Ermənistan daha bir türk ölkəsi ilə yollarını açır .....                     Təcili yardım maşınlarının təmiri 1 milyona başa gələcək .....                     Zaxarova Alla Puqaçovanı riyakar adlandırdı .....                     “Azərbaycan Sənaye Bankı”nın İdarə Heyətinə təyinat olub .....                     “Sea Breeze”ə yaxın daha bir şirkət təsis edilib .....                     Ter-Petrosyan Zəngəzur Nəqliyyat Qovşağı ifadəsindən istifadəni daha düzgün hesab edir .....                     "Bu cür bacarıqsız işçilərə “gözün üstə qaşın var” deyən olmur" .....                     Müdafiə Nazirliyindən iki şirkətə 2,8 milyon manatlıq sifariş .....                     "Buna ciddi ehtiyac var" .....                     Porno saytın təsisçisi həbs olundu .....                     Keçmiş arvadı barışmadığı üçün onu bıçaqlayan kişi HƏBS OLUNDU .....                     Eks-sevgilisindən Hidayətə ittihamlar: “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb” .....                     İmişlidə başçının adamı İTTİHAM OLUNUR .....                     Bu şirkətin 600 min borcu var: Rəhbərinə "stop" qoyuldu .....                     Şəmkirdə bir ayın əsgəri həyatını itirdi .....                     Kremlin Azərbaycandakı şəbəkəsi necə iflasa uğradı? .....                     “Məktəbin bir hissəsində məcburi köçkün 2 min toyuq saxlayır, aidiyyəti orqanlar isə susur” .....                     Agentlik peyin almaq üçün tender keçirib .....                     İcazəsiz klinikaların SONU: .....                     Hər iki ölkədə sülhə qarşı çıxanlar var .....                     Zəngəzur dəhlizi açılır: .....                     Bakı Sağlamlıq Mərkəzinin xalis mənfəəti 6 dəfədən çox azalıb .....                     Paşinyan hökuməti Moskva ilə körpüləri tam yandırmamağa çalışır .....                     Sənət adamları bu klublara azarkeşlik edirlər .....                     Ermənistan və NATO Cənubi Qafqazda təhlükəsizliyi müzakirə edib .....                     Dron hücumu ilə NATO-ya mesaj: .....                     Rus politoloq sarsaqladı .....                     Yusif Məmmədovun şok fırıldağı: İnsanları belə aldadır .....                     Rusiyada benzin sürətlə bahalaşır .....                     Daş-qaş içində "üzən" müğənnilər: Görməmişliyin sərhədi görünmür .....                     Deputat özünə yeni sayt yaratdı .....                     Suriyada Hizbullah üzvləri həbs olunub .....                     ƏSLİNDƏ HƏBSXANADA YATMALI OLAN BİR ŞƏXSƏ MEDAL NECƏ VƏ NİYƏ VERİLDİ? .....                     "Beş-on naşükür adama görə bütün köçkünlər haqqında mənfi rəy formalaşdırmasınlar!" .....                     Naxçıvanda əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan .....                     "Səmərəsiz qurum olan SOCAR xalqın pulunu niyə göyə sovurur?" .....                     Anar Babayev Konstitusiya Məhkəməsinin aparat rəhbəri TƏYİN EDİLDİ .....                     Deputatdan pensiya yaşının çox olması barədə etirazlara CAVAB: .....                     Ordubadda dövlət xidmətinə RÜŞVƏT İTTİHAMI... .....                     Paşinyanın adamı Azərbaycana gəldi .....                 

“O, PREZİDENT KİMİ BU İSLAHATLARI APARSA”...
Tarix: 26-01-2012, 12:55 | Çap et
“O, PREZİDENT KİMİ BU İSLAHATLARI APARSA”...

PARTİYA SƏDRİNDƏN PREZİDENTƏ MƏSLƏHƏTLƏR

BAXCP sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev В«Bizim YolВ» qəzetinə müsahibəsində Fransa Senatının qəbul etdiyi məlum qərarın Türkiyə-Azərbaycan münasibətlərinə təsiri, rəsmi Bakının hazırki mövqeyi, habelə ölkədə demokratik islahatların aparılması, siyasi institutların inkişaf perspektivləri barədə fikirlərini bölüşüb. Müsahibədə Türkiyənin Qarabağ müharibəsində Azərbaycana verdiyi dəstək geniş təhlil olunub və millət vəkili maraqlı faktlar səsləndirib. Müsahibəni təqdim edirik.

- Qüdrət bəy, əgər Fransanın Konstitusiya Məhkəməsi və prezident Sarkozi Senatın qərarını hələ təsdiqləməyibsə, Azərbaycan məsələyə emosional yanaşmırmı?
- Əslində Azərbaycan ictimaiyyəti emosional yanaşır, partiyalar, QHT-lər və mətbuat. Amma hökumət hələ soyuqqanlı davranır və bu davranışın da əsasları var.

- Əsaslar nədən ibarətdir?
- Birinci, Fransa Avropa Birliyinin siyasətini müəyyənləşdirən iki dövlətdən biridir və birincisidir. Azərbaycanın Fransa ilə münasibətlərinin korlanması həm də Avropa Birliyi ilə təmaslara təsir edərdi. İkinci, qənaətimə görə, hökumətdə əminlik yoxdur ki, Fransa vəmüəyyən mənada Avropa Birliyi ilə münasibətlərin pozulacağı təqdirdə bunu Türkiyə kompensasiya edə bilər.

- Belə bir fikri nəyə əsasən deyirsiniz?
- Bu fikrin formalaşmasında birinci Qarabağ savaşında Türkiyənin davranışları rol oynayıb. Bilirsiniz ki, bu gün Türkiyə dedikdə, Osmanlı İmperatorluğu, Nuru Paşa tərəfindən Bakının azad olunması xatırlanır. Ancaq görmüsünüzmü ki, Azərbaycan xalqı Qarabağ savaşında verdiyi dəstəyə görə Türkiyənin adını çəksin? Düzdür, Etibar Məmmədovun vasitəsilə istifadə müddəti bitən silahlar vermişdilər, başqa dəstək də olmuşdu, amma bu, yetərli deyildi. Mən Ankaranın Azərbaycana o zamanlar verdiyi dəstəyi Ermənistana verilən ərzaq dəstəyilə müqayisədə cüzi hesab edirəm.

- Türkiyə Ermənistana ərzaq dəstəyimi verib?
- Bəli, 1992-ci ildə Ermənistanda taxıl tükənəndə məhz Türkiyə onları təmin etdi. Məhz Türkiyənin o zamankı xarici işlər naziri Hikmət Çətin Kanal D-yə müsahibəsində bu barədə danışıb. Jurnalist səbəbləri soruşanda Hikmət Çətin bildirib ki, ona prezident Dəmirəl tapşırıq verəndən sonra Azərbaycan prezidenti Elçibəylə əlaqə saxlayıb. Elçibəy ona deyib ki, bu, bir insanlıq məsələsi olduğu üçün etiraz etmirlər. Elçibəy dünyasını dəyişdiyindən, indi heç kim belə razılıq alınıb-alınmadığını sübut edə bilməz. Söhbət ilkin olaraq 5 min ton taxıldan gedirdi, yəni Avropa Birliyi təmin edənə qədər Türkiyə Ermənistanı vəziyyətdən çıxırdı. Daha bir acı nümunə də Elçibəy Kələkidə olarkən onunla söhbətdə mənə məlum oldu. Bəy bir dəfə yox, dəfələrlə çox böyük ürəkağrısı ilə deyirdi ki, Kəlbəcərə işğal təhlükəsi yarananda onlar Xocalı hadisələrindən çox qorxduqları üçün analoji faciənin təkrarlanmasını istəmirdilər. Buna görə azı iki dəfə Dəmirəllə telefon əlaqəsi saxlayıb, birinci dəfə mülki helikopter istəyib ki,dinc əhalini çıxartsın. O, imtina edib və bunun Türkiyənin münaqişəyə qatılması kimi anlaşılacağı ilə izah edib. Halbuki, prezident humanitar məqsəd üçün mülki helikopter istəmişdi. Vəziyyətin gərginləşdiyini görəndə, bir daha zəng edib deyib ki, durum çox ağırdır, kömək etməlisiniz, istəyirsinizsə satın, ya da elə-belə verin. Ancaq Dəmirəl yenə qəti imtina edib...

- Bunlar dünən olub. Bəs bu gün Azərbaycan strateji müttəfiq olaraq Türkiyə ilə necə davranmalıdır?
- Düşünürəm ki, Azərbaycan prezidenti Türkiyənin baş naziri və prezidenti ilə müzakirələr aparmalıdır. Türkiyədən ciddi təminatlar almalıdır, yəni Azərbaycanla Fransanın münasibətləri pozulacağı təqdirdə, Paris Dağlıq Qarabağın müstəqilliyin tanıyarsa və atəşkəs pozularsa, Ankara necə davranacaq, bir sözlə bu itkini necə kompensasiya edəcək? Əgər Türkiyə ciddi təminatlar verərsə, rəsmi Bakı Ankara ilə birgə Parisə qarşı sanksiyalara qoşulmalıdır. Konkret olaraq, Fransanın Minsk Qrupu həmsədrliyindən uzaqlaşdırılması yönündə addımlar atmalıdır.

- Dediyiniz konkret addımlar bu gün atılmalıdır?
- Hesab edirəm ki, Fransanın həmsədrlikdən uzaqlaşdırılmasını rəsmi Bakı artıq gündəmə gətirməlidir.

- Ancaq Soçi görüşünün nəticəsi olaraq yayılan bəyanatda həm də rəsmi Bakının Fransanın həmsədrliyindən razılığı ifadə olunmuşdu.
- Dəfələrlə prezident və rəsmilər Minsk Qrupunun fəaliyyətindən narazılıqlarını dilə gətiriblər. Hesab etmirəm ki, Soçi bəyanatı Azərbaycanın bundan sonrakı addımlarının qarşısını ala bilər. Bu növbətçi bəyanatlardandır, hər bir görüşdən sonra bu tipli bəyanatlar verilir. Məni bu məsələdə başqa bir məqam narahat edir: bilirsiniz, Türkiyə Fransaya qarşı hansısa sanksiyaları tətbiq edəcəyi ilə bağlı çıxış etsə də, Ermənistana qarşı bu istiqamətdə bir açıqlama vermədi. Bəlkə də belə bir açıqlamanın təsiri daha böyük olardı.

- Amma Türkiyədə qeyri-qanuni 100 min erməni əmək miqrantının çıxarılması barədə fikirlər səsləndi...
- Xeyr, elə deyil. Mən neçə gündür Ərdoğanın çıxışlarını dinləyirəm, bu dediyiniz yoxdur. Əslində ilk gündən Ermənistana bu təzyiqlər olmalıydı ki, rəsmi İrəvan Parisə “sən bunu mənə görə edirsənsə, etmə” bəyanatını versin. Hamımız bilirik ki, Ermənistanın ayaq üstə dayanmasında Ankaranın çox böyük payı var. Bizi bəzən bu məsələni gündəmə gətirməyimizə görə qınayırlar da. Ancaq heç kim ötən ay Türkiyə-Ermənistan iş adamlarının İrəvanda toplantısını “xatırlamır”. Toplantıda Türkiyə İş Adamları Birliyinin rəhbəri gizlətmədən dedi ki, ticarət dövriyyəmiz ötən il üçün 300 milyon dollara çatıb. İrəvandan İstanbula hər gün təyyarə uçur və ermənilər çox sərbəst qardaş ölkəyə gedirlər. Bəzən onların qalma müddəti başa çatsa da, hökumət onları deportasiya etmir. Hətta baş nazir Ərdoğan bu faktı fəxrlə Avropa Şurasının tribunasında səsləndirdi.

- Türkiyəyə qarşı Avropadan bu səviyyədə hücumun alt qatları varmı?гЂЂ
- Türkiyə iki məsələdə beynəlxalq aləmdə ciddi qıcıq doğurub, həm İsrailə münasibətdə, həm də xarici işlər naziri Əhməd Davudoğlunun “yeni Osmanlı” siyasətində. Dünyada ona görə narahatçılıq yarandı ki, türklər vaxtilə ən uzunömürlü imperiya qurub və hamı türklərin potensialına bələddir. Eyni zamanda Ərdoğanın iddialı çıxışları həm ABŞ-da, həm də Avropada ciddi qıcıq doğururdu. Fikir verin, Böyük Britaniyanın baş naziri və Fransa prezidentinin Liviya səfərindən bir gün sonra Ərdoğan bu ölkəyə gedir. Bu, prosesdə gizlədilməyən rəqabətin olduğunu göstərir. Ona görə düşünmürəm ki, Senatın qərarı seçki öncəsi addımdır, baxmayaraq ki, Türkiyə siyasətçiləri, hətta В«EuronyusВ» kanalı da diqqəti bu məqama yönəldirlər. Bu baxımdan Türkiyə hədəfə götürülməsinin təməlində daha qlobal siyasətin dayandığını deməliydi. Baxın, İsrail soyqırımla bağlı qanunu qəbul etmədi, amma yəhudi diasporu Türkiyəyə qarşı güclü işə başlayıb. Bu, özünü Avropada göstərir. Bütün hallarda Türkiyəyə qarşı zərbələr AKP-nin yürütdüyü xarici siyasətlə bağlıdır. Düzdür, qardaş ölkə“Böyük 20-liyin”, NATO-nun üzvüdür, amma bunlar aktiv xarici siyasət aparmaq üçün yetərli deyildir. Yəni Ankara iqtisadiyyatını gücləndirməli, ancaq xarici siyasətdə ehtiyatlı olmalıydı.

- Qayıdaq Fransanın həmsədrliyindən imtina məsələsinin gündəmə gətirməyimizə. Bəlkə bununla Rusiyanın bölgədə imkanları genişlənir?
- Fransa həmsədr olanda məsələ belə qoyulmuşdu ki, bu ölkə Avropa Birliyinin təmsilçisi rolunda çıxış edəcək. Bu təmsilçilik dəyişdirilməlidir və artıq məsələ belə qoyulmalıdır: ABŞ, Rusiya və Avropa Birliyi. Avropa Birliyini Minsk Qrupunda kimin təmsil edəcəyinə gəlincə, birlikdə həmsədrlər dəyişdiyi halda birliyin prezidenti bir nəfəri təyin edəcək. Azərbaycan rəhbərliyinin hələ bu məsələdə ciddi addımlar atmamasının səbəblərini açıqladım, yəni rəsmi Bakı bu itkinin Türkiyə tərəfindən yerinin doldurulacağına inanmır. Hakimiyyət hesab edir ki, belə bir addım atsa, özünü çətin duruma sala bilər. Onsuz da durumumuz çətindir, bir tərəfdən İran kifayət qədər aqressivləşib. Hazırda Tehran Azərbaycana müdaxilə üçün zəmin hazırlayır. Fikir verirsinizsə, İran münasibətləri məqsədyönlü şəkildə gərginləşdirir. Və Prezident Administrasiyasının rəsmisi Əli Həsənovun İrana səfərinin nəticə verməməsi də bununla bağlı olub. İran münasibətləri qəsdən gərginləşdirir, məsələn, əhali arasında Azərbaycanda islama qarşı təhlükənin olması fikrini yaradır, bununla hərbi müdaxilə edib qaz-neft kəmərlərini sıradan çıxartmaq niyyətini güdür. Bunu o zaman Xamneyi də demişdi. Məqsəd odur ki, İrana hərbi müdaxilə olsa, iqtisadi baxımdan Avropa Birliyinə zərər vurmaq üçün Azərbaycan hədəfə alına bilər.

- Türkiyə, İran, Rusiya ilə münasibətlər yaxşı deyil, ABŞ-ın da tələbləri məlumdur. Geopöolitik baxımdan çətin durumda olan Azərbaycan hansı addımlar atmalıdır?
- Çıxış yolu odur ki, daxili resurslara güvənib demokratik, sivil ölkə qurmalı və beynəlxalq birliyin rəğbətini qazanmalıyıq. Azərbaycan ABŞ-la ciddi iş aparmalıdır. Mən əminəm ki, Fransa Senatı bəlkə də məlum qanunu ABŞ-ın tövsiyəsi ilə qəbul edib. Görünən budur ki, Sarkozi bir çox təlimatları ABŞ-dan alır.

- Siz Fransanın daxili siyasətinin rolunu qəbul etmirsiniz?
- Bu, çox az təsir edib. Əgər Sarkozi bilsəydi ki, qanunun qəbulu Amerika tərəfindən çox pis qarşılanacaq, razılaşmazdı. O cümlədən, daxildən verilən dəstəyin müqabilində Amerikanın verəcəyi dəstəkdən məhrum olacağını göz önünə gətirsəydi, bu addımı atmazdı. Çünki ABŞ-ın dəstəyi daxildəki 600 minlik erməni seçicisinin dəstəyindən çox önəmlidir. Azərbaycan ABŞ-la münasibətlərdə qıcıq doğura biləcək addımlardan çəkinməyə çalışmalıdır. ABŞ-ın Azərbaycandan istədikləri var, məsələn, demokratiyanın genişləndirilməsi, siyasi məhbusların azad olunması.

- Buna getməyə hökumətdə siyasi iradə görürsünüzmü?
- Hökumətin içərisində kifayət qədər ağıllı insanlar var. Onlar da anlayır ki, Azərbaycan proseslərdən geri qalmamalıdır, ən azı Rusiya ilə paralel olaraq müəyyən islahatları aparmalıdır. Artıq Rusiyanın özündə demokratikləşmə prosesi başlayıb. Rusiyanın demokratikləşməsi genişlənərsə, istər-istəməz Azərbaycana öz təsirini göstərəcək.

- İslahatların vacibliyini vurğuladınız, prezident İlham Əliyev 10 ilə yaxındır hakimiyyətdədir, hansı islahatları qeyd etmək olar?
- Hesab edirəm ki, islahatların aparılması üçün artıq iqtisadi baza yaradılıb. İlham Əliyevin bir fikrini xatırlatmaq istəyirəm, bunu vaxtilə siyasətşünaslar da deyiblər: “Kasıb ölkədə demokratiya qurmaq çətindir”. Azərbaycanın neft müqavilələri ölkəyə kifayət qədər gəlir gətirir, nə qədər təzyiqlər də olsa üçüncü sektor və imkanları məhdud olsa da partiyalar formalaşıb. Bu gün partiyalar 20 il əvvəlki müqayisədə bir-birinə münasibətdə daha dözümlü və əməkdaşlığa daha meyllidirlər. Partiyalar ölkənin demokratikləşməsi üçün nələrin gərək olduğunu daha yaxşı bilirlər. Etiraf edək ki, bir baza yaranıb və siyasi islahatları bunun üzərində aparmaq olar. Artıq zaman yetişib və hesab edirəm ki, bu islahatları da qansız-qadasız aparmaq gücündə olan bir lider İlham Əliyevdir. O, prezident kimi bu islahatları aparsa, Azərbaycan tarixinə adını “qızıl hərflər”lə yazacaq, həm də ölkəni qansız yeni mərhələyə keçirəcək. İndiyə qədər üç respublika olub-ADR, Azərbaycan SSR və 1991-ci ildə yaranan respublika. Hesab edirəm ki, İlham Əliyevin dördüncü respublikanı qurmaq şansı var. Xüsusilə də parlamentin rolunu genişləndirmək və hökuməti seçkilərdə qalib gəlmiş partiyanın qurması istiqamətində Konstitusiya islahatları aparmaqla bu mümkündür. Kim bunu edəcəksə, Azərbaycan tarixinə öz adını əbədi yazacaq. Bu həm də Qarabağ probleminin həllini asanlaşdıracaq. Ancaq mən o fikirdən uzağam ki, demokratiyanı genişləndirsək, qanunun aliliyini təmin edə bilsək, Qarabağı elə asanlıqla ala biləcəyik. Qarabağı müharibəsiz ala bilməyəcəyik. Ən azı Qarabağ ətrafındakı rayonları erməni işğalçılarından təmizləməliyik ki, Ermənistan konstruktiv mövqe nümayişinə məcbur olsun. Azərbaycanın hazırda Ermənistana əlavə təzyiq imkanları yoxdur. Belədirsə Ermənistanın güzəştə gedəcəyini gözləmək sadəlövhlükdür. Müharibəyə başlamaq üçün daxildə milli birliyə nail olmaq lazımdır. İkinci, qısa müddətdə peşəkar ordu yaradılmalıdır, torpaqlarımızı azad etmək üçün 60 minlik peşəkar ordu yetərlidir. Baxın, 5 min liviyalı qiyamçının görə bilmədiyi işi 30-40 nəfərlik Britaniyalı desantı edə bildi. Bu 1 peşəkar hərbçinin 100 hazırlıqsız əsgərə bərabər olduğunu göstərir.

- Ancaq bəzi YAP-çılar iddia edir ki, peşəkar ordu yaradılsa, dövlət çevrilişləri tez-tez olar.
- Ədalətsiz cəmiyyətlərdə dövlət çevrilişləri tez-tez olur. Hesab edirəm ki, islahatlar paralel aparılmalı, xüsusən xarici siyasətdə Türkiyə ilə ciddi işləməliyik. Təkcə “qardaş millətik” söyləmək yetərli deyil.

Natiq CAVADLI










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan daha bir türk ölkəsi ilə yollarını açır
Dünən, 18:12
Təcili yardım maşınlarının təmiri 1 milyona başa gələcək
Dünən, 18:06
Zaxarova Alla Puqaçovanı riyakar adlandırdı
Dünən, 18:04
“Azərbaycan Sənaye Bankı”nın İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:59
“Sea Breeze”ə yaxın daha bir şirkət təsis edilib
Dünən, 17:57
Ter-Petrosyan Zəngəzur Nəqliyyat Qovşağı ifadəsindən istifadəni daha düzgün hesab edir
Dünən, 17:51
"Bu cür bacarıqsız işçilərə “gözün üstə qaşın var” deyən olmur" - ETİRAZ VAR...
Dünən, 17:48
Müdafiə Nazirliyindən iki şirkətə 2,8 milyon manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 17:41
"Buna ciddi ehtiyac var" - Ekspert danışır...
Dünən, 17:37
Porno saytın təsisçisi həbs olundu
Dünən, 17:19
Keçmiş arvadı barışmadığı üçün onu bıçaqlayan kişi HƏBS OLUNDU - TƏFƏRRÜAT
Dünən, 17:13
Eks-sevgilisindən Hidayətə ittihamlar: “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb” - FOTOLAR
Dünən, 17:02
İmişlidə başçının adamı İTTİHAM OLUNUR - "Biabırçı vəziyyətdir..."
Dünən, 16:58
Bu şirkətin 600 min borcu var: Rəhbərinə "stop" qoyuldu - TƏFƏRRÜAT
Dünən, 16:49
Şəmkirdə bir ayın əsgəri həyatını itirdi
Dünən, 16:34
Kremlin Azərbaycandakı şəbəkəsi necə iflasa uğradı? - ŞOK FAKTLAR
Dünən, 16:18
“Məktəbin bir hissəsində məcburi köçkün 2 min toyuq saxlayır, aidiyyəti orqanlar isə susur” - deputat
Dünən, 16:16
Agentlik peyin almaq üçün tender keçirib - ALLAH BAZAR VERSİN...
Dünən, 16:09
İcazəsiz klinikaların SONU: - “Biri əməliyyatxanada ad günü qeyd edir, digəri isə...”
Dünən, 16:07
Hər iki ölkədə sülhə qarşı çıxanlar var - ŞƏRH
Dünən, 16:04
Zəngəzur dəhlizi açılır: - Bakı və Vaşinqton “ikinci yola” çıxır
Dünən, 15:57
Bakı Sağlamlıq Mərkəzinin xalis mənfəəti 6 dəfədən çox azalıb - HESABAT
Dünən, 15:49
Paşinyan hökuməti Moskva ilə körpüləri tam yandırmamağa çalışır - ONA GÖRƏ DƏ...
Dünən, 15:45
Sənət adamları bu klublara azarkeşlik edirlər - SİYAHI
Dünən, 15:42
Ermənistan və NATO Cənubi Qafqazda təhlükəsizliyi müzakirə edib - KİV
Dünən, 15:40
Dron hücumu ilə NATO-ya mesaj: - cəzasızlıq Moskvanı cəsarətləndirir
Dünən, 15:38
Rus politoloq sarsaqladı – Azərbaycanın gücünü görməməzliyə vurmaq cəhdləri
Dünən, 15:33
Yusif Məmmədovun şok fırıldağı: İnsanları belə aldadır - DİQQƏT!
Dünən, 15:13
Rusiyada benzin sürətlə bahalaşır – Azərbaycanda da qiymətlər arta bilərmi?
Dünən, 15:07
Daş-qaş içində "üzən" müğənnilər: Görməmişliyin sərhədi görünmür - Ekspert
Dünən, 15:00
Deputat özünə yeni sayt yaratdı - FOTO
Dünən, 14:58
Suriyada Hizbullah üzvləri həbs olunub - Dəməşqdən Tel-Əvivə JEST?
Dünən, 14:55
ƏSLİNDƏ HƏBSXANADA YATMALI OLAN BİR ŞƏXSƏ MEDAL NECƏ VƏ NİYƏ VERİLDİ? - İLGİNC
Dünən, 13:36
"Beş-on naşükür adama görə bütün köçkünlər haqqında mənfi rəy formalaşdırmasınlar!" - ETİRAZ
Dünən, 13:19
Naxçıvanda əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan komandir və xidmət rəisi azadlığa buraxılıb
Dünən, 13:16
"Səmərəsiz qurum olan SOCAR xalqın pulunu niyə göyə sovurur?" - İndi bilindi ki, neftçilərin maaşları niyə qalxmır...
Dünən, 13:08
Anar Babayev Konstitusiya Məhkəməsinin aparat rəhbəri TƏYİN EDİLDİ - BUNDAN SONRA...
Dünən, 13:01
Deputatdan pensiya yaşının çox olması barədə etirazlara CAVAB: - “Pessimist notlara köklənməməliyik ki, insanlar tez vəfat edirlər”
Dünən, 12:58
Ordubadda dövlət xidmətinə RÜŞVƏT İTTİHAMI... - "Əsgərlikdən yayındırırlar..."
Dünən, 12:45
Paşinyanın adamı Azərbaycana gəldi – Mustafayev isə Zəngəzura…
Dünən, 12:31
Azərbaycandan ucuz benzin alacağıq, Bakıda erməni malları satılacaq - Simonyan
Dünən, 12:22
Dövlətin strateji obyekti Azercell-ə verilir - İDDİA
Dünən, 12:12
907-ci düzəliş birdəfəlik ləğv edilməlidir - ÇAĞIRIŞ
Dünən, 12:00
Gömrükçülərin düşdüyü qəzaya görə sürücü həbs edildi - Bir nəfər ölmüşdü
Dünən, 11:59
Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür - NARAZILIQ VAR...
Dünən, 11:56
Sülh müqaviləsinə sayılı günlər qaldı - İNCƏLƏMƏ
Dünən, 11:52
Xaçmaz xəstəxanasında FACİƏ – 45 yaşlı kişi antibiotikdən sonra həyatını itirib
Dünən, 11:47
"Atlas Medical"da qanunsuzluq: İxtisasa uyğun olmayan fəaliyyət, səhv müalicə... - TƏFƏRRÜAT
Dünən, 11:46
Ermənistanda sülhü dəstəkləyənlərin sayı artır - AMMA...
Dünən, 11:44
“Azərsun” çirkaba batmış duzu bizə yedizdirir - Masazır gölünə qarışan KANALİZASİYA
Dünən, 11:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru