“Rusiyanın Ukraynadakı strategiyası hələlik özünü doğruldur” - “The New York Times”
Tarix: 5-07-2022, 07:54 | Çap et
 ABŞ-ın “The New York Times” (NYT) qəzetinin Ukraynada Donbas cəbhəsində olan müxbirləri döyüşlərdəki son vəziyyətlə bağlı reportaj dərc ediblər. DİA.AZ-ın “Report”a istinadən məlumatına görə, nəşrin müxbirləri belə nəticəyə gəliblər ki, münaqişənin hər iki tərəfi çox yıpranıb və bu, onların müharibəni eyni rejimdə nə qədər davam etdirə biləcəkləri sualını doğurur, xüsusən də daha pis silahlanmış ukraynalılar.
Jurnalistlərin fikrincə, Lisiçansk və Severodonetskin Rusiya qoşunları tərəfindən tutulması üstün atəş gücünə və tədricən irəliləməyə əsaslanan Rusiyanın hərbi strategiyasının uğurunu nümayiş etdirir.
Eyni zamanda NYT müxbirlərinin müşahidələrinə görə, Ukrayna qoşunları yeni çağırışçılara güvənməli olurlar ki, onlar davamlı atəşə tutulma və geri çəkilmə nəticəsində ciddi psixoloji təzyiqlər yaşamaqla yanaşı ağır itkilər verirlər:
“Hərbi müdaxilə Rusiya qoşunlarına da ağır zərbə vurub, lakin onlar yavaş-yavaş irəliləməyə davam edirlər”.
Məqalə müəlliflərinin fikrincə, uzunmənzilli artilleriyadan istifadəyə əsaslanan dağıdıcı strategiya Ukraynanın şərqindəki Rusiya qoşunlarının düz ərazisi və daha qısa təchizat xətləri üçün uyğundur, lakin başqa yerlərdə işləməyə bilər. Prezident Vladimir Putinin hücumda nə qədər irəli getməyə hazır olduğu və ordusunun gücünü bərpa etməsi üçün uzun bir fasilə lazım olana qədər hələ də canlı qüvvə və texnikada hansı itkilərə tab gətirə biləcəyi bəlli deyil.
Yazıda qeyd olunub ki, Ukraynada bir çoxları Rusiya ordusunu döyüşlərdə mümkün qədər yıprandırmağa, onu şəhərlər uğrunda döyüşməyə məcbur etməyə çalışan Ukrayna Silahlı Qüvvələrinin strategiyasının effektivliyinə şübhə etməyə başlayıblar. Bu, Severodonetskdə və daha az dərəcədə Lisiçanskda baş verib.
Qəzet iyunda Severodonetski tərk edən sonuncu hərbçilərdən biri olan ukraynalı könüllü Volodimirə istinad edir. Onun sözlərinə görə, şəhər uğrunda gedən döyüşlər zamanı onun bölməsinin 100 nəfərdən yarıdan çoxu sıradan çıxıb. O, şəhər ətrafında baş verənləri nalayiq sözlə təsvir edir. Hərbçi jurnalistlərə ağır artilleriya çatışmazlığından danışaraq “Nə cür dəstək? Dəstək yox idi” deyib.
Ukrayna hərbçilərinin sözlərinə görə, Rusiya adətən təxminən beş gün davam edən kütləvi artilleriya atəşi taktikasını davam etdirir və yalnız bundan sonra ordusu tankların və piyadaların köməyi ilə Ukrayna Silahlı Qüvvələrinin müdafiəsində zəif nöqtələri tapmağa çalışır.
Ukrayna bu mübarizədə onu ağır silahlarla təmin edəcəyini vəd edən Qərbin köməyinə ümid edir, lakin burada da çətinliklər yaranır. ABŞ-ın göndərdiyi bəzi “M777” haubitsalarına cavabdeh olan ukraynalı zabit nəşrə bildirib ki, Latviyada silahlar üzrə təlim keçmiş bir neçə mütəxəssis ölüb və ya yaralanıb.
Bununla belə, nəşr vurğulayıb ki, yorğunluğa və itkilərin sayına baxmayaraq, Ukrayna hərbçiləri döyüşü davam etdirməyə hazırdırlar.
“Biz qayıdacağıq. Bu bizim torpaqdır”, - Volodimir nəşrə bildirib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Adana və Adıyamanın bələdiyyə sədrləri həbs edildi - türk mediası
Bu gün, 09:42 |
|
|
|
• Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb - SİYAHI
Bu gün, 09:29 |
|
|
|
• Qusar təhsilinin ÜZQARASI... - BU NƏDİ BELƏ?
Bu gün, 09:21 |
|
|
|
• Məhbus ailələrinin şikayəti üzrə “Tolik”in məhkəməsi başlayır - ailələrə bildiriş gəlib
Bu gün, 09:16 |
|
|
|
• Rusiyada olan Samirə dəhşət yaşadı: “Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...” - Bütün Rusiyada soydaşlarımız HƏDƏFDİR!
Bu gün, 09:09 |
|
|
|
• Diplomatik fəaliyyətdən kənar gizli əməlləri varmış - DETALLAR
Bu gün, 09:04 |
|
|
|
• Paşinyanın rəqibləri həbsdə ACLIĞA BAŞLADI - Erməni nəşri
Bu gün, 09:00 |
|
|
|
• Bakı və Moskvanı Ərdoğan barışdıracaq? - Kritik gəlişmə
Bu gün, 08:58 |
|
|
|
• Türk ordusunu hansı yolla Azərbaycana gətirmək olar? - Görünəni odur ki...
Bu gün, 08:56 |
|
|
|
• 1,7 manatlıq dollar: Sərfəlidir, yoxsa? - AKTUAL
Bu gün, 08:52 |
|
|
|
• ABŞ "TikTok"un Çindən alınması üçün müqavilə hazırlayıb
Bu gün, 08:48 |
|
|
|
• Bank of Baku-nun Daxili Audit departamentinə TƏYİNATLAR - BUNDAN SONRA...
Bu gün, 08:44 |
|
|
|
• "Naxçıvanın başında oturanları dəyişin... həm də təcili!" - MR-dan İSMARIC!
Bu gün, 08:28 |
|
|
|
• Zaur Mikayılov sabiq icra başçısının qızı ilə anlaşıb - TƏFƏRRÜAT
Bu gün, 07:48 |
|
|
|
• Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40 |
|
|
|
• "Sertifikasiya imtahanı test formatında keçirilməsin" - Ekspertdən yeni TƏKLİF
Bu gün, 06:37 |
|
|
|
• Ölkəni titrədən generallar hazırda hardadır? – Bəzisi vuruldu, bəzi isə…
Bu gün, 06:07 |
|
|
|
• Moskva-Bakı qarşıdurması: ticarətdə vəziyyət “rusca”dır... - NƏ ETMƏLİ?
Bu gün, 06:01 |
|
|
|
• ABŞ-dakı erməni diasporunun bu layihəsi Ermənistanı rüsvay etdi - KİV
Bu gün, 05:58 |
|
|
|
• TƏBİB-in ŞÜBHƏLİ TENDER ORTAĞI - İLGİNC FAKTLAR
Bu gün, 05:46 |
|
|
|
• Ölkənin 'ağciyərləri' KİMƏ ƏMANƏTDİR - BU NƏDİ BELƏ?
Bu gün, 05:43 |
|
|
|
• UNEC-in nəzdində daha bir özbaşınalıq ÜNVANI
Bu gün, 05:35 |
|
|
|
• Bu gün Aşuradır
Bu gün, 00:22 |
|
|
|
• "Xəzər axşamı"nda dəyişiklik - Mətanət gedir
Dünən, 23:34 |
|
|
|
• Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib - BUNDAN SONRA...
Dünən, 23:28 |
|
|
|
• Ətir satan şirkət Mingəçevirdə təmir işləri görəcək - Daha bir şübhəli tender
Dünən, 18:07 |
|
|
|
• "Bir evdə yaşayırıq"
Dünən, 18:04 |
|
|
|
• Avropa İttifaqı Yekaterinburq VƏHŞİLİYİNƏ reaksiya verdi... - NƏHAYƏT
Dünən, 17:53 |
|
|
|
• Əliyev-Paşinyan görüşü: Niyə məhz Dubay seçilib? – Mühüm detal
Dünən, 17:48 |
|
|
|
• Rusiya Azərbaycanı itirdi - Saakaşvili
Dünən, 17:45 |
|
|
|
• Azərbaycanda ən az maaşı kim alır? - İQTİSADÇI AÇIQLADI
Dünən, 17:36 |
|
|
|
• Məhkəmə Zaur Naxçıvanskini həbs etdi - Atası Moskvada öldürülübmüş
Dünən, 17:34 |
|
|
|
• “Face studio” rəhbəri Rüfət Bədirovun adı daha bir qalmaqalda - Bu dəfə “sağ əli”ndən şikayət edib
Dünən, 17:31 |
|
|
|
• Sabiq rəis elektron qolbaqda gəzəcək - TƏFƏRRÜAT
Dünən, 17:26 |
|
|
|
• “Televiziyalar şou-biznesin əlində, teatr və kinoya yer qalmayıb” - Aktyordan ŞİKAYƏT
Dünən, 17:22 |
|
|
|
• Şimali Kipr üçün yeni imkan: - Azərbaycan prosesi başladıb
Dünən, 17:19 |
|
|
|
• Erməni spiker Qareginin tezliklə postunu tərk edəcəyinə əmindir
Dünən, 17:15 |
|
|
|
• İrəvan 2 həftəyə konstitusiyanı dəyişir: - Sirr kimi saxlanan sənəd
Dünən, 17:09 |
|
|
|
• Xankəndi artıq yara deyil... YARIYANDIR... - İlham Əliyev BELƏ BUYURDU...
Dünən, 17:05 |
|
|
|
• Rusiyadakı 3 azərbaycanlı “qanuni oğru”dan 2-si saxlanılıb
Dünən, 17:02 |
|
|
|
• İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir - AXI HARDANDIR BU SƏRVƏT?
Dünən, 16:58 |
|
|
|
• Elşad Xose videoqrafın iddiasına cavab verdi: - Dəstək məqsədilə bizə yaxınlaşmışdılar
Dünən, 16:52 |
|
|
|
• Bakı və İrəvana hücumların pərdəarxası - Kremlin “qarın ağrısı” varmış
Dünən, 16:49 |
|
|
|
• "Mahnımdan əsər-əlamət qalmayıb" - İfasını pislədi
Dünən, 16:46 |
|
|
|
• Rusdilli təhsilə dövlət dəstəyi davam etdirilməlidirmi? - ARAŞDIRMA
Dünən, 16:44 |
|
|
|
• “Ciddi həkimlərə çamur atmaq, başın üçün deyil” – Məşhur həkimdən Qənirə Ataşa ismarıc
Dünən, 16:42 |
|
|
|
• Paşinyanın Ermənistanda açdığı “cəbhə” - Xankəndidən İrəvana İSMARIŞ
Dünən, 16:05 |
|
|
|
• ABŞ-ın Azərbaycana marağı təbiidir: - Bakı Vaşinqton üçün olduqca cəlbedici tərəfdaşdır
Dünən, 14:57 |
|
|
|
• “Araz Ağalarovun adı ilə bağlı ortaya atılan iddialar əsaslı deyil“
Dünən, 14:54 |
|
|
|
• Rövşən müəllim, İRD... heç bir işə yaramır... - BU DA FAKT!
Dünən, 14:46 |
|
|
|
|