Kreml Paşinyandan QORXDUMU? - İrəvan bu yolla təzyiq edir, güzəştlərə ümid edir
Tarix: 11-01-2023, 08:27 | Çap et
 Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Ermənistandakı hərbi mövcudluğunun İrəvan üçün təhlükəsizlik təhdidləri yaratdığını bildirib. Paşinyan növbəti dəfə Moskvanı ittiham edərək, Kremlin regionda baş verənlərə, xüsusən Laçın yolundakı aksiyaya susqunluq nümayiş etdirməsindən gileylənib: "Rusiyalı həmkarlarımızın diqqətini bu fakta cəlb edirik.
Onların susqunluğu fonunda belə çıxır ki, Rusiyanın Ermənistanda hərbi mövcudluğu nəinki respublikanın təhlükəsizliyinə təminat vermir, əksinə, onun təhlükəsizliyinə təhdiddir”. Baş nazir qeyd edib ki, Moskva öhdəliklərini yerinə yetirə bilmir: "Əgər Rusiya obyektiv və ya subyektiv səbəblərdən öhdəlikləri yerinə yetirə bilmirsə, Qarabağdakı sülhməramlı qüvvələrinə beynəlxalq mandat vermək üçün, yaxud yeni çoxmillətli sülhməramlı missiyanı Qarabağa göndərmək barədə BMT TŞ-yə müraciət etməlidir”.
DİA.AZ bildirir ki, Paşinyanın açıqlamasını "Şərq"ə dəyərləndirən Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev dünyada yaşayan olaylara diqqət çəkib. Ekspert bildirib ki, qlobal problemlərlə yanaşı, 2023-cü ilə Ukrayna-Rusiya genişmiqyası müharibəsi ilə daxil olduq: "Dünyanın qayğıları artıb. Suriya, İraq və Əfqanıstanda sülh təmin olunmayıb. Fələstin problemi olduğu kimi qalır. Azərbaycan-Ermənistan arasında, daha doğrusu, Qarabağda problemin həll olunduğu sazişlə təsbit edilsək də, reallıq odur ki, problem qalmaqdadır. Bunu etiraf etməliyik. Məhz bizim razılığımızla bölgəyə yerləşdirilən Rusiya hərbi kontingenti üzərinə düşən öhdəliyi yerinə yetirmir. Eyni ittihamla Ermənistan tərəfi də çıxış edir. Əslində belə bir vəziyyət və mövcud durum Rusiya tərəfindən növbəti status-kvonun saxlanmasına cəhddir. Ermənistan çox gözəl anlayır ki, Azərbaycan Qarabağ ermənilərinə heç bir hüquqi status tanımayacaq. Ona görə də Qarabağda vəziyyət İrəvanı qismən qane edir. Lakin Laçın yolundakı aksiyanın davam etməsi və gələcəkdə sərhəd xidmətinin yaradılması barədə müzakirələr erməni tərəfini narahat etməyə bilməzdi. Ancaq Paşinyanın, hökumət üzvlərinin Rusiya ordusunun Ermənistandan çıxarılması tələbi riyakarlıqdır". V.Əfəndiyev hesab edir ki, rusların Gümrü hərbi bazasını tərk etməsi Ermənistanın asılılığını azaltmayacaq: "Ermənistan Rusiyaya olan borclarını qaytarmalıdır. Bu ölkənin bütün həyati sektorları Rusiyaya məxsus şirkətlər tərəfindən ya satın alınıb, ya da uzunmüddətli icarədədir. Rusların bölgəni tərk etməsi iki halda mümkün ola bilər. Ya Rusiya Ukrayna qarşısında tam məğlub olaraq parçalanmalıdır ki, indiki şəraitdə bu, mümkün görünmür. Ya da hansısa superdövlət Rusiyanın borclarını qarşılamaqla Ermənistanı himayəsinə götürür. Ən böyük ehtimal həmin dövlət Fransa ola bilər. Amma fransızların erməniləri qaza gətirməsinə və bu ölkədə böyük diasporaları olmasına baxmayaraq, rəsmi Paris belə bir addım atmaz. Çünki bölgədə Türkiyə reallığı da var. İrəvan hökuməti dərk etməlidir ki, Türkiyə və Azərbaycanla münasibətləri tam normallaşdırmayana qədər Rusiyaya qarşı çıxmaq gücündə olmayacaq. Rusiyanın ermənilərin bütün etirazlarına rəğmən, susqun və təmkinli davranması Kremlin reallıqları bilməsi səbəbindəndir".


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • ABŞ-nin Hörmüz boğazında çöküşündən sonra yeni fəsil başlayır - Xamenei
Bu gün, 15:06 |
|
|
|
| • “Agrarco” MMC-nin ixrac gəlirləri "partlayıb" - 5 DƏFƏLİK ARTIM
Bu gün, 15:02 |
|
|
|
| • Elton Rəşad Dağlıya görə bu addımı atdı
Bu gün, 14:55 |
|
|
|
| • Manatın real məzənnəsi dollar qarşısında möhkəmlənib, digər valyutalar qarşısında zəifləyib - SİYAHI
Bu gün, 14:52 |
|
|
|
| • Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Bu gün, 14:34 |
|
|
|
| • Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib
Bu gün, 14:28 |
|
|
|
| • Dünyada məcburi və könüllü hərbi xidmət: - Əsgər gedən də var, pulla alan da
Bu gün, 14:19 |
|
|
|
| • Sülh prosesi davam edir, amma əsas fərqlər hələ qalır - ŞƏRH
Bu gün, 14:15 |
|
|
|
| • “Kəramət kofe də satsa, hamı alacaq” – Meyxanaçı Kərim Abi ilə MÜSAHİBƏ
Bu gün, 14:11 |
|
|
|
| • “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu - FOTO
Bu gün, 14:06 |
|
|
|
| • Kliniki Tibbi Mərkəzi kim idarə edir? - Direktorsuz qalan xəstəxanalarda vəziyyət necədir?
Bu gün, 13:59 |
|
|
|
| • “Ayıb olsun Gülçöhrəyə, qardaşım onu biabır edəcək” - Cəfər Namiq Kamal
Bu gün, 13:56 |
|
|
|
| • "Vasif Talıbov və oğlanları həbs edilməlidir” - Naxçıvan MR sabiq Baş nazirinin müavini Təranə Quliyeva
Bu gün, 13:44 |
|
|
|
| • Moskva 4 may ərəfəsi İrəvanı sıxır - yeni GƏRGİNLİK
Bu gün, 13:03 |
|
|
|
| • "Savalan" yenidən səhnədə: - Novruz Novruzlunun anım gecəsi keçiriləcək
Bu gün, 13:00 |
|
|
|
| • “Şahin Mustafayevi İrəvana səfir göndərmək günahdır” - Hafiz Hacıyev
Bu gün, 12:57 |
|
|
|
| • “Ağdamda xəstəxanada çalışmaq istəyirəm, stadiona atamın adının verilməsi ən böyük arzumuzdur”
Bu gün, 12:47 |
|
|
|
| • İran limanlarının blokadası Fars körfəzində vəziyyəti gərginləşdirəcək - Pezeşkian
Bu gün, 12:42 |
|
|
|
| • "Valideynlər olaraq susmaq niyyətində deyilik" - ETİRAZ VAR...
Bu gün, 12:41 |
|
|
|
| • Paytaxtın bu rayonlarında binalar təmir olunacaq – 25 milyon manat ayrıldı
Bu gün, 12:34 |
|
|
|
| • Mayda əfv olsa, Rəşad Dağlı azadlığa çıxa bilər - AÇIQLAMA
Bu gün, 12:27 |
|
|
|
| • Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Əfsanəvi Kəşfiyyatçı, Şəhid kapitan Mühüd Orucovun məzarını və ailəsini ziyarət edib
Bu gün, 12:19 |
|
|
|
| • Rusiyadan Xəzərlə bağlı açıqlama: - Etiraf etməyə məcburuq ki, İrana hücum...
Bu gün, 12:16 |
|
|
|
| • Paşinyan üçün SEÇKİQABAĞI MƏSLƏHƏT... - Bu sualları rəqiblərinə ünvanlasın...
Bu gün, 12:09 |
|
|
|
| • “Hafka” ilə Qurban Qurbanov bir arada –FOTO
Bu gün, 12:02 |
|
|
|
| • Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı - TƏFƏRRÜAT
Bu gün, 11:58 |
|
|
|
| • Dəhşətli ssenari: Əvvəl karantin, indi də müharibə və qiymətlər - "The Wall Street Journal"
Bu gün, 11:55 |
|
|
|
| • Bir kilometr üçün eyni QİYMƏT – Velo, yoxsa taksi daha sərfəlidir?
Bu gün, 11:52 |
|
|
|
| • SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə UZANAN ƏL... - Qrant qazanmağın daha bir yolu/FOTOLAR
Bu gün, 11:46 |
|
|
|
| • İrandan sonra... - Qafqaz uğrunda mübarizə: İKİNCİ CƏBHƏ
Bu gün, 11:38 |
|
|
|
| • Bu il Avropa ölkələrinin “iqtisadi gücü” nə qədər olacaq? - SİYAHI
Bu gün, 11:30 |
|
|
|
| • Ərdoğan Ermənistana dəvət olundu
Bu gün, 11:27 |
|
|
|
| • Psixatriya Xəstəxanasında meyit tapıldı
Bu gün, 11:22 |
|
|
|
| • Ermənistanın keçmiş müdafiə nazirinin müavininə qarşı antikorrupsiya ittihamı irəli sürülüb - "Hraparak"
Bu gün, 11:18 |
|
|
|
| • Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:14 |
|
|
|
| • Ermənistan Təhlükəsizlik Xidmətində Qarabağ bölməsi yaradılıb? – İDDİA
Bu gün, 11:12 |
|
|
|
| • “Arvadla doğuşa girən kişi nəyə lazım?” – Rəşid Mahmudov gənc ataları “TOPA TUTDU”
Bu gün, 11:05 |
|
|
|
| • “Hansısa harınlamış ad gününə aktyoru çağırır ki, onu əyləndirsin, o oğlanı tapmaq istəyirəm”
Bu gün, 11:01 |
|
|
|
| • "Bank of Baku"nun rüşvət alan eks-əməkdaşı həbsdə qaldı – QƏRAR
Bu gün, 10:56 |
|
|
|
| • Siyavuş Novruzovdan daha az müxalif olan müxalif deputatımız - Orxan Saffari yazır...
Bu gün, 10:54 |
|
|
|
| • Rusiya və Çin bu meydanda rəqibdirlər... - GƏLİŞMƏ
Bu gün, 10:53 |
|
|
|
| • Səfər Mehdiyevin köməkçisi Azərbaycanı Avropa Məhkəməsinə şikayət edib - BUNA GÖRƏ...
Bu gün, 10:49 |
|
|
|
| • Köçəryan mübarizəyə başlamamış məğlubiyyətlə razılaşdı - “İravunk”
Bu gün, 10:43 |
|
|
|
| • Naxçıvanda müəllimlərə OT YOLDURURLAR... - Hər həftə şənbə günü...
Bu gün, 10:37 |
|
|
|
| • “Bakıtikişsənaye” səhmdarlarına dividend ödəyəcək
Bu gün, 10:32 |
|
|
|
| • Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
Bu gün, 10:25 |
|
|
|
| • “Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
Bu gün, 10:22 |
|
|
|
| • Məhkəmə müştərinin borcunu qohumlara açıqlayan bankı cəzalandırdı - QƏRAR
Bu gün, 10:14 |
|
|
|
| • Bakı və İrəvan arasında yeni sabitlik mərhələsi - İNCƏLƏMƏ
Bu gün, 10:13 |
|
|
|
| • Azərbaycan şirkəti könüllü ləğv ediləcək
Bu gün, 10:11 |
|
|
|
|