Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib .....                     "Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" .....                     Nəriman Həsənzadədən xəbər var .....                     Səhiyyədə “islahat” oyunu: .....                     Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Sökülən ev, verilməyən kompensasiya .....                     Azərbaycan qlobal güc balansını dəyişə bilər .....                     “PashaPay” ölkənin ən iri ekosistemində pay alıb .....                     Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb .....                     Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək .....                     200 manat ver və uşağı döy... .....                     Bakıda mağazadan 100 minlik qızıl oğurladılar .....                     “Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb .....                     “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” .....                     Naxçıvan deputatlarının maaşları artırıldı .....                     Xameneinin ciddi zədələri var .....                     Mağaza sahibini döyən şəxs: .....                     Vüsalə Əlizadə vətəndaşı təhqir edib? .....                     MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub .....                     "Təcili yardım"ın rəhbəri vəzifəsi bu şəxsə həvalə edildi .....                     Cəfərquliyev restoranda DAVA SALDI VƏ... .....                     Məktəb direktoru: Valideynlərdən bizə təzyiq var, problemin əsası ailədədir .....                     Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz .....                     Bakıda daha bir məktəbdə İNSİDENT: Şagirdlər məktəblini təhdid etdi .....                     Ermənistan daxilində siyasi hesablar sülhü yubadır .....                     Seçiləri onlarla ONLAYN görüşən Siyavuş Novruzovu BOYKOT ETDİLƏR: “Bizə belə deputat lazım deyil” .....                     Ermənistan Türkiyənin düşmənləri ilə hərbi ittifaq qurur .....                     İki ayağı olmayan qazi baş həkimdən Prezidentə GİLEYLƏNDİ .....                     Şəmkirdə su istifadəçilərinin başına CORAB HÖRÜLÜR... .....                     Həbsdən çıxan tanınmış cərrahdan Prezidentə müraciət .....                     Azərbaycanda toylarla bağlı qadağalar gəlir? .....                     “Bolt” şirkətinin ofisində sürücülər arasında dava .....                     Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt .....                     Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir .....                     Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən .....                     Bakıda dələduzluğa görə həbsdə olmuş eks-müəllim yenidən amnistiyaya düşdü .....                     Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur .....                     TƏBİB-də kimlər getdi, kimlər qaldı? .....                     Azərbaycanlı iş adamları hədəfdə .....                 

Ərdoğan İmamoğlunun həbsinə görə etirazlar fonunda qalib gələ biləcəkmi? - İNCƏLƏMƏ
Tarix: 30-03-2025, 00:29 | Çap et
Ərdoğan İmamoğlunun həbsinə görə etirazlar fonunda qalib gələ biləcəkmi?
Təxminən 25 il bundan əvvəl İstanbulun məşhur meri vəzifəsindən uzaqlaşdırıldı və tərəfdarlarının "siyasi motivli" adlandırdığı ittihamlarla həbs olundu. Lakin sonradan o, ölkəsinin müasir tarixində ən uzun müddət hakimiyyətdə qalan lider kimi yenidən səhnəyə çıxdı. O, Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan idi.

Lakin Ərdoğan indi getdikcə avtoritarlaşan və 20 ildən çoxdur davam edən hakimiyyətinin ən ciddi siyasi böhranı ilə üzləşib.

Nə qədər paradoksal olsa da, bu qalmaqalı doğuran başqa bir populyar və açıqsözlü İstanbul merinin həbsidir.

Martın 19-da İstanbul meri Əkrəm İmamoğlunun korrupsiya və terror qruplaşmasına yardım ittihamları ilə həbsindən sonra İstanbul, Ankara və ölkənin digər şəhər və vilayətlərində etirazlar başlayıb. Etirazlar artıq bir həftədən çoxdur davam edir.

Bu etirazlar 2013-cü ildə həftələrlə dünya manşetlərində olan Gəzi parkı etirazlarından bəri ölkəni bürüyən ən genişmiqyaslı və böyük narazılıq dalğasıdır. Hüquq müdafiəçiləri bildirib ki, Gəzi parkı hadisələrindən sonra Ərdoğan hakimiyyəti altında avtoritarizmin dərinləşməsi sürətlənib.

Hazırda davam edən etirazlarda, hələlik, ölüm halları qeydə alınmasa da, 1500-ə yaxın şəxs həbs edilib – bəziləri Ərdoğan və ailəsinə təhqir ittihamı ilə saxlanılıb. Etirazları işıqlandıran bəzi jurnalistlər də həbs olunub, BBC bildirib ki, onun müxbiri "ictimai asayişə təhdid" sayılaraq ölkədən deportasiya edilib.

Analitiklərin fikrincə, mövcud böhranın Ərdoğan və Türkiyə demokratiyası üçün daha böyük dönüş nöqtəsinə çevrilməsinin əsas səbəbi dəyişən iqtisadi və siyasi mühitdir.

"O zamanlar Ərdoğanın həqiqətən xarizmatik bir rəqibi yox idi, iqtisadiyyat daha yaxşı vəziyyətdə idi və, ən əsası, mühafizəkar seçicilər AKP-yə (Ədalət və İnkişaf Partiyası) sadiq idilər", –2022-ci ildə nəşr olunan "Ərdoğan dövründə Türkiyə: Ölkə demokratiyadan və Qərbdən necə üz döndərdi" kitabının müəllifi Dimitar Beçev bildirib.

"İndi aparılan sorğuların hamısı göstərir ki, Türkiyə vətəndaşları üçün əsas problem yaşayış xərclərinin artmasıdır. İmamoğlu məhz bu narahatlığa toxunur və buna görə də daha geniş seçici kütləsi ilə əlaqə qura bilir", – Beçev AzadlıqRadiosuna deyib.

Rəqəmlərin gücü
Xarizmatik lider sayılan İmamoğlunun Ərdoğan və AKP üçün yaratdığı problemin miqyasını təsəvvür etmək çətindir. O, prezident seçkilərində müxalifət Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi kimi təsdiq olunması üçün martın 23-də keçiriləcək ilkin seçkilərdən bir neçə gün əvvəl həbs olunub. Türkiyədə prezident seçkisinin 2028-ci ildə keçirilməsi nəzərdə tutulub.

Təxminən 15 milyon vətəndaş bu ilkin seçkilərdə iştirak edib – bu, 2023-cü ilin parlament seçkilərində CHP üçün səs verənlərin sayından daha çoxdur, – və siyahıda olan yeganə namizədi – Ə.İmamoğlunu dəstəkləyib.

CHP martın 24-də Ə.İmamoğlunun namizədliyini elan edib.

Saxlandığı vaxt 53-yaşlı İmamoğlu onun həbsinə dair başqa bir məhkəmə qərarı ilə mübarizə aparırdı. 2019-cu il bələdiyyə seçkilərində qazandığı nəticələri ləğv edən seçki rəsmilərini "axmaq" adlandırdığı üçün 2022-ci ildə məhkəmə İmamoğlunun həbsi ilə bağlı qərar çıxarmışdı. Onun apellyasiya şikayətinə görə 2 il yarımlıq hökm qüvvəyə minməmişdi.

Həbsi ərəfəsində onun məzun olduğu İstanbul Universiteti İmamoğlunun diplomunu mübahisəli şəkildə ləğv edib. Bu da onu Türkiyədə prezidentliyə namizədlər üçün icbari şərt olan ali təhsilini sübut edən sənəddən məhrum edib.

Kiyevdəki Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru İqor Semivolos AzadlıqRadiosuna deyib ki, "İmamoğlunun bəxtindən bu hərəkətlər onu yalnız daha da populyarlaşdıracaq".

71-yaşlı Ərdoğan CHP-ni etirazları dəstəkləyərək "zorakı hərəkatı" qızışdırmaqda və sonunda sönəcəyini təxmin etdiyi "şou" ilə iqtisadiyyatı "batırmaqda" günahlandırıb.

CHP İmamoğlunun həbsini "çevriliş" kimi qiymətləndirib və martın 29-na böyük mitinq təyin edib.

"Seçilmiş diktaturaya" doğru?
Küçələrdə hadisələrin inkişafından asılı olmayaraq, CHP-nin güc qazandığı görünür. Bu həm də İmamoğlunun uğurudur. O, CHP-nin əsasını təşkil edən şəhərli, sekulyar və təhsilli kütlələrdən kənara çıxaraq, mövcud iqtidarın daha bölücü yanaşmasına qarşı "hər şey yaxşı olacaq" şüarı ilə geniş bir seçici auditoriyasına çata bilib.

Konstitusion məhdudiyyətlərə görə, Ərdoğan hazırkı vəzifə müddətindən sonra namizəd ola bilməz. Bu yalnız parlament növbədənkənar seçki çağırarsa və ya əsas qanun dəyişdirilərsə, mümkündür.

Amma heç kim şübhə etmir ki, bu iki hadisədən biri baş verəcək, bu da CHP-nin özünün ilkin seçkisini belə tez keçirməsinin səbəbini izah edir.

Yanvarda Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndəsi təsdiqlədi ki, prezident olmamışdan əvvəl baş nazir postunu tutan Türkiyə liderinin dördüncü prezidentlik müddəti "bizim gündəmimizdədir".

"Freedom House" təşkilatı 2025-ci ilin "Dünyada Azadlıq" hesabatında, son 10 ildə demokratik azadlıqlarla bağlı ən kəskin geriləmə yaşayan 10 ölkə arasında Türkiyəni də qeyd edib.

Bununla belə, Türkiyədə səsvermələr hələ də yüksək dərəcədə rəqabətlidir. 2019 və 2024-cü illərdə İmamoğlunun bələdiyyə seçkilərində qazandığı qələbələr bunu təsdiqləyir.

2024-cü ildə CHP namizədləri ölkə miqyasında keçirilən yerli seçkilərdə AKP-dən daha çox səs qazanıb. Bu, Ərdoğanın 2001-ci ildə qurduğu iqtidar partiyasına hakimiyyətə gəldikdən sonra ən böyük zərbələrdən biridir.

San-Dieqo Dövlət Universiteti nəzdində İslam və Ərəb Tədqiqatları Mərkəzinin direktoru Ahmet T.Kuru "The Conversation"dakı məqaləsində bildirib ki, "Türkiyənin hazırkı prezidenti populist siyasəti irəlilətmək və müxalifət partiyalarına qarşı iş üçün media və seçki praktikasının manipulyasiyası baxımından seçki təbliğatı ustasıdır".

Kuru yazır ki, Ərdoğan indi "həqiqətən narahatdır" və bu taktikaların kifayət etməyəcəyindən qorxur.

Əgər hakim elita daha çox repressiyalara getməyə risk edərsə, "bu, Türkiyənin siyasi sistemini qüsurlu demokratiyadan Vladimir Putinin Rusiyasına bənzəyən "seçilmiş diktatura"ya çevirə bilər", - Kuru əlavə edib.

Yazı AzadlıqRadiosunun əməkdaşı Kris Rikleton tərəfindən hazırlanıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Bu gün, 12:52
"Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Bu gün, 12:50
Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Bu gün, 12:48
Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Bu gün, 12:45
Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:29
Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20
Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i
Bu gün, 12:14
“PashaPay” ölkənin ən iri ekosistemində pay alıb
Bu gün, 12:10
Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb - FOTO
Bu gün, 12:03
Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 11:55
200 manat ver və uşağı döy... - ŞƏRH
Bu gün, 11:51
Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:49
“Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb
Bu gün, 11:38
“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 11:37
Naxçıvan deputatlarının maaşları artırıldı - 7 min manatdan 15 min manata qədər
Bu gün, 11:35
Xameneinin ciddi zədələri var – Əməliyyata ehtiyacı ola bilər
Bu gün, 11:30
Mağaza sahibini döyən şəxs: - “Nisyə ərzaq almaq istədim, lakin o, məni təhqir etdi”
Bu gün, 11:23
Vüsalə Əlizadə vətəndaşı təhqir edib? – Aparıcıdan polisə şikayət edildi
Bu gün, 11:21
MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub
Bu gün, 11:15
"Təcili yardım"ın rəhbəri vəzifəsi bu şəxsə həvalə edildi - BUNDAN SONRA...
Bu gün, 11:14
Cəfərquliyev restoranda DAVA SALDI VƏ... - TƏFƏRRÜAT
Bu gün, 11:08
Məktəb direktoru: Valideynlərdən bizə təzyiq var, problemin əsası ailədədir - MÜSAHİBƏ
Bu gün, 11:04
Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 10:58
Bakıda daha bir məktəbdə İNSİDENT: Şagirdlər məktəblini təhdid etdi -VİDEO
Bu gün, 10:52
Ermənistan daxilində siyasi hesablar sülhü yubadır - ŞƏRH
Bu gün, 10:49
Seçiləri onlarla ONLAYN görüşən Siyavuş Novruzovu BOYKOT ETDİLƏR: “Bizə belə deputat lazım deyil” - "Bu, sadəcə camaatı aldatmaq, işləyirmiş kimi görüntü yaratmaqdır..."
Bu gün, 10:43
Ermənistan Türkiyənin düşmənləri ilə hərbi ittifaq qurur - SÜLHƏ BELƏ GEDİRLƏR?
Bu gün, 10:39
İki ayağı olmayan qazi baş həkimdən Prezidentə GİLEYLƏNDİ - "İmkan vermir ki..."
Bu gün, 10:32
Şəmkirdə su istifadəçilərinin başına CORAB HÖRÜLÜR... - İLGİNC FAKTLAR
Bu gün, 10:25
Həbsdən çıxan tanınmış cərrahdan Prezidentə müraciət – “Məhkəmə tam qanunsuz qərar qəbul etdi”
Bu gün, 10:10
Azərbaycanda toylarla bağlı qadağalar gəlir? - AKTUAL
Bu gün, 10:08
“Bolt” şirkətinin ofisində sürücülər arasında dava - MƏHKƏMƏ
Bu gün, 10:05
Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt - MƏQALƏ
Bu gün, 10:01
Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir - FOTO
Bu gün, 09:59
Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib
Bu gün, 09:54
Bakıda dələduzluğa görə həbsdə olmuş eks-müəllim yenidən amnistiyaya düşdü - DETALLAR
Bu gün, 09:52
Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur - Paşinyan belə deyir...
Bu gün, 09:49
TƏBİB-də kimlər getdi, kimlər qaldı? – Bakı xəstəxanalarının tam siyahısı
Bu gün, 09:48
Azərbaycanlı iş adamları hədəfdə - indi də Ağalarov...
Bu gün, 09:43
Rusiyada saxta sürücülük vəsiqəsi əldə edən azərbaycanlı Bakıda cinayət məsuliyyətinə cəlb olundu - TƏFƏRRÜAT
Bu gün, 09:32
"Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 09:30
Hansı xəstəxanaya gedirsən, hamı cibinə və əlinə baxır... - FAKT BUDUR!
Bu gün, 09:28
Müxalifət partiyaları QIŞDAN necə çıxdı? - SORĞU
Bu gün, 08:21
Miras mübahisəsi gündəm yaratdı – “Onu təhqir etmirəm, sadəcə…”
Bu gün, 08:19
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir - KİV
Bu gün, 08:17
ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib
Bu gün, 07:33
Vahid Ələkbərova Aİ-dən ŞOK ZƏRBƏ: Bankına sanksiya qoyuldu - DETALLAR
Bu gün, 07:12
Rusiyadan xəbərdarlıq: - Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Bu gün, 07:04
Şərurda Vasif Talıbov ənənələri... - bu dəfə məmurlar narazıdır
Bu gün, 06:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru