə işləmişəm. 5 ay əvvələ qədər isə rektorun müşaviri və В«İqtisadi KibernetikaВ» kafedrasının müdiri vəzifələrində işləmişəm. Konkret sualınıza gəlincə, deyim ki, Şəmsəddin Hacıyev akademik Əli Abbasov rabitə naziri təyin edildikdən sonra rektor təyin olunub. Etiraf edim ki, yeni təyin olunduğu vaxtlarda onun akademik Əli Abbasovun universitetdə yaratdığı sağlam mühiti davam etdirəcəyinə çox inanırdım və hətta onu açıq şəkildə müdafiə də edirdim. Lakin zaman-zaman onun işlədiyi bütün vəzifələrdən qovulanları, əsasən də özünün və həyat yoldaşının yerlilərini toplayıb, universiteti korrupsiya yuvasına çevirməsini gördüm. Bununla barışa bilmədim. Dəfələrlə vəzifə səlahiyyətlərimə uyğun olaraq, ondan bir qrup rüşvətxorların universitetdə yaratdığı ağır duruma diqqət etməsini, onlara qarşı tədbir görülməsini xahiş etdim. Təəssüf ki, o, tam əksinə addım atdı. Rüşvət mexanizmində onun maraqlarına cavab verməyənləri sıxışdırdı, nəticə etibarı ilə daha yaxşı pul toplayanları ətrafında mövqe sahibi etdi. Onları ömürlərini elmə, təhsilə vermiş alimlərin üzərinə yönəltdi. Bu isə mənim prezident İlham Əliyevə rəsmi müraciət etməyimə səbəb oldu. Bu isə rektorun xoşuna gəlmədiyindən ətrafını mənə qarşı qaldırdı. Təbii ki, indi olduğu kimi o zaman da qarşıma çıxa bilmədi.

- Prezidentə hansı faktlardan söz açmışdınız ki, rektor onları belə aqressiv qarşıladı?
- Prezidentə universitetdəki rüşvət və korrupsiya haqda dəqiq faktlardan, o cümlədən, baldızını mühasibatlıqda işə götürməsindən, orada bir əməliyyatla 2 milyon 500 min manatın hara sərf olunmasından, təmir-tikinti işlərindəki maxinasiyalar, universitetdəki rüşvət mexanizminin detalları və qanunsuz tələbə köçürmələrindən bəhs etmişdim. Rektor təbii ki, bunlardan xoşlana bilməzdi. Ona görə də təzyiqləri artırıb, qanunsuz şəkildə məni işdən azad etmək yolunu seçdi. Yəqin bundan sonra universitetdə qanunsuz əməllərini rahat davam etdirəcəyini düşündü.

- Yəni ölkə prezidentinə müraciətinizdən sonra işinizi də itirdiniz?
- Bəli, rektor prezidentə müraciətə belə qiymət verdi. Rektorun prezidentə münasibəti, onun siyasətinə qarşı əlimdə təkzibolunmaz məlumatlar var. Sadəcə bunlari mətbuata demək fikrim yoxdu. İnsallah, gec-tez prezidentin qəbuluna düşüb, bunlara aydınlıq gətirəcəyəm. Hələki özümlə bağlı bildirim ki, prezidentə muraciətimdən sonra ötən ilin noyabr ayının 4-də məni müşavir, 11-də isə kafedra müdiri vəzifəsindən azad etdi. İşə bərpa ilə bağlı məhkəməyə müraciət etmişəm. Şəmsəddin Hacıyev də bundan sonra saxta protokol və aktlar tərtib etdirib ki, guya mən universitetdə kimlərisə təhqir etmişəm. Çox təəssüf ki, vaxtilə atalarından belə görmədikləri yaxşılıqları etdiyim bir neçə universitet əməkdaşı da məcburən bu çirkin kampaniyada yer alıblar. Indi özlərinin tərtib etdikləri qondarma akt və protokolların əsasında məni məhkəməyə verib, susdurmağa çalışırlar. Belə bir fakt əsasında Səbail Rayon Məhkəməsində hakim Nurəddin Bağırovun sədrliyi ilə məni 400 manat cərimə də ediblər. Guya mən Damət Bağırov, Əsəd Mirzəyev və Zəfər Bayramov kimi nanəcibləri təhqir etmişəm. Amma eyni sənədlərdə daha ağır təhqir olunmağıma baxmayaraq, Səbail Rayon Məhkəməsinin digər hakimi mənim iddia ərizəmi icraata belə qəbul etmədi. Yəqin düşünürlər ki, bunlardan sonra mən qorxub, susacam. Yanılırlar, mən susacaq adam deyiləm. Bunu bildiklərindən universitetdə tez-tez yığıncaqlar keçirərək, orada məni təhqir etdirir, sonra isə onun əsasında protokol tərtib etdirib, müəyyən yerlərə də göndərirlər. Guya kollektiv mənə qarşıdır. Bununla Şəmsəddin Hacıyev özünü sığortalayacağını proqnozlaşdırır. O, bu məsələdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin bir neçə ay rəisi işləmiş və yarıtmazlığına görə qovulmuş, hazırda isə prorektor qoyduğu Damət Bağırovdan, həmyerlim Əsəd Mirzəyevdən istifadə edir. Ancaq belə tipi olanlar məni yolumdan döndərə bilməz. Artıq onun çirkin kampaniyasında iştirak edən bir neçə müəllim mənə zəng edib, bir neçəsi evimə gəlib, məndən üzr istəyiblər. Etiraf ediblər ki, onlar təhdid edilərək, mənə qarşı qaldırılıblar. Mən onları başa düşür və bağışlayıram.

- Hazırda bir-birinizə qarşı məhkəmə iddialarının olduğunuzu deyirsiniz. Artıq işlər yekunlaşıbmı?
- Elədir, vəni işdən azad edən qanunsuz əmrlər, təhqiramiz protokol və aktlarla bağlı məhkəmə işləri davam edir. Bəziləri apellyasiya mərhələsinə qədəm qoyub. Açığı, Azərbaycan məhkəmələrini bu qədər acınacaqlı durumda olduğunu düşünməzdim. Əgər bu gün məhkəmələr bir professorun, Azərbaycanda bir elmi sahənin (kibernetika) yaradıcısının şikayətini araşdırmadan, heç bir əsas olmadan qarşı tərəfin xeyrinə həll edirsə, o zaman həqiqətən bu sahədə çox ciddi islahatların aparılmasına böyük ehtiyac var. Bu faktdır ki, hakimlərin boyunu pul və mandat qarşısında qıldan nazik olub. Məhkəmə işimlə istənilən hüquqşünasın tanış olmasına şərait yaratmağa hazıram. Onlar işi araşdırmaqla, hakimlərin necə kobud qanun pozuntularına yol verdiklərini görə bilərlər. Çox təəssüf ki, Şəmsəddin Hacıyev taladığı milyonlar hesabına məhkəmələrə də В«yolВ» tapıb, onları da pulunun və mandatının gücü ilə qanunları tapdalamağa məcbur etməkdədir. Bununla bağlı prezidentə və Məhkəmə Hüquq Şurasına müraciət etmişəm. Ümid edirəm ki, rektorun təzyiq və təsiri ilə Səbailin hakimlərinin əleyhimə çıxardıqları əsassız məhkəmə qərarlarına obyektiv qiymət veriləcək. Əks halda digər məhkəmə instansiyalarını aşıb, Avropa Məhkəməsinə müraciət etmək məcburiyyətində qalacam.

- Bəs, rəsmi orqanlara müraciətinizə hansı cavablar gəlib?
- Təxminən iki ay əvvəl Baş Prokurorluq rektorun korrupsiyaya söykənmiş əməllərindən bəhs edən ərizəmə cavab verib. Daha dəqiqi, Baş Prokurorluğun tapşırığı ilə Səbail rayon Prokurorluğunun məndən aldığı izahatlar əsasında toplanmış materiallar Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əvəzinə, Təhsil Nazirliyinə göndərilib. Hələki bu nazirlikdən xəbər yoxdur. Yəqin yaxın günlərdə müsbət nəticəsi olar. Möhtərəm prezidentimiz təhlükəsizliyimin qorunması üçün Daxili İşlər Nazirliyinə tapşırıq verib və bunun əsasında az əvvəl DİN-də məni yüksək səviyyədə qəbul edib, təhlükəsizliyimə zəmanət verildi.

- Bəyəm həyatınıza təhlükə var idi ki?
- Bəli, rektor və ətrafı bir nəfəri məni güllələməyə təhrik edir. O adamın – Alixan Əliyevin elmi rəhbəri olmuşam, onu işə götürmüşəm, elçiliyini etmişəm və s. O, övladını bizim universitetə В«perevodВ» edərkən rektorun В«haqqıВ»nı çatdırmayıb. Ona görə də, onu В«torВ»a salıb, mənə qarşı qaldırıblar. Əks halda özünü işdən, övladını isə universitetdən qovacaqları ilə hədələyiblər. Bu zəif adam da rektorun təkidiylə məni məhkəməyə verib. Guya ona В«maviВ» demişəm. Hansı ki, bu ifadə Şəmsəddinin özü tərəfindən səslənib və məcburi mənim rektora yazdığım təkliflərə daxil edilib. Mən işdən azad olunandan və prezidentə müraciətimdən sonra rektor iclas çağırıb. O iclasda rektorun ətrafı Alixana В«sən kişi deyilsən, kişi olsaydın, ya Bədirxan Musayevin, ya da öz başına bir güllə çaxmalıydınВ», - deyib, onu məni öldürməyə təhrik ediblər. Bu, ifadə universitetin 01 noyabr 2011-ci il tarixli rəsmi protokolunda əks olunub. Belə təhdid və təhriklər çox olduğundan tədbir görülməsini xahiş etmişdim.

- 5 ay əvvələ qədər rektorla bir yerdə işləmisiniz, onun müşaviri olmusunuz. Görüşüb aranızdakı problemləri masa arxasında həll etmək mümkün deyildi ki?
- Görüşmək də, həll etmək də olardı. Açığı, görüs ücün mən tərəfdən indi də problem yoxdu. Lakin o, dəfələrlə istəyimə baxmayaraq, qaçıb gizləndi. Bir sözlə, görüşdən yayındı. Üstəlik, prezidentə müraciətimdən sonra barəmdə əsassız məlumatlar yaymağa başladı. Sonra da kafedra müdirliyi seçkimə kobud müdaxilə etdi. Kafedra üzvlərinin 67 faiz səs çoxluğu ilə seçilsəm də, məni В«vurmaqВ» üçün növbəti qanunsuzluğa əl atdı. Belə ki, Təhsil Nazirliyinin 400 saylı əmrinə əsaslanaraq, rektorun ətrafından ibarət komissiyanın müzakirəsinə seçkinin nəticələrinin çıxarılmasını istəmədim. Amma, o, yenə də qanunsuzluq etdi. Təsəvvür edin ki, 25 oktyabrda xidmətlərimi göylərə çıxaran və mənə səs verən kafedranın üzvləri bu tarixdən 6 gün sonra tam heyətlə mənə qarşı qaldırıldı. Razılaşaq ki, bu təsadüf ola bilməzdi. Rektor belə səviyyəyə enməklə aqoniya vəziyyətində olduğunu təsdiqləyir. Bir dəfə də olsun xəstəlik bülletini götürmədiyim, töhmət almadığım və işimin öhdəsindən layiqli gəldiyim halda, saxta əsaslarla məni işdən azad etməsi göstərir ki, rektorun sağlam tənqid, real faktlar qarşısında duruş gətirmək qabiliyyəti yoxdur. Əksinə, o, belə cılızlığa yol verməklə, özünü biabır edir. İnsan gərək cəsarəti olub, mərdanə desin ki, gəlin birlikdə Bədirxan Musayevin ittihamlarını araşdıraq. Əgər o, bunu bəyan edərsə, məmuniyyətlə istənilən şəxslərin iştirakı ilə obyektiv araşdırmanın iştirakçısı ola bilərəm. O zaman aydın olar ki, kim düz danışır, kim böhtanla məşğul olur. Ancaq əminəm ki, o, buna da razı olmaz.

- Niyə?
- Çünki o, normal polemika aparmaq gücündə deyil. İkincisi və ən əsası o, özünün və şəbəkəsinin qanunsuzluqlarını necə inkar edə bilər, axı? Mənim əlimdə onun korrupsiya əməllərini təsdiqləyən faktlar, sənədlər var. Qəzetiniz vasitəsi ilə ona demək istəyirəm ki, Damətin, Əsədin və belə tiplərin arxasında az gizlənsin. Kişi kimi, ortaya çıxıb, ümumi deyil, konkret faktlara münasibətini açıqlasın. Durub, məhkəmələrin əsassız qərarlarındansa, Dərbənd filialından tələbə köçürmələrinə, imtahanlarda yaşanan qanunsuzluqlara, təmir-tikinti adıyla universitetin büdcədənkənar vəsaitlərinin necə talan edilməsinə, universitetdə 4-5 otağı hansı məqsədlə istifadə etməsinə, xaricə istirahətə gedərkən özüylə apardığı şəxsin ailəsində yaşanan faciəyə və digər hadisələrə münasibət bildirsin. Rektor arzu edərsə, elə Sizin redaksiyanızda onunla debata da hazıram. Hətta ona da razıyam ki, yazdığım faktları universitetdə jurnalistlərin iştirakı ilə birgə araşdıraq. Düz adamdırsa, məhkəmələrin qondarma qərarlarına arxayınlaşıb, haqlı olduğunu düşünürsə, bundan çəkinməməlidir. Əgər mənim faktlarım təsdiqlənməzsə, üzr istəməyə də, bütün şikayətlərimi də geri götürməyə hazıram. Yox, əgər təsdiqlənərsə, kişiliyi çatarsa, istefa verib, evinə getsin…».

P.S. Istər professorun söylədikləri, istərsə də İqtisad Universitetində cərəyan edən digər sensasiyalı hadisələrlə bağlı arasdırmalarımız davam edəcək. Qarşı tərəfi də dinləməyə hazırıq.

Eldəniz – DİA.AZ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Statistika Komitəsinin tabeli qurumu icarə müqaviləsi bağlamadan fəaliyyət göstərir - Palata
Bu gün, 18:06
Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: - 400 ədəd arabaya 135 mindən artıq vəsait xərcləndi
Bu gün, 18:02
Bu gün BMT canlı meyitdir - Natiq Miri
Bu gün, 17:55
Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub – Rəsmi
Bu gün, 17:49
Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? - İmtiyazlı podratçı...
Bu gün, 17:42
Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... - DETALLAR
Bu gün, 17:31
Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı Yuri Pompeyev vəfat edib
Bu gün, 17:28
Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... - Qarabağın bərpasına da HARAM QATIBLAR
Bu gün, 17:24
Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı - DÖVLƏTİ SANKİ QARƏT EDİBLƏR...
Bu gün, 17:23
Siraqəddin Cabbarov onu işdən çıxardı - ƏMR
Bu gün, 17:20
Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb - DETALLAR
Bu gün, 17:11
Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama - Kimlərə artıq pullar ödənilib?
Bu gün, 17:10
Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır
Bu gün, 17:06
“İdmançılara lazımi maddi və mənəvi dəstək verilmir” -Tofiq Musayev
Bu gün, 17:04
Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev, daha nələr: 72 minlik dələduzluq etdi, həbs olunmadı - TƏFƏRRÜAT
Bu gün, 16:55
General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular - DETALLAR
Bu gün, 16:50
“Kreml bunu “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir” – İlginc açıqlamalar
Bu gün, 16:48
Azərbaycanda meyvə bazarında "QİYMƏT TERRORU" - Ekspertdən xəbərdarlıq
Bu gün, 16:43
Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 16:42
Ayda 925 manata kim ev ala bilər? - ŞƏRH
Bu gün, 16:38
İLGİNC RƏQƏM: Mart ayında İrana 5 minə yaxın azərbaycanlı gedib - SAVAŞ GEDƏ-GEDƏ...
Bu gün, 16:31
Gəncədə yeni təyinat: icra hakimiyyətində dəyişiklik - ƏMR
Bu gün, 16:29
Azərbaycan səhiyyəsi ÇALXALANIR – Bir gündə 4 səs-küylü İSTEFA
Bu gün, 16:27
Sarkisyanın qardaşı qızının elektrik stransiyası var imiş
Bu gün, 16:24
Azərbaycan və Latviya arasında əməkdaşlıq genişlənir - MƏQALƏ
Bu gün, 16:21
Azərbaycan-Latviya münasibətləri davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir - İsrafil Kərimovun yazısı
Bu gün, 16:19
Mədəniyyət Nazirliyi bahalı təlim xidmətləri satın alıb
Bu gün, 16:06
Muğanlı–İsmayıllı–Qəbələ yolu bir həftə bağlı olacaq - DİQQƏT
Bu gün, 16:05
İmişlidə Qarabağ Qazisini işdən çıxaran vəzifəli şəxs barəsində ŞOK İDDİA - Görün, kimin qardaşıdır...
Bu gün, 16:03
İrəvan Avropa İttifaqının yeni missiyası ilə bağlı açıqlama verdi
Bu gün, 15:34
Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib
Bu gün, 15:27
XİN-in idarə rəisi Bakıda kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi - VİDEO
Bu gün, 15:26
Mühüm gəlişmə: Saleh Məmmədov həbs edilir? – Heyrət doğuran FAKTLAR YAYILDI
Bu gün, 15:17
Danışıqlara da, müharibəyə də hazırıq - İrəvani
Bu gün, 15:14
Evlərə "kupça" veriləcək: Əfv gəlir - AKTUAL
Bu gün, 15:13
İrəvan AB-yə qoşulsa, ÜDM-nin 23%-ni itirəcək - Şevtsov
Bu gün, 15:11
“Xalq Bank”ın idarə rəislərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 15:08
Azərbaycan insanı çox yemir, bahalı yeyir - EKSPERTDƏN İZAH
Bu gün, 15:05
Abid Şərifovun nəvəsi Londondakı şirkətinin adını dəyişib - DETALLAR
Bu gün, 15:01
Növbəti ABŞ-İran savaşı region üçün fəlakətə çevrilə bilər... - İNCƏLƏMƏ
Bu gün, 14:59
TƏBİB-in yeni rəhbəri daha iki nəfəri işdən çıxardı
Bu gün, 14:55
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni saytı təqdim olundu – FOTO
Bu gün, 14:52
Dostunu boğazından bıçaqlayana AĞIR CƏZA tələbi
Bu gün, 14:49
Bakı Dövlət Sirkinin yerinə bina tikilir? – RƏSMİ AÇIQLAMA
Bu gün, 14:47
Daha bir direktor işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 14:44
Avropa İttifaqı Ermənistana girir - Cənubi Qafqazda gizli mübarizə başlayır
Bu gün, 14:07
Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş
Bu gün, 14:02
“Simonyan Türkiyəni şantaj edir”
Bu gün, 13:07
"Çəkilmə araq qoxusu var" - Paşinyanın məktəbdə dedikləri diqqət çəkdi
Bu gün, 13:04
Melonidən Solovyov barədə: - Bu karikaturaya görə yolumuzu dəyişməyəcəyik
Bu gün, 13:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru