Təhsilimizin Eşqi Bağırov adlı problemi... .....                     Ferma müdiri yoxsa Xəstəxana direktoru .....                     Azərbaycanda mühüm vəzifə ləğv edilir? .....                     İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam .....                     "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." .....                     "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." .....                     Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... .....                     İRİA-da nə baş verir? .....                     Günün fotosu SOCAR-dan... .....                     Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... .....                     İranda iki aydır ki, internet yoxdur .....                     Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... .....                     Gəncədə başçının bu küçədən xəbəri varmı... .....                     Qapısı tez-tez döyülən Azərbaycan... .....                     Avropa liderləri niyə Azərbaycana üz tutur? .....                     “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” .....                     Ağdamda məktəb direktoru AT OYNADIR .....                     Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ .....                     Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil .....                     "Effekt- İnşaat"ın binası təhlükə saçır .....                     "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" .....                     Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir .....                     Azərbaycanda pensiyaçılar niyə azalır? .....                     Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR .....                     “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi .....                     AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma .....                     ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır .....                     Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                     İran bəyanat verdi: .....                     Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib .....                     “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb .....                     Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir .....                     Çimərlikdəki qətlin məhkəməsi .....                     70 kq qızılla tutulan polkovnikə .....                     Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: .....                     Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: .....                     "Pünhan kişidir, rəftar fərqli olmalıdır" .....                 

Türkiyə yenidən seçim qarşısında: - İmamoğlu-Kurum, Yavaş-Altınok...
Tarix: 11-01-2024, 15:25 | Çap et
Türkiyə yenidən seçim qarşısında:
2024-cü il mart ayının 31-də Türkiyədə növbəti bələdiyyə seçkiləri keçiriləcək. Ankara, İstanbul, İzmir kimi aparıcı şəhərlərdə müxalif Cümhuriyyət Xalq Partiyasına (CHP) uduzan Ədalət və İnkişaf Partiyası (AKP) bələdiyyə seçkilərinə ciddi şəkildə hazırlaşır. Ötən ilki prezident və parlament seçkilərində qalib gələn hakim partiya bu seçkilərdə də üstünlük qazanmaq niyyətindədir.

Artıq partiya seçkilərdə iştirak edəcək namizədlərinin adlarını açıqlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 26 namizədin adını ictimaiyyətə elan edib. Türkiyənin ən böyük şəhəri və iqtisadi mərkəzi olan İstanbul Bələdiyyəsi üçün Murat Kurumun namizədliyi irəli sürülüb

Murat Kurum 2018-2023-cü illərdə ölkənin ətraf mühit və şəhərsalma naziri olub. CHP-dən olan hazırkı İstanbul Böyük Şəhər Bələdiyyə başqanı Ekrem İmamoğlu da vəzifəsini qorumaq üçün mübarizəyə növbəti dəfə davam edəcək.

Ankara Böyükşəhər Bələdiyyə başçısı vəzifəsinə isə Turqut Altınok namizəd olub. Altınok seçkilərdə hazırkı bələdiyyə başçısı, CHP-nin namizədi Mansur Yavaşa rəqib olacaq. Əsas peşəsi hüquqşünas olan Altınokun siyasi həyatı Ülkü Ocaklarında başlayıb.

O, 1994-cü ildə keçirilən bələdiyyə seçkilərdə MHP-dən, 1999-cu ildə Fəzilət Partiyasından, 2019-cu ildə isə AKP-dən Keçiören Bələdiyyə Başçısı seçilib.

Türkiyədə bələdiyyələrin geniş səlahiyyətləri fonunda qarşıdakı seçkilərə də maraq yüksəkdir. Siyasi analitiklərin qənaətinə görə, Türkiyə müxalifəti İstanbul, Ankara, İzmir kimi böyük şəhərlərdə məğlub olsa, siyasi təsir imkanlarını tamamilə itirəcək.

Türkiyəli siyasi şərhçi Hilmi Hacaloğlu mövzuya dair AYNA-ya açıqlamasında deyib ki, Ankara və İstanbul Böyük Şəhər bələdiyyələri uğrunda AKP ilə CHP arasında gərgin rəqabət olacaq: “Hakim partiya 5 dəfə ardıcıl qələbədən sonra İstanbulda Binəli Yıldırımın timsalında Əkrəm İmamoğluna məğlub oldu. Baxmayaraq ki, paytaxt şəhər Ankaradır, əsas rəqabət İstanbul uğrunda gedəcək. Son günlərə qədər AKP-nin İstanbuldakı namizədi barədə müxtəlif adlar çəkilsə də, sonda Murat Kurumun üzərində dayanıldı. Heç şübhəsiz ki, bu, Prezident Rəcəb Tayyib Ərdoğanın qərarıdır”.

“AKP İstanbul Böyük Şəhər Bələdiyyəsi seçkilərinə uzun müddətdir hazırlaşır və namizəd məsələsinə xüsusi önəm verir. Artıq Ərdoğan Kurumla bağlı mesajını da ictimaiyyətə çatdırıb. Onun beş il Türkiyənin ətraf mühit və şəhərsalma naziri olmasını əsas gətirib və İstanbulu inkişaf etdirəcəyini bəyan edib. Daha bir maraqlı məqam isə AKP-nin Ankarada millətçi namizədi önə çıxarmasıdır. Bu da hazırda Ankara Böyük Şəhər Bələdiyyəsinə rəhbərlik edən millətçi Mansur Yavaşın səslərini parçalamağa xidmət edir”, - deyə həmsöhbətimiz bildirib.

Hacaloğlu Ankara və İstanbulda hansı siyasi düşərgənin qalib gələcəyi ilə bağlı indidən proqnoz verməkdə çətinlik çəkir: “Şübhəsiz ki, gərgin mübarizə gedəcək. İmamoğlu və Yavaşın rahatlıqla seçkilərdə qalib gəlmək şansları yoxdur. Ola bilər ki, onlar yenidən qələbə qazansınlar. Lakin bu, elə də asan olmayacaq. Hakim partiya Türkiyənin aparıcı şəhərlərində bələdiyyə seçkilərində qalib gəlməyə çalışacaq. Bunun üçün bütün resurslarını da səfərbər edəcək”.

Uzun müddət Türkiyədə yaşayan Azərbaycanın sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli də AYNA ilə söhbətində Türkiyədəki bələdiyyə seçkilərinin gərgin rəqabət şəraitində keçəcəyini söyləyib: “Əsas diqqət şübhəsiz ki, İstanbul və Ankaraya yönələcək. Çünki biri paytaxt şəhəridir, digəri də Türkiyənin iqtisadi mərkəzi, dünyanın isə aparıcı şəhərlərindən biridir. Xüsusən ötən seçkilərdə İmamoğlu və Yavaşın timsalında AKP-nin məğlub olması hakim partiyanı bu seçkilərdə fəallığa təşviq edir. Onlar qələbə qazanmaq üçün maksimum səy göstərəcəklər. Namizədin seçimi mövzusunda xüsusi həssaslıq da bununla əlaqədardır. Çünki AKP bu seçkilərə müxalifətin tamamən zəiflədilməsi üçün bir şans kimi baxır. Xüsusən son prezident və parlament seçkilərindən sonra buna zəruri ehtiyac duyur”.

“Lakin hətta CHP-nin namizədləri İstanbul və Ankarada yenidən qalib gəlsələr belə, bu, Türkiyənin siyasi həyatında ciddi dəyişikliklərə səbəb olmayacaq. Cənab Ərdoğanın rəhbəri olduğu AKP və “Cümhur İttifaqı” həm prezident, həm də parlament seçkilərində qələbə qazanıb. Bu seçkilər müxalifətin, xüsusən ana müxalifət partiyası CHP-nin fəaliyyətində həlledici məqam olacaq. Bu səbəbdən onlar da çalışacaqlar ki, tarixi şansı qaçırmasınlar”, - deyə müsahibimiz vurğulayıb.

Hüseynlinin sözlərinə görə, Türkiyədəki seçkilər Azərbaycanda da maraqla izlənilir: “Amma bir məqam var ki, Türkiyədə kimin iqtidar olmasının, hansı siyasi qüvvənin parlamenti formalaşdırmasının, eləcə də bələdiyyə seçkilərində kimin qalib gəlməsinin Azərbaycan-Türkiyə strateji münasibətlərinə əhəmiyyətli təsiri yoxdur. Digər yandan Azərbaycan və Türkiyə prezidentləri arasında dərin dostluq münasibətləri mövcuddur. Təbii ki, münasibətlərimiz bundan sonra da artan dinamika ilə davam edəcək”.

AYNA.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37
Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34
Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23
İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21
"Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10
"Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03
Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58
İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51
Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35
Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05
Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54
ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03
ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Dünən, 15:53
MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Dünən, 15:51
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Dünən, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Dünən, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Dünən, 15:44
Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Dünən, 15:42
Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Dünən, 15:34
Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Dünən, 15:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru