Kreml NATO-nun təklifini nəzərdən keçirir
Tarix: 27-12-2021, 11:42 | Çap et
 DİA.AZ: - Rusiyanın Xarici İşlər Nazirliyi gələn ay NATO-Rusiya Şurasının toplantısını keçirməklə bağlı təklif aldığını təsdiqləyib. Təklifi NATO-nun Baş katibi Yens Stoltenberq irəli sürüb. Kremlsə hələlik, iclasla bağlı qərarını açıqlamayıb.
“Təklifi nəzərdən keçiririk”, – TASS-ın məlumatına görə, Kremlin sözçüsü dekabrın 26-da deyib.
DİA.AZ xəbər verir ki, xarici işlər nazirinin müavini Aleksandr Qruşkonun bildirdiyinə görə, görüşün formatı və Rusiya nümayəndə heyətinin tərkibi nəzərdən keçirilir.
“AFP” NATO-nun sözçüsünə istinadla yazır ki, alyans iştirakla bağlı Kremllə əlaqə saxlayıb.
Görüşlə bağlı “Rusiya ilə əlaqə saxlayırıq”, adının çəkilməsini istəməyən sözçü deyib.
NATO-Rusiya Şurası 2002-ci ildə yaradılsa da, Ukraynanı şərqində Rusiyanın dəstəklədiyi separatçılarla hökumət qüvvələrinin münaqişəsi səbəbindən hazırda fəaliyyət göstərmir.
Görüş, Stoltenberqin təklif etdiyi kimi, yanvarın 12-də keçirilsə, şuranın son 2 il yarımda ilk belə iclası olacaq. Həmin gün Brüsseldə NATO-nun 30 üzvünün hərbi liderlərinin ikigünlük iclası da başlamalıdır.
Moskvanın bu günlərdə açıqladığı təhlükəsizlik sənədləri layihəsində NATO-dan şərqə doğru genişlənməni, Ukrayna və Gürcüstan kimi ölkələrlə hərbi əməkdaşlığı dayandırmaq tələb olunur.
Prezident Vladimir Putin dekabrın 23-də illik mətbuat konfransında Qərbi tələblərə “dərhal” əməl etməyə çağırıb.
Putin dekabrın 26-da Rusiya dövlət televiziyasına müsahibəsində deyib ki, Qərb Moskvanın tələblərinə əməl etməsə, müxtəlif variantları nəzərdən keçirəcək. Rusiyanın reaksiyası “müxtəlif ola bilər”, deyən Putin onu da əlavə edib ki, “bu, hərbi ekspertlərimizin mənə nə təqdim etməsindən asılı olacaq”.
ABŞ rəsmiləri tələblərin bəzilərinin qeyri-işlək, qeyri-mümkün, yaxud Qərb dəyərlərinə tam zidd olduğunu açıqlayıblar. Ancaq Birləşmiş Ştatlar yanvarın əvvəlində danışıqlarda iştiraka hazır olduğunu açıqlayıb. Danışıqlar ikitərəfli, NATO və ATƏT çərçivəsində aparılmalıdır.
Bu danışıqlarla bağlı təkliflər Rusiyanın Ukrayna ilə sərhədə qoşun yığması fonunda səslənir. Qərb bunu Ukraynaya mümkün hücuma hazırlıq kimi yozur. Birləşmiş Ştatlar və Avropa İttifaqı Moskvanı hərbi eskalasiyanın sərt nəticələrlə hədələyib.
Rusiya işğal niyyəti olmadığını deyir.
Rusiyanın Müdafiə Nazirliyi dekabrın 25-də bəyan edib ki, 10 mindən çox əsgər Ukrayna ilə sərhəd yaxınlığında bir ay çəkən məşqləri yekunlaşdırıb və əsgərlər daimi bazalarına qayıdırlar.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Afinanın Konstantinopolis xəyalı: - Türkiyə hərəkətə keçməli...
Bu gün, 08:08 |
|
|
|
• Başını itirən Putin rejimi üçün SON AKKORDLAR - İNCƏLƏMƏ
Bu gün, 08:01 |
|
|
|
• Zaporojye AES-də pozulan beynəlxalq hüquq - MAQATE Kiyevi dinləmir
Bu gün, 07:59 |
|
|
|
• Bakı zəmanət tələb etdi, Paşinyan seçim qarşısında – Yeni tarix
Bu gün, 07:55 |
|
|
|
• Suriyalı liderin Bakı səfəri NİYƏ ÖNƏMLİDİR - AKTUAL
Bu gün, 07:51 |
|
|
|
• "Rusiya Jurnalistlər İttifaqı bizim üzərimizə gələ bilməz" - ETİRAZ
Bu gün, 04:01 |
|
|
|
• Suriya-Türkiyə sərhəd keçid məntəqələri fasiləsiz iş rejiminə keçir
Bu gün, 03:58 |
|
|
|
• "Baş daşını 40 çıxana qədər düzəltdirməsə, "bivec övlad" deyirlər" - FOTO
Bu gün, 03:56 |
|
|
|
• Paytaxt küçələri yenidən yuyuldu
Dünən, 12:00 |
|
|
|
• "İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
Dünən, 09:22 |
|
|
|
• "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
Dünən, 09:19 |
|
|
|
• Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Dünən, 08:37 |
|
|
|
• Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Dünən, 08:34 |
|
|
|
• İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Dünən, 08:32 |
|
|
|
• Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Dünən, 08:30 |
|
|
|
• Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Dünən, 08:28 |
|
|
|
• "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Dünən, 07:32 |
|
|
|
• Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Dünən, 07:29 |
|
|
|
• Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Dünən, 07:26 |
|
|
|
• Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 06:48 |
|
|
|
• Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Dünən, 06:45 |
|
|
|
• Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Dünən, 06:41 |
|
|
|
• Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Dünən, 06:22 |
|
|
|
• Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Dünən, 06:15 |
|
|
|
• Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Dünən, 06:12 |
|
|
|
• Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Dünən, 05:31 |
|
|
|
• “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Dünən, 05:29 |
|
|
|
• Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Dünən, 05:25 |
|
|
|
• Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Dünən, 05:22 |
|
|
|
• Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Dünən, 05:16 |
|
|
|
• Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Dünən, 05:14 |
|
|
|
• Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Dünən, 05:11 |
|
|
|
• "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Dünən, 05:05 |
|
|
|
• Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Dünən, 05:02 |
|
|
|
• "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Dünən, 04:58 |
|
|
|
• "Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Dünən, 04:55 |
|
|
|
• Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Dünən, 04:38 |
|
|
|
• Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Dünən, 04:35 |
|
|
|
• "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Dünən, 04:30 |
|
|
|
• "Baxırsan, amma son dəfə..."
Dünən, 04:25 |
|
|
|
• Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Dünən, 01:56 |
|
|
|
• PKK silahını ona görə yandırır ki... - AKTUAL
11-07-2025, 18:01 |
|
|
|
• Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
11-07-2025, 17:58 |
|
|
|
• Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
11-07-2025, 17:55 |
|
|
|
• Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
11-07-2025, 17:47 |
|
|
|
• Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
11-07-2025, 17:46 |
|
|
|
• Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
11-07-2025, 17:42 |
|
|
|
• 10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
11-07-2025, 17:40 |
|
|
|
• Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
11-07-2025, 17:37 |
|
|
|
• Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
11-07-2025, 17:32 |
|
|
|
|