"Sabah"la "Qarabağ" maşinistlik uğrunda mübarizə aparırsa... .....                     "Tehranla danışıqların gedişatından yalnız kiçik bir dairə xəbərdardır" .....                     Ali təhsil ocağı... yoxsa KAFE-BAR? .....                     Bankların “qara siyahı”sından necə çıxmaq olar? .....                     Sabiq gömrük rəisinin 'Villa Badam' macərası .....                     Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər .....                     Eynulla Fətullayev haqqın.az-ı satdı .....                     Mustafayevin “qəfil” səfəri və İrəvandakı əks-səda .....                     Təhsilin əvəzedilməz direktorları .....                     Vüsal Nəsirlidən keçmiş sədrə JEST .....                     "Elə yerlər var ki, orada saathesabı ilə iş tələb etmək məntiqli deyil" .....                     İrəvanda “Zelenski döyüşü” .....                     Onlayn təhsil dövrü başlayır: Məktəblər bağlanacaq? .....                     Təhsil Nazirliyində şok yeyinti .....                     AMEA-da vergi borcu olan şirkətlə ANLAŞMA .....                     Qafarovun başı necə qarışıbsa... .....                     NATO ABŞ qoşunlarının Almaniyadan çıxarılmasını müzakirə etmir .....                     “Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub .....                     İbad Hüseynli Xankəndidə restoran açır .....                     400 minlik dələduzluq: .....                     Mühasibi iş adamına qarşı dələduzluq etdi: Vergi borcu sildirmək istədi, 15 mini getdi .....                     Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub .....                     Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir .....                     Xəzərin icra başçısı NƏYƏ YARAYIR? .....                     "Ən çox şikayət olunan şirkətlər "Kontakt Home" və "Baku Electronics"dir" .....                     Toyuna hazırlaşan gənci yük maşını ilə vuraraq öldürən şəxslə bağlı qərar çıxarıldı .....                     Ali Məhkəmənin qərarı olsa da: Əlillərə ömürlük pensiya verilmir .....                     “Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? .....                     “Mustafayevin İrəvan səfəri sensasiya deyil, planlı prosesdir” .....                     Ölkəmizdə idmançılar dövlətin diqqət və qayğısı ilə əhatə olunub .....                     Paşinyan “Tramp Marşrutu”nun reallaşması üçün şərti açıqladı .....                     “ABŞ-nin İranla bağlı planları iflasa uğrayıb” .....                     "Oğlan 14 yaşlı qızla hamamda nə edirdi?” .....                     Partlayışda yaralanan həkim görün kim İMİŞ .....                     Güləşçilərimiz qalib Azərbaycan xalqını uğurla təmsil ediblər .....                     AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub .....                     Qadını qətlə yetirib, meyitini yolun kənarına atanlarla bağlı .....                     "Məni sənətdən uzaqlaşdırmaq istəyənlər var" .....                     Trampa sui-qəsd cəhdi Amerika xalqının narazılığının ifadəsidir .....                     Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş: Hər ikisi oğurluq edib .....                 

Qaraqalpaqıstanla bağlı təhlükəli ssenari: - böyük güclər münaqişədə maraqlıdır
Tarix: 5-07-2022, 10:26 | Çap et
Qaraqalpaqıstanla bağlı təhlükəli ssenari:
Qaraqalpaq Muxtar Respublikasında iyulun 1-də başlayan etiraz aksiyaları şiddətlənir. İğtişaşlar nəticəsində 18 nəfər həlak olub. Bu barədə Özbəkistan Baş Prokurorluğunun departament prokuroru Abror Mamatov deyib. Onun sözlərinə görə, qarşıdurmalarda minlərlə nümayişçi və hüquq-mühafizə orqanlarının əməkdaşı yaralanıb.

Özbəkistanın tərkibində olan Qaraqalpaq Muxtar Respublikası Qazaxıstanın Manqistau, Aktyubinsk və Kızıl Orda vilayətləri ilə həmsərhəddir. Özbəkistan ərazisinin 40 faizindən ibarət olan respublikada təqribən 500 min qaraqalpaq yaşayır. Qaraqalpaq Muxtar Vilayəti 1924-cü ildə yaradılıb və 1930-cu ilədək Qazaxıstan SSR-in tərkibində olub. Sonra isə bilavasitə Rusiya Federasiyasına tabe etdirilib. 1936-cı ildə Vilayət Özbəkistan SSR-in ərazisinə daxil edilib.

Sovet İttifaqı dağılandan sonra, 1992-ci ildə Qaraqalpaq Muxtar Vilayətinə Qaraqalpaqıstan Muxtar Respublikası statusu verilib. 1993-cü ildə imzalanmış müqaviləyə görə, Qaraqalpaqıstan Respublikası 20 il müddətinə Özbəkistanın tərkibində qalır, sonra suverenliyini əldə etməkdə sərbəst olur. Bu, Özbəkistan Konstitusiyasında müvafiq müddəa ilə təsbit edilib.

İndiki etiraz aksiyalarının səbəbi isə Özbəkistan Konstitusiyasına ediləcək əlavələr və dəyişikliklərdir. Belə ki, Konstitusiyanın 70, 71, 72, 74 və 75-ci maddələrinə dəyişikliklər edilməsi, Qaraqalpaqıstanın suveren statusdan və Özbəkistanın tərkibindən çıxmaq hüququndan məhrum edilməsi nəzərdə tutulur. Dəyişikliklərin təşəbbüskarı Özbəkistan Prezidenti Şafkat Mirziyoyevdir.

Ümumiyyətlə, Konstititusiyaya təqribən 200 əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur ki, onların arasında dövlət başçısının səlahiyyət müddətinin 5 ildən 7 ilədək artırılması da var.

Mirziyoyev etiraz aksiyalarından sonra Qaraqalpaqıstanın suverenliyinin qorunacağını deyib. Prezident iyulun 3-də Qaraqalpaqıstanın inzibati mərkəzi Nukus şəhərinə yollanaraq yerli hakimiyyət strukturlarının rəhbərləri və ağsaqqallarla görüşüb. Yerli ali qanunverici orqan olan Jokarqı Kenesdə çıxış edərkən Mirziyoyev deputatlara xitabən deyib: "Konstitusiyaya dəyişikliklər və əlavələri siz təklif etdiniz, siz belə təşəbbüs göstərdiniz, siz imzaladınız, siz çıxış etdiniz və siz də təsdiqləyərək qəbul etdiniz. Özbəkistan Konstituasiyasındakı 70, 71, 72, 73, 74 və 75-ci maddələrdə Qaraqalpaqıstanla bağlı olan dəyişikliklər qaraqalpaq xalqı narazı olarsa, qəbul edilməyəcək".

Lakin Qaraqalpaqda ixtişaşlar səngimir. Bir sıra ekspertlər burada baş verən gərginlikdə maraqlı xarici dairələrin rolunun olduğunu qeyd edirlər. Əsas oxlar isə Rusiyaya yönəlir. Analitiklər hesab edirlər ki, Özbəkistanda vəziyyətin gərginləşməsində maraqlı olan Kreml üçün Qaraqalpaqda baş verənlər göydəndüşmə olub.

Respublikada baş verənlərə Rusiyadan reaksiya gəlib. Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib ki, bu, Özbəkistanın daxili işidir: "Özbəkistan bizim müttəfiqimiz, dost ölkə, çox vacib tərəfdaşdır. Özbəkistanda baş verən hər şey bu ölkənin daxili işidir”.

Avropa İttifaqı (Aİ) da Özbəkistanda baş verən son hadisələrə münasibət bildirib. Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin mətbuat katibinin yaydığı bəyanatda bildirilib ki, Aİ Özbəkistan Konstitusiyasına təklif olunan düzəlişlərin dərcindən sonra Qaraqalpaqıstanda baş verən zorakılıq hadisələri ilə bağlı açıq və müstəqil araşdırma aparmağa çağırır.

"Biz insan tələfatından dərin təəssüf hissi keçirir və prosesləri yaxından izləməyə davam edirik. Biz Prezident Mirziyoyevin təklif olunan Konstitusiya dəyişiklikləri ilə bağlı ictimai narahatlıqlara operativ reaksiya vermək üçün atdığı addımları etiraf edirik. Hər hansı eskalasiyanın və ya növbəti zorakılığın qarşısını almaq üçün bütün tərəfləri təmkinli olmağa çağırırıq", - deyə bəyanatda vurğulanıb.

Mətbuat katibi qeyd edib ki, Aİ Özbəkistan hökumətini beynəlxalq öhdəliklərinə uyğun olaraq insan hüquqlarını, o cümlədən ifadə və sərbəst toplaşmaq azadlığını təmin etməyə çağırır: "Aİ-nin Özbəkistanla güclü və inkişaf edən tərəfdaşlığı var. Biz Özbəkistanın islahat səylərini dəstəkləyirik və onu beynəlxalq normalara və ən yaxşı təcrübələrə əsaslanaraq vətəndaşlar və maraqlı tərəflərlə məsləhətləşmələr əsasında bu prosesi davam etdirməyə çağırırıq". diaaz.space-ın məlumatına görə, baş verənləri AYNA-ya müsahibəsində şərh edən politoloq İlqar Vəlizadə bildirib ki, Qaraqalpakıstanda baş verənlərin səbəbləri bəllidir:

- Konstitusiya dəyişikliyində regionun suverenliyi ilə bağlı dəyişiklik nəzərdə tutulmuşdu. Hazırkı statusa görə respublika Özbəkistanın tərkibindən çıxmaq hüququna malikdir. Yeni dəyişiklikdə isə bu hüquq Qaraqalpaqıstanın əlindən alınır. Bu, ixtişaşların artmasına, vəziyyətin gərginləşməsinə səbəb oldu. Ümumiyyətlə, dünyada separatçı meyillər artıb ki, bundan da müəyyən qüvvələr istifadə etməyə çalışırlar. Görünür ki, Özbəkistan hakimiyyəti bunun qarşısını almaq üçün Konstitusiyada dəyişiklik etmək istədi.

- Amma Qaraqalpaqıstanda buna qədər separatçı addımlar müşahidə edilməyib. Bölgənin Özbəkistan tərkibindən çıxmaq hüququ olsa da, buna gedildiyinin şahidi olmamışıq...

- Bəli, Qaraqalpaqıstanda əslində separatçılığa meyl çox azdır. Əlbəttə, azsaylı çevrə var ki, onlar radikal mövqedədirlər. Ümumilikdə isə xalq Özbəkistanın tərkibində qalmağa razı idi, hansısa ciddi problem yox idi. Olan problemlər də sosial vəziyyətlə bağlıdır, hansı ki, bu, təkcə Özbəkistanda yox, Qazaxıstanda, digər dövlətlərdə də var. Yəni ki, sosial problemlərlə bağlı siyasi şüarlarla etiraza qalxmaq zəmini yoxdur. Konstitusiya dəyişikliyi məsələsi Qaraqalpaqıstanda siyasi proseslərə təkan verdi. Müəyyən desturiktiv qüvvələr isə yaranmış durumdan istifadə etməyə başladılar. Şayiələr yayılmağa başladı ki, guya Özbəkistan hakimiyyəti Qaraqalpaqıstanın ümumiyyətlə statusunu ləğv etmək istəyir, vilayətə çevirmək niyyətindədir, milli atributlar ləğv ediləcək və s. Bu şayiələr böyüdü və sonunda vəziyyət gərginləşdi. Əsas sual budur ki, bu şayiələri yayanlar kimlərdir?!

- Vəziyyətin gərginləşməsində, ixtişaşların qarşısıalınmaz hala gəlməsində Rusiyanın əlinin olduğu iddia edilir...

- Qaraqalpaqıstanda fəallar var ki, onlar separatçı çağırışlar edirlər. Məsələ burasındadır ki, həmin fəallar həmçinin özlərini türkpərəst kimi təqdim edirlər. Onlar heç də Rusiyayönümlü siyasətdən danışmırlar. Şüarları da budur ki, türk dövlətləri məsələyə qarışsınlar, yaranmış vəziyyəti tənzimləməyə kömək etsinlər. Düzü, mən yaranmış vəziyyət deyirəm, amma orada daha sərt ifadələrdən istifadə edilir. Məsələn, Qaraqalpaqıstandakı bəzi fəallar, separatçılığa meyilli şəxslər bunu "münaqişə" adlandırırlar. Amma burada münaqişə yoxdur. Dönə-dönə bu fikrimi bildirirəm ki, yaranmış vəziyyət münaqişə deyil.

- Qaraqalpaqıstandakı fəalların türk dövlətlərinə müraciəti necə nəticələnəcək?

- Əlbəttə, türk dövlətləri Qaraqalpaqıstanda baş verənləri münaqişə saymadığı üçün həmin fəalları dəstəkləməyəcəklər. Çünki bu, Özbəkistanın daxili işidir və buna heç kəs qarışmamalıdır. Baş verənlərini münaqişəyə çevirmək düzgün olmaz. Məsələni ümumiləşdirmək, yolverilməzdir. Belə gərginliyi ümumiləşdirib münaqişə adı ilə beynəlxalq aləmə təqdim etsən, separatçılıq daha da artacaq. O vaxt bizim Qarabağ məsələsində də bu hal yaşandı. Qarabağda baş verənlər də münaqişə deyildi, daxili gərginlik idi. Lakin bir çox qüvvələr bunu münaqişə vəziyyətinə gətirib çıxardılar, beynəlmiləlləşdirdilər. Nəticədə problemin həlli 30 il uzandı.

- Məsələ burasındadır ki, Rusiya mediasında da Qaraqalpaqıstandakı hadisələr "münaqişə" kimi tirajlanır...

- Bəli, əksər Rusiya qəzetlərində, saytlarında gərginlik münaqişə kimi təqdim edilir. Əfsuslar olsun ki, bu, təkcə Rusiya mediasında yox, Qərb mətbuatında da "münaqişə" adlandırılır. Görünür ki, maraqlı güclər hadisələri münaqişə kimi təqdim etməyə çalışır. Vaxtilə Qarabağda baş verən ssenarinin Qaraqalpaqıstanda təkrarlanmasını istəyənlər var. Həm Rusiyada, həm də Qərbdə. Belə anlaşılır ki, beynəlxalq güclər münaqişədə maraqlıdırlar. Çünki münaqişələrə müdaxilə etməklə münaqişə baş verən ölkələrdə maraqlarını güdürlər. Azərbaycan bunu yaşayıb, keçmiş Qarabağ münaqişəsindən nə qədər istifadə etdilər. İndinin özündə də Qarabağda münaqişənin qaldığını iddia edən dairələr var. Rusiya tərəfindən də, ABŞ-dan da Qarabağla bağlı müəmmalı bəyanatlar verirlir. Yəni ki, beynəlxalq güclər münaqişələrdən yararlanmağa çalışırlar. Regionlarda münaqişələr olmalıdır ki, onu idarə edə biləsən. Təəssüflər olsun ki, Qaraqalpaqıstanla bağlı da bu cəhdlər mövcuddur.

- Gərginlik nə ilə nəticələnə bilər?

- Hesab edirəm ki, Özbəkistanın kifayət qədər potensialı var ki, vəziyyəti nəzarətə alsın. Özbəkistanın resursları məsələyə kənar müdaxilələrin qarşısını almaq üçün yetərlidir. Yəqin ki, Özbəkistan hakimiyyəti gərginliyin azalmasına nail ola biləcək. Qaraqalpaqıstanın əvvəlki statusunun saxlanılması ilə razılıq yaranacağı mümkündür.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Sabah"la "Qarabağ" maşinistlik uğrunda mübarizə aparırsa... - BUNUN NƏYİ PİSDİR Kİ...
Bu gün, 07:35
"Tehranla danışıqların gedişatından yalnız kiçik bir dairə xəbərdardır" - KİV
Bu gün, 07:20
Ali təhsil ocağı... yoxsa KAFE-BAR? - BU NƏDİ BELƏ?
Bu gün, 07:11
Bankların “qara siyahı”sından necə çıxmaq olar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:03
Sabiq gömrük rəisinin 'Villa Badam' macərası - Pulu artıqlıq edir...
Bu gün, 07:01
Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər – Müzakirələr başladı
Bu gün, 06:48
Eynulla Fətullayev haqqın.az-ı satdı - İDDİA
Bu gün, 06:35
Mustafayevin “qəfil” səfəri və İrəvandakı əks-səda - GƏLİŞMƏ
Bu gün, 06:32
Təhsilin əvəzedilməz direktorları - Biri 29 il, biri də 23 ildir eyni məktəbə rəhbərlik edir
Bu gün, 06:30
Vüsal Nəsirlidən keçmiş sədrə JEST - Saleh Məmmədovun qudası ilə bacarmır?
Bu gün, 06:25
"Elə yerlər var ki, orada saathesabı ilə iş tələb etmək məntiqli deyil" - deputat
Bu gün, 06:20
İrəvanda “Zelenski döyüşü” – Balans dəyişə bilər?
Bu gün, 06:17
Onlayn təhsil dövrü başlayır: Məktəblər bağlanacaq? - AKTUAL
Bu gün, 06:14
Təhsil Nazirliyində şok yeyinti - Eşqi Bağırovun taleyi “iki dodaq arasında”
Bu gün, 06:12
AMEA-da vergi borcu olan şirkətlə ANLAŞMA - FOTO
Bu gün, 06:08
Qafarovun başı necə qarışıbsa... - TƏK İŞİ XƏSTƏ SOYMAQDIR
Bu gün, 06:04
NATO ABŞ qoşunlarının Almaniyadan çıxarılmasını müzakirə etmir - "Telegraph"
Bu gün, 05:58
“Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub
Dünən, 22:17
İbad Hüseynli Xankəndidə restoran açır - ÖZÜ AÇIQLADI
Dünən, 17:40
400 minlik dələduzluq: - Sabiq ekspertin məhkəməsi...
Dünən, 17:38
Mühasibi iş adamına qarşı dələduzluq etdi: Vergi borcu sildirmək istədi, 15 mini getdi - TƏFƏRRÜAT
Dünən, 17:14
Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub - BAZAR OLSUN!
Dünən, 17:05
Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir - Dövlət Agentliyi BƏYAN ETDİ
Dünən, 17:01
Xəzərin icra başçısı NƏYƏ YARAYIR? - sakinlər narazılıq edir...
Dünən, 16:55
"Ən çox şikayət olunan şirkətlər "Kontakt Home" və "Baku Electronics"dir" - İstehlakçıların QARA SİYAHISI
Dünən, 16:47
Toyuna hazırlaşan gənci yük maşını ilə vuraraq öldürən şəxslə bağlı qərar çıxarıldı
Dünən, 16:44
Ali Məhkəmənin qərarı olsa da: Əlillərə ömürlük pensiya verilmir - AXI NİYƏ?
Dünən, 16:42
“Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? – ŞOK DETALLAR
Dünən, 16:37
“Mustafayevin İrəvan səfəri sensasiya deyil, planlı prosesdir” - ŞƏRH
Dünən, 16:32
Ölkəmizdə idmançılar dövlətin diqqət və qayğısı ilə əhatə olunub - MƏQALƏ
Dünən, 16:29
Paşinyan “Tramp Marşrutu”nun reallaşması üçün şərti açıqladı
Dünən, 16:27
“ABŞ-nin İranla bağlı planları iflasa uğrayıb” – Xamenei
Dünən, 16:17
"Oğlan 14 yaşlı qızla hamamda nə edirdi?”
Dünən, 16:10
Partlayışda yaralanan həkim görün kim İMİŞ - FOTO
Dünən, 16:09
Güləşçilərimiz qalib Azərbaycan xalqını uğurla təmsil ediblər - İsrafil Kərimovun yazısı
Dünən, 16:04
AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub - FOTO
Dünən, 16:00
Qadını qətlə yetirib, meyitini yolun kənarına atanlarla bağlı QƏRAR
Dünən, 15:36
"Məni sənətdən uzaqlaşdırmaq istəyənlər var" – Yusif Mustafayev SÜKUTU POZDU
Dünən, 15:32
Trampa sui-qəsd cəhdi Amerika xalqının narazılığının ifadəsidir - Professor
Dünən, 15:29
Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş: Hər ikisi oğurluq edib - TƏFƏRRÜAT
Dünən, 15:16
Bakını hədəf alan agent ifşa edildi: - Paşinyanla bağlı SENSASİON plan
Dünən, 15:14
Putin müharibəyə hazırlaşır: - Bu dəfə kimə qarşı?
Dünən, 15:12
Gəncədə 42 yaşlı kişidən evdə tək olan qıza qarşı cinayət: "Nəfəs ala bilmədim" - TƏFƏRRÜAT
Dünən, 15:08
ABŞ-nin Hörmüz boğazında çöküşündən sonra yeni fəsil başlayır - Xamenei
Dünən, 15:06
“Agrarco” MMC-nin ixrac gəlirləri "partlayıb" - 5 DƏFƏLİK ARTIM
Dünən, 15:02
Elton Rəşad Dağlıya görə bu addımı atdı
Dünən, 14:55
Manatın real məzənnəsi dollar qarşısında möhkəmlənib, digər valyutalar qarşısında zəifləyib - SİYAHI
Dünən, 14:52
Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Dünən, 14:34
Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib
Dünən, 14:28
Dünyada məcburi və könüllü hərbi xidmət: - Əsgər gedən də var, pulla alan da
Dünən, 14:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru