Paşinyandan rəqiblərinə ƏKS ARQUMENTLƏR... - "Məni torpaqları verməkdə ittiham edirlər..."
Tarix: 25-12-2021, 08:37 | Çap et
 DİA.AZ: - “Məni torpaqları verməkdə ittiham edirlər. Əslində, bu əsassız ittihamdır. Amma legitim ittiham da var: məni torpaqları verməməkdə ittiham edə bilərlər və bu legitim ittiham olar. Əgər kimsə mənə desəydi ki, “sadəcə olaraq başqa variant yoxdur və sən müharibə olmaması üçün bu torpaqları verməliydin”, bu legitim ittiham olardı”.
DİA.AZ-ın məlumatına görə, AzadlıqRadiosunun Erməni xidməti - Azatutuyun yazır ki, bu bəyanatı dekabrın 24-də özünün Facebook səhifəsində apardığı onlayn mətbuat konfransı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan verib:
“Ermənistan sülh razılaşmasının imzalanmasında və bu razılaşma üzrə danışıqlara başlanmasında maraqlıdır. Bu yaxınlarda ATƏT-in Minsk qrupunun həmsədrləri danışıqlar üçün gündəlik təklif etmişdilər və bu gündəliyin bəndlərindən biri də dinc və hərtərəfli tənzimləmə idi. Biz bunda maraqlıyıq, bundan imtina etmirik və bu barədə danışmaqdan imtina etməyəcəyik”.
Ermənistan baş naziri bildirib ki, o MDB-nin dekabrın 28-də keçiriləcək sammitində iştirak edəcək.
Ona verilən suallardan biri də bu sammitdə Azərbaycan prezidenti İlham Əlıiyevlə görüşüb-görüşməyəcəyi barədə idi.
Bu suala cavabında Paşinyan deyib:
“Hazırda ikitərəfli rəsmi görüş barədə təklif yoxdur. Amma Azərbaycan prezidenti ilə təmaslar mütləq olacaq. Çünki biz orada MDB ölkələrinin liderləri ilə birlikdə olacağıq və tamaslar olacaq. Amma hələki danışıqlar üçün heç bir rəsmi təklif almamışıq”.
Paşinyan Brüsseldə keçirilən görüş zamanı Azərbaycan prezidenti ilə qısa müddətdə tək qalarkən nə barədə danışdığı barədə sualın cavabında deyib ki, onlar elə bu söhbətdən əvvəlki və sonrakı məsələləri müzakirə ediblər.
Dekabrın 14-də Brüsseldə keçirilən üçtərəfli danışıqlar zamanı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bir neçə dəqiqəliyinə İlham Əliyevi və Nikol Paşinyanı danışıqlar otağında tək buraxmışdı. Bu, müharibədən sonra iki ölkə liderinin təkbətək ilk görüşü idi.
Onlayn keçirdiyi mətbuat konfransında Ermənistan baş naziri habelə yeni beynəlxalq yolun yaradılmasının mümkünlüyündən söz açıb:
“Mənim və bizim qavramamızda Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək yol sadəcə yol deyil. Bu, açılışında Ermənistanın da maraqlı olduğu yeni beynəlxalq tranzit marşrutudur. Biz, bizim nöqteyi-nəzərimizdən mümkün beynəlxalq əlaqə olacaq yeni yolun tikintisini əvvəllər də istisna etməmişik və istisna etmirik”.
Azatutyunun sualına cavab verərkən Paşinyan deyib ki, Brüssel danışıqlarından sonra da Ermənistan tərəfi Azərbaycana gömrük nəzarəti olmayan və rüsum alınmayacaq yol verilməsi ilə razılaşmayacağını bir daha təsdiqləyib.
O xatırladıb ki, Azərbaycan prezidenti ilə Brüsseldə görüşənədək o, artıq Ermənistan tərəfinin qırmızı xətləri barədə məlumat vermişdi.
Paşinyan bir daha vurğulayıb ki, Ermənistan tərəfi heç bir “dəhliz məntiqini” qəbul etməyəcək:
“Bizim avtomobil yolları ilə bağlı prinsipial mövqeyimiz əvvəlki kimi qalır. Brüsseldə mən və Azərbaycan prezidenti təfərrüatları müzakirə etməyə cəhd göstərdik. Biz səbəbini başa düşməyə çalışdıq ki, niyə belə mövqedəyik. Çünki açıq verilən bəyanatlar aysberqin yalnız görünən hissəsidir. Amma bizim bu və ya digər mövqeləri ifadə etməyimizin problem və səbəbləri var. Biz detalları müzakirə edəndə, düzünü deyim ki, mən burda da müəyyən qərarlara gəlmək imkanımızın olduğunu gördüm. Belə olsa, bizim mövqeyimiz və Azərbaycan tərəfindən irəli sürülmüş sırf praktik məsələlər real şəkildə həll oluna bilərdi”.
Bununla belə Ermənistan lideri deyib ki, onun bu barədə İlham Əliyevlə hələki razılaşmaları olmayıb.
Nikol Paşinyan habelə bu yaxınlarda heç bir qeyd-şərt qoymadan sərhədi pozmuş azərbaycanlı hərbçilərin qaytarılması məsələsinə də toxunub:
“Biz onları nəyinsə müqabilində qaytarmamışıq. Çünki istəmirik ki, necə deyərlər, adamlarla alver etdiyimiz kimi təsəvvür yaransın. Biz öz mövqeyimizlə beynəlxalq norma və qaydalara tam sadiq olduğumuzu nümayiş etdirdik”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Afinanın Konstantinopolis xəyalı: - Türkiyə hərəkətə keçməli...
Bu gün, 08:08 |
|
|
|
• Başını itirən Putin rejimi üçün SON AKKORDLAR - İNCƏLƏMƏ
Bu gün, 08:01 |
|
|
|
• Zaporojye AES-də pozulan beynəlxalq hüquq - MAQATE Kiyevi dinləmir
Bu gün, 07:59 |
|
|
|
• Bakı zəmanət tələb etdi, Paşinyan seçim qarşısında – Yeni tarix
Bu gün, 07:55 |
|
|
|
• Suriyalı liderin Bakı səfəri NİYƏ ÖNƏMLİDİR - AKTUAL
Bu gün, 07:51 |
|
|
|
• "Rusiya Jurnalistlər İttifaqı bizim üzərimizə gələ bilməz" - ETİRAZ
Bu gün, 04:01 |
|
|
|
• Suriya-Türkiyə sərhəd keçid məntəqələri fasiləsiz iş rejiminə keçir
Bu gün, 03:58 |
|
|
|
• "Baş daşını 40 çıxana qədər düzəltdirməsə, "bivec övlad" deyirlər" - FOTO
Bu gün, 03:56 |
|
|
|
• Paytaxt küçələri yenidən yuyuldu
Dünən, 12:00 |
|
|
|
• "İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
Dünən, 09:22 |
|
|
|
• "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
Dünən, 09:19 |
|
|
|
• Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Dünən, 08:37 |
|
|
|
• Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Dünən, 08:34 |
|
|
|
• İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Dünən, 08:32 |
|
|
|
• Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Dünən, 08:30 |
|
|
|
• Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Dünən, 08:28 |
|
|
|
• "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Dünən, 07:32 |
|
|
|
• Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Dünən, 07:29 |
|
|
|
• Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Dünən, 07:26 |
|
|
|
• Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 06:48 |
|
|
|
• Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Dünən, 06:45 |
|
|
|
• Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Dünən, 06:41 |
|
|
|
• Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Dünən, 06:22 |
|
|
|
• Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Dünən, 06:15 |
|
|
|
• Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Dünən, 06:12 |
|
|
|
• Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Dünən, 05:31 |
|
|
|
• “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Dünən, 05:29 |
|
|
|
• Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Dünən, 05:25 |
|
|
|
• Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Dünən, 05:22 |
|
|
|
• Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Dünən, 05:16 |
|
|
|
• Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Dünən, 05:14 |
|
|
|
• Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Dünən, 05:11 |
|
|
|
• "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Dünən, 05:05 |
|
|
|
• Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Dünən, 05:02 |
|
|
|
• "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Dünən, 04:58 |
|
|
|
• "Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Dünən, 04:55 |
|
|
|
• Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Dünən, 04:38 |
|
|
|
• Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Dünən, 04:35 |
|
|
|
• "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Dünən, 04:30 |
|
|
|
• "Baxırsan, amma son dəfə..."
Dünən, 04:25 |
|
|
|
• Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Dünən, 01:56 |
|
|
|
• PKK silahını ona görə yandırır ki... - AKTUAL
11-07-2025, 18:01 |
|
|
|
• Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
11-07-2025, 17:58 |
|
|
|
• Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
11-07-2025, 17:55 |
|
|
|
• Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
11-07-2025, 17:47 |
|
|
|
• Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
11-07-2025, 17:46 |
|
|
|
• Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
11-07-2025, 17:42 |
|
|
|
• 10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
11-07-2025, 17:40 |
|
|
|
• Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
11-07-2025, 17:37 |
|
|
|
• Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
11-07-2025, 17:32 |
|
|
|
|