Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib .....                     Dünyada məcburi və könüllü hərbi xidmət: .....                     Sülh prosesi davam edir, amma əsas fərqlər hələ qalır .....                     “Kəramət kofe də satsa, hamı alacaq” .....                     “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu .....                     Kliniki Tibbi Mərkəzi kim idarə edir? .....                     “Ayıb olsun Gülçöhrəyə, qardaşım onu biabır edəcək” .....                     "Vasif Talıbov və oğlanları həbs edilməlidir” .....                     Moskva 4 may ərəfəsi İrəvanı sıxır .....                     "Savalan" yenidən səhnədə: .....                     “Şahin Mustafayevi İrəvana səfir göndərmək günahdır” .....                     “Ağdamda xəstəxanada çalışmaq istəyirəm, stadiona atamın adının verilməsi ən böyük arzumuzdur” .....                     İran limanlarının blokadası Fars körfəzində vəziyyəti gərginləşdirəcək .....                     "Valideynlər olaraq susmaq niyyətində deyilik" .....                     Paytaxtın bu rayonlarında binalar təmir olunacaq .....                     Mayda əfv olsa, Rəşad Dağlı azadlığa çıxa bilər .....                     Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Əfsanəvi Kəşfiyyatçı, Şəhid kapitan Mühüd Orucovun məzarını və ailəsini ziyarət edib .....                     Rusiyadan Xəzərlə bağlı açıqlama: .....                     Paşinyan üçün SEÇKİQABAĞI MƏSLƏHƏT... .....                     “Hafka” ilə Qurban Qurbanov bir arada .....                     Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı .....                     Dəhşətli ssenari: Əvvəl karantin, indi də müharibə və qiymətlər .....                     Bir kilometr üçün eyni QİYMƏT .....                     SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə UZANAN ƏL... .....                     İrandan sonra... .....                     Bu il Avropa ölkələrinin “iqtisadi gücü” nə qədər olacaq? .....                     Ərdoğan Ermənistana dəvət olundu .....                     Psixatriya Xəstəxanasında meyit tapıldı .....                     Ermənistanın keçmiş müdafiə nazirinin müavininə qarşı antikorrupsiya ittihamı irəli sürülüb .....                     Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib .....                     Ermənistan Təhlükəsizlik Xidmətində Qarabağ bölməsi yaradılıb? .....                     “Arvadla doğuşa girən kişi nəyə lazım?” .....                     “Hansısa harınlamış ad gününə aktyoru çağırır ki, onu əyləndirsin, o oğlanı tapmaq istəyirəm” .....                     "Bank of Baku"nun rüşvət alan eks-əməkdaşı həbsdə qaldı .....                     Siyavuş Novruzovdan daha az müxalif olan müxalif deputatımız .....                     Rusiya və Çin bu meydanda rəqibdirlər... .....                     Səfər Mehdiyevin köməkçisi Azərbaycanı Avropa Məhkəməsinə şikayət edib .....                     Köçəryan mübarizəyə başlamamış məğlubiyyətlə razılaşdı .....                     Naxçıvanda müəllimlərə OT YOLDURURLAR... .....                     “Bakıtikişsənaye” səhmdarlarına dividend ödəyəcək .....                 

“Putin nəticənin belə olacağını bilsəydi, Ukraynaya qarşı təcavüzə başlamazdı” - ABŞ-da yaşayan politoloq
Tarix: 18-01-2023, 10:54 | Çap et
 “Putin nəticənin belə olacağını bilsəydi, Ukraynaya qarşı təcavüzə başlamazdı”
Rusiyanın Müdafiə Nazirliyi “Vaqner” özəl hərbi şirkətinin ardınca məhbusları səfərbər etməyə başlayıb. Bunu Ukraynada əsir düşən və 20 ilini Rusiya həbsxanalarında keçirən Leonid Obrazkov ukraynalı jurnalist Vladimir Zolkinə müsahibəsində söyləyib.

41 yaşlı Obrazkov ilk məhkumluğunu hələ azyaşlı ikən aldığını, sonra isə oğurluq, avtomobil qaçırması və yandırma kimi müxtəlif maddələrlə, demək olar ki, fasiləsiz həbsxanada qaldığını bildirib. Onun sözlərinə görə, Ukraynada müharibəyə cəlb edilməsi koloniyanın rəis müavini vasitəsilə həyata keçirilib və o, məhkumları çağıraraq Müdafiə Nazirliyinin tələbi ilə onları “təxliyə qrupu”na qoşulmağa dəvət edib.

Beynəlxalq analitiklərin sözlərinə görə, Rusiya Ukrayna ilə müharibədə məğlub olacağını artıq bilir və məhbuslara son ümid yeri kimi baxır. Rusiya Prezidenti Vladimir Putinin səfərbərlik elan etməklə bağlı qərarından sonra rusiyalı çağırışçıların əksəriyyətinin müharibədə iştirakdan boyun qaçırması, bu qərardan sonra Rusiya vətəndaşlarının kütləvi şəkildə mühacirətə üz tutması Kremli çıxılmaz duruma salıb. ABŞ və Qərbin çoxvektorlu sanksiyaları fonunda inzibati resurslar hesabına iqtisadi sabitliyi qorumağa çalışan rəsmi Moskva məhbsuları cəbhəyə göndərməklə daxili narazılıqları önləməyə çalışır.

Bu arada NATO-nun Baş katibi Yens Stoltenberq Ukraynaya Rusiya ilə müharibədə qalib gələnədək silah dəstəyi veriləcəyini bəyan edib. Baş katib bildirib ki, Rusiya ilə münasibətlər əvvəlki kimi olmayacaq: “Ukrayna münaqişəsinin həllindən sonra da Rusiya ilə Qərb arasında münasibətlərin normallaşması gözlənilmir. Ukraynada silahlar sussa belə, biz Rusiya ilə münasibətlərimizin normallaşacağını gözləməməliyik”.

Əlavə edib ki, Qərb böyük resursa sahib olsa da, Rusiyanı gözündə kiçiltməməlidir: “Rusiyaya qarşı mübarizə daha düşünülmüş və planlı şəkildə aparılmalıdır”.

DİA.AZ bildirir ki, ABŞ-da yaşayan azərbaycanlı siyasi şərhçi Azər Aslanlı AYNA-ya müsahibəsində mövzuya dair fikirlərini bölüşüb.

- Rusiyada məhbusların Ukrayna müharibəsinə cəlb olunduğuna dair iddialar yayılıb. Doğrudanmı, Rusiya o qədər zəfiləyib ki, məhbusların ümidinə qalıb?

- Rusiya bu müharibəyə başlayanda güman edirdi ki, bir neçə gün ərzində Ukraynanı təslim edəcək. Ssenari bundan ibarət idi ki, Rusiya Ukraynanın ərazisinə daxil olur və ən qısa müddətdə Kiyevi nəzarətə götürür. Bundan sonra Prezident Volodimir Zelenskini və komandasını hakimiyyətdən devirərək, sərt formada cəzalandırır və öz adamını iqtidara gətirir. Bununla da Gürcüstanda olduğu kimi, Ukraynada da ciddi təsir imkanları əldə edir.

Əslində, Yuşşenkonun hakimiyyətə gəlməsindən sonra Rusiyanın birmənalı şəkildə Ukraynaya təsir etmək imkanı olmayacaqdı. Necə ki, Saakaşvilidən sonra Gürcüstanda bunu edə bilmədilər. Lakin Kreml Ukraynanın birqiymətli şəkildə ABŞ və Qərbin yanında yer alması ilə barışmaq istəmirdi. Xüsusən, ötən ilin yanvarında Qazaxıstanda baş verən hadisələr Moskvanı ruhlandırırdı. Ancaq göründüyü kimi, Rusiyanın bütün planları alt-üst oldu. Açıq şəkildə söyləmək olar ki, Putin nəticənin belə olacağını bilsəydi, Ukraynaya qarşı təcavüzə başlamazdı.

Təbii ki, Rusiya zəifdir, ciddi hərbi texnika, canlı qüvvə itkisinə məruz qalıb. Digər tərəfdən, Ukraynaya qarşı başlatdığı hərbi təcavüzdən sonra Rusiyaya qarşı tarixdə görünməmiş sanksiyalar tətbiq edilib. Düzdür, inzibati resurslar hesabına bunun qarşısını müəyyən qədər alsalar da, bu, uzun müddət belə davam edə bilməz. Putin və komandası anlayır ki, yaxın gələcəkdə həm iqtisadi, həm də hərbi cəhətdən tükənəcəklər. Bundan da Ukraynanı dəstəkləyən beynəlxalq dairələr məharətlə istifadə edəcəklər.

Əslində, ABŞ və Qərbin məqsədi də budur. Rusiyanı zəif salmaq və ardınca hücuma keçmək. Bu, hərbi yox, siyasi və iqtisadi hücumlar olacaq. Putinin səfərbərlik qərarı da nəticəsiz qaldı. Rus xalqı Putinin bu qərarına tabe olmadı. Rusiya vətəndaşları bu qərardan sonra ölkəni tərk etməyə başladılar. Nəzərə alanda ki, müharibənin doğuracağı fəsadlar davam edəcək, qarşıdakı dönəmdə əhalinin də etirazlara qalxacağı gözləniləndir.

- Ukraynanın müharibədə qalib gələcəyini ehtimal edənlərlə yanaşı, bunu inkar edənlər - Rusiyanın sona qədər geri çəkilməyəcəyini söyləyənlər də mövcuddur...

- Rusiya, heç şübhəsiz, zəif dövlət deyil. Dünyanın aparıcı güc mərkəzlərindən biridir. Məhz, elə buna görə də ABŞ və Qərb uzun müddət Rusiyanın işğal siyasətinə dözüm nümayiş etdirirdi. Rusiya vaxtilə Ukrayna və Gürcüstanı işğala məruz qoyanda buna göz yumdular. Zamanla görəndə ki, bu, Rusiya tərəfindən geri çəkilmə kimi qiymətləndirilir və Moskva işğal siyasətini davam etdirir, bundan sonra qəti hərəkətə keçdilər.

Təxminən bir il öncəyə qayıtsaq, görərik ki, o zaman Rusiya nəinki Qərbin tələbləri ilə razılaşırdı, əksinə, birmənalı şəkildə təhlükəsizlik təminatı tələb edirdi. Tələb edirdi ki, onun sərhədləri yaxınlığında NATO genişlənməsin. Konkret tələblər irəli sürürdü. Açıq şəkildə bəyan edirdi ki, İsveç və Finlandiya NATO-ya üzv ola bilməz və bu, baş versə, cavabları çox sərt olacaq. ABŞ, Böyük Britaniya və Avropanın Rusiyaya qarşı başqa cür davranmaq şansı yox idi.

Rusiya nə qədər güclü dövlət olsa da, yekunda məğlubiyyətə məhkumdur. Çünki Ukrayna geri çəkilmir, sona qədər dirəniş göstərir. ABŞ və Qərb Ukraynaya dəstəyini davam etdirir, silahla təmin edir, Rusiyaya qarşı isə çoxvektorlu sanksiyalar tətbiq olunur. Hadisələrin bu şəkildə davamı Rusiyanın çöküşünə gətirib çıxaracaq. Hətta şimal qonşumuz baş verənlərin fonunda öz bütövlüyünü qoruyub saxlaya bilməyəcək. Ən yaxşı halda isə Putin və komandası hakimiyyəti təhvil vermək məcburiyyətində qalacaq.

Bu gün Rusiya dünya üçün təhdiddir. Dünyadakı bütün avtoritar rejimlər Rusiyanın dəstəyinə arxalanır və öz ömrünü uzada bilir. ABŞ və Qərb fərqindədir ki, ona qarşı cəbhə açılır və bu cəbhənin başında Rusiya dayanır. Bu səbəbdən Rusiyaya qarşı heç bir güzəşt olmayacaq. O ki qaldı müharibədə Rusiyanın, yoxsa Ukraynanın qalib gələcəyinə, məncə, bu müharibənin qalibi üçüncü tərəf olacaq - ABŞ və müttəfiqləri.

- NATO-nun Baş katibi Stoltenberq Ukraynada silahlar sussa belə, Rusiya ilə münasibətlərin bərpa olunmayacağını bildirib. Qərblə Rusiya arasında bütün körpülər yanıb?

- Açıq şəkildə etiraf etmək lazımdır ki, Qərb dairələri Ukraynaya dəstək göstərsələr də, bu, lazımi səviyyədə deyildi. Xüsusən təcavüzün ilk aylarında bu dəstək minimum həddə idi. Son dövrlər bu dəstək artıb və bunun nəticəsidir ki, Ukrayna əhəmiyyətli üstünlüklər əldə edib. Təsəvvür edin ki, Rusiya aylarla döyüşür, təcavüz edir, amma adi bir şəhəri azad edə bilmir. NATO-nun Baş katibi Stoltenberqin Ukraynaya silah dəstəyinin artırılması, Rusiya məğlub olana qədər bunun davam etdiriləcəyini bəyan etməsi təqdirəlayiq haldır. Hesab edirəm ki, Qərbin, NATO-nun, demokratik dünyanın səyləri və dəstəyi nəticəsində Ukrayna Rusiyanın üzərində tarixi qələbə qazanacaq. Qərblə Rusiya arasında körpülərin tamamilə yanmasına gəldikdə isə, nə qədər ki, Putin və komandası hakimiyyətini qoruyur, Qərb-Rusiya savaşı davam edəcək.

- Beynəlxalq ictimaiyyəti, habelə region dövlətlərini düşündürən əsas sual budur: bu müharibə nə vaxt bitəcək? Postmüharibə dövrü ilə bağlı gözləntiləriniz nədən ibarətdir?

- Bu müharibə hələ bir müddət davam edəcək. Çünki mövcud şəraitdə Rusiya geri çəkilə bilməz. Əgər Moskva məğlubiyyətini hər hansı formada etiraf edərsə, bu, Putin və komandasının sonu demək olacaq. Putin üçün isə hakimiyyət hər şeydən öndə gəlir. Əmindir ki, devriləcəyi təqdirdə onu hansı aqibət gözləyir. Bu səbəbdən nəyin bahasına olursa olsun, geri çəkilməyəcək. Ukrayna da geri çəkilməyəcək. Ukraynanın siyasi rəhbərliyi açıq şəkildə bunu bəyan edir və Ukrayna xalqı da Zelenskinin yanındadır. ABŞ və Qərbin də Rusiyaya qarşı müqaviməti davam etdirəcəyini nəzərə alsaq, müharibənin hələ bir müddət davam edəcəyini söyləmək olmaz. Postmüharibə dövrü ilə bağlı qəti proqnoz vermək mümkün olmasa da, yəqin ki, Rusiya sonda öz suverenliyini itirmək təhlükəsi ilə üzləşəcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib
Bu gün, 14:28
Dünyada məcburi və könüllü hərbi xidmət: - Əsgər gedən də var, pulla alan da
Bu gün, 14:19
Sülh prosesi davam edir, amma əsas fərqlər hələ qalır - ŞƏRH
Bu gün, 14:15
“Kəramət kofe də satsa, hamı alacaq” – Meyxanaçı Kərim Abi ilə MÜSAHİBƏ
Bu gün, 14:11
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu - FOTO
Bu gün, 14:06
Kliniki Tibbi Mərkəzi kim idarə edir? - Direktorsuz qalan xəstəxanalarda vəziyyət necədir?
Bu gün, 13:59
“Ayıb olsun Gülçöhrəyə, qardaşım onu biabır edəcək” - Cəfər Namiq Kamal
Bu gün, 13:56
"Vasif Talıbov və oğlanları həbs edilməlidir” - Naxçıvan MR sabiq Baş nazirinin müavini Təranə Quliyeva
Bu gün, 13:44
Moskva 4 may ərəfəsi İrəvanı sıxır - yeni GƏRGİNLİK
Bu gün, 13:03
"Savalan" yenidən səhnədə: - Novruz Novruzlunun anım gecəsi keçiriləcək
Bu gün, 13:00
“Şahin Mustafayevi İrəvana səfir göndərmək günahdır” - Hafiz Hacıyev
Bu gün, 12:57
“Ağdamda xəstəxanada çalışmaq istəyirəm, stadiona atamın adının verilməsi ən böyük arzumuzdur”
Bu gün, 12:47
İran limanlarının blokadası Fars körfəzində vəziyyəti gərginləşdirəcək - Pezeşkian
Bu gün, 12:42
"Valideynlər olaraq susmaq niyyətində deyilik" - ETİRAZ VAR...
Bu gün, 12:41
Paytaxtın bu rayonlarında binalar təmir olunacaq – 25 milyon manat ayrıldı
Bu gün, 12:34
Mayda əfv olsa, Rəşad Dağlı azadlığa çıxa bilər - AÇIQLAMA
Bu gün, 12:27
Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Əfsanəvi Kəşfiyyatçı, Şəhid kapitan Mühüd Orucovun məzarını və ailəsini ziyarət edib
Bu gün, 12:19
Rusiyadan Xəzərlə bağlı açıqlama: - Etiraf etməyə məcburuq ki, İrana hücum...
Bu gün, 12:16
Paşinyan üçün SEÇKİQABAĞI MƏSLƏHƏT... - Bu sualları rəqiblərinə ünvanlasın...
Bu gün, 12:09
“Hafka” ilə Qurban Qurbanov bir arada –FOTO
Bu gün, 12:02
Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı - TƏFƏRRÜAT
Bu gün, 11:58
Dəhşətli ssenari: Əvvəl karantin, indi də müharibə və qiymətlər - "The Wall Street Journal"
Bu gün, 11:55
Bir kilometr üçün eyni QİYMƏT – Velo, yoxsa taksi daha sərfəlidir?
Bu gün, 11:52
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə UZANAN ƏL... - Qrant qazanmağın daha bir yolu/FOTOLAR
Bu gün, 11:46
İrandan sonra... - Qafqaz uğrunda mübarizə: İKİNCİ CƏBHƏ
Bu gün, 11:38
Bu il Avropa ölkələrinin “iqtisadi gücü” nə qədər olacaq? - SİYAHI
Bu gün, 11:30
Ərdoğan Ermənistana dəvət olundu
Bu gün, 11:27
Psixatriya Xəstəxanasında meyit tapıldı
Bu gün, 11:22
Ermənistanın keçmiş müdafiə nazirinin müavininə qarşı antikorrupsiya ittihamı irəli sürülüb - "Hraparak"
Bu gün, 11:18
Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:14
Ermənistan Təhlükəsizlik Xidmətində Qarabağ bölməsi yaradılıb? – İDDİA
Bu gün, 11:12
“Arvadla doğuşa girən kişi nəyə lazım?” – Rəşid Mahmudov gənc ataları “TOPA TUTDU”
Bu gün, 11:05
“Hansısa harınlamış ad gününə aktyoru çağırır ki, onu əyləndirsin, o oğlanı tapmaq istəyirəm”
Bu gün, 11:01
"Bank of Baku"nun rüşvət alan eks-əməkdaşı həbsdə qaldı – QƏRAR
Bu gün, 10:56
Siyavuş Novruzovdan daha az müxalif olan müxalif deputatımız - Orxan Saffari yazır...
Bu gün, 10:54
Rusiya və Çin bu meydanda rəqibdirlər... - GƏLİŞMƏ
Bu gün, 10:53
Səfər Mehdiyevin köməkçisi Azərbaycanı Avropa Məhkəməsinə şikayət edib - BUNA GÖRƏ...
Bu gün, 10:49
Köçəryan mübarizəyə başlamamış məğlubiyyətlə razılaşdı - “İravunk”
Bu gün, 10:43
Naxçıvanda müəllimlərə OT YOLDURURLAR... - Hər həftə şənbə günü...
Bu gün, 10:37
“Bakıtikişsənaye” səhmdarlarına dividend ödəyəcək
Bu gün, 10:32
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
Bu gün, 10:25
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
Bu gün, 10:22
Məhkəmə müştərinin borcunu qohumlara açıqlayan bankı cəzalandırdı - QƏRAR
Bu gün, 10:14
Bakı və İrəvan arasında yeni sabitlik mərhələsi - İNCƏLƏMƏ
Bu gün, 10:13
Azərbaycan şirkəti könüllü ləğv ediləcək
Bu gün, 10:11
TBNM Assosiasiyasının yeni baş katibi təyin edilib
Bu gün, 10:07
Balaş Qasımov İTV-də QALASI OLDU... - "Bu, şayiədir, qeyri-ciddi məlumatdır"
Bu gün, 10:03
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi auditor seçib
Bu gün, 09:58
Aktrisa Gülçöhrə Abdullayeva kimin qurbanı olduğunu açıqladı -VİDEO
Bu gün, 09:57
50 yaşlı azərbaycanlı kişi 62 yaşlı qadınla evləndi, prokurorluq imkan vermədi - TƏFƏRRÜAT
Bu gün, 09:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru