CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF .....                     Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... .....                     Elşən İbrahimov DANIŞDI .....                     Professor Rəhman Bədəlov vəfat edib .....                     Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı? .....                     Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib .....                     Tələbələrin köçürülməsi prosesinə start verilir .....                     Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib .....                     Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... .....                     "Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq .....                     “Nar” regionlarda təhsilə dəstəyini davam etdirir .....                     İran rəsmisi Pezeşkianı təhqir etdi .....                     2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” .....                     Güney Qafqaz üçün ƏRƏB MASASI... .....                     Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər .....                     "Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR .....                     Bu məktəblər ÖZBAŞINA QALIB... .....                     AzTV-nin 440 minlik tenderi ləğv edildi .....                     “Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” .....                     Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb .....                     Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... .....                     Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” .....                     “Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi .....                     Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi .....                     Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib .....                     Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi .....                     İranda ETİRAZLAR BAŞLADI: .....                     Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır .....                     Sabah bəzi yerlərdə az yağış yağacaq... .....                     Hüquqşünasdan ağır sözlər: .....                     Bu ixtisaslaşma magistraturadan çıxarıldı: Strateji sahə niyə diqqətdən kənarda qalır? .....                     "OKUKLU HOLDİNQ" VƏTANDAŞLARIN PULUNU NECƏ MƏNİMSƏYİR? .....                     Bakıda falçı evini satan qadının başına OYUN AÇDI .....                     Bələdiyyə gözünü yumub HƏR YERİ SATIR... .....                     Afət həmkarlarına MEYDAN OXUDU: .....                     “Daşnaksütyun”un rəhbərlərindən biri olan deputat Moskvaya qaçdı?.. .....                     "Alqış Musayevin yazdığı dəyərləndirmə yox, məğlubiyyət etirafıdır" .....                     Ermənistan ordusunda 8 yaralı .....                     Hakimiyyət uğrunda amansız mübarizə: açıq savaşda yeni mərhələ .....                     İrəvanı qarışdıran iddia: Paşinyanı qorumaq üçün səs yazısını o ölkə verib .....                 

'Mənim əsas düşmənim Putindir' - Ukraynadakı çeçen komandir
Tarix: 9-03-2022, 08:20 | Çap et
 'Mənim əsas düşmənim Putindir'
Ukryanada Rusiya təcavüzünə qarşı döyüşmək üçün çeçenlərdən ibarət batalyon təşkil edilir.

Çeçen könüllülərdən ibarət Şeyx Mənsur və Covxar Dudayev adına batalyonlar Ukrayna ordusunun tərəfində döyüşdüklərini bəyan ediblər.

Bəzi xəbərlərə görə Çeçenistanın moskvayönlü başçısı Ramzan Kadırov soydaşlarını silahı yerə qoymağa çağırıb və sözü gedən batalyonların komandirlərinin başı üçün 500 min dollar mükafat elan edib.

Lakin AzadlıqRadiosuna müsahibəsində Şeyx Mənsur batalyonunun komandiri Muslim Çeberloyevski deyib ki, Kadırovu ciddi qəbul etmir və onun əsas düşməni Vladimir Putindir:

“Onun belə nağıllarını çox eşitmişik. O uşaqları bura göndərir, özü isə kiminsə başı üçün qəpik-quruş mükafat qoyur. O həmişə deyib ki, Putinin piyadasıdır, Putinin quludur, Putinin əsgəridir və Putin üçün dünyanın istənilən nöqtəsinə getməyə hazırdır. Odur ki, qoy üstümüzə uşaq-muşağı göndərməsin, yaxınlarını dəstəyə yığıb özü gəlsin...”

“Bizim o vaxtdan bəri Rusiya ilə problemimiz var...”

Muslim Çeberloyevski deyib ki, onun batalyonuna könüllülər gəlməkdə davam edir. O bildirib ki, hazırda yeni qruplar yaradılır və çeçenlər “Putinlə, Kadırovla, Hitlerlə, Lukaşenka” ilə üzbəüz görüşə hazırdırlar:

“Bizə bu müharibə lazım deyil. Bu müharibəni bizə qarşı başlayıblar. İçkeriya çeçen respublikası da başqa respublikalar kimi Sovet İttifaqı dağılarkən ondan ayrılmış, müstəqillik və suverenliyini elan etmişdi. Bizim o vaxtdan bəri Rusiya ilə problemimiz var...Biz birinci müharibəni udmuşduq. Amma 1999-cu ildə onlar səhvlərini düzəltdilər, çatışmazlıqları aradan qaldırdılar...”

“Biz ən müxtəlif səbəblərlə Çeçenistanı tərk etməli olduq. Bizim dörd prezidentimiz həlak olub. Sağ qalan bütün komandanlıq xaricə köçüb”.

Çeçen komandir bildirib ki, uzun illər onların üzərində olan məhdudiyyətlər qaldırılıb və onlar Ukraynanı və Kiyevi müdafiə etməyə tam hazırdırlar. “Əsəs düşməniniz kimdir” sualına Muslim Çeberloyevski belə cavab verib:

“Bu saat Yer üzündə mənim əsas düşmənim Putin, onun rejimi və ətrafındakılardır. Kadırov kimdir axı? Siz jurnalistlər onun əhəmiyyətini şişirtmsiniz. Guya o müstəqil şəxsdir. Kadırov Putinin nökəri və şestyorkasıdır. Əlbətə deyəndə ki, çeçenlər Ukraynaya hücum ediblər, bizim xətrimizə dəyir. Bu özünü çeçen adlandıran alçaqların çeçenlərlə heç bir əlaqəsi yoxdur. Bizim Ukrayna ilə heç vaxt düşmənçiliyimiz olmayıb və olmayacaq. Çeçenistan Rusiya ilə iki müharibədə 1 milyonluq əhalisinin 300 minini itirib. Baxın, əsl çeçenlər belə olur. Amma bu əclaflar Putinin nökərləridir”.

Çeçen komandir daha sonra vətənindəki vəziyyətdən danışıb:

“Əgər Kadırov özünü çeçen sayırsa niyə onu Luqanksdan da balaca olan Çeçenistanda 100 min silahlı Rusiya əsgəri mühafizə edir? O onlarsız heç kimdir. Onu hazırda Çeçenistan ərazisində girova çevirdiyi adi insanlar imkanları olsaydı məhv edərdilər. Amma Kadırovu 100 minlik Rusiya ordusu qoruyur”.

Gürcüstan müharibəsi

Muslim Çeberloyevski deyib ki, 2008-ci ildə Rusiya Gürcüstana hücum edəndə Rusiyanın 56-cı ordusu Sxinvaliyə girə bilmirdi. Sonra ora Yamadayevin başçılığı ilə çeçen dəstəsini buraxıblar və Rusiya Sxinvalini ala bilib.

Çeçen komandir deyib ki, Kadırov hakimiyyətə elə Yamadayev qardaşlarının köməyi ilə gəlib və sonra onlara asi çıxıb.

Çeberloyevskinin sözlərinə görə çeçenlərdən 2014-cü ildə də istifadə etmək isəyiblər. Amma o vaxt çeçenlər döyüşə bilməyiblər. Bundan sonra onları təlim keçmək üçün Suriyaya göndəriblər:

“Putin nəyə görə bütün Rusiyada Kadırovun özbaşınalığına göz yumur? Onlar istədikləri şəhərə gəlirlər, mer, deputat onlardan üzr istəyir. Bütün bunlar bugünə hazırlıq üçün idi. Guya bunlar lotu oğlanlardır, məğlubedilməzdirlər”.

Komadir sözünə belə davam edib:

“Biz razıyıq, goy 70 min öz adamını yığıb bura gəlsin. Adamları bura göndərib özü evdə oturan adam ən aciz qorxaqdır. Mən ki döyüşçülərimi harasa göndərmirəm. Onlarla səngərdə oluram. Əgər o Putinin belə sədaqətli piyadasıdırsa, qoy 70 min öz adamını, 100 min də Rusiya əsgərini yığıb bura gəlsin”.

Ukrayna məğlub olsa...

AzadlıqRadiosunun müxbiri Çeberloyevskiyə deyib ki, son vaxtylar qəzetlər ukraynalıların Çeçen müharibəsində çeçenlərə necə kömək etməsindən yazırlar: “siz indi ona görəmi Ukrayna üçün döyüşürsünüz?”

Çeçen komandir suala belə cavab verib:

“Mən heç kimin borcunu qaytarmıram. Belə bir sözü heç vaxt deməmişəm və demərəm. Ukraynalılar 1994-cü ildə Çeçenistana könüllü gəlmişdilər və bacardıqları köməyi göstərmişdilər. Mərhum Saşko Belıy (Aleksansdr Muzıçko – Rusiyada qadağan olunmuş “Sağ sektor”un keçmiş lideri-red) Çeçenistana gələndə ona demişdilər: “Çeçenlər müsəlmandırlar, siz ukraynalılar isə xristiansınız. Sizi çeçenlərə nə bağlayır?” O belə cavab vermişdi: “Biz ona görə gəlmişik ki, Çeçenistanda müharibə başlamasaydı, ruslar Ukraynaya hücum edəcəkdilər. Çeçenistan bu müharibə ilə Ukraynanı qorudu, müharibəni öz üzərinə çəkdi”. Onlar 1994-1995-ci illərdə belə deyirdilər”.

Çeberloyevski daha sonra deyib:

“Bugün burada çox böyük dönüş anı yaşanır. Əgər Ukrayna məğlub olsa, qalan keçmiş sovet respublikaları da yıxılacaqlar. Rusiyanın ətrafındakı ölkələr azadlıq şansını itirəcəklər. Əgər bugün Ukrayna duruş gətirə bilsdə, bu hamı üçün şans olacaq”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF - “Bu şansı qaçırmamalıdır”
Dünən, 23:33
Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... - TƏFƏRRÜAT
Dünən, 23:29
Elşən İbrahimov DANIŞDI – Deportasiya ilə bağlı açıqlama
Dünən, 23:27
Professor Rəhman Bədəlov vəfat edib
Dünən, 23:24
Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı?
Dünən, 17:36
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:34
Tələbələrin köçürülməsi prosesinə start verilir
Dünən, 17:21
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:12
Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... - XƏBƏRDARLIQ
Dünən, 17:05
"Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq - Mehdiyevlər GERİ DURUR?
Dünən, 16:41
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - BUNDAN SONRA...
Dünən, 16:34
İran rəsmisi Pezeşkianı təhqir etdi - BAŞLARINI İTİRİBLƏR...
Dünən, 16:29
2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” – ŞOK AÇIQLAMA
Dünən, 16:25
Güney Qafqaz üçün ƏRƏB MASASI... - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:22
Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər - KİV
Dünən, 16:15
"Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR - Nuranənin ölümü kimə DƏRS olacaq?
Dünən, 13:03
Bu məktəblər ÖZBAŞINA QALIB... - İTTİHAM VAR...
Dünən, 13:01
AzTV-nin 440 minlik tenderi ləğv edildi
Dünən, 12:57
“Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” - DƏLİXANADIR, VALLAH...
Dünən, 12:56
Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb
Dünən, 12:46
Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... - NARAZILIQ VAR...
Dünən, 12:44
Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” – Məhkəmə
Dünən, 12:38
“Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi
Dünən, 12:34
Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi - Dövlət Departamenti
Dünən, 12:30
Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib - TƏFƏRRÜAT
Dünən, 12:27
Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi
Dünən, 12:15
İranda ETİRAZLAR BAŞLADI: -Pezeşkian HƏDƏFDƏ
Dünən, 12:12
Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır
Dünən, 12:10
Sabah bəzi yerlərdə az yağış yağacaq...
Dünən, 12:06
Hüquqşünasdan ağır sözlər: - “Ölkədə geyləşmə prosesi gedir...”
Dünən, 12:00
Bu ixtisaslaşma magistraturadan çıxarıldı: Strateji sahə niyə diqqətdən kənarda qalır? - AKTUAL
Dünən, 11:58
"OKUKLU HOLDİNQ" VƏTANDAŞLARIN PULUNU NECƏ MƏNİMSƏYİR? - İTTİHAM VAR...
Dünən, 11:44
Bakıda falçı evini satan qadının başına OYUN AÇDI - TƏFƏRRÜAT
Dünən, 11:31
Bələdiyyə gözünü yumub HƏR YERİ SATIR... - BU NƏDİ BELƏ?
Dünən, 11:28
Afət həmkarlarına MEYDAN OXUDU: - “Toy bazarında nömrə birəm”
Dünən, 11:17
“Daşnaksütyun”un rəhbərlərindən biri olan deputat Moskvaya qaçdı?.. - “Johovurd”
Dünən, 11:13
"Alqış Musayevin yazdığı dəyərləndirmə yox, məğlubiyyət etirafıdır" - Elçin Alıoğlu yazır...
Dünən, 11:09
Ermənistan ordusunda 8 yaralı - Biri polkovnik-leytenantdır
Dünən, 11:05
Hakimiyyət uğrunda amansız mübarizə: açıq savaşda yeni mərhələ - GƏLİŞMƏ
Dünən, 11:01
İrəvanı qarışdıran iddia: Paşinyanı qorumaq üçün səs yazısını o ölkə verib – Gizli görüş
Dünən, 10:58
Naxçıvanda vətəndaşlara YENİ TƏLƏ: `Cibimizi soyurlar...` - Fuad Nəcəfli ƏNCAM ETMƏLİDİR...
Dünən, 10:55
Gecə əri evə gələn qadın sevgilisini qızının otağında gizlətdi, o isə azyaşlı ilə... - TƏFƏRRÜAT
Dünən, 10:49
Holdinqin aqrar biznesinə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Dünən, 10:45
London Azərbaycanın nəqliyyat dəhlizinə qoşulur - AKTUAL
Dünən, 10:41
Tramp Moskva və Pekini bombalamaqla hədələyib - CNN
Dünən, 10:39
Nazirliyin 5 milyonluq tenderi ləğv edildi - SƏBƏB AÇIQLANMADI
Dünən, 10:37
“Ks Baku”da qanun HƏRLƏYƏN YOXDUR...
Dünən, 10:20
"Ermənistan Elektrik Şəbəkələri"nin ofisində axtarışlar siyasi motivlidir - “Taşir” Şirkətlər Qrupu
Dünən, 10:13
ETSN-nin NƏZƏRİNƏ: Lənkəranda camaatı boğurlar... - NARAZILIQ VAR...
Dünən, 10:12
Paytaxtın mənzil bazarındakı qiymətlər payızdakı artıma hazırlaşır - Bir yandan sökürlər, bir yandan tikirlər...
Dünən, 09:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru