Eynulla Fətullayev haqqın.az-ı satdı .....                     Mustafayevin “qəfil” səfəri və İrəvandakı əks-səda .....                     Təhsilin əvəzedilməz direktorları .....                     Vüsal Nəsirlidən keçmiş sədrə JEST .....                     "Elə yerlər var ki, orada saathesabı ilə iş tələb etmək məntiqli deyil" .....                     İrəvanda “Zelenski döyüşü” .....                     Onlayn təhsil dövrü başlayır: Məktəblər bağlanacaq? .....                     Təhsil Nazirliyində şok yeyinti .....                     AMEA-da vergi borcu olan şirkətlə ANLAŞMA .....                     Qafarovun başı necə qarışıbsa... .....                     NATO ABŞ qoşunlarının Almaniyadan çıxarılmasını müzakirə etmir .....                     “Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub .....                     İbad Hüseynli Xankəndidə restoran açır .....                     400 minlik dələduzluq: .....                     Mühasibi iş adamına qarşı dələduzluq etdi: Vergi borcu sildirmək istədi, 15 mini getdi .....                     Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub .....                     Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir .....                     Xəzərin icra başçısı NƏYƏ YARAYIR? .....                     "Ən çox şikayət olunan şirkətlər "Kontakt Home" və "Baku Electronics"dir" .....                     Toyuna hazırlaşan gənci yük maşını ilə vuraraq öldürən şəxslə bağlı qərar çıxarıldı .....                     Ali Məhkəmənin qərarı olsa da: Əlillərə ömürlük pensiya verilmir .....                     “Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? .....                     “Mustafayevin İrəvan səfəri sensasiya deyil, planlı prosesdir” .....                     Ölkəmizdə idmançılar dövlətin diqqət və qayğısı ilə əhatə olunub .....                     Paşinyan “Tramp Marşrutu”nun reallaşması üçün şərti açıqladı .....                     “ABŞ-nin İranla bağlı planları iflasa uğrayıb” .....                     "Oğlan 14 yaşlı qızla hamamda nə edirdi?” .....                     Partlayışda yaralanan həkim görün kim İMİŞ .....                     Güləşçilərimiz qalib Azərbaycan xalqını uğurla təmsil ediblər .....                     AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub .....                     Qadını qətlə yetirib, meyitini yolun kənarına atanlarla bağlı .....                     "Məni sənətdən uzaqlaşdırmaq istəyənlər var" .....                     Trampa sui-qəsd cəhdi Amerika xalqının narazılığının ifadəsidir .....                     Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş: Hər ikisi oğurluq edib .....                     Bakını hədəf alan agent ifşa edildi: .....                     Putin müharibəyə hazırlaşır: .....                     Gəncədə 42 yaşlı kişidən evdə tək olan qıza qarşı cinayət: "Nəfəs ala bilmədim" .....                     ABŞ-nin Hörmüz boğazında çöküşündən sonra yeni fəsil başlayır .....                     “Agrarco” MMC-nin ixrac gəlirləri "partlayıb" .....                     Elton Rəşad Dağlıya görə bu addımı atdı .....                 

Qaraqalpaqıstan hadisələri Orta Asiyanı necə təhdid edir? - Küçələrdə əsgərlər, səkilərdə qan...
Tarix: 13-07-2022, 08:09 | Çap et
Qaraqalpaqıstan hadisələri Orta Asiyanı necə təhdid edir?
İyulun əvvəlində Özbəkistanda 2005-ci ildə Əndican qırğınlarından sonra ən böyük etiraz aksiyaları baş verdi. Səbəb ölkə konstitusiyasına edilməsi nəzərdə tutulan və qəbul edilsə, Qaraqalpaqıstan Respublikasının muxtariyyətini ləğv edəcək dəyişikliklər təşəbbüsü olub. Etirazlar tez bir zamanda iğtişaşlara çevrildi və bir neçə gün dayanmadı. Hüquq-mühafizə qüvvələri ilə toqquşma nəticəsində 18 nəfər həlak olub. Asayişi bərpa etmək üçün hakimiyyət güzəştlərə getdi: parlament Qaraqalpaqıstan Respublikasının suverenliyinin qalacağına səs verdi. Buna baxmayaraq, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirib ki, iğtişaşlar xarici qüvvələr tərəfindən təhrik edilib. Onun sözlərinə görə, bu, hətta bütün Mərkəzi Asiya regionunda vəziyyətin mürəkkəbləşəcəyini proqnozlaşdırmağa əsas verir. Özbəkistanda etirazların nəyə səbəb olduğu və onların Mərkəzi Asiyanı necə təhdid etdiyi barədə “Lenta.ru” saytında araşdırma dərc edilib. AYNA həmin yazını istinadla təqdim edir:

Səhra və dəniz

Qaraqalpaqstan Özbəkistanın ən böyük bölgəsidir, lakin ənənəvi səfər yerlərinə - Daşkənd, Səmərqənd, Buxara və Xivəyə üstünlük verən turistlər və səyahətçilər Qaraqalpaqıstanı çətin tanıyarlar. Ümumiyyətlə, özbəklərin özləri ölkənin şimal-qərbindəki bu periferik bölgə haqqında çox az şey bilirlər: ora ən kasıb yer olmaqla yanaşı, pis ekologiyaya malikdir və uşaqlarda çoxlu anadangəlmə xəstəliklər var. Paradoksal olaraq, Özbəkistanın müstəqilliyinin 30 ilində Qaraqalpaqıstan ən çox BMT, ÜST, UNICEF və qeyri-hökumət fondlarının marağına səbəb olub. Dünya təşkilatlarının narahatlığı onunla bağlıdır ki, regionda ən böyük ekoloji fəlakət baş verib - Aral dənizi quruyub.

Sovet dövründə bu dənizi qidalandıran çayların - Amudərya və Sırdəryanın sularından pambıq və çəltik sahələrinin suvarılması üçün istifadə olunurdu. Su ehtiyatlarının həddən artıq çıxarılması dənizin boş səhraya çevrilməsinə səbəb olub, torpaqda illərlə yığılmış kənd təsərrüfatı kimyəvi maddələri onu zəhərləyib. Toz fırtınaları insanların sağlamlığı üçün pis olan təhlükəli şoranı hava ilə aparır.

Sovet dövründə Qaraqalpaqıstanda “Barxan” biokimyəvi laboratoriyasının fəaliyyət göstərməsi vəziyyəti daha da gərginləşdirir. Labarotoriya Aral dənizinin cənub-qərb hissəsindəki Vozrojdeniye adasında yerləşirdi və 1942-ci ildən burada bioloji silah nümunələri heyvanlar üzərində sınaqdan keçirilib. Poliqon 1992-ci ildə bağlanıb, lakin torpaqdan götürülən testlər göstərir ki, hələ də ərazidə kimyəvi maddələr qarayara xəstəliyinə səbəb olur. Bu, regionda onsuz da çətin olan ekoloji vəziyyəti daha da fəlakətli edir.

Ekoloji problemlərlə yanaşı, Qaraqalpaqstanda işsizlik səviyyəsi yüksəkdir. İnsanlar işləmək üçün daha zəngin Özbəkistan bölgələrinə və ya qonşu Qazaxıstana, Rusiyaya gedirlər. Nəticədə, hakimiyyət regionun inkişafı üçün stimulları demək olar ki, itirib. Daşkənddən gələn qaraqalpaqlara dəstək üçün hansısa xüsusi tədbirlərdən danışmağa ehtiyac yoxdur. Nukus, Muynak, Kunqrad vaxtaşırı turizm proqramlarına daxil edilir, lakin onlara böyük tələbat yoxdur.

Bölgədə sosial-iqtisadi və demoqrafik deqradasiya yerli sakinlərin milli özünüdərkinin artması fonunda baş verir

İyulun əvvəlində Qaraqalpaqıstanda baş verən kütləvi etirazlar aydın şəkildə göstərir ki, bölgədə sosial-iqtisadi və demoqrafik deqradasiya yerli sakinlərin milli özünüdərkinin artması fonunda baş verir. Lakin Qaraqalpaqıstandan Özbəkistanın muxtar vilayəti kimi danışmaq tam düzgün deyil. Sovet İttifaqının dağılmasından sonra bölgə Qaraqalpaqıstan Respublikasına çevrildi, baxmayaraq ki, bundan əvvəl - 1924-cü ildən 1930-cu ilə qədər Qazaxıstan SSR tərkibində muxtariyyət statusuna malik idi. Eyni zamanda, 1993-cü ildə Qaraqalpaqıstanın Özbəkistanın tərkibinə könüllü daxil olması haqqında 20 il müddətinə dövlətlərarası müqavilə imzalanıb və muxtar respublikanın referendum yolu ilə ölkədən çıxarılması hüququ da orada təmin edilmişdir.

Həmin il qaraqalpaqlar öz konstitusiyasını, gerbini, himnini və bayrağını qəbul etdilər. Belə görünürdü ki, 30 il ərzində qaraqalpaqlar özbəklərlə tamamilə assimilyasiyaya uğrayıblar və respublikadan ayrılmaq hüququ formal xarakter daşıyır. Nə o vaxtkı Prezident İslam Kərimov tərəfindən 2005-ci ildə Əndicanda etirazların zorla dağıdılması, nə 2010-cu ildə Oşda özbəklərlə qırğızlar arasında baş verən toqquşmalar, nə də respublikada hakimiyyət dəyişikliyi və Şavkat Mirziyoyevin gəlişi muxtar respublikada narazılıq yaratdı.

Etirazların katalizatoru yerli fəal və jurnalist Dövlətmurat Tacmuratovun həbsi olub

Bölgənin müstəqilliyinin genişləndirilməsi üçün təbliğat aparan yerli fəallarla az adam maraqlanırdı. Qaraqalpaqıstana kasıb və səssiz periferiya kimi davranılmaqda davam edirdi. Heç kim gözləmirdi ki, hakimiyyətin Özbəkistanın Konstitusiyasını dəyişmək və ondan öz müqəddəratını təyin etmək hüququ ilə bağlı maddələri çıxarmaq cəhdləri kütləvi etirazlarla nəticələnəcək. Demək olar ki, rəsmi Daşkənd sürprizlə qarşılaşdı.

2021-ci ilin dekabrında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Konstitusiyaya dəyişiklik təklif edəndə Qaraqalpaqıstanın muxtariyyət statusundan məhrum edilməsindən söhbət gedə bilməzdi. Konstitusiya islahatı əsasən prezidentlik müddətinin 5 ildən 7 ilə qədər artırmaq məqsədilə başladılıb. Ana qanunda ümumilikdə 200-ə yaxın düzəlişin edilməsi planlaşdırılırdı, lakin onların hamısı formal xarakter daşıyırdı. Mərkəz özünü təhlükəsiz saxlamaq və Özbəkistan Konstitusiyasından Qaraqalpaqıstanın ayrılmasına icazə verən maddələri çıxarmaq qərarına gəldi. Görünən odur ki, bununla hakimiyyət separatizmlə bağlı müzakirələrin aparılması ehtimalının belə qarşısını almağa çalışıb. Lakin tam əksi oldu. Qaraqalpaqstanın öz müqəddəratını təyinetmə hüququ ilə bağlı müddəaların ləğvi muxtar respublikanın həm də öz gerbindən, bayrağından və himnindən məhrum olması demək idi. Kəskin sosial-iqtisadi problemlər fonunda bu atributların itirilməsi yerli sakinlər üçün də həddən artıq həssas oldu: qaraqalpaqlar özlərinin varlığını elan etdi və mərkəz onları eşitməli oldu.

Qaraqalpaqstanda baş verənlərin tam mənzərəsi aydın deyil. Sosial şəbəkələrdə iyulun 1-də keçirilən çoxsaylı etiraz aksiyalarından videolar yayılıb. Onlar göstərir ki, Konstitusiya dəyişikliklərinə qarşı nümayişlərdə on minlərlə insan iştirak edib. Ən kütləvi mitinqlər Nukus, Çimbay və Muynakda keçirilib. Etirazçılar sosial şəbəkələrdə xüsusi təyinatlıların nümayişçilərə qarşı güc tətbiq etdiyini göstərən nümayişlərdən görüntülər yayımlayırlar. İyulun 2 və 3-də etirazlar yenidən və daha güclü şəkildə alovlandı.

Şahidlərin sözlərinə görə, etirazların katalizatoru yerli fəal və jurnalist Dövlətmurat Tacmuratovun həbsi olub. O, nəşrlərində qaraqalpaq dilinin ictimai sahədə daha geniş istifadə olunmasını müdafiə edir, sakinləri öz kimliklərini unutmamağa təşviq edirdi. 2021-ci ildə o, “Qaraqalpaqlar özbəklərin çətiri altında yaşayan xalqdır” deyən məşhur özbək müğənnisi Yıldız Usmanovanı məhkəməyə verib. Eyni zamanda, 2022-ci ilə qədər Tacmuratov həm də məşhur “Telegram” kanalının administratoru oldu və özünü müstəqil jurnalist kimi göstərməyə başladı. Jurnalist iyunun sonunda Özbəkistanın Konstitusiyasına dəyişikliklərlə bağlı qanun layihəsinin dərcindən az sonra fəal insanları etiraz aksiyası keçirməyə təşviq etməyə başlayıb. O, iyulun 5-də keçirilən aksiya ilə bağlı hakimiyyətlə razılaşdığını bildirib. Amma insanlar daha əvvəl küçələrə çıxıblar. Nəticədə fəalın saxlanılması kütlənin qıcığını daha da artırıb.

“Xarici təxribatçılar” barədə konkret məlumat yoxdur

Qaraqalpaqstanda baş verənlər dəqiq məlum deyil. Regionda internet və mobil rabitədə fasilələr mövcuddur. Sosial şəbəkələrdə yerli sakinlər bildirirlər ki, hakimiyyət xüsusi olaraq internetə girişi əngəlləyir. Bununla belə, hakimiyyətin tam susmasından danışmağa ehtiyac yoxdur. Hələ iyulun 1-də Özbəkistanın Daxili İşlər Nazirliyi (DİN) respublikada ictimai asayişin bərpa olunduğunu və insidentə səbəb kimi Qaraqalpaqıstan sakinlərinin “konstitusiya islahatlarını yanlış şərh etməsi” olduğunu bildirib.

Bir gün sonra Qaraqalpaqıstan Respublikası hökuməti və Daxili İşlər Nazirliyi birgə bəyanat yayaraq, etirazçıların “dövlət institutlarını ələ keçirməyə və bununla da cəmiyyəti parçalamağa cəhd etdiklərini” açıqlayıb. Etirazçıların hərəkətlərinin qarşısı alındığı, iğtişaşların təşkilatçıları və təxribatçıların saxlanıldığı da bildirilib. Bundan başqa, bəyanatda “xaricdən gələn müəyyən qeyri-sağlam xarici qüvvələrin” vəziyyətin inkişafına təsir etmək cəhdlərindən bəhs edilir. Lakin bu “xarici təxribatçılar” dedikdə kimin nəzərdə tutulduğu barədə konkret məlumat yoxdur.

Hakimiyyət orqanlarının əmri ilə bütün Qaraqalpaqıstanda fövqəladə vəziyyət rejimi, saat 20:00-dan 07:00-a kimi komendant saatı tətbiq edilib. Hadisələrin şahidlərinin sözlərinə görə, bu, regionda vəziyyətin sabitləşməsindən danışmaq hələ tez olduğunu və yeni kütləvi etirazların istisna olunmadığını təsdiqləyir.

“Hətta İslam Kərimov bunu etməmişdi”

Yerli sakinlər Özbəkistan Prezidentinin Qaraqalpaqıstanda baş verənlərə necə reaksiya verəcəyini gözləyirdilər. Müşahidəçilər Kərimovun vaxtında olduğu kimi etirazçılara heç bir güzəştə getməyəcəyinə inanırdılar. Lakin gözlənilmədən çoxları və ilk növbədə qaraqalpaqların özləri üçün Mirziyoyevin bəyanatı sürpriz oldu. Prezident bildirib ki, əgər Qaraqalpaqıstan xalqı narazıdırsa, o zaman Özbəkistanın Konstitusiyasına respublikanın statusu ilə bağlı düzəlişlər edilməyəcək. Üstəlik, o, şəxsən regiona gedib, respublika sakinləri və yerli deputatlarla görüşüb. Mirziyoyev etiraf edib ki, toqquşmalar dinc sakinlər və hüquq-mühafizə orqanları əməkdaşları arasında itkilərə səbəb olub. Lakin o, qurbanların dəqiq sayını açıqlamayıb.

Eyni zamanda o, etiraz aksiyalarını Özbəkistanın ərazi bütövlüyünə təhdid və “bədxah qüvvələrin konstitusiya islahatlarına etiraz bəhanəsi ilə təcavüz və zorakılıq yolunu seçərək Özbəkistanda sabitliyi və stabilliyi pozmaq cəhdi” adlandırıb. Prezident sosial şəbəkələrdə yayılan küçələrdəki qan gölməçələrini “saxta görüntülər” adlandırıb. Səlahiyyətlilərin bildirdiyinə görə, nümayişçiləri dağıtmaq üçün su şırnaqlarının içindəki su qırmızıya boyanıb. Amma sakinlər bu versiyanı inandırıcı hesab etmirlər.

Qaraqalpaqıstanda baş verənləri şərh edən yerli politoloq Rafael Səttarov regionun Özbəkistandan ayrılması tərəfdarlarının çoxluğuna şübhə ilə yanaşır. İndiki etirazların mərkəzində o, sakinlərin sosial-iqtisadi problemlərdən yığılıb qalmış yorğunluğunu və hakimiyyətin vəziyyəti düzəldə bilməməsini görür. Analitikin sözlərinə görə, düzəlişlər əlavə qıcıqlandırıcı faktora çevrilib: “Hətta keçmiş Prezident İslam Kərimov səlahiyyət müddətini bərpa edərkən heç vaxt Qaraqalpaqıstanın statusuna toxunmayıb və Özbəkistan Konstitusiyasının bu respublikanın statusu ilə bağlı maddələrini dəyişməyib”.

Əgər mərkəzi hakimiyyət həqiqətən də separatizmdən qorxursa, o zaman ekspertin fikrincə, konstitusiyanı dəyişmək yox, qaraqalpaqların həyat şəraitini yaxşılaşdırmaq lazımdır: “Qaraqalpaqların artan narazılığının səbəblərinə diqqətlə nəzər saldıqda, onların narazılığının üç söz ətrafında cəmləşdiyini görmək asandır: işsizlik, su çatışmazlığı, qiymət artımı. Yəni səbəblər siyasi yox, sosial-iqtisadidir. Ona görə də qəzəbə separatizm nöqteyi-nəzərindən baxmaq düzgün olmaz”.

“Etirazlar inkişaf edə bilər, amma qaraqalpaqların etirazları bölgənin heç bir şəkildə ayrılmasına səbəb olmayacaq. Çünki bunun nə daxili, nə də xarici səbəbləri var. Lakin mərkəzin tələsik hərəkətləri ucbatından özbəklərlə qaraqalpaqlar arasında münasibətlər gələcəkdə bəzi yerlərdə problemlər yarada bilər”, Sattarov fikrini yekunlaşdırıb.

“Sonda Daşkənd və Nukus razılaşa və böhranın qarşısını ala biləcəklər”

Mərkəzi Asiya üzrə mütəxəssis, Karnegi Fondunun tədqiqatçısı Temur Umarov isə deyib ki, Qaraqalpaqstanda baş verənlər Özbəkistanda son 17 ildə ən böyük siyasi böhran sayılır: “2005-ci ildə Əndicanda siyasi böhran baş verdi. Mirziyoyev üçün Qaraqalpaqstanda baş verən hadisələr onun şəxsi “Əndican”ına, yəni bu cür böhranlı vəziyyətlərin öhdəsindən gəlmək bacarığına çevrildi”.

“Qaraqalpaqıstandakı prosesləri mərkəz özü başlayıb. Əgər hakimiyyət Özbəkistan Konstitusiyasının Qaraqalpaqstanın statusu ilə bağlı maddələrində edilən dəyişikliyin nə ilə nəticələnəcəyini başa düşsəydi, çətin ki, bu islahatla razılaşardı”, - ekspert qeyd edib.

Buna baxmayaraq, Umarov hesab edir ki, sonda Daşkənd və Nukus razılaşa və böhranın qarşısını ala biləcəklər.

Müəllif: Turan Abdulla
//AYNA//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Eynulla Fətullayev haqqın.az-ı satdı - İDDİA
Bu gün, 06:35
Mustafayevin “qəfil” səfəri və İrəvandakı əks-səda - GƏLİŞMƏ
Bu gün, 06:32
Təhsilin əvəzedilməz direktorları - Biri 29 il, biri də 23 ildir eyni məktəbə rəhbərlik edir
Bu gün, 06:30
Vüsal Nəsirlidən keçmiş sədrə JEST - Saleh Məmmədovun qudası ilə bacarmır?
Bu gün, 06:25
"Elə yerlər var ki, orada saathesabı ilə iş tələb etmək məntiqli deyil" - deputat
Bu gün, 06:20
İrəvanda “Zelenski döyüşü” – Balans dəyişə bilər?
Bu gün, 06:17
Onlayn təhsil dövrü başlayır: Məktəblər bağlanacaq? - AKTUAL
Bu gün, 06:14
Təhsil Nazirliyində şok yeyinti - Eşqi Bağırovun taleyi “iki dodaq arasında”
Bu gün, 06:12
AMEA-da vergi borcu olan şirkətlə ANLAŞMA - FOTO
Bu gün, 06:08
Qafarovun başı necə qarışıbsa... - TƏK İŞİ XƏSTƏ SOYMAQDIR
Bu gün, 06:04
NATO ABŞ qoşunlarının Almaniyadan çıxarılmasını müzakirə etmir - "Telegraph"
Bu gün, 05:58
“Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub
Dünən, 22:17
İbad Hüseynli Xankəndidə restoran açır - ÖZÜ AÇIQLADI
Dünən, 17:40
400 minlik dələduzluq: - Sabiq ekspertin məhkəməsi...
Dünən, 17:38
Mühasibi iş adamına qarşı dələduzluq etdi: Vergi borcu sildirmək istədi, 15 mini getdi - TƏFƏRRÜAT
Dünən, 17:14
Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub - BAZAR OLSUN!
Dünən, 17:05
Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir - Dövlət Agentliyi BƏYAN ETDİ
Dünən, 17:01
Xəzərin icra başçısı NƏYƏ YARAYIR? - sakinlər narazılıq edir...
Dünən, 16:55
"Ən çox şikayət olunan şirkətlər "Kontakt Home" və "Baku Electronics"dir" - İstehlakçıların QARA SİYAHISI
Dünən, 16:47
Toyuna hazırlaşan gənci yük maşını ilə vuraraq öldürən şəxslə bağlı qərar çıxarıldı
Dünən, 16:44
Ali Məhkəmənin qərarı olsa da: Əlillərə ömürlük pensiya verilmir - AXI NİYƏ?
Dünən, 16:42
“Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? – ŞOK DETALLAR
Dünən, 16:37
“Mustafayevin İrəvan səfəri sensasiya deyil, planlı prosesdir” - ŞƏRH
Dünən, 16:32
Ölkəmizdə idmançılar dövlətin diqqət və qayğısı ilə əhatə olunub - MƏQALƏ
Dünən, 16:29
Paşinyan “Tramp Marşrutu”nun reallaşması üçün şərti açıqladı
Dünən, 16:27
“ABŞ-nin İranla bağlı planları iflasa uğrayıb” – Xamenei
Dünən, 16:17
"Oğlan 14 yaşlı qızla hamamda nə edirdi?”
Dünən, 16:10
Partlayışda yaralanan həkim görün kim İMİŞ - FOTO
Dünən, 16:09
Güləşçilərimiz qalib Azərbaycan xalqını uğurla təmsil ediblər - İsrafil Kərimovun yazısı
Dünən, 16:04
AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub - FOTO
Dünən, 16:00
Qadını qətlə yetirib, meyitini yolun kənarına atanlarla bağlı QƏRAR
Dünən, 15:36
"Məni sənətdən uzaqlaşdırmaq istəyənlər var" – Yusif Mustafayev SÜKUTU POZDU
Dünən, 15:32
Trampa sui-qəsd cəhdi Amerika xalqının narazılığının ifadəsidir - Professor
Dünən, 15:29
Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş: Hər ikisi oğurluq edib - TƏFƏRRÜAT
Dünən, 15:16
Bakını hədəf alan agent ifşa edildi: - Paşinyanla bağlı SENSASİON plan
Dünən, 15:14
Putin müharibəyə hazırlaşır: - Bu dəfə kimə qarşı?
Dünən, 15:12
Gəncədə 42 yaşlı kişidən evdə tək olan qıza qarşı cinayət: "Nəfəs ala bilmədim" - TƏFƏRRÜAT
Dünən, 15:08
ABŞ-nin Hörmüz boğazında çöküşündən sonra yeni fəsil başlayır - Xamenei
Dünən, 15:06
“Agrarco” MMC-nin ixrac gəlirləri "partlayıb" - 5 DƏFƏLİK ARTIM
Dünən, 15:02
Elton Rəşad Dağlıya görə bu addımı atdı
Dünən, 14:55
Manatın real məzənnəsi dollar qarşısında möhkəmlənib, digər valyutalar qarşısında zəifləyib - SİYAHI
Dünən, 14:52
Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Dünən, 14:34
Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib
Dünən, 14:28
Dünyada məcburi və könüllü hərbi xidmət: - Əsgər gedən də var, pulla alan da
Dünən, 14:19
Sülh prosesi davam edir, amma əsas fərqlər hələ qalır - ŞƏRH
Dünən, 14:15
“Kəramət kofe də satsa, hamı alacaq” – Meyxanaçı Kərim Abi ilə MÜSAHİBƏ
Dünən, 14:11
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu - FOTO
Dünən, 14:06
Kliniki Tibbi Mərkəzi kim idarə edir? - Direktorsuz qalan xəstəxanalarda vəziyyət necədir?
Dünən, 13:59
“Ayıb olsun Gülçöhrəyə, qardaşım onu biabır edəcək” - Cəfər Namiq Kamal
Dünən, 13:56
"Vasif Talıbov və oğlanları həbs edilməlidir” - Naxçıvan MR sabiq Baş nazirinin müavini Təranə Quliyeva
Dünən, 13:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru