Bərdə sakini möcüzə ilə ÜZ-ÜZƏ... .....                     "Hara, kimə şikayət edəcəyimizi bilmirik..." .....                     "Ermənilərin belə addımları ilə yenə də qarşılaşa bilərik..." .....                     Ermənistan sülh prosesində irəliləyiş göstərsə də, təzyiqlər artır .....                     "Bu gün dünyanın ən güclü ordularından birinə sahibik" .....                     "Bəzi həmkarlarım rejissorlara deyirlər ki, guya özümdən razıyam" .....                     Türkiyəli bloger Azərbaycan xalqına belə BÖHTAN ATDI .....                     Manatın taleyi necə olacaq? .....                     Gələn il Azərbaycanın dövlət borcunun 27 milyard manatı keçəcəyi gözlənilir .....                     Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 300 milyon manatdan çox artırılır .....                     Şuşada külli miqdarda silah-sursat aşkarlanıb .....                     Ermənistanda külli miqdarda vergidən yayınma sxemi aşkar edilib .....                     54 milyonun talanmasında qohumları da iştirakçı olub .....                     Paşinyan üçün “qorxulu İrəvan” dövrü başlayır .....                     Azadlığa çıxmaq istədi, 30 min manat pulu batdı .....                     Vilayətidən növbəti SƏRSƏMLƏMƏ .....                     Alla Puqaçova Dudayev haqda bu sözlərinə görə .....                     Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq .....                     "Aİ Türkiyəni razı sala bilməz" .....                     Xankəndidə terakt cəhdi: Avanesyan niyə təxribata əl atdı? .....                     Türkiyənin məşhur aktyoru intihara cəhd etdi .....                     Azərbaycanda logistika şirkəti bağlanır .....                     Xankəndidəki təxribatla bağlı İLGİNC DETAL .....                     Bakıda mərasim evlərində ehsan yeməyi .....                     Azərbaycanda qorxulu reallıq: .....                     “Unibank” bankomatını niyə düzəltmir? .....                     SOCAR 2 min 807 nəfər ali təhsilli şəxsi fəhlə kimi işlədir .....                     Tovuzda da belə idi: İndi də buraları qarışdırır... .....                     Şəbnəm Tovuzlunun oğlu birinci oldu .....                     "Xankəndində baş vermiş təxribat Ermənistanın sülh içində yaşamağa hələ hazır olmadığını sübut edir" .....                     Nərimanov Tibb Mərkəzində təmir bitmir .....                     AYNA rəhbəri Avropada gizlənən İlqar Hacıyevin milyonluq villasını alır .....                     Ohanyan hakimiyyətə gəldikdən sonra sülh sazişinin bəndlərini yenidən nəzərdən keçirəcəklərini bildirib .....                     Qarabağda ermənilərin gizli silah anbarları var .....                     Fond bazarında borclar cəlb edən BOKT “İnternational”ın vergi borcu yarım milyonu keçib .....                     Münsaibətlərdəki AĞRI... .....                     Cəbrayılda xəstəxana tikintisinin davamı üçün 27 milyon manatlıq .....                     Rəsulzadənin ifadəsi ilə desək... .....                     “Ermənistan belə müdaxilələrdən sığortalanmayıb” .....                     Geosiyasətin cinayət yolu... .....                 

Avropa çempionatında təzə qan - İNCƏLƏMƏ
Tarix: 7-04-2024, 09:49 | Çap et
Avropa çempionatında təzə qan
Bu yay Almaniyada keçiriləcək futbol üzrə növbəti Avropa çempionatının seçmə mərhələsi martın 27-də başa çatdı. Başqaları ilə yanaşı, turnirdə Ukrayna və Gürcüstan da çıxış edəcəklər – sonuncu üçün bu, tarixində ilk dəfədir. “Meduza” çempionatda bu iki komandadan nə gözləməyin mümkünlüyündən və heyətlərində kümə diqqət vermək lazım olmasından danışır.

Ukrayna

Avropa çempionatına necə düşdü?

Müharibə səbəbindən Ukrayna millisi bütün ev oyunlarını başqa ölkələrdə keçirirdi – Almaniya, Çexiya və Polşada. Bu, İngiltərə, İtaliya, Şimali Makedoniya və Maltadan ibarət qrupda yetərincə uğurlu çıxış etməyə mane olmadı. Ukraynalılar ingilislərdən geri qaldılar, italiyalılarla (hazırkı Avropa çempionları) eyni xal topladılar. Doğrudur, İtaliya dörd qol çox vurduğundan qrupda ikinci yeri tutdu, bu da çempionata vəsiqə üçün bəs idi. Ukraynalılar üçüncü oldular və ələnmə matçları keçirməli oldu.

Birinci oyunda Ukrayna Bosniya və Herseqovinanı məğlub etdi. Özü də matç yetərincə dramatik alındı. 56-cı dəqiqədə Nikolay Matviyenko topu öz qapısına göndərdi, amma matçın lap sonunda ukraynalılar gedişatı dəyişə bildilər. 85-ci dəqiqədə Roman Yaremçuk hesabı bərabərləşdirdi, üç dəqiqə sonra isə Artyom Dovbik qələbə topunu vurdu.

Həlledici oyunda rəqib İslandiya idi. Komanda yenə geriyə düşdü, qələbə topunu isə Mixail Mudrik (“Çelsi”nin yarımmüdafiəçisi, Ukrayna tarixində ən bahalı oyunçu) yalnız 84-cü dəqiqədə vurdu.

Avropa çempionatlarında əvvəllər necə çıxış edib?

Ukraynalılar ilk dəfə Avro-2012-də çıxış ediblər. O zaman turnirə seçmə mərhələsiz düşmüşdülər. Belə ki, məhz Ukrayna (Polşa ilə birlikdə) turnirin ev sahibi idi.

Püşkatma Oleq Bloxinin komandasını İngiltərə, Fransa və İsveç ilə bir qrupa saldı. Ukrayna İsveçi uddu (2:1), amma sonrakı iki oyunu uduzdu. Qrupda üçüncü yeri tutan komanda pley-offa çıxa bilmədi.

Dörd il sonra komanda Fransada keçirilən Avro-2016-ya vəsiqə qazandı, amma orada olduqca uğursuz çıxış etdi. Mixail Fomenkonun rəhbərlik etdiyi komanda Almaniya, Polşa və Şimali İrlandiyadan ibarət qrupda bircə qol vura bilməyərək, bütün oyunları uduzdu.

Avro-2020 (COVİD səbəbindən 2021-ci ildə keçirilirdi) Ukrayna tarixində ən yaxşısı oldu. Mavi-sarılar Avstriya, Niderland və Şimali Makedoniyanın olduğu qrupdan çıxaraq, ilk dəfə pley-offa düşdülər. Andrey Şevçenkonun komandası burada İsveçə qalib gəldi – 2:1.

1/4 finalda ingilislər komandanı darmadağın etdilər (0:4), amma bu, ukraynalıların bayram əhvalını korlamadı: hava limanında onları fanatlar kütləsi qarşıladı.

Heyətdə kimə diqqət vermək lazımdır?

Mavi-sarıların tarix boyu ən güclü heyətə malik olduqlarını söyləmək olar. Oyunçuların yarıdan çoxu nüfuzlu Avropa çempionatlarında çıxış edirlər. Məsələn, Vitali Mikolenko “Everton”un, İlya Zabarnı “Bornmut”un, Mixail Mudrik “Çelsi”nin, Ruslan Malinovski “Cenoa”nın, Roman Yaremçuk isə “Valensiya”nın oyunçusudur.

Qapıçı Andrey Lunin Madrid “Real”ında oynayır. İspaniya qrandının əsas qapıçısı Tibo Kurtua ötən il zədə aldı. Madridlilər onun yerinə Kepu Arrisabalaqunu “Çelsi”dən icarəyə götürdülər, amma o, Luninlə rəqabəti uduzdu. Ukraynalı 23 oyunda 19 qol buraxıb, 10 oyunda isə ümumiyyətlə buraxmayıb. Şayiələrə görə, Luninlə “Mançester Yunayted” maraqlanır, Kurtua isə hətta sağalandan sonra belə əsas heyətə düşməyə bilər.

İspaniyanın daha bir təmsilçisinin – “Jirona”nın heyətində iki ukraynalı çıxış edir: Artyom Dovbik və Viktor Sıqankov. Heç də ən güclülərdən olmayan klub əsasən məhz bu cütlüyün sayəsində çempionatın çox hissəsi boyu liderlik uğrunda “Real”la mübarizə aparırdı. “Jirona” bu rəqabəti uduzdu, indi isə ikinci yer uğrunda “Barselona” ilə yarışır.

Dovbik keçən yay 8 milyon avro müqabilində “Dnepr-1”dən “Jirona”ya keçdi və klub tarixində ən bahalı oyunçu oldu. Ukraynalı forvard yeni komandanın heyətində elə ilk oyunda qol vurdu və çox tezliklə klubun əsas ulduzuna çevrildi. İspaniya çempionatının 37 matçında 14 dəfə qol vurub və 5 məhsuldar ötürmə edib. Nəticədə bir il ərzində Dovbikin qiyməti 30 milyona çatıb və şayiələrə görə, “Real” onu almaq barədə düşünür.

Ukrayna millisinin vacib qollarını məhz Dovbik vurur. Avro-2020-də İsveçə qarşı oyunda məhz onun son saniyələrdə vurduğu qol mavi-sarıları 1/4 finala çıxardı, bu yaxınlrda isə Bosniya və Hersoqovinaya qarşı ələnmə matçında son dəqiqələrdə qələbə topunu vurdu.

Amma Ukrayna millisinin əsas ulduzu – London “Arsenal”ında çıxış edən Aleksandr Zinçenkodur.

Donetsk “Şaxtyor”unun yetirməsi olan futbolçunun ailəsi 10 il əvvəl Donbasdakı müharibə üzündən Moskvaya köçüb. Zinçenko Rusiyada “Ufa”da çıxış etməyə başlayıb və burada “Mançester Siti”nin məşqçisi Hosep Qvardiolanın diqqətini çəkib. İngiltərəyə dəvət olunan yarımmüdafiəçi əsas heyətdə özünə yer edib və “şəhərlilər”lə birlikdə 10 mükafat qazanıb, o cümlədən dörd dəfə İngiltərə çempionu olub.

Ukraynalı 2022-ci ildə “Arsenal”a keçib və dərhal aparıcı oyunçulardan birinə çevrilib. Londonlular artıq ikinci ildir ki, çempionluq uğrunda “Liverpul” və “Mançester Siti” ilə mübarizə aparırlar. Ötən il “topçular” uzun müddət lider olsalar da, ikinci yer tutdular. İndi də ikinci yerdədirlər.

Avro-2024-də nə gözləməli?

Ukrayna Avropa çempionatında Belçika, Rumıniya və Slovakiya ilə birlikdə B qrupunda çıxış edəcək. Analitiklər hesab edirlər ki, Sergey Rebrovun məşqçi olduğu komanda pley-offa çıxacaq və hətta bəxti gətirsə, qrupda birinci yer tuta bilər. Hərçənd, ekspertlər onların 1/8 və ya 1/4 finaldan çox gedəcəyinə inanmırlar.

Gürcüstan

Avropa çempionatına necə düşdü?

Gürcüstanın Avropa çempionatının final turnirinə yolu gərgin və həyəcanlı alındı. Seçmə mərhələdəki 8 görüş ərzində cəmi 8 xal topladı və yalnız iki dəfə qalib gəldiyi Kiprdən yüksək yer tutdu.

Amma milli komandalar üçün daha bir turnir olan Millətlər liqasındakı nəticələri sayəsində Avro-2024-ə düşmək üçün daha bir şans qazandı. Bolqarıstan, Cəbəllütariq və Şimali Makedoniyanın yer aldığı qrupda gürcülər birinci yer tutdular və ələnmə görüşlərində iştirak hüququ qazandılar.

Gürcüstan ilk oyunda Lüksemburqu məğlub etdi – 2:0. Yunanıstana qarşı ikinci oyun da Tbilisidə keçirildi. Oyunun əsas və əlavə vaxtında hesab açılmadı, iş penaltilərə qaldı. Burada gürcülər daha dəqiq oldular – 4:2.

Niki Kvekveskirinin həlledici zərbəsindən sonra minlərlə fanat meydana qaçdı və millinin Avropa çempionatına ilk çıxışını futbolçularla birlikdə bayram etdi. Tbilisi bütün gecə qələbəni qeyd etdi. Birinci Respublika meydanında keçirilən mərasimə ölkənin baş naziri İrakli Kobaxidze və paytaxt meri, Gürcüstan millisinin və “Milan”ın keçmiş futbolçusu Kaxa Kaladze qoşuldu.

Heyətdə kimə diqqət vermək lazımdır?

Komandaya Villi Sanyol başçılıq edir – “Bavariya”nın və Fransa millisinin keçmiş müdafiəçisi. Onun komandası ən güclü sayılmır, amma heyətində Avropa çempionatlarında çıxış edən bir neçə oyunçu var. Məsələn, Georgi Koçoraşvili “Kopenhagen”də, Saba Sazonov “Torino”da, Georgi Çakvetadze “Uotford”da, Georgis Mekautadze “Mets”də, Georgi Mamardaşvili “Valensiya”da, Lüksemburqa iki qol vuran Budu Zivzivadze isə “Karlsrue”də oynayır.

Komandanın əsas ulduzu “Napoli”də çıxış edən 23 yaşlı Xviça Kvaratsxeliyadır. Xviça 2019-2022-ci illərdə Rusiyanın “Lokomotiv” və “Rubin” komandalarında oynayıb. O, artıq həmin vaxt çox perspektivli sayılırdı. 2020-ci ildə “Rubin”in məşqçisi Leonid Slutski deyirdi ki, Xviçanın “tavan”ı yoxdur. Avropa klubları da onunla maraqlanırdılar. Tezliklə “Napoli”yə keçdi və ilk oyunlardan klubun aparıcı oyunçularından birinə çevrildi.

Neapolluların heyətində keçirdiyi birinci mövsümdə Kvaratsxeliya 12 qol vurdu və 10 məhsuldar ötürmə etdi. Bununla da “Napoli”nin son 30 ildə ilk dəfə çempion olmasına kömək etdi. İndi Xviça Avropanın ən perspektivli oyunçularından sayılır, qiyməti isə 80 milyon avroya çatır.

Avro-2024-də nə gözləməli?

Sanyolun komandası Çexiya, Portuqaliya və Türkiyənin yer aldığı çox çətin qrupa düşüb. Analitiklər gürcüləri çempionatın autsayderlərindən biri hesab edirlər. Onlar Kvaratsxeliya və yoldaşlarının qrupdan çıxmayacaqlarına əmindirlər. Amma çempionatda iştirakın özü Villi Sanyolun komandası üçün artıq nəhəng nəticədir.

Hazırladı: Yadigar Sadıqlı
Pressklub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bərdə sakini möcüzə ilə ÜZ-ÜZƏ... - BU NƏDİ BELƏ?
Bu gün, 06:06
"Hara, kimə şikayət edəcəyimizi bilmirik..." - NARAZILIQ VAR...
Bu gün, 06:03
"Ermənilərin belə addımları ilə yenə də qarşılaşa bilərik..." - ONA GÖRƏ DƏ...
Bu gün, 05:34
Ermənistan sülh prosesində irəliləyiş göstərsə də, təzyiqlər artır - GƏLİŞMƏ
Bu gün, 05:32
"Bu gün dünyanın ən güclü ordularından birinə sahibik" - partiya sədri
Bu gün, 05:30
"Bəzi həmkarlarım rejissorlara deyirlər ki, guya özümdən razıyam"
Bu gün, 05:28
Türkiyəli bloger Azərbaycan xalqına belə BÖHTAN ATDI və nifrət yağdırdı
Bu gün, 05:21
Manatın taleyi necə olacaq? - Mühüm məlumat
Bu gün, 05:17
Gələn il Azərbaycanın dövlət borcunun 27 milyard manatı keçəcəyi gözlənilir - Bu il isə...
Bu gün, 05:12
Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 300 milyon manatdan çox artırılır - AÇIQLANDI
Bu gün, 05:06
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb - BİRGƏ MƏLUMAT
Dünən, 18:01
Ermənistanda külli miqdarda vergidən yayınma sxemi aşkar edilib
Dünən, 18:00
54 milyonun talanmasında qohumları da iştirakçı olub - RAMİN İSAYEVLƏ BAĞLI YENİ FAKTLAR
Dünən, 17:59
Paşinyan üçün “qorxulu İrəvan” dövrü başlayır - Rusiya Ermənistanı savaş poliqonuna çevirəcək
Dünən, 17:55
Azadlığa çıxmaq istədi, 30 min manat pulu batdı - Dələduzluq cinayəti
Dünən, 17:45
Vilayətidən növbəti SƏRSƏMLƏMƏ – “Müşavir” İran hökumətinin siyasətinə necə QARŞI ÇIXIR?
Dünən, 17:43
Alla Puqaçova Dudayev haqda bu sözlərinə görə məhkəməyə verildi...
Dünən, 17:39
Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
Dünən, 17:32
"Aİ Türkiyəni razı sala bilməz" - Politico
Dünən, 17:30
Xankəndidə terakt cəhdi: Avanesyan niyə təxribata əl atdı? – Açıqlama
Dünən, 17:28
Türkiyənin məşhur aktyoru intihara cəhd etdi
Dünən, 17:18
Azərbaycanda logistika şirkəti bağlanır
Dünən, 17:16
Xankəndidəki təxribatla bağlı İLGİNC DETAL – “Erməni terror təşkilatları onu...”
Dünən, 17:15
Bakıda mərasim evlərində ehsan yeməyi LƏĞV OLUNUB?
Dünən, 17:08
Azərbaycanda qorxulu reallıq: - Aylar sonra tapılan meyitlər...
Dünən, 17:03
“Unibank” bankomatını niyə düzəltmir? – Müştərilər şikayətçidir
Dünən, 16:50
SOCAR 2 min 807 nəfər ali təhsilli şəxsi fəhlə kimi işlədir - İLGİNC FAKT
Dünən, 16:45
Tovuzda da belə idi: İndi də buraları qarışdırır... - NARAZILIQ VAR...
Dünən, 16:42
Şəbnəm Tovuzlunun oğlu birinci oldu - Fotolar
Dünən, 16:37
"Xankəndində baş vermiş təxribat Ermənistanın sülh içində yaşamağa hələ hazır olmadığını sübut edir" - deputat
Dünən, 16:34
Nərimanov Tibb Mərkəzində təmir bitmir – 19 milyon hara gedib?
Dünən, 16:14
AYNA rəhbəri Avropada gizlənən İlqar Hacıyevin milyonluq villasını alır - FOTO
Dünən, 16:05
Ohanyan hakimiyyətə gəldikdən sonra sülh sazişinin bəndlərini yenidən nəzərdən keçirəcəklərini bildirib - “news.am”
Dünən, 16:02
Qarabağda ermənilərin gizli silah anbarları var - ŞOK
Dünən, 15:56
Fond bazarında borclar cəlb edən BOKT “İnternational”ın vergi borcu yarım milyonu keçib
Dünən, 15:53
Münsaibətlərdəki AĞRI... - Görünəni odur ki...
Dünən, 15:44
Cəbrayılda xəstəxana tikintisinin davamı üçün 27 milyon manatlıq - TENDER KEÇİRİLİR
Dünən, 15:42
Rəsulzadənin ifadəsi ilə desək... - Bakının azadlığı "başla bədəni birləşdirdi"
Dünən, 15:37
“Ermənistan belə müdaxilələrdən sığortalanmayıb” - Qriqoryan
Dünən, 15:34
Geosiyasətin cinayət yolu... - AKTUAL
Dünən, 15:23
Avanesyanın Xankəndidə terror planı: erməni təxribatının izi ilə - VİDEO
Dünən, 15:19
İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 15:16
Hamı alır, amma risklərini bilmir - “Kent” sodalarının TƏHLÜKƏSİ
Dünən, 15:12
Səlim bin Məhəmməd əl-Malik “Dostluq” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 15:07
"İnsanları dininə, dilinə, irqinə və yaşadığı yerə görə fərqləndirmək yolverilməzdir" - ÇAĞIRIŞ
Dünən, 15:05
Deputat Naxçıvan taksilərinin Türkiyədə həbsdə saxlanılmasından danışdı: - “Məsələnin həlli istiqamətində addımlar atılmalıdır”
Dünən, 15:03
Tanınmış alimin öldüyü qəza ilə bağlı məhkəmənin qapalı keçirilməsinə qərar verilib
Dünən, 14:59
Əmrullayevin əmrindəki 20 MİLYARD: Bunun hesabı sorulmalıdır... - "Bu nə deməkdir?"
Dünən, 14:51
BDU-da Tələbə İnkişaf Mərkəzi açılıb - FOTO
Dünən, 14:42
Separatizmlə mübarizədə çox vacib addım - MƏQALƏ
Dünən, 14:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru