Fermerlər çətin durumda: Məcnun müəllim adaptə olana qədər... - NƏ ETMƏLİ?
Tarix: 26-10-2023, 09:20 | Çap et
 Astara rayonunun Ərçivan qəsəbə sakini, sahibkar Rafiq Cəfərovun meyvə bağlarında məhsul yığımıdır. Feyxoa bağında məhsul yığan qadınlardan biri deyir ki, onlar günəmuzd işləyirlər: "Hər birimizin əkin sahələrimiz var. Amma öz torpaqlarımızı əkə bilmirik. Pulumuz yoxdur. Ona görə də gəlib burda günə 15-20 manata işləyirik. Üzü qışa gedir, ölkədə bahalaşma var. Amma bu pulla ev tikmək, uşaq oxutdurmaq, yaxşı yaşamaq mümkün deyil. Halbuki sahibkar çalışır ki, bizi razı salsın. Yaxşı ki, bu iş var. Qəsəbədə işsizlikdir".
"Biz təbiətin əlinə baxırıq" Meyvə qablaşdırılandan sonra sifarişçiyə verilir. Sahibkar R.Cəfərov problemlərdən danışır: "Tam olaraq keçmişəm kənd təsərrüfatına. Kənd təsərrüfatında işləyənlərə ilişmirlər. Feyxoa, naringi, kinkan, alma və digər meyvə bağlarım var. Ümumi sahə 5.5 hektardır. Bu il naringi və feyxoa məhsulları azdır. Çiçək açan ərəfədə güclü yağış yağdı, məhsuldarlıq aşağı düşdü. Biz təbiətin əlinə baxırıq. Keçən il feyxoanın 1 kiloqramı 30-40, naringi 50 qəpiyə idi. Bu il isə feyxoanın 1 kiloqramı 1 manata, naringi 1 manat 50 qəpiyədir. Hələ ki, alıcı var".
"Təkcə çəltikdə 10 min manat itirdim" Onun deməsinə görə, Azərbaycanın düyüyə ehtiyacı var və satışda problem olmur. Ona görə də bu il çəltik də əkib: "Bu il 3 hektarda da çəltik əkmişəm. Yağış oldu, məhsul gec yığıldı. Məhsulu toplamaq üçün də texnika vaxtında olmadı, məhsulun 60 faizi itkiyə getdi. Təkcə çəltikdə 10 min manat itirdim".
Sahibkarın sözlərinə görə, texnikaları vaxtında əldə etmək olmur: "İri şirkətlərin, fermerlərin texnikaları, hər təminatları var. Kiçik sahibkarların buna imkanı yoxdur. Çəltik yığımına az qalmış texnikalar hazır olmalıdır. Amma müraciət edəndə deyirlər ki, texnika nasazdır. Rayonda kənd təsərrüfatı idarəsinin möhtəşəm binası var, amma dəstək görmürük".
"Kredit verilməsində problem..." R.Cəfərov hesab edir ki, kəndlərdə yaşayanlara ciddi dəstək olsa, Bakıya və xarici ölkələrə axın dayanar. Onun vurğulamasına görə, SSRİ dönəmində respublikanın ən böyük tərəvəz istehsal edən sovxozlarından biri də Ərçivan qəsəbəsində olub: "Sovxoz ildə 10 min tona yaxın kənd təsərrüfatı məhsulu istehsal edərdi. Sovxozların özlərinin kənd təsərrüfatı texnikası olardı. Texnika əllərin altında olub, çünki kənd təsərrüfatında işlər hava şəraiti ilə bağlıdır. Görürsən ki, iki saat yağış yağır, günün ikinci yarısında hava əlverişli olur. Onda texnikanı çıxardıb işlədirsən".
Sahibkar torpaqla işləyənlərə kreditin verilməsində də problemin olduğunu deyir. Onun sözlərinə görə, kredit üçün bir qalaq sənəd istəyirlər: "Beş-altı il bundan əvvəl 150 min manat kredit götürmüşdüm. Əvəzində 350 min manat ödədim. Kredit ABŞ dolları ilə idi. Manat ucuzlaşdı, çox pul ödəməli oldum. Qabağa düşmək əvəzinə ziyana düşdüm. Gözüm qorxub. Risklidir. Həm də vaxt aparır. Subsidiya alıram, gübrələrin, dərmanların alınmasında güzəştlər var. Bundan narazılığım yoxdur".
O belə hesab edir ki, torpaq sahiblərinin problemlərinə diqqət vermək vacibdir: "Qarşılaşdığım problemlərlə bağlı müxtəlif instansiyalara onlarla məktub yazmışam. Heç birisi reaksiya vermir. Biz aqrar ölkəyik, aqrar rayonda yaşayırıq. Kəndlinin işi məhsul yetişdirməkdir, bazar deyil. Bazarı müvafiq qurumlar tənzimləməlidir. İndi sitrus meyvələrimiz Ukraynaya, Polşaya gedir. Keçən il də qazancım o qədər də böyük deyildi. Amma zərər etmədim. Amma bu il mənim üçün uğurlu olmadı...".
İH: "Sahibkarlara həmişə yüksək diqqət var" Sahibkarın şikayətləri ilə bağlı Astara rayon Kənd Təsərrüfatı İdarəsi ilə danışmaq mümkün olmadı. Amma Astara rayon İcra Hakimiyyətindən (İH) qısaca bildirdilər ki, rayonda sahibkarlara həmişə yüksək diqqət var.
AzadlıqRadiosu


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Bu gün, 14:09 |
|
|
|
| • ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Bu gün, 14:06 |
|
|
|
| • Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Bu gün, 14:04 |
|
|
|
| • “Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Bu gün, 14:01 |
|
|
|
| • 9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Bu gün, 13:10 |
|
|
|
| • Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Bu gün, 13:06 |
|
|
|
| • Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Bu gün, 13:00 |
|
|
|
| • Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Bu gün, 12:58 |
|
|
|
| • Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Bu gün, 12:52 |
|
|
|
| • "Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Bu gün, 12:50 |
|
|
|
| • Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Bu gün, 12:48 |
|
|
|
| • Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Bu gün, 12:45 |
|
|
|
| • Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36 |
|
|
|
| • Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:29 |
|
|
|
| • Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20 |
|
|
|
| • Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i
Bu gün, 12:14 |
|
|
|
| • “PashaPay” ölkənin ən iri ekosistemində pay alıb
Bu gün, 12:10 |
|
|
|
| • Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb - FOTO
Bu gün, 12:03 |
|
|
|
| • Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 11:55 |
|
|
|
| • 200 manat ver və uşağı döy... - ŞƏRH
Bu gün, 11:51 |
|
|
|
| • Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:49 |
|
|
|
| • “Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb
Bu gün, 11:38 |
|
|
|
| • “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 11:37 |
|
|
|
| • Naxçıvan deputatlarının maaşları artırıldı - 7 min manatdan 15 min manata qədər
Bu gün, 11:35 |
|
|
|
| • Xameneinin ciddi zədələri var – Əməliyyata ehtiyacı ola bilər
Bu gün, 11:30 |
|
|
|
| • Mağaza sahibini döyən şəxs: - “Nisyə ərzaq almaq istədim, lakin o, məni təhqir etdi”
Bu gün, 11:23 |
|
|
|
| • Vüsalə Əlizadə vətəndaşı təhqir edib? – Aparıcıdan polisə şikayət edildi
Bu gün, 11:21 |
|
|
|
| • MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub
Bu gün, 11:15 |
|
|
|
| • "Təcili yardım"ın rəhbəri vəzifəsi bu şəxsə həvalə edildi - BUNDAN SONRA...
Bu gün, 11:14 |
|
|
|
| • Cəfərquliyev restoranda DAVA SALDI VƏ... - TƏFƏRRÜAT
Bu gün, 11:08 |
|
|
|
| • Məktəb direktoru: Valideynlərdən bizə təzyiq var, problemin əsası ailədədir - MÜSAHİBƏ
Bu gün, 11:04 |
|
|
|
| • Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 10:58 |
|
|
|
| • Bakıda daha bir məktəbdə İNSİDENT: Şagirdlər məktəblini təhdid etdi -VİDEO
Bu gün, 10:52 |
|
|
|
| • Ermənistan daxilində siyasi hesablar sülhü yubadır - ŞƏRH
Bu gün, 10:49 |
|
|
|
| • Seçiləri onlarla ONLAYN görüşən Siyavuş Novruzovu BOYKOT ETDİLƏR: “Bizə belə deputat lazım deyil” - "Bu, sadəcə camaatı aldatmaq, işləyirmiş kimi görüntü yaratmaqdır..."
Bu gün, 10:43 |
|
|
|
| • Ermənistan Türkiyənin düşmənləri ilə hərbi ittifaq qurur - SÜLHƏ BELƏ GEDİRLƏR?
Bu gün, 10:39 |
|
|
|
| • İki ayağı olmayan qazi baş həkimdən Prezidentə GİLEYLƏNDİ - "İmkan vermir ki..."
Bu gün, 10:32 |
|
|
|
| • Şəmkirdə su istifadəçilərinin başına CORAB HÖRÜLÜR... - İLGİNC FAKTLAR
Bu gün, 10:25 |
|
|
|
| • Həbsdən çıxan tanınmış cərrahdan Prezidentə müraciət – “Məhkəmə tam qanunsuz qərar qəbul etdi”
Bu gün, 10:10 |
|
|
|
| • Azərbaycanda toylarla bağlı qadağalar gəlir? - AKTUAL
Bu gün, 10:08 |
|
|
|
| • “Bolt” şirkətinin ofisində sürücülər arasında dava - MƏHKƏMƏ
Bu gün, 10:05 |
|
|
|
| • Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt - MƏQALƏ
Bu gün, 10:01 |
|
|
|
| • Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir - FOTO
Bu gün, 09:59 |
|
|
|
| • Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib
Bu gün, 09:54 |
|
|
|
| • Bakıda dələduzluğa görə həbsdə olmuş eks-müəllim yenidən amnistiyaya düşdü - DETALLAR
Bu gün, 09:52 |
|
|
|
| • Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur - Paşinyan belə deyir...
Bu gün, 09:49 |
|
|
|
| • TƏBİB-də kimlər getdi, kimlər qaldı? – Bakı xəstəxanalarının tam siyahısı
Bu gün, 09:48 |
|
|
|
| • Azərbaycanlı iş adamları hədəfdə - indi də Ağalarov...
Bu gün, 09:43 |
|
|
|
| • Rusiyada saxta sürücülük vəsiqəsi əldə edən azərbaycanlı Bakıda cinayət məsuliyyətinə cəlb olundu - TƏFƏRRÜAT
Bu gün, 09:32 |
|
|
|
| • "Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 09:30 |
|
|
|
|