Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... .....                     Vaqif Axundova ağır itki .....                     Azərbaycan–Çexiya münasibətləri inkişafdadır .....                     Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır .....                     Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... .....                     Azərbaycan Ordusu Ermənistanı qoruyacaq .....                     Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı .....                     Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır .....                     Təhsilimizin Eşqi Bağırov adlı problemi... .....                     Ferma müdiri yoxsa Xəstəxana direktoru .....                     Azərbaycanda mühüm vəzifə ləğv edilir? .....                     İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam .....                     "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." .....                     "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." .....                     Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... .....                     İRİA-da nə baş verir? .....                     Günün fotosu SOCAR-dan... .....                     Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... .....                     İranda iki aydır ki, internet yoxdur .....                     Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... .....                     Gəncədə başçının bu küçədən xəbəri varmı... .....                     Qapısı tez-tez döyülən Azərbaycan... .....                     Avropa liderləri niyə Azərbaycana üz tutur? .....                     “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” .....                     Ağdamda məktəb direktoru AT OYNADIR .....                     Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ .....                     Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil .....                     "Effekt- İnşaat"ın binası təhlükə saçır .....                     "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" .....                     Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir .....                     Azərbaycanda pensiyaçılar niyə azalır? .....                     Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR .....                     “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi .....                     AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma .....                     ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır .....                     Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                     İran bəyanat verdi: .....                 

Moskvaya qarşı cəbhə genişlənir - Təcavüzkar dayandırılmalıdır
Tarix: 10-01-2024, 10:34 | Çap et
Moskvaya qarşı cəbhə genişlənir
Norveç hökuməti ölkə şirkətlərinə Ukraynaya birbaşa silah və müdafiə məhsulları satmağa icazə verib. Onlar bu hüququ 2024-cü il yanvarın 1-dən Norveç Nazirlər Kabinetinin razılığına əsasən əldə ediblər.

Hökumətin hesabatında qeyd olunur ki, Stortinqin (Norveç parlamenti) 1959-cu il qərarı ilə müharibə gedən və ya müharibə təhlükəsi olan ərazilərə silah və sursat satışı qadağan edilib, lakin krallığın hakimiyyət orqanları Ukraynadakı hərbi münaqişə üçün istisna təşkil edib.

Norveç hökuməti Rusiyanın təcavüzünün bir dövlət və millət kimi Ukraynanı təhdid etdiyini bəyana edib. “Ukraynanı dəstəkləməyə davam etməyimiz son dərəcə vacibdir. Ukraynaya dəstək Norveç və Avropanın təhlükəsizliyi üçün vacibdir. Biz qeyri-qanuni müharibənin uzun müddət davam etməsi ehtimalını nəzərə almalıyıq”, – deyə Norveçin xarici işlər naziri Espen Bart Eide bildirib.

Norveç Xarici İşlər Nazirliyinin (XİN) vurğuladığı kimi, silah və müdafiə məhsullarının birbaşa satışı yalnız Ukraynanın rəsmi orqanlarına edilə bilər. XİN Norveç şirkətlərinə fərdi qaydada müvafiq ixrac lisenziyaları verəcək. Təchizatçılardan həmçinin son istifadə zəmanəti və təhlükəsiz daşıma marşrutları təqdim etmələri tələb olunacaq.

Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı hərbi təcavüzündən sonra Norveç Moskvanın hərbi təcavüzünü pisləyib və Kiyevə maliyyə və hərbi yardım göstərən ölkələrə qoşulub. 2023-cü ildə Oslo Ukraynaya təxminən 11 milyard kron (təxminən 980 milyon avro) məbləğində hərbi dəstək verib.

2023-cü ilin yayının sonunda Norveçin Baş naziri Jonas Gahr Store F-16 qırıcılarını Ukraynaya verəcəklərini vəd etdi. Bundan əvvəl Oslo bu tip təyyarələri idarə etmək üçün ukraynalı pilotları öyrətməyə başladı. Norveç Nazirlər Kabinetinin rəhbəri dəqiq olaraq neçə təyarənin Ukrayna Silahlı Qüvvələrinə və hansı müddət ərzində veriləcəyini açıqlamayıb. Milli yayımçı NRK-yə görə, söhbət beş-on təyyarədən gedə bilər.

Öz növbəsində ölkənin müdafiə naziri Byorn Arild Qram bildirib ki, ölkəsi Ukraynada müasir hava hücumundan müdafiə sisteminin yaradılması üzrə ABŞ və digər müttəfiqləri ilə dialoqu davam etdirəcək.

Norveç Nazirlər Kabinetinin özəl şirkətlərə Ukraynanı birbaşa silahlandırmaq hüququ vermək qərarı Ukraynanın hərbi dayanıqlığı üçün nə dərəcədə əhəmiyyətli ola bilər? Digər Avropa ölkələrinin də Oslodan nümunə götürməsi şansı varmı?

AYNA-nın suallarını tanınmış əcnəbi ekspertlər cavablandırıblar.

Təqaüddə olan Qərbi Avropa diplomatı, Norveç Krallığının Azərbaycandakı keçmiş səfiri Steynar Gil:

“Norveç hökumətinin qərarı Ukraynaya hərbi dəstək prosedurlarını sadələşdirir və digər ölkələrin də Norveçdən nümunə götürəcəyinə ümid yaradır. Lakin indiki şəraitdə ən önəmlisi odur ki, Ukraynaya dəstək verən bütün ölkələr istənilən yolla Ukraynaya silah, sursat və texnika tədarükünü artırsın.

Danimarka, Hollandiya və Norveçdən Ukraynaya F-16 təyyarələrinin çatdırılması Ukraynanın öz hava məkanının müdafiə qabiliyyətini xeyli gücləndirəcək. Qərb ölkələrinin təcili olaraq Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün hər cür səy göstərməsi də həyati əhəmiyyət kəsb edir. Bu kontekstdə Norveçin NASAMS sistemi təsirli bir töhfə olub, var və olacaq”.

Alman Xarici Əlaqələr Şurasının “Beynəlxalq Nizam və Demokratiya Proqramı”nın rəhbəri Dr. Ştefan Meister:

“Əvvəla, bu, onu göstərir ki, hətta Norveç kimi yeni şəraitdə silah tədarükü və satışına ciddi məhdudiyyətlər tətbiq edən dövlətlər də bu siyasətdən əl çəkir. Eyni şeyi biz Almaniyada da gördük, burada da silah satışına ciddi məhdudiyyətlər qoyulmuşdu.

Biz görürük ki, Rusiyadan gələn təhlükə, demək olar ki, bütün NATO üzvləri tərəfindən həm də öz təhlükəsizliyinə təhdid kimi baxılır. Həmçinin belə bir anlayış var ki, noyabrda keçiriləcək növbəti ABŞ seçkilərinə qədər avropalılar daha çox silah və sursat tədarük etməli ola bilər, çünki Trampın rəhbərliyi altında ABŞ geri çəkilə bilər.

Norveç mühüm sursat və xüsusi silah istehsalçısıdır, ona görə də bu qərar Ukrayna üçün olduqca vacib qərardır. Amma bu il böyük dəyişikliklər olmayacaq, çünki hasilatın artırılması vaxt tələb edir. Qətiyyətlilik də kifayət etməyəcək, amma mən təsəvvür edə bilərəm ki, başqa ölkələr də bu qərarın ardınca gələcək.

Rusiyanın artan silah və sursat istehsalının təzyiqi altında Rusiyanın Şimali Koreya və İranla silah tədarükü sahəsində əməkdaşlığı fonunda getdikcə daha çox Avropa ölkəsi bu nümunəni izləyəcək. Deməli, bu, artıq mövcud olan tendensiyadır (məsələn, Almaniyada) və Ukraynanın buna həqiqətən ehtiyacı var”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... - siyasətdə kimlik yox, maraqlar həlledicidir
Bu gün, 08:35
Vaqif Axundova ağır itki
Bu gün, 08:33
Azərbaycan–Çexiya münasibətləri inkişafdadır - MƏQALƏ
Bu gün, 08:29
Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:28
Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... - MÜRACİƏT
Bu gün, 08:22
Azərbaycan Ordusu Ermənistanı qoruyacaq - İyundan SONRA...
Bu gün, 08:06
Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
Bu gün, 08:03
Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır - “The New York Times“
Bu gün, 08:02
Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37
Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34
Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23
İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21
"Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10
"Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03
Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58
İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51
Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35
Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05
Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54
ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru