Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş: Hər ikisi oğurluq edib .....                     Bakını hədəf alan agent ifşa edildi: .....                     Putin müharibəyə hazırlaşır: .....                     Gəncədə 42 yaşlı kişidən evdə tək olan qıza qarşı cinayət: "Nəfəs ala bilmədim" .....                     ABŞ-nin Hörmüz boğazında çöküşündən sonra yeni fəsil başlayır .....                     “Agrarco” MMC-nin ixrac gəlirləri "partlayıb" .....                     Elton Rəşad Dağlıya görə bu addımı atdı .....                     Manatın real məzənnəsi dollar qarşısında möhkəmlənib, digər valyutalar qarşısında zəifləyib .....                     Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək .....                     Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib .....                     Dünyada məcburi və könüllü hərbi xidmət: .....                     Sülh prosesi davam edir, amma əsas fərqlər hələ qalır .....                     “Kəramət kofe də satsa, hamı alacaq” .....                     “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu .....                     Kliniki Tibbi Mərkəzi kim idarə edir? .....                     “Ayıb olsun Gülçöhrəyə, qardaşım onu biabır edəcək” .....                     "Vasif Talıbov və oğlanları həbs edilməlidir” .....                     Moskva 4 may ərəfəsi İrəvanı sıxır .....                     "Savalan" yenidən səhnədə: .....                     “Şahin Mustafayevi İrəvana səfir göndərmək günahdır” .....                     “Ağdamda xəstəxanada çalışmaq istəyirəm, stadiona atamın adının verilməsi ən böyük arzumuzdur” .....                     İran limanlarının blokadası Fars körfəzində vəziyyəti gərginləşdirəcək .....                     "Valideynlər olaraq susmaq niyyətində deyilik" .....                     Paytaxtın bu rayonlarında binalar təmir olunacaq .....                     Mayda əfv olsa, Rəşad Dağlı azadlığa çıxa bilər .....                     Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Əfsanəvi Kəşfiyyatçı, Şəhid kapitan Mühüd Orucovun məzarını və ailəsini ziyarət edib .....                     Rusiyadan Xəzərlə bağlı açıqlama: .....                     Paşinyan üçün SEÇKİQABAĞI MƏSLƏHƏT... .....                     “Hafka” ilə Qurban Qurbanov bir arada .....                     Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı .....                     Dəhşətli ssenari: Əvvəl karantin, indi də müharibə və qiymətlər .....                     Bir kilometr üçün eyni QİYMƏT .....                     SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə UZANAN ƏL... .....                     İrandan sonra... .....                     Bu il Avropa ölkələrinin “iqtisadi gücü” nə qədər olacaq? .....                     Ərdoğan Ermənistana dəvət olundu .....                     Psixatriya Xəstəxanasında meyit tapıldı .....                     Ermənistanın keçmiş müdafiə nazirinin müavininə qarşı antikorrupsiya ittihamı irəli sürülüb .....                     Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib .....                     Ermənistan Təhlükəsizlik Xidmətində Qarabağ bölməsi yaradılıb? .....                 

Ərdoğana qarşı əzik “6-lıq” - İNCƏLƏMƏ...
Tarix: 7-01-2023, 10:35 | Çap et
Ərdoğana qarşı əzik “6-lıq”
Qardaş Türkiyədə keçiriləcək Prezident seçkiləri artıq indidən böyük müzakirə
predmetinə çevrilib. Son on il ərzində dünya siyasətində mühüm fiqurlardan birinə,
regionda isə əsas söz sahibinə çevrilən Türkiyə dövləti, dostlu-düşmənli hər kəsin
diqqətindədir. Sevənləri və sevməyənləri ilə birlikdə.
Hazırkı Prezident, 2003-cü ildən iqtidarda olan Rəcəb Tayyib Ərdoğan
əleyhdarları var gücləri ilə onu çıxdaş etmək üçün ağıl və məntiq çərçivəsindən
tutmuş ta ağlagəlməz hər şeyə qədər bütün yolları “dənəsələr” də, sonda görünən
odur ki, hakimiyyət sükanını R.T.Ərdoğan idarə edir. Türkiyə cəmiyyətində də
hazırkı iqtidara qarşı kəskin əks münasibətin olmaması, üstəlik, xarizma olaraq
Ərdoğanın Türkiyənin çağdaş tarixində mühüm siyasi qüvvə kimi özünə möhkəm
yer etməsi, Türkiyəni daha müstəqil siyasət aparan və sözü eşidilən dünya
güclərinin siyahısına çıxara bilməsi ona olan ictimai dəstəyi də gücləndirib.
Türkiyədəki müxalifət qüvvələri isə, bu vaxta qədər bütün seçkilərdə hələ ki,
İstanbul və Ankara Bələdiyyə sədrliyini qazanmaqdan başqa heç bir uğura imza ata
bilməyiblər. Həm ana müxalifət adlandırılan Cümhuriyyət Xalq Partiyası, həm də
digər siyasi qruplaşmalar son 10 il ərzində keçirilən heç bir seçkidə mütləq
qələbəyə sevinməyiblər. Xüsusilə, milliyyətçi siyasi düşərgənin əsas yuvası sayılan
MHP-nin hazırkı prezident Ərdoğanı dəstəkləməsi həm parlamentdəki yerlərin,
həm də ictimai rəyin AKP iqtidarının xeyrinə dəyişməsinə səbəb olub. MHP-nin
Ərdoğan iqtidarını dəstəkləməsi, həm də birbaşa müxalifətin səslərinin
parçalanmasına və təsir dairəsinin daralmasına gətirib çıxarıb. CHP lideri Kamal
Kılıcdaroğlunun hər seçkidə lider olaraq önə keçmək əvəzinə, özünə olan
inamsızlıqdan və seçkinin nəticələrindən qorxub arxa planda dayanması, son
prezident seçkilərində namizədliyini irəli sürməməsi müxalifətə olan ictimai
dəstəyi və siyasi inamı da yerlə bir edib.
Bu adamın liderlik qabiliyyətinin olmaması, seçkilərdə məsuliyyəti öz üzərinə
götürməməsi, Ərdoğana qarşı tribunalardan boş hay-küy salmaqdan başqa heç
nəyə yaramaması CHP-nin hazırkı iqtidara qarşı güc göstərməsini də acı xəyala
çevirir. Günü bu gün Türkiyə ictimai rəyində əsas fikir ondan ibarətdir ki, hazırkı
müxalifət cəbhəsində Ərdoğana qarşı meydana çıxa biləcək xarizmatik lider
yoxdur. Bu məsələdə ictimai rəy tam haqlıdır. Çünki hazırda anti-Ərdoğan
cəbhəsində altı siyasi partiyanın birləşdiyi “6-lı masa” adlanan ittifaq, onların
liderləri türklərin təbirincə desək, “rəisə” qarşı siyasi mübarizə aparmaq gücündə
deyillər. “6-lı masa”da yer alan siyasi qüvvələrin öz aralarında da fikir müxtəlifliyi
var.
Əvvəla ondan başlayaq ki, altı siyasi partiyadan ikisinin rəhbəri Ərdoğanın keçmiş
nazirləridir. Əhməd Davudoğlu və Əli Babacan Ərdoğan hökumətində önəmli
siyasi karyera sahibi olublar, sonradan AKP iqtidarını tərk edərək ona qarşı
müxalifət mövqeyinə keçiblər. Amma maraqlısı odur ki, bu iki siyasi fiqurun
sürətlə təşkilatlanması, böyük və dəbdəbəli ofisə, güclü mühafizə xidmətinə, bahalı
maşınlara sahib olması qətiyyən təsadüf sayıla bilməz. Ərdoğanın keçmiş
kadrlarının bu şəkildə siyasi səhnəyə ATILMALARI, güclü media dəstəyi istər-
istəməz “Davudoğlu və Babacan yenə Ərdoğanın “əlinə çalışır” fikrini gündəmə
gətirir. Çünki hər iki adıçəkilən keçmiş nazirlərin zərrəcə də olsun Türkiyə
cəmiyyətində sıfır səviyyəsində belə siyasi çəkisi yoxdur.
O ittifaqdakı əsas siyasi fiqur sayılan İYİ partiya lideri Meral Akşener də keçmiş
MHP-çidir, Türkiyə parlamentində vitse-spiker olub. CHP lideri
K.Kılıcdaroğlundan fərqli olaraq bu xanım siyasətçi daha kəskin çıxışları,
qətiyyətli mövqeyi ilə öndədir. Amma CHP-nin PKK terror təşkilatına yaxınlığı ilə
seçilən HDP-yə, həbsdə olan Səlahəddin Dəmirtaşa loyal münasibəti M.Akşenerlə
CHP arasında ciddi fikir ayrılıqlarına yol açıb. Üstəlik, Ərdoğan ilə açıq
düşmənçilik aparan qərbdəki qüvvələrin hazırkı iqtidarı devirmək üçün məhz
M.Akşenerə dəstək göstərdikləri də hiss olunur. Xüsusilə, mediada Ərdoğana qarşı
açıq düşmənçilik edən Fətullah Gülən qruplaşmasının da xanım Akşenərə dəstək
göstərdiyi deyilir. Lakin açıq şəkildə görünən odur ki, M.Akşenerin də “Rəisi”
üstələmək şansı yoxdur. Həm də unutmaq olmaz ki, əgər Türkiyə siyasətində
Ərdoğanı əzib keçəcək bir xarizmatik siyasətçi olsaydı, çoxdan qərbdəkilər onun
imicini bəzəyib-düzəyib Ərdoğanla siyasi mübarizəyə atmışdılar.
Son vaxtlar İstanbul Bələdiyyəsinin hazırkı sədri, CHP-çi Əkrəm İmamoğlu
müxalifətin vahid namizədi kimi daha çox gündəmə gəlir. Bir çoxları İstanbul
Bələdiyyəsinə keçirilən son seçkilərdə Ərdoğanın ən yaxın adamı, keçmiş Baş
nazir Binəli Yıldırımı üstələyərək böyük səs çoxluğu ilə qələbə qazanan
Ə.İmamoğlunun Ərdoğanla seçki yarışında daha şanslı namizəd olduğunu
düşünsələr də, "6-lı masa" bu məsələdə də vahid qərarda deyil. Ə.İmamoğlunun öz
partiyası onu bu seçkilərdə müxalifətin vahid namizədi kimi Ərdoğanla "döyüşə"
atmaq istəmir. Əvəzində İYİ partiya sədri M.Akşener onun namizədliyində israr
edir. Görünən odur ki, CHP Ə.İmamoğlunu hazırkı seçkilərdə Ərdoğanla
mübarizəyə atmayacaq. Sanki Türkiyə müxalifətində Ərdoğan üzərində qələbə
üçün hələ şəraitin yetişmədiyini düşünürlər. Deməli müxalifətin özü bu seçkilərdə
qələbəsinə o qədər şübhə ilə yanaşır ki, əsas "silahını" açıq döyüşə atmır, sanki
AKP iqtidarının məğlub olması üçün münasib şəraiti gözləyir. Bir sözlə, bu il
keçiriləcək seçkilərdə əzik “6-lı masa”nın Ərdoğanı üstələyəcəyi mümkünsüz
görünür.
Həm də unutmaq lazım deyil ki, Ərdoğanın bu seçkilərdə məğlubiyyəti bütün
bölgədəki prosesləri də kökündən dəyişməli olacaq. Vladimir Putinin şəxsi
hakimiyyətindən başlamış Ukrayna böhranına qədər, yaxın Şərqdəki proseslərdən
başlamış elə bizim Qafqaz bölgəsindəki hazırkı proseslərə qədər HƏR ŞEY
DƏYİŞMƏLİ OLACAQ. Ərdoğan həm də hazırkı situasiyada Qərb üçün də
önəmli siyasi aktordur. V.Putinlə şəxsi təmasları, Ukraynadakı proseslərə Vladimir
Zelenskinin rəğbətini və etibarını qazanan lider kimi müdaxiləsi, taxıl böhranını
aradan qaldırması onu bütün tərəflər üçün vacib oyunçuya çevirib. Türkiyə
cəmiyyəti də hazırkı hökumətin bəzi nazirlərinin, siyasi mənsublarının adlarının
korrupsiya və digər məsələlərdə hallanmasına baxmayaraq, Ərdoğan kursunu
dəstəkləyir. Hazırkı ictimai rəy tablosu ən azından indilik belə görünür. Ərdoğanı
üstələmək üçün Türkiyə müxalifəti hələ neçə seçki gözləyəcək, artıq onu zaman
göstərəcək...
Mətləb Salahov -DİA.AZ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş: Hər ikisi oğurluq edib - TƏFƏRRÜAT
Bu gün, 15:16
Bakını hədəf alan agent ifşa edildi: - Paşinyanla bağlı SENSASİON plan
Bu gün, 15:14
Putin müharibəyə hazırlaşır: - Bu dəfə kimə qarşı?
Bu gün, 15:12
Gəncədə 42 yaşlı kişidən evdə tək olan qıza qarşı cinayət: "Nəfəs ala bilmədim" - TƏFƏRRÜAT
Bu gün, 15:08
ABŞ-nin Hörmüz boğazında çöküşündən sonra yeni fəsil başlayır - Xamenei
Bu gün, 15:06
“Agrarco” MMC-nin ixrac gəlirləri "partlayıb" - 5 DƏFƏLİK ARTIM
Bu gün, 15:02
Elton Rəşad Dağlıya görə bu addımı atdı
Bu gün, 14:55
Manatın real məzənnəsi dollar qarşısında möhkəmlənib, digər valyutalar qarşısında zəifləyib - SİYAHI
Bu gün, 14:52
Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Bu gün, 14:34
Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib
Bu gün, 14:28
Dünyada məcburi və könüllü hərbi xidmət: - Əsgər gedən də var, pulla alan da
Bu gün, 14:19
Sülh prosesi davam edir, amma əsas fərqlər hələ qalır - ŞƏRH
Bu gün, 14:15
“Kəramət kofe də satsa, hamı alacaq” – Meyxanaçı Kərim Abi ilə MÜSAHİBƏ
Bu gün, 14:11
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu - FOTO
Bu gün, 14:06
Kliniki Tibbi Mərkəzi kim idarə edir? - Direktorsuz qalan xəstəxanalarda vəziyyət necədir?
Bu gün, 13:59
“Ayıb olsun Gülçöhrəyə, qardaşım onu biabır edəcək” - Cəfər Namiq Kamal
Bu gün, 13:56
"Vasif Talıbov və oğlanları həbs edilməlidir” - Naxçıvan MR sabiq Baş nazirinin müavini Təranə Quliyeva
Bu gün, 13:44
Moskva 4 may ərəfəsi İrəvanı sıxır - yeni GƏRGİNLİK
Bu gün, 13:03
"Savalan" yenidən səhnədə: - Novruz Novruzlunun anım gecəsi keçiriləcək
Bu gün, 13:00
“Şahin Mustafayevi İrəvana səfir göndərmək günahdır” - Hafiz Hacıyev
Bu gün, 12:57
“Ağdamda xəstəxanada çalışmaq istəyirəm, stadiona atamın adının verilməsi ən böyük arzumuzdur”
Bu gün, 12:47
İran limanlarının blokadası Fars körfəzində vəziyyəti gərginləşdirəcək - Pezeşkian
Bu gün, 12:42
"Valideynlər olaraq susmaq niyyətində deyilik" - ETİRAZ VAR...
Bu gün, 12:41
Paytaxtın bu rayonlarında binalar təmir olunacaq – 25 milyon manat ayrıldı
Bu gün, 12:34
Mayda əfv olsa, Rəşad Dağlı azadlığa çıxa bilər - AÇIQLAMA
Bu gün, 12:27
Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Əfsanəvi Kəşfiyyatçı, Şəhid kapitan Mühüd Orucovun məzarını və ailəsini ziyarət edib
Bu gün, 12:19
Rusiyadan Xəzərlə bağlı açıqlama: - Etiraf etməyə məcburuq ki, İrana hücum...
Bu gün, 12:16
Paşinyan üçün SEÇKİQABAĞI MƏSLƏHƏT... - Bu sualları rəqiblərinə ünvanlasın...
Bu gün, 12:09
“Hafka” ilə Qurban Qurbanov bir arada –FOTO
Bu gün, 12:02
Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı - TƏFƏRRÜAT
Bu gün, 11:58
Dəhşətli ssenari: Əvvəl karantin, indi də müharibə və qiymətlər - "The Wall Street Journal"
Bu gün, 11:55
Bir kilometr üçün eyni QİYMƏT – Velo, yoxsa taksi daha sərfəlidir?
Bu gün, 11:52
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə UZANAN ƏL... - Qrant qazanmağın daha bir yolu/FOTOLAR
Bu gün, 11:46
İrandan sonra... - Qafqaz uğrunda mübarizə: İKİNCİ CƏBHƏ
Bu gün, 11:38
Bu il Avropa ölkələrinin “iqtisadi gücü” nə qədər olacaq? - SİYAHI
Bu gün, 11:30
Ərdoğan Ermənistana dəvət olundu
Bu gün, 11:27
Psixatriya Xəstəxanasında meyit tapıldı
Bu gün, 11:22
Ermənistanın keçmiş müdafiə nazirinin müavininə qarşı antikorrupsiya ittihamı irəli sürülüb - "Hraparak"
Bu gün, 11:18
Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:14
Ermənistan Təhlükəsizlik Xidmətində Qarabağ bölməsi yaradılıb? – İDDİA
Bu gün, 11:12
“Arvadla doğuşa girən kişi nəyə lazım?” – Rəşid Mahmudov gənc ataları “TOPA TUTDU”
Bu gün, 11:05
“Hansısa harınlamış ad gününə aktyoru çağırır ki, onu əyləndirsin, o oğlanı tapmaq istəyirəm”
Bu gün, 11:01
"Bank of Baku"nun rüşvət alan eks-əməkdaşı həbsdə qaldı – QƏRAR
Bu gün, 10:56
Siyavuş Novruzovdan daha az müxalif olan müxalif deputatımız - Orxan Saffari yazır...
Bu gün, 10:54
Rusiya və Çin bu meydanda rəqibdirlər... - GƏLİŞMƏ
Bu gün, 10:53
Səfər Mehdiyevin köməkçisi Azərbaycanı Avropa Məhkəməsinə şikayət edib - BUNA GÖRƏ...
Bu gün, 10:49
Köçəryan mübarizəyə başlamamış məğlubiyyətlə razılaşdı - “İravunk”
Bu gün, 10:43
Naxçıvanda müəllimlərə OT YOLDURURLAR... - Hər həftə şənbə günü...
Bu gün, 10:37
“Bakıtikişsənaye” səhmdarlarına dividend ödəyəcək
Bu gün, 10:32
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
Bu gün, 10:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru