Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır .....                     Paşinyan seçilsə, Kreml nə edəcək? .....                     İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress .....                     Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir .....                     "Su İdmanı Sarayı" dövlətə BORCLANDI .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər .....                     Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… .....                     "Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" .....                     Tanınmış müğənni qonşusundan gileyləndi .....                     Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri .....                     Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... .....                     Hamlet İsaxanlı siyasətə yaman meyillənir... .....                     Eşqi Bağırovun üsyanı... .....                     Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... .....                     Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR .....                     Azərbaycan son savaşda sübuta yetirdi ki... .....                     Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... .....                     Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' .....                     Natəmiz mühitdə hansı sağlamlıq? .....                     "Bu artıq xidmət deyil..." .....                     Erməni general yenə Hindistandadır .....                     Rusiyada terror təhlükəsi riski artır .....                     “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” .....                     Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… .....                     "Zəng gəlsə, demə ki, bizə pul vermisən" .....                     “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... .....                     Ukrayna İsrailə etiraz notası təqdim edib .....                     İlqar Bayramlıdan yeni direktor təyinatı .....                     Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB .....                     Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır .....                     Ermənistanda panika: Əhaliyə çağırış edildi .....                     Tikintidə artan “qara bazar” .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Bakıda güllələnən müəllim işdən çıxıb? .....                     "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş .....                     DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... .....                     Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... .....                     Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: .....                     Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? .....                     Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi .....                 

Soçi görüşünün “tərcüməsi” – Praqmatizmlə hikkənin toqquşması
Tarix: 6-09-2023, 15:29 | Çap et
Soçi görüşünün “tərcüməsi”
Soçidə Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib. 2 saata yaxın davam edən danışıqlardan sonra birgə mətbuat konfransında çıxışı zamanı Vladimir Putin bildirib ki, Rusiya ilə Türkiyə arasında münasibətlər heç kimin gözləmədiyi şəkildə inkişaf edir. O, türkiyəli həmkarı ilə təhlükəsizlik kimi çox əhəmiyyətli məsələləri müzakirə etdiklərini deyib: “Ukraynadakı vəziyyət, “Taxıl sazişi”, Suriya məsələsindən danışdıq. Bir çox başqa istiqamətlər var ki, onları da müzakirə etdik”.

Ərdoğan öz növbəsində qeyd edib ki, görüşdə Cənubi Qafqazda baş verən hadisələr də müzakirə mövzusu olub: “Soçidə Rusiya Prezidenti, əziz dostum Putinlə görüşdüm və gündəliyimizdəki məsələləri müzakirə etdim. Biz xüsusilə ticarət, enerji, kənd təsərrüfatı, turizm, iqtisadiyyat və maliyyə sahələrində çoxşaxəli əməkdaşlığımızı daha da gücləndirmək istəyirik. Ötən il ikitərəfli ticarət dövriyyəmiz təxminən 69 milyard dollara çatıb. 100 milyard dollarlıq hədəfimizə doğru möhkəm addımlar atırıq. İnanıram ki, qalan müddətdə bu rəqəm daha da artacaq”.

DİA.AZ bildirir ki, görüşü AYNA-ya şərh edən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Türkiyə Rusiya-Ukrayna müharibəsinin həllində uğurlu vatisəçi ola bilər: “Prezident Rəcəb Tayyib Ərdoğan Soçi görüşündə bunu bir daha bəyan etdi. Lakin bir məqam var ki, Putin müharibənin davam etdirilməsini istəyir. Çünki Moskva Ukraynada əhəmiyyətli nəticələrə nail olmayıb. Bu, baş vermədiyinə görə Putinin müharibəni dayandırması onun sonu deməkdir. Lakin Ərdoğan sülhyaratma missiyasını, danışıqlar masası ətrafında müzakirələr cəhdini davam etdirir”.

“Hesab edirəm ki, Soçi görüşü çərçivəsində Türkiyə liderinin söylədiyi fikirlər əsasən Rusiya cəmiyyətinə ünvanlanıb. Onun mövcud şəraitdə müharibənin davam etdirilməsinin əhalinin sosial-iqtisadi durumuna neqativ təsir etdiyini söyləməsi və Putinə çıxış formulu təklif etdiyini bildirməsi bunun bariz nümunəsidir. Nəzərə alanda ki, Rusiya cəmiyyəti müharibə istəmir və Ərdoğanın bu bəyanatını daim xatırlayacaq, bu, olduqca mühüm mesajdır”, - deyə həmsöhbətimiz bildirib.

Analitik xatırladıb ki, görüşdə digər mövzularla yanaşı, Cənubi Qafqazdakı vəziyyət də müzakirə olunub: “Lakin konkret nələrin müzakirə edilməsindən xəbərsizik. Azərbaycanla Ermənistan arasındakı gərginliklə bağlı Türkiyə və Rusiya liderlərinin görüş əsnasındakı mövqeləri maraqlıdır. Görüşün davam etmə müddətini və eyni zamanda Suriya və Liviya ilə bağlı müzakirələrin də aparıldığını nəzərə alsaq, bu istiqamətdə qısa müzakirələrin olduğunu söyləyə bilərik”.

“Ərdoğan hələ bir müddət öncə Rusiya sülhməramlı missiyasının 2025-ci ildə fəaliyyətini başa vuracağına inandığını söyləmişdi. Hesab edirəm ki, Soçi görüşündə də bunu rusiyalı həmkarının diqqətinə çatdırıb. Putinin bu barədə nə düşündüyünü söyləmək üçün isə yetərli faktlar yoxdur və zamanı gözləməliyik”, - deyə Şahinoğlu vurğulayıb.

Siyasi şərhçi Zərdüşt Əlizadə isə fərqli düşünür. DİA.AZ-ın məlumatına görə, o, AYNA-ya açıqlamasında söyləyib ki, Türkiyənin cəhdləri nəticəsiz qalacaq: “Türkiyə Rusiyanı işğalçı mahiyyətindən yayındıra bilməyəcək. Ona görə ki, Putin işğalçılığı dövlət siyasətinə çevirib. Ötən əsrin 90-cı illərində müstəqillik qazanan respublikaları nəzarətindən kənarda qoymaq istəmir. Açıq şəkildə deyir ki, “siz sənəd üzərində müstəqil ola bilərsiniz, amma mənim dediklərimi etməlisiniz”. Kim buna məhəl qoymursa, ona qarşı təcavüz siyasətinə başlayır. Ukrayna, Gürcüstan, Moldova... Siyahını uzatmaq da olar. Nəinki postsovet məkanında, Afrikada, digər coğrafiyalarda da belədir”.

“Ukraynaya qarşı təcavüzə başlayanda Rusiya ümid edirdi ki, qısa müddətə qalib gələcək. Ancaq nə oldu? Rusiya Kiyevə yaxınlaşa bilmir, resursları tükənir. Geri də çəkilə bilmir. Dünyanı taxıl böhranı ilə təhdid edir. Lakin bu təzyiqlər nəticəsizdir. Rusiya onsuz da bu müharibədə məğlub olacaq. Bunu Kremldə də bilirlər”, - deyə müsahibimiz diqqətə çatdırıb.

Təhlilçinin fikrincə, Türkiyənin yürütdüyü xarici siyasət doğrudur: “Mən bu məsələdə Rusiya amilini ikinci yerdə görürəm. Türkiyə nüfuzlu dövlətdir və dünyada aparıcı diplomatik oyunçulardan biridir. Tarixi fürsət yetişib ki, bu münqaişədən istifadə edib, öz mövqeyini gücləndirsin. NATO ölkələrindən onun hüquq və təhlükəsizliyinə hörmətlə yanaşmalarını tələb etsin”.

“Türkiyə dünənə qədər Qərb dövlətlərinə öz ağrılarını, dərd və qayğılarını deyirdi, amma bunu qulaqardına vururdular. Məsələn, deyirdi ki, kürd separatizmi Türkiyə dövləti üçün təhlükədir. Müttəfiqləri də bildirirdi ki, yox, əsas insan hüquqlarıdır. Rəsmi Ankara NATO ölkələrinin diqqətinə çatdırırdı ki, biz müttəfiqik, ümumi maraqlarımız var, Türkiyəni elmi-texnoloji və hərbi inkişafdan kənarlaşdırmayın. Amma ona deyilirdi ki, yox, sən özünü yaxşı aparmırsan, sənə filan silahları vermirik, bu layihədən səni çıxarırıq və s. Bu gün isə Türkiyə diqtə tərəfidir. Bunu Türkiyənin Rusiya ilə yaxınlaşması kimi qələmə vermək doğru deyil. Bu, qətiyyən belə deyil”, - deyə Əlizadə fikrini yekunlaşdırıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:04
Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev
Bu gün, 07:02
İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:00
Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir - Natiq Miri ŞƏRH EDİR
Bu gün, 06:58
"Su İdmanı Sarayı" dövlətə BORCLANDI - Böyük miqdarda
Bu gün, 06:56
Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər - “İzvestiya” qəzeti
Bu gün, 06:51
Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… - DETALLAR
Bu gün, 06:49
"Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" - partiya sədri
Bu gün, 06:33
Tanınmış müğənni qonşusundan gileyləndi - "...şübhə edir"
Bu gün, 06:27
Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri - ŞOK FAKTLAR AÇIQLANDI
Bu gün, 06:17
Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... - Bir araşdıran olsa...
Bu gün, 06:13
Hamlet İsaxanlı siyasətə yaman meyillənir... - keçmiş deputatdan ATMACA
Bu gün, 05:58
Eşqi Bağırovun üsyanı... SƏMƏRƏ VERƏCƏKMİ?
Bu gün, 05:52
Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... - HESABI BELƏ SORUŞULMUR...
Bu gün, 05:47
Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR - İLGİNC FAKTLAR
Bu gün, 05:40
Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16
Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10
Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01
Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
"Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46
Erməni general yenə Hindistandadır
Dünən, 22:15
Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13
“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34
Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32
"Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12
“Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06
Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02
İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42
Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31
Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00
Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57
Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55
Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24
"Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22
DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18
Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00
Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57
Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55
Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53
Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39
Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34
”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30
Nazir oğlunu aldadana qarşı başqa ittihamlar var imiş - Bazar manipulyasiyası...
Dünən, 14:20
“Kapital Bank”ın əməkdaşı hərbçiyə hədə-qorxu gəlib? - REAKSİYA
Dünən, 14:15
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 14:04
Prezident bir qrup sahibkarı “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 14:02
Benzin və dizellə bağlı KRİTİK QƏRAR – Qiymətlər YÜKSƏLƏCƏK?
Dünən, 13:59
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru qərardan narazıdır
Dünən, 13:52
Köçəryan höt-hötündən əl çəkmir, Qarabağa qayıdış vədi verir
Dünən, 13:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru