Yüzlərlə sakinin məsələsi AYNA-nın ümidinə qalıb... - AXI NİYƏ?
Tarix: 7-11-2023, 10:25 | Çap et
 Binə qəsəbəsində "Hövsan yolu" adlanan yolun ətrafında yaşayan sakinlərin həyatı təhlükə qarşısında qalıb. Bu barədə Sputnik Azərbaycan-a qəsəbə sakinləri şikayət ediblər. Onların sözlərinə görə, yolun hər iki tərəfində yaşayış evləri olsa da, yolda sürəti tənzimləyən lövhələr və digər zəruri yol nişanları qoyulmayıb. Onlar yaşadıqları ərazidəki küçələrə ad verilmədiyindən rəsmi şəkildə heç bir quruma şikayət edə bilmədiklərindən gileylənirlər. Sakinlər bildiriblər ki, yolda avtomobillər sürətlə hərəkət etdiyindən, piyadavurma hadisələri də tez-tez baş verir. Bundan əlavə yolun heç bir yerində piyada keçidi də quraşdırılmayıb. "Bizim küçəmizə nə ad verilir, nədəki piyada keçidi, yol nişanları quraşdırılır. Buranı camaat "Hövsan yolu", "Gürcüstanlılar məhləsi", "Bağça yolu" kimi tanıyır. Ərazidə evlərin tikilməsinə icazə verilib, amma küçələrə ad verilmir. Yolu asfaltlayandan sonra avtomobillər sürətlə hərəkət edir. Avtomobillər 110-120 sürətlə sürürlər. Yaşayış olan ərazidən keçən bu yolda dəfələrlə döngələrdə qəza hadisələri, piyadavurmalar olub. Amma yenə də yolda sürəti tənzimləyən yol nişanı yoxdur. Heç yola piyada zolağı belə çəkməyiblər. Bu uzunluqda yolu camaat necə gəldi keçir. Bir sözlə, həyatımız təhlükədədir" - sakinlər bildiriblər.
Xəzər Rayon İcra Hakimiyyətinin Binə Qəsəbə İcra Nümayəndəliyindən isə Sputnik Azərbaycan-a bildirilib ki, hələlik sözügedən ərazidə torpaqların hansı rayona aid olması mübahisəlidir. Çünki, bu ərazidə torpaqların bir hissəsi Abşeronun köhnə Südçülük sovxozuna, bir hissəsi Suraxanı rayonunun Hövsan qəsəbəsinə, bir hissəsi isə Xəzər rayonuna düşür. İcra nümayəndəliyindən o da bildirilib ki, ərazidə evlərin çoxu qanunsuz tikili olduğundan, küçələrə ad verilməyib. Amma portalda həmin küçələr nömrələnib. Nümayəndəlikdən yola yol nişanlarının qoyulması, eləcə də sürətin tənzimlənməsi üçün aidiyyatı qurumlara müraciət edildiyi də bildirilib. Sakinlər isə torpaq sərəncamlarında ərazinin Xəzər rayonu Binə qəsəbəsi olduğunun göstərildiyini söyləyiblər. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli Sputnik Azərbaycan-a bildirib ki, Bakı şəhəri ərazisində yol nişanlarının qoyulması Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) səlahiyyətindədir. Yaşayış massivlərindəki yollarda sürət həddini məhdudlaşdıran nişan yoxdursa, belə yollarda maksimal hərəkət sürəti saatda 60 km-dir. Bu isə "Yol Hərəkəti Haqqında" qanunun 50-ci maddəsinin tələbidir. Əsgərli ətraf qəsəbələrdə əsas yollarda sürət həddini tənzimləyən yol nişanlarının qoyulmasının, piyada zolaqlarının çəkilməsinin ciddi problem olduğunu da söyləyib. Bildirib ki, belə müraciət olduqca, onlar bunu AYNA-a yönəldirlər. AYNA-dan isə Sputnik Azərbaycan-a problemin araşdırılacağını bildiriblər. //Sputnik Azərbaycan// Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Bu gün, 13:06 |
|
|
|
| • Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Bu gün, 13:00 |
|
|
|
| • Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Bu gün, 12:58 |
|
|
|
| • Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Bu gün, 12:52 |
|
|
|
| • "Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Bu gün, 12:50 |
|
|
|
| • Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Bu gün, 12:48 |
|
|
|
| • Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Bu gün, 12:45 |
|
|
|
| • Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36 |
|
|
|
| • Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:29 |
|
|
|
| • Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20 |
|
|
|
| • Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i
Bu gün, 12:14 |
|
|
|
| • “PashaPay” ölkənin ən iri ekosistemində pay alıb
Bu gün, 12:10 |
|
|
|
| • Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb - FOTO
Bu gün, 12:03 |
|
|
|
| • Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 11:55 |
|
|
|
| • 200 manat ver və uşağı döy... - ŞƏRH
Bu gün, 11:51 |
|
|
|
| • Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:49 |
|
|
|
| • “Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb
Bu gün, 11:38 |
|
|
|
| • “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 11:37 |
|
|
|
| • Naxçıvan deputatlarının maaşları artırıldı - 7 min manatdan 15 min manata qədər
Bu gün, 11:35 |
|
|
|
| • Xameneinin ciddi zədələri var – Əməliyyata ehtiyacı ola bilər
Bu gün, 11:30 |
|
|
|
| • Mağaza sahibini döyən şəxs: - “Nisyə ərzaq almaq istədim, lakin o, məni təhqir etdi”
Bu gün, 11:23 |
|
|
|
| • Vüsalə Əlizadə vətəndaşı təhqir edib? – Aparıcıdan polisə şikayət edildi
Bu gün, 11:21 |
|
|
|
| • MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub
Bu gün, 11:15 |
|
|
|
| • "Təcili yardım"ın rəhbəri vəzifəsi bu şəxsə həvalə edildi - BUNDAN SONRA...
Bu gün, 11:14 |
|
|
|
| • Cəfərquliyev restoranda DAVA SALDI VƏ... - TƏFƏRRÜAT
Bu gün, 11:08 |
|
|
|
| • Məktəb direktoru: Valideynlərdən bizə təzyiq var, problemin əsası ailədədir - MÜSAHİBƏ
Bu gün, 11:04 |
|
|
|
| • Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 10:58 |
|
|
|
| • Bakıda daha bir məktəbdə İNSİDENT: Şagirdlər məktəblini təhdid etdi -VİDEO
Bu gün, 10:52 |
|
|
|
| • Ermənistan daxilində siyasi hesablar sülhü yubadır - ŞƏRH
Bu gün, 10:49 |
|
|
|
| • Seçiləri onlarla ONLAYN görüşən Siyavuş Novruzovu BOYKOT ETDİLƏR: “Bizə belə deputat lazım deyil” - "Bu, sadəcə camaatı aldatmaq, işləyirmiş kimi görüntü yaratmaqdır..."
Bu gün, 10:43 |
|
|
|
| • Ermənistan Türkiyənin düşmənləri ilə hərbi ittifaq qurur - SÜLHƏ BELƏ GEDİRLƏR?
Bu gün, 10:39 |
|
|
|
| • İki ayağı olmayan qazi baş həkimdən Prezidentə GİLEYLƏNDİ - "İmkan vermir ki..."
Bu gün, 10:32 |
|
|
|
| • Şəmkirdə su istifadəçilərinin başına CORAB HÖRÜLÜR... - İLGİNC FAKTLAR
Bu gün, 10:25 |
|
|
|
| • Həbsdən çıxan tanınmış cərrahdan Prezidentə müraciət – “Məhkəmə tam qanunsuz qərar qəbul etdi”
Bu gün, 10:10 |
|
|
|
| • Azərbaycanda toylarla bağlı qadağalar gəlir? - AKTUAL
Bu gün, 10:08 |
|
|
|
| • “Bolt” şirkətinin ofisində sürücülər arasında dava - MƏHKƏMƏ
Bu gün, 10:05 |
|
|
|
| • Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt - MƏQALƏ
Bu gün, 10:01 |
|
|
|
| • Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir - FOTO
Bu gün, 09:59 |
|
|
|
| • Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib
Bu gün, 09:54 |
|
|
|
| • Bakıda dələduzluğa görə həbsdə olmuş eks-müəllim yenidən amnistiyaya düşdü - DETALLAR
Bu gün, 09:52 |
|
|
|
| • Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur - Paşinyan belə deyir...
Bu gün, 09:49 |
|
|
|
| • TƏBİB-də kimlər getdi, kimlər qaldı? – Bakı xəstəxanalarının tam siyahısı
Bu gün, 09:48 |
|
|
|
| • Azərbaycanlı iş adamları hədəfdə - indi də Ağalarov...
Bu gün, 09:43 |
|
|
|
| • Rusiyada saxta sürücülük vəsiqəsi əldə edən azərbaycanlı Bakıda cinayət məsuliyyətinə cəlb olundu - TƏFƏRRÜAT
Bu gün, 09:32 |
|
|
|
| • "Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 09:30 |
|
|
|
| • Hansı xəstəxanaya gedirsən, hamı cibinə və əlinə baxır... - FAKT BUDUR!
Bu gün, 09:28 |
|
|
|
| • Müxalifət partiyaları QIŞDAN necə çıxdı? - SORĞU
Bu gün, 08:21 |
|
|
|
| • Miras mübahisəsi gündəm yaratdı – “Onu təhqir etmirəm, sadəcə…”
Bu gün, 08:19 |
|
|
|
| • Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir - KİV
Bu gün, 08:17 |
|
|
|
| • ABŞ Prezidenti Böyük Britaniyanı hədələyib
Bu gün, 07:33 |
|
|
|
|