ABŞ Əfqanıstan prezidentini istefaya və hakimiyyəti “Taliban”a ötürməyə çağırıb
Tarix: 13-08-2021, 10:30 | Çap et
 ABŞ Əfqanıstan prezidenti Əşrəf Qanini istefa verməyə çağırıb. Ovqat.com xəbər verir ki, məlumat Qani hökumətinə yaxın qaynaqlar tərəfindən yayılıb. Regional mənbələrin iddiasına görə, Vaşinqtonun məqsədi “Taliban”la 6 aylıq atəşkəsə nail olmaq və onun rəhbərliyi altında keçid hökuməti qurmaqdır. Qeyd edək ki, “Taliban” Əfqanıstanın bir çox vilayətlərini ələ keçirə-keçirə paytaxt Kabilə yaxınlaşır. Bəzi proqnozlara inansaq, 3-4 gün ərzində Kabilin də “Taliban”ın əlinə keçmə ehtimalı var və Qani hökuməti dəfələrlə müraciət edərək hakimiyyətdən ona pay verməyə hazır olduğunu vurğulayıb. Öz gücünə həddindən çox arxayın olan “Taliban” isə Qani hökumətindən “sədəqə” almaq niyyətində deyil. Dünən ABŞ prezidenti Co Bayden açıqlama verərək Qani hökumətini “Taliban”la baş-başa buraxıb Amerika əsgərlərini Əfqanıstandan çıxarmaqdan peşman olmadığını bildirmişdi. O vurğulamışdı ki, son 20 il ərzində ABŞ Əfqanıstan ordusunun formalaşması və “Taliban”ın kökünü kəsmək 1 trilyon dollardan çox vəsait xərcləyib. Əfqan ordusunu ən müasir silahlarla təchiz edib. Əsgərlərin sayı da “Taliban”dan dəfələrlə çoxdur. Bundan sonra özləri öz mübarizələrini aparmaq iqtidarındadırlar və ABŞ uzaq başı əfqan ordusuna hava dəstəyi verə bilər. Bu gün Əfqanıstandan gələn xəbərlər Vaşinqtonun öz mövqeyini dəyişdiyini, “Taliban” reallığı ilə razılaşdığını və Qani hökuməti ilə üzülüşmək qərarına gəldiyini göstərir. Sözsüz ki, ABŞ-ın qərarını dəyişməsi təsadüfi deyil və bu, “Taliban” qüvvələrinin ölkə ərazisini ələ keçirməsinin sürətindən qaynaqlanır. Məlumatlara inansaq, “Taliban” bir sıra vilayətləri və şəhərləri ciddi müqavimətlə qarşılaşmadan ələ keçirir. Bəzi bölgələrdə ağsaqqallar araya girir və hökumət qüvvələrini silahı yer qoyub müqavimət belə göstərmədən postları “Taliban”a verməyə razı salırlar.
Yerli mənbələrdən alınan son məlumatlara görə, ABŞ-ın Qani hökumətini istefaya çağırması iddiaları yayılandan sonra “Taliban” Əfqanıstanın bütün əyalət mərkəzlərinə doğru irəliləməyə qərar verib. Artıq Paktiya, Xost, Logar, Vardak, Uruzgan, Bamyan, Faryab, Nangarhar, Nuristan və Kunar əyalət mərkəzləri mühasirə altındadır və “Taliban” qüvvələri səsgücləndirilər vasitəsilə yerli rəhbərləri təslim olmağa çağırırlar. Digər bir məlumata görə, “Taliban” əraziləri müharibəsiz təslim etmək üçün ölkənin bir çox bölgələrində yerli lider və qəbilələrlə danışıqlar aparır. Ən son məlumatlara görə, “Taliban” bu gecə Əfqanıstanın ən əhəmiyyətli şəhərlərindən olan Qəndəhar və Ləşkargahı ələ keçirib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyanın Kremlə “duz-çörək” xatırlatmasının sirri - Ermənistan qorxur, yoxsa...
Bu gün, 09:52 |
|
|
|
• Paşinyan bir həftəlik məzuniyyətə çıxıb
Bu gün, 09:41 |
|
|
|
• Hələ də bu şirkətə etibar edən varmı? - GİLEY
Bu gün, 09:40 |
|
|
|
• Sülh müqaviləsini paraflamaq: Bakı razı deyil - AKTUAL
Bu gün, 09:34 |
|
|
|
• Baş redaktor vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Bu gün, 09:32 |
|
|
|
• Dəhlizlə bağlı 4 ölkəni qarışdıran təklif – Qarabağ variantı işə düşə bilər
Bu gün, 09:30 |
|
|
|
• Moskva-Bakı gərginliyi: “BBC”nin dörd proqnozu - İNCƏLƏMƏ
Bu gün, 09:24 |
|
|
|
• Naxçıvanda nə haq var... nə də ədalət... - NARAZILIQ VAR...
Bu gün, 09:20 |
|
|
|
• “Qala Towers” MTK-da işçi həyatı dəyərsizdir... - FOTOFAKT
Bu gün, 09:17 |
|
|
|
• Suriya-İsrail toqquşması bizim işimizə yaramır... - AMMA...
Bu gün, 09:12 |
|
|
|
• NATO Azərbaycanda... ruslar əndişədə... - NƏ BAŞ VERİR?
Bu gün, 09:07 |
|
|
|
• Pirallahının icra başçısı Allahsızlığı ilə tanınır... - İTTİHAM VAR...
Bu gün, 09:03 |
|
|
|
• Bakı dayandı, Moskva davam edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:17 |
|
|
|
• Rusiyaya şok: Kalininqradın məhvi planı hazırdır - General
Bu gün, 07:03 |
|
|
|
• “Global STM” və “Aksaray” vətəndaşlardan pul toplayıb saxta qəbul sənədi verdi - Xaricdə təhsil FIRILDAĞI
Bu gün, 07:01 |
|
|
|
• Bura körpələri əmanət etmək olmaz - ÇÜNKİ...
Bu gün, 06:56 |
|
|
|
• Amerika Azərbaycanı rüsumla “vurur”? - BU NƏDİ BELƏ?
Bu gün, 06:51 |
|
|
|
• Balakən gömrüyünün rəisi necə OLİQARXA ÇEVRİLİB - İLGİNC FAKTLAR
Bu gün, 06:48 |
|
|
|
• Daha bir MTK gərgin yöndə irəliləyir
Bu gün, 06:40 |
|
|
|
• YAĞ MAFİYASI İŞ BAŞINDA... - Bəs nə yeyək?
Bu gün, 06:34 |
|
|
|
• Azərbaycan və Ermənistan əsgərləri EYNİ ORDUDA? - AÇIQLAMA
Bu gün, 06:31 |
|
|
|
• Bəs Paşinyan niyə Ermənistanda “KQB” arxivlərini açmır?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:28 |
|
|
|
• Paşinyan Qərbə sülh görüntüsü verir, amma... - Bakı real imza və icra tələb edir
Bu gün, 06:24 |
|
|
|
• Bakıda daha bir reper həbs olundu - BUNA GÖRƏ
Bu gün, 06:21 |
|
|
|
• Moskva Bakı üzərindən özünü “vurdu” – Ruslar buna qəzəblənəcək
Bu gün, 06:19 |
|
|
|
• Cənubi Qafqazda vəziyyəti izləyirik - ABŞ
Bu gün, 06:16 |
|
|
|
• "Atlant"ın sahibinin adı keçən cinayət işi: 90 min manatlıq mülki iddia qaldırıldı - TƏFƏRRÜAT
Bu gün, 06:14 |
|
|
|
• Suriya lideri Dəməşqi tərk edib - KİV
Bu gün, 06:12 |
|
|
|
• BDU-da şəhid övladları olan abituriyentlər üçün infotur keçirilib
Dünən, 19:55 |
|
|
|
• Xırdalan şəhərində sakinlər üçün təhlükəli vəziyyətdə olan qurumuş ağaclar götürülür
Dünən, 19:42 |
|
|
|
• Klinika direktoru arvadını sevgilisinə görə güllələyib - TƏFƏRRÜAT
Dünən, 14:01 |
|
|
|
• Simonyan arvadından boşandı
Dünən, 13:58 |
|
|
|
• ABŞ-da USAID və KİV-lər üçün ayrılan 9 milyard dollarlıq büdcə ləğv olundu - KİV
Dünən, 13:56 |
|
|
|
• Mənzil bazarını “qara qutular” idarə edir - “Ruhlar məhəllə”sinin sahibləri kimlərdir?
Dünən, 13:00 |
|
|
|
• Rektorla nazir üçün YENİ SUAL: Avtoş müəllimə məsələsi... - DƏLİXANADIR, VALLAH...
Dünən, 12:59 |
|
|
|
• Tanınmış sənətkarın qızı atasının doğum günündə ağladı - “Ən çox anam üçün ağırdır”
Dünən, 12:54 |
|
|
|
• UNEC-nin Dərbənd filialı məzunları hələ də DİPLOMSUZ QALIB - Nazirlə rektor arasında NƏ BAŞ VERİR?
Dünən, 12:50 |
|
|
|
• CIDIR DÜZÜ AYDINLIĞINDA AZMAN ALİM - AYDINLARA GÖZAYDINLIĞI...
Dünən, 12:39 |
|
|
|
• Bodrum tətilini yarımçıq qoyaraq Moskvaya döndü - FOOD CİTY-DƏ NƏLƏR GÖZLƏNİLİR?
Dünən, 12:37 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:33 |
|
|
|
• Kurs diplomu ilə işləyən bəzi mütəxəsislər özlərini peşəkar adlandırır - Ekspert danışır...
Dünən, 12:30 |
|
|
|
• Tacir aparıcıya ƏSƏBİLƏŞDİ: - “O, 20 manata toya gedən adamdır”
Dünən, 12:23 |
|
|
|
• Ermənistan yol ayrıcında: sağa getsə, ŞƏT, sola getsə... - “Nezavisimaya qazeta”
Dünən, 12:19 |
|
|
|
• Rusiya üçlü formatı bərpa edə biləcəkmi? - İNCƏLƏMƏ
Dünən, 12:14 |
|
|
|
• Kremldən Paşinyanın KTMT-dən çıxmaq istəyinə REAKSİYA
Dünən, 12:11 |
|
|
|
• Mironovdan Azərbaycan bayrağı ilə bağlı AÇIQLAMA
Dünən, 12:06 |
|
|
|
• “AzRose” şirkətinin rəhbəri “Azbadam”a təyin edildi - BUNDAN SONRA...
Dünən, 12:03 |
|
|
|
• Təchizatçı azlığı 2,5 milyon manatlıq tenderi yolda qoydu - DETALLAR
Dünən, 12:01 |
|
|
|
• “Bank Avrasiya”nın müştəriləri azalıb
Dünən, 11:58 |
|
|
|
• Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –“İnşaatçı 3” MMC nazirin özəl tərəfdaşı kimi…
Dünən, 11:56 |
|
|
|
|