Ticarət savaşı Rusiyaya da zərbə vuracaq - AKTUAL
Tarix: 10-04-2025, 10:02 | Çap et
 ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi tariflər Moskvadan yan keçsə də, Rusiyanın büdcəsi də Vaşinqtonun ticarət müharibəsindən əziyyət çəkəcək. AzVision.az xəbər verir ki, “The Telegraph” nəşrinin yazdığına görə, neftin qiymətinin kəskin düşməsi səbəbindən Rusiya üçün təhlükə yaranıb, belə ki, treyderlər tariflərin doğurduğu qlobal iqtisadi yavaşımaya istinad edirlər. Bu, Rusiyaya neft gəlirlərindən itiriləcək on milyardlarla dollar bahasına başa gələcək.
“Goldman” şirkətinin iqtisadçısı Yuliya Jestkova-Qriqsbi ABŞ iqtisadiyyatında azalma olacağı halda, neft qiymətlərinin 2026-cı ilin dekabrına qədər 50 dollara düşəcəyini iddia edib. Amma bu da hələ son hədd deyil.
“Qlobal ÜDM artımının yavaşıdığı və OPEC+ hasilatının azaldılmasından tamamilə imtina ediləcəyi daha ekstremal və daha az ehtimal olunan ssenaridə biz düşünürük ki, “Brent” markalı neft 2026-cı ilin sonuna qədər bir barrel üçün məzənnə 40 dollardan bir qədər aşağı ünəcək”, - Qriqsbi deyib.
“JP Morgan” analitik mərkəzi isə, 60% ehtimal etdiyi, qlobal tiqtisadi enişin olacağı tərzdə, “Brent” markalı neftin 1 barrelinin qiymətinin 45 dollara qədər düşəcəyini bildirib.
Bütün bunlar Rusiya büdcəsinə çox baha başa gəlir, çünki neftin qiymətindəki 1 dollar azalma bir il davam edərsə, Rusiyaya ildə 2,7 milyard dollar itirir.
- Neftin qiymətində 10 dollarlıq dəyişiklik bir il ərzində neft ixracı gəlirlərində 25-30 milyard dollar fərq deməkdir. Bu, rubla, inflyasiyaya, və mərkəzi banka faiz dərəcələrini daha da artırmaq üçün daha çox təzyiq göstərəcək”, - Kiyev İqtisadiyyat Məktəbinin böyük iqtisadçısı Benjamin Hilqenştok deyib.
Onun sözlərinə görə, bu həm də vergi gəlirlərinin itirilməsi deməkdir. Rusiya bir il ərzində faydalı qazıntıların hasilatı vergilərinə görə bir trilyon rubl, sonra isə neft şirkətlərinin ödəməli olduğu əlavə mənfəət vergisindən bəlkə də bir az daha çox vəsait itirə bilər. Bu ilin fevral ayında Rusiyanın aylıq neft ixracı 13,3 milyard dollar təşkil edib ki, bu da ümumi ixrac gəlirinin 42,5%-nə bərabər olub.
“50 dollarlıq məzənnənin Rusiyaya təzyiq göstərdiyinə şübhə yoxdur. Rusiya neftinin hasilatı 15-20 dollara başa gəlir, ona görə də hələ də mənfəət var, lakin onlar məhduddur”, - Massaçusets Texnoloji İnstitutunun Sloun Menecment məktəbinin professoru, Beynəlxalq Valyuta Fondunun (BVF) keçmiş baş iqtisadçısı Saymon Conson bildirib.
Rusiya neftinin ucuz qiyməti onu Çin, Türkiyə və Hindistan üçün daha cəlbedici etməyi bacarsa da, Moskva daha çox neft satmaq üçün hasilatı artıra bilməz. Bununla belə, nə qədər qəribə görünsə də, Rusiya üçün bəlkə də ən böyük risk onun ən yaxın müttəfiqindən gəlir. Saymon Consonun firkincə, əgər Çin “ticarət savaşı”nda əks-tədbirləri gücləndirsə, o zaman bu vəziyyət bütün dünyaya yayılacaq. Nəticədə qlobal ÜDM-də daha çox yavaşıma olacaq və sonra neftin qiyməti daha da ucuzlaşacaq ki, bu da Rusiya üçün baha başa gələcək.
Qeyd edək ki, neftin ucuzlaşması fonunda Rusiyanın ESPO qarışığının məzənnəsi tarixdə ilk dəfə aprelin 7-də Qərbin 60 dollar/barrel qiymətindən aşağı düşüb. Bundan əlavə, Rusiyadan neft ixracı əsas Sakit okean növünün tədarük həcminin düşməsi səbəbindən azalır.
Bundan əvvəl “Reuters” agentliyi ABŞ prezidenti Donald Tramp və Vladimir Putin arasında danışıqlardan bir neçə həftə əvvəl Rusiyanın Mərkəzi Bankının Kremlə neftin qiymətinin SSRİ-nin dağılmasından əvvəlki kimi uzun müddətə ucuzlaşa bilməsi ehtimalı barədə xəbərdarlıq etdiyini yazmışdı.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Bakıda dələduzluğa görə həbsdə olmuş eks-müəllim yenidən amnistiyaya düşdü - DETALLAR
Bu gün, 09:52 |
|
|
|
| • Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur - Paşinyan belə deyir...
Bu gün, 09:49 |
|
|
|
| • TƏBİB-də kimlər getdi, kimlər qaldı? – Bakı xəstəxanalarının tam siyahısı
Bu gün, 09:48 |
|
|
|
| • Azərbaycanlı iş adamları hədəfdə - indi də Ağalarov...
Bu gün, 09:43 |
|
|
|
| • Rusiyada saxta sürücülük vəsiqəsi əldə edən azərbaycanlı Bakıda cinayət məsuliyyətinə cəlb olundu - TƏFƏRRÜAT
Bu gün, 09:32 |
|
|
|
| • "Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 09:30 |
|
|
|
| • Hansı xəstəxanaya gedirsən, hamı cibinə və əlinə baxır... - FAKT BUDUR!
Bu gün, 09:28 |
|
|
|
| • Müxalifət partiyaları QIŞDAN necə çıxdı? - SORĞU
Bu gün, 08:21 |
|
|
|
| • Miras mübahisəsi gündəm yaratdı – “Onu təhqir etmirəm, sadəcə…”
Bu gün, 08:19 |
|
|
|
| • Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir - KİV
Bu gün, 08:17 |
|
|
|
| • ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib
Bu gün, 07:33 |
|
|
|
| • Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu - DETALLAR
Bu gün, 07:12 |
|
|
|
| • Rusiyadan xəbərdarlıq: - Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Bu gün, 07:04 |
|
|
|
| • Şərurda Vasif Talıbov ənənələri... - bu dəfə məmurlar narazıdır
Bu gün, 06:56 |
|
|
|
| • 26 milyon manat hardadır: BİR SORUŞUN... - YEYİNTİ
Bu gün, 06:40 |
|
|
|
| • Hər gün milyonlar yığılan Bakı metrosu NİYƏ İFLİC OLDU? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34 |
|
|
|
| • Neft pulları necə həzmə verilir... - İTTİHAM RƏSMİDİR, amma...
Bu gün, 06:00 |
|
|
|
| • Tramp savaşı udmaq üçün VAXT UDUR? - YOXSA...
Bu gün, 05:33 |
|
|
|
| • Tramp İrana hücum etməsə... BİZ BATDIQ! - FAKT BUDUR!
Bu gün, 05:26 |
|
|
|
| • ABŞ müharibə istəsə, biz də döyüşəcəyik - İran səfiri
Bu gün, 05:22 |
|
|
|
| • İsrail və Livan arasında atəşkəs üç həftə uzadılacaq - Tramp belə deyir...
Bu gün, 05:20 |
|
|
|
| • Vətəndaş sifariş etdiyi bağlamanı ala bilmir... - "Artıq 14 gündür..."
Bu gün, 05:17 |
|
|
|
| • YETKİNLİK YAŞI PROBLEMİ: 15? 18? 25?.. - BELƏ HARA GEDİRİK?
Bu gün, 05:08 |
|
|
|
| • 83 milyonluq risk: "AFB Bank"da təminatsız kreditlər "tavan" deşir... - ARAŞDIRMA
Bu gün, 05:00 |
|
|
|
| • ABŞ Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək imkanlarını araşdırır - "CNN"
Bu gün, 04:57 |
|
|
|
| • " “Avant”ın rəhbəri öz yerində rahat yatsın, BİZ İSƏ..." - AXI NİYƏ?..
Bu gün, 04:56 |
|
|
|
| • Deputatın başında durduğu şirkət yenə də NARAZILIQ YARADIR... - BU DA FAKT...
Bu gün, 04:34 |
|
|
|
| • Qurumların sayğac oyunu: Bunun sonu görünmür - NƏ ETMƏLİ?
Bu gün, 04:24 |
|
|
|
| • Binəqədidə sakinlər ÇARƏSİZ DURUMDA - NARAZILIQ VAR...
Bu gün, 04:22 |
|
|
|
| • Goranboyda məmur atası MEYDAN SULAYIR - BU NƏDİ BELƏ?
Bu gün, 04:08 |
|
|
|
| • Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? - AKTUAL
Bu gün, 03:58 |
|
|
|
| • ADSEA işçiləri ÖZBAŞINA QALIB - GİLEY
Bu gün, 03:56 |
|
|
|
| • İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib - KİV
Bu gün, 03:47 |
|
|
|
| • Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı - GƏLİŞMƏ
Dünən, 21:12 |
|
|
|
| • Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:11 |
|
|
|
| • İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib
Dünən, 18:01 |
|
|
|
| • Nə qədər alsaq da, çatmır: - Həm bahalaşır, həm də azalır
Dünən, 17:57 |
|
|
|
| • MİDA-nın direktoruna yeni müavin təyin olundu - BUNDAN SONRA...
Dünən, 17:41 |
|
|
|
| • Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb - KİV
Dünən, 17:31 |
|
|
|
| • Nail Kəmərli gördüyü dəhşəti danışdı: - Ata-oğul bir qrama görə...
Dünən, 17:16 |
|
|
|
| • Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Dünən, 17:12 |
|
|
|
| • 44 ilin fotoqrafı anbardara çevrildi - "Azərbaycanfilm"də ştat ixtisarı
Dünən, 17:10 |
|
|
|
| • Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:05 |
|
|
|
| • Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Dünən, 16:57 |
|
|
|
| • Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb - FOTO
Dünən, 16:54 |
|
|
|
| • "Hər aktyordan müəllim olmaz... - ...Hər adam müəllim işləyə bilməz"
Dünən, 16:52 |
|
|
|
| • “Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir - FOTO
Dünən, 16:48 |
|
|
|
| • “Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir”
Dünən, 16:45 |
|
|
|
| • Xamenei hələ də dəfn edilməyib
Dünən, 16:36 |
|
|
|
| • "Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" - Məhkəmə işi
Dünən, 16:27 |
|
|
|
|