Əfqanıstan rüsvayçılığı: Tramp Baydeni istefaya çağırır - GƏLİŞMƏ
Tarix: 16-08-2021, 08:23 | Çap et
 Ötən gün Kabili də tutmaqla Əfqanıstana nəzarəti bütünlüklə ələ alan radikal “Taliban” hərəkatı ölkədən qaçmış prezident Əşrəf Qənidən hakimiyyəti qəbul etməyəcək. Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, taliblər artıq Kabildə prezident sarayı üzərində öz bayraqlarını qaldırıblar və hakimiyyətin formal olaraq ötürülməsi, islamçılardan ibarət yeni hökumətin formalaşdırılması prosesi gedir.
Mənbələr bildirirlər ki, tərəflər hakimiyyətin “dinc və məsuliyyətli ötürülməsi üçün” variantları nəzərdən keçirirlər. Hökumətin taliblərə ötürülməsinə dair razılaşmanı keçmiş prezident Həmid Karzay və milli barışıq üzrə ali şuranın rəhbəri Abdulla Abdulla imzalaya bilər. “Taliban” nümayəndələri deyiblər ki, onlar daha əvvəl prezident Əşrəf Qəniyə hakimiyyətin dinc yolla ötürülməsini təklif etmişdilər. “Biz təhlükəsizlik sahəsində boşluğa yol verməmək üçün hakimiyyəti dinc yolla ötürməyi təklif etmişdik, amma o qaçdı”,-“Taliban” nümayəndəsi “Al Arabiya” kanalına bildirib.
Əşrəf Qəninin hansı ölkəyə qaçdığı hələlik dəqiq məlum deyil. Qətərin paytaxtı Dohadakı əfqan nümayəndə heyətindəki mənbə “The New York Times” qəzetinə bildirib ki, Qəni həyat yoldaşı və iki müşaviri ilə birlikdə Özbəkistana gedib. Lakin TASS əfqan KİV-lərinə istinadən onun Omana getdiyini bildirir.
Əfqanıstanda baş verənlər, “Taliban”ın ABŞ qoşunlarının çəkilməsi ilə bir vaxtda ölkəyə nəzarəti ələ alması Vaşinqton siyasi dairələrində şok təsiri yaradıb. Və baş verənlər Cozef Baydenin administrasiyasının böyük uğursuzluğu kimi qiymətləndirilir. Konqresin Nümayəndələr palatasının silahlı qüvvələr komitəsinin üzvü, respublikaçı Mayk Rocers bildirib ki, baş verənlər Baydenin tarixi iflasıdır. Onun sözlərinə görə, administrasiyanı son bir neçə ayda hadisələrin necə inkişaf edəcəyi haqda xəbərdar etmişdilər. Lakin Bayden və onun vitse-prezidenti Kamala Harris ekspertlərin məsləhətlərinə qulaq asmadı.
Əlbəttə, keçmiş prezident Donald Tramp da öz rəqibini sancmaq üçün fürsəti əldən verməyib. O, bildirir ki, Baydenin Əfqanıstandakı hərəkətləri Amerikanın ən böyük məğlubiyyətlərindən biri kimi tarixə düşəcək. Trampın bəyanatını Twitter-dən onun köməkçisi Liz Harrinqton yayıb, çünki Trampın özünün bu sosial şəbəkəyə girişi bağlıdır.
“Co Baydenin Əfqanıstanla bağlı elədikləri əfsanəvidir. Bu, Amerikanın tarixinə ən böyük məğlubiyyətlərdən biri kimi düşəcək”,-Tramp bildirir.
Keçmiş prezident hesab edir ki, Bayden bu rüsvayçılığıa görə istefaya getməlidir. “Onun istefası özlüyündə elə də böyük iş olmayacaq, çünki onsuz da qanunsuz seçilmişdi”,-Tramp qeyd edib.
virtualaz.org


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Katolikosun uzaqlaşdırılması “əməliyyatına” Arayik rəhbərlik edir… - Paşinyan narazıdır…
Bu gün, 10:02 |
|
|
|
• “Güllübulağ”ın rəhbəri ilə bağlı daha bir QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 10:00 |
|
|
|
• Paşinyanın Kremlə “duz-çörək” xatırlatmasının sirri - Ermənistan qorxur, yoxsa...
Bu gün, 09:52 |
|
|
|
• Paşinyan bir həftəlik məzuniyyətə çıxıb
Bu gün, 09:41 |
|
|
|
• Hələ də bu şirkətə etibar edən varmı? - GİLEY
Bu gün, 09:40 |
|
|
|
• Sülh müqaviləsini paraflamaq: Bakı razı deyil - AKTUAL
Bu gün, 09:34 |
|
|
|
• Baş redaktor vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Bu gün, 09:32 |
|
|
|
• Dəhlizlə bağlı 4 ölkəni qarışdıran təklif – Qarabağ variantı işə düşə bilər
Bu gün, 09:30 |
|
|
|
• Moskva-Bakı gərginliyi: “BBC”nin dörd proqnozu - İNCƏLƏMƏ
Bu gün, 09:24 |
|
|
|
• Naxçıvanda nə haq var... nə də ədalət... - NARAZILIQ VAR...
Bu gün, 09:20 |
|
|
|
• “Qala Towers” MTK-da işçi həyatı dəyərsizdir... - FOTOFAKT
Bu gün, 09:17 |
|
|
|
• Suriya-İsrail toqquşması bizim işimizə yaramır... - AMMA...
Bu gün, 09:12 |
|
|
|
• NATO Azərbaycanda... ruslar əndişədə... - NƏ BAŞ VERİR?
Bu gün, 09:07 |
|
|
|
• Pirallahının icra başçısı Allahsızlığı ilə tanınır... - İTTİHAM VAR...
Bu gün, 09:03 |
|
|
|
• Bakı dayandı, Moskva davam edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:17 |
|
|
|
• Rusiyaya şok: Kalininqradın məhvi planı hazırdır - General
Bu gün, 07:03 |
|
|
|
• “Global STM” və “Aksaray” vətəndaşlardan pul toplayıb saxta qəbul sənədi verdi - Xaricdə təhsil FIRILDAĞI
Bu gün, 07:01 |
|
|
|
• Bura körpələri əmanət etmək olmaz - ÇÜNKİ...
Bu gün, 06:56 |
|
|
|
• Amerika Azərbaycanı rüsumla “vurur”? - BU NƏDİ BELƏ?
Bu gün, 06:51 |
|
|
|
• Balakən gömrüyünün rəisi necə OLİQARXA ÇEVRİLİB - İLGİNC FAKTLAR
Bu gün, 06:48 |
|
|
|
• Daha bir MTK gərgin yöndə irəliləyir
Bu gün, 06:40 |
|
|
|
• YAĞ MAFİYASI İŞ BAŞINDA... - Bəs nə yeyək?
Bu gün, 06:34 |
|
|
|
• Azərbaycan və Ermənistan əsgərləri EYNİ ORDUDA? - AÇIQLAMA
Bu gün, 06:31 |
|
|
|
• Bəs Paşinyan niyə Ermənistanda “KQB” arxivlərini açmır?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:28 |
|
|
|
• Paşinyan Qərbə sülh görüntüsü verir, amma... - Bakı real imza və icra tələb edir
Bu gün, 06:24 |
|
|
|
• Bakıda daha bir reper həbs olundu - BUNA GÖRƏ
Bu gün, 06:21 |
|
|
|
• Moskva Bakı üzərindən özünü “vurdu” – Ruslar buna qəzəblənəcək
Bu gün, 06:19 |
|
|
|
• Cənubi Qafqazda vəziyyəti izləyirik - ABŞ
Bu gün, 06:16 |
|
|
|
• "Atlant"ın sahibinin adı keçən cinayət işi: 90 min manatlıq mülki iddia qaldırıldı - TƏFƏRRÜAT
Bu gün, 06:14 |
|
|
|
• Suriya lideri Dəməşqi tərk edib - KİV
Bu gün, 06:12 |
|
|
|
• BDU-da şəhid övladları olan abituriyentlər üçün infotur keçirilib
Dünən, 19:55 |
|
|
|
• Xırdalan şəhərində sakinlər üçün təhlükəli vəziyyətdə olan qurumuş ağaclar götürülür
Dünən, 19:42 |
|
|
|
• Klinika direktoru arvadını sevgilisinə görə güllələyib - TƏFƏRRÜAT
Dünən, 14:01 |
|
|
|
• Simonyan arvadından boşandı
Dünən, 13:58 |
|
|
|
• ABŞ-da USAID və KİV-lər üçün ayrılan 9 milyard dollarlıq büdcə ləğv olundu - KİV
Dünən, 13:56 |
|
|
|
• Mənzil bazarını “qara qutular” idarə edir - “Ruhlar məhəllə”sinin sahibləri kimlərdir?
Dünən, 13:00 |
|
|
|
• Rektorla nazir üçün YENİ SUAL: Avtoş müəllimə məsələsi... - DƏLİXANADIR, VALLAH...
Dünən, 12:59 |
|
|
|
• Tanınmış sənətkarın qızı atasının doğum günündə ağladı - “Ən çox anam üçün ağırdır”
Dünən, 12:54 |
|
|
|
• UNEC-nin Dərbənd filialı məzunları hələ də DİPLOMSUZ QALIB - Nazirlə rektor arasında NƏ BAŞ VERİR?
Dünən, 12:50 |
|
|
|
• CIDIR DÜZÜ AYDINLIĞINDA AZMAN ALİM - AYDINLARA GÖZAYDINLIĞI...
Dünən, 12:39 |
|
|
|
• Bodrum tətilini yarımçıq qoyaraq Moskvaya döndü - FOOD CİTY-DƏ NƏLƏR GÖZLƏNİLİR?
Dünən, 12:37 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:33 |
|
|
|
• Kurs diplomu ilə işləyən bəzi mütəxəsislər özlərini peşəkar adlandırır - Ekspert danışır...
Dünən, 12:30 |
|
|
|
• Tacir aparıcıya ƏSƏBİLƏŞDİ: - “O, 20 manata toya gedən adamdır”
Dünən, 12:23 |
|
|
|
• Ermənistan yol ayrıcında: sağa getsə, ŞƏT, sola getsə... - “Nezavisimaya qazeta”
Dünən, 12:19 |
|
|
|
• Rusiya üçlü formatı bərpa edə biləcəkmi? - İNCƏLƏMƏ
Dünən, 12:14 |
|
|
|
• Kremldən Paşinyanın KTMT-dən çıxmaq istəyinə REAKSİYA
Dünən, 12:11 |
|
|
|
• Mironovdan Azərbaycan bayrağı ilə bağlı AÇIQLAMA
Dünən, 12:06 |
|
|
|
• “AzRose” şirkətinin rəhbəri “Azbadam”a təyin edildi - BUNDAN SONRA...
Dünən, 12:03 |
|
|
|
• Təchizatçı azlığı 2,5 milyon manatlıq tenderi yolda qoydu - DETALLAR
Dünən, 12:01 |
|
|
|
|