Gəlirlər azaldı, borclari 300 milyon artdı, “Azərenerji”nin vəziyyəti məlum oldu .....                     “Prezidentliyə hazır olmadığımı düşünürdüm” .....                     Paşinyanın əleyhdarları toparlana bilmir... .....                     Avropa İttifaqı ABŞ-nin gömrük rüsumlarına qarşı cavab tədbirləri hazırlayıb .....                     Ədalətsiz sistem məktəbləri bölür: Maaş fərqi kollektivləri qarşı-qarşıya qoyub .....                     "Həyat çox qısadır və ləzzətlidir" .....                     Azərbaycanda ehsan verilməsi ləğv edilə bilər .....                     Azərbaycanlı polis rəisi Rusiyada saxlanıldı .....                     “Avrasiya hospital”... “New Med” klinikası... “Kuzə” restoranı: HƏBS OLUNACAQLAR? .....                     Afinanın Konstantinopolis xəyalı: .....                     Başını itirən Putin rejimi üçün SON AKKORDLAR .....                     Zaporojye AES-də pozulan beynəlxalq hüquq .....                     Bakı zəmanət tələb etdi, Paşinyan seçim qarşısında .....                     Suriyalı liderin Bakı səfəri NİYƏ ÖNƏMLİDİR .....                     "Rusiya Jurnalistlər İttifaqı bizim üzərimizə gələ bilməz" .....                     Suriya-Türkiyə sərhəd keçid məntəqələri fasiləsiz iş rejiminə keçir .....                     "Baş daşını 40 çıxana qədər düzəltdirməsə, "bivec övlad" deyirlər" .....                     Paytaxt küçələri yenidən yuyuldu .....                     "İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." .....                     "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" .....                     Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək .....                     Böyük sülhə daha neçə zirvə qaldı? .....                     İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı .....                     Çinin okeandakı fəaliyyəti: .....                     Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var .....                     "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" .....                     Dollarla bağlı təhlükə: vəziyyət dəyişir .....                     Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür .....                     Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... .....                     Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR .....                     Dövlət qurumu 8 milyona nələr alacaq? .....                     Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI .....                     Bakıdan Moskvanı qorxuya salan həmləalındı .....                     Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb .....                     Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb .....                     “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur .....                     Bəlkə biz də rus malını BOYKOT EDƏK? .....                     Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... .....                     Rus dilində tədris buna görə ləğv olunacaq .....                     Düyməyə basıldı: Revanşistlər təxribata başladı .....                 

Ermənistan müxalifəti dəmir yolunun açılmasında təhlükə görür
Tarix: 18-12-2021, 08:46 | Çap et
Ermənistan müxalifəti dəmir yolunun açılmasında təhlükə görür
DİA.AZ: - Ermənistanda parlament və qeyri-parlament müxalifəti baş nazir Nikol Paşinyanın son danışıqlarda Yerasx-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun tikintisi barədə razılığın əldə olunması barədə bəyanatını birmənalı qarşılamayıb.

DİA.AZ-ın məlumatına görə, AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun xatırladır ki, bu dəmiryol sektorunun işə salınması ilə Ermənistan Azərbaycan ərazisindən İrana və Rusiyaya, Azərbaycan isə Ermənistan ərazisi ilə Naxçıvana çıxış əldə edə bilər.

“Şərəfim var” fraksiyasından deputat Tiqran Abraamyanın fikrincə, Ermənistan hakimiyyəti dəmir yolunun işə salınmasını ümumi prosesdən qoparmaqla bunu Ermənistanın nailiyyəti kimi təqdim etməyə çalışır, halbuki bu prosesdə çox sayda təhlükələr var:

“Azərbaycanı bu proses ilk növbədə dəhliz kontekstində maraqlandırır. Əgər bu dəhliz olsa, onun başqa komponentləri, lap Ermənistana sərfəli olsa belə sıfırlanacaq”.

Müxalifətçi deputat hesab edir ki, ümumiyyətlə, kommunikasiyaların açılması müharibədən ziyan çəkmiş və hələ bərpa olunmamış Ermənistan üçün təhlükəlidir:

“Ermənistanın daxili və xarici təhlükəsizliyinə cavabdeh olanlar prosesdən əvvəl və sonra, mümkün böhranlı vəziyyətlərdə mümkün hədələri dəf etmək iqtidarında deyillər. Ermənistan elə bir prosesə daxil olub ki, onu idarə etmək imkanı, təhlükəsizlik komponenti yoxdur. Belə bir vəziyyətdə Ermənistan hakimiyyətinin yeganə məqsədi onu müstəsna olaraq iqtisadi maraqlar baxımından təmsil etməkdir”.

Azatutyun yazır ki, son günlərdə Yerasx-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun işə salınması barədə Azərbaycan prezidenti İlham Əliyev də danışıb.

Paşinyan və Əliyev arasında Brüsseldə keçirilən danışıqlardan sonra isə, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel deyib ki, dəmir yolu sahəsində razılaşma var və bu yol beynəlxalq aləmdə qəbul olunmuş sərhəd və gömrük qaydaları ilə, həm də ölkələrin suverenliyi və yurisdiksiyası əsasında işləyəcək.

Azatutyun yazır ki, buna baxmayaraq bəyanatlar hələki yalnız şifahi xarakter daşıyır. Millət vəkili Abraamyan bu layihənin iqtisadi səmərəliliyini də şübhə altına alıb:

“Bunun o vaxt səmərəsi olardı ki, dəmir yolunun başqa sektoru - Türkiyədən Ermənistana, yəni Qarsdan Gümrüyə olan hissəsi də işləsin. Eləcə də məsələn, İcevandan Qazağa, oradan isə Rusiya Federasiyasına gedən hissə işləməlidir. Yəni biz nəyəsə tam olaraq qiymət verə bilərik. Mən ayrı-ayrı komponentlərin səmərəsinin müzakirəsində məna görmürəm”.

Başqa bir müxalif blokun – Hayastan fraksiyasının deputatları da deyirlər ki, dəmir yolunun bu hissəsinin işləməsi Ermənistanın marağında deyil.

Daşnaksutyun partiyasından millət vəkili Geğam Manukyan deyib ki, Ermənistanın nöqteyi-nəzərindən Yerevanda qatara minib, Naxçıvandan, Meğridən, bütün Azərbaycan ərazisindən keçib Bakıda dayanmaq və oradansa Rusiyaya getməyin sərfəli olacağını təsəvvür etmək və sonra da bunu Rusiya ilə dəmir yolu əlaqəsi adlandırmaq çətindir.

Daşnaksutyun partiyası sədrinin müavini Levon Zurabyan deyir ki, əgər kommunikasiyalar bərabərlik və qarşılıqlı fayda prinsipi ilə açılsa, Ermənistanın Milli Məclisində buna yalnız sevinə bilərlər:

“Deyirlər ki, dəmir yolunu paritet əsasda bərpa edəcəklər, Amma bunu daha dərindən başa düşməyə çalışanda düşünürsən ki, burada hansı gömrük rejimi fəaliyyət göstərəcək? Deyirlər ki, paritet əsasda. Yəni gömrük olsa, hər iki tərəddə olacaq, olmasa heç bir tərəfdə olmayacaq. Bu o deməkdir ki, qərar hələ yoxdur və biz sonadək düşünülməmiş niyyətlər barədə danıqşırıq”.

Azatutyunun yazdığına görə Ermənistanın Milli Məclisində hakimiyətin bütün informasiyanı açdığına etibar eləmirlər, çünki hakimiyyət dəhliz məntiqi ilə heç nəyi müzakirə etməyəcəyini bildirib, Azərbaycan isə öz gündəliyini yeridir.

Deputatlar buna da diqqət çəkirlər ki, Paşinyan hökumətin son müşavirəsində Ermənistan və Azərbaycan arasındakı başqa bir dəmir yolu xəttindən – İcevan-Qazax sektorundan heç nə deməyib.

Zurabyan bunu belə izah edib:

“İcevandan Qazaxa dəmir yolu var, amma bu yolun tikintisindən danışmırlar. Doğrudur, bu barədə daha aydın danışmaq üçün hələki əlimizdə yekin sənədlər yoxdur. Amma bu nəticəyə gəlmək olar ki, hələlik Paşinyanın dediyi ümumi açılım konsepsiyası yox, Azərbaycanın tərəfdarı olduğu dəhliz məntiqi reallaşdırılır”.

Bu ilin aprelində Ermənistan baş nazirinin müavini Mğer Qriqoryan da demişdi ki, regionda açılımın yalnız bir istiqamətdə yox, bütün istiqamətlərdə baş verməsini müzakirə etmək lazımdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gəlirlər azaldı, borclari 300 milyon artdı, “Azərenerji”nin vəziyyəti məlum oldu - HESABAT
Bu gün, 19:01
“Prezidentliyə hazır olmadığımı düşünürdüm” – Putin
Bu gün, 18:57
Paşinyanın əleyhdarları toparlana bilmir... - FOTOFAKT
Bu gün, 18:52
Avropa İttifaqı ABŞ-nin gömrük rüsumlarına qarşı cavab tədbirləri hazırlayıb - KİV
Bu gün, 18:50
Ədalətsiz sistem məktəbləri bölür: Maaş fərqi kollektivləri qarşı-qarşıya qoyub - AKTUAL
Bu gün, 18:46
"Həyat çox qısadır və ləzzətlidir" - FOTO
Bu gün, 18:39
Azərbaycanda ehsan verilməsi ləğv edilə bilər – Gözlənilən qərar verilir?
Bu gün, 18:36
Azərbaycanlı polis rəisi Rusiyada saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 18:34
“Avrasiya hospital”... “New Med” klinikası... “Kuzə” restoranı: HƏBS OLUNACAQLAR? - Qanunvericiliyə görə...
Bu gün, 18:32
Afinanın Konstantinopolis xəyalı: - Türkiyə hərəkətə keçməli...
Bu gün, 08:08
Başını itirən Putin rejimi üçün SON AKKORDLAR - İNCƏLƏMƏ
Bu gün, 08:01
Zaporojye AES-də pozulan beynəlxalq hüquq - MAQATE Kiyevi dinləmir
Bu gün, 07:59
Bakı zəmanət tələb etdi, Paşinyan seçim qarşısında – Yeni tarix
Bu gün, 07:55
Suriyalı liderin Bakı səfəri NİYƏ ÖNƏMLİDİR - AKTUAL
Bu gün, 07:51
"Rusiya Jurnalistlər İttifaqı bizim üzərimizə gələ bilməz" - ETİRAZ
Bu gün, 04:01
Suriya-Türkiyə sərhəd keçid məntəqələri fasiləsiz iş rejiminə keçir
Bu gün, 03:58
"Baş daşını 40 çıxana qədər düzəltdirməsə, "bivec övlad" deyirlər" - FOTO
Bu gün, 03:56
Paytaxt küçələri yenidən yuyuldu
Dünən, 12:00
"İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
Dünən, 09:22
"Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
Dünən, 09:19
Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Dünən, 08:37
Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Dünən, 08:34
İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Dünən, 08:32
Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Dünən, 08:30
Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Dünən, 08:28
"Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Dünən, 07:32
Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Dünən, 07:29
Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Dünən, 07:26
Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 06:48
Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Dünən, 06:45
Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Dünən, 06:41
Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Dünən, 06:22
Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Dünən, 06:15
Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Dünən, 06:12
Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Dünən, 05:31
“Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Dünən, 05:29
Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Dünən, 05:25
Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Dünən, 05:22
Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Dünən, 05:16
Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Dünən, 05:14
Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Dünən, 05:11
"İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Dünən, 05:05
Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Dünən, 05:02
"Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Dünən, 04:58
"Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Dünən, 04:55
Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Dünən, 04:38
Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Dünən, 04:35
"Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Dünən, 04:30
"Baxırsan, amma son dəfə..."
Dünən, 04:25
Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Dünən, 01:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru