Tramp Putinlə razılığa gəlsə, ona Nobel Sülh Mükafatını təqdim edəcəyəm .....                     "Ermənistan vaxtilə bu dövlətlərin təsir dairəsində olub" .....                     Rəqsanə İsmayılovanın vəkili DANIŞDI .....                     AzTV Rəqsanə ilə bağlı süjet hazırladı .....                     Rusiyanın bu təkidinin səbəblərinə gəlincə... .....                     İranlı ekspertdən QARABAĞ ETİRAFLARI... .....                     Tramp ABŞ-Rusiya-Ukrayna üçtərəfli sammitinin təşkil edilməsini mümkün hesab edir .....                     Tramp bu ittifaqı dağıda biləcəkmi? .....                     Ukraynada atəşkəslə bağlı razılıq əldə olundu .....                     Dövlət Sərhəd Xidmətinin bir qrup hərbçiləri təltif edilib .....                     DSX-nin hərbçilərinə ali hərbi rütbələr verilib .....                     Təhsil müəssisəsi 1,4 milyon manatlıq tenderinin .....                     Rusiyanın İnterpola verdiyi azərbaycanlı bu ölkədə TUTULDU .....                     Əzrayıla dönmüş “Etalon” CAN ALMAĞA DAVAM EDİR... .....                     Putin Trampa ədalətli seçkilərin necə keçirildiyini başa salıb .....                     Şamaxıda 15 yaşlı qız nişanlandı: Polis atanı məsuliyyətə cəlb etdi .....                     AIDA-nın rəisi BMT Fondunun Məşvərət Qrupuna üzv seçilib .....                     Aviasiya bölmələri ilə təlim-məşq uçuşları keçirilib .....                     Zelenski avqustun 18-də Vaşinqtona səfər edəcək .....                     “CDC Klinik”də işçilərin hüququ POZULUR .....                     İlham Əliyev "binokl diplomatiyası"nı necə dəfn etdi? .....                     Bu halda işəgötürən maddi məsuliyyət daşıyır... .....                     Siyəzən İcra Hakimiyyəti bir ildə yolların təmirinə nə qədər pul xərcləyib? .....                     "Trampın iddia etdiyi Nobel sülh mükafatı almaq istəyi sual altında qaldı" .....                     Trampla görüşdə Putindən xoşagəlməz hərəkət: .....                     Sabiq nazirdən Rusiya ilə bağlı sensasion açıqlama: .....                     Onlar sözü bir yerə qoya bilmədilər: Biz verdiyimiz SÖZÜ TUTAQ! .....                     Həsənov qardaşlarından BAHALI ALIŞ-VERİŞ... .....                     “Saatlıda 80-nə yaxın tibbi kadr çatışmır, yenə Kubadan həkim gətirəcəklər?!” .....                     Bakıya xalasıgilə gələn qız itkin düşdü .....                     Putinin adamının müəmmalı İran səfəri .....                     Keçmiş deputat həbsdəki Eldar Həsənova AZADLIQ TƏLƏB ETDİ .....                     “Botoks məni elə günə qoydu ki, toylarım əldən gedirdi” .....                     Ev bazarında “makler” özbaşınalığı: Nə zaman son qoyulacaq? .....                     Başçını ittiham edən qohumu barədə qərar verildi .....                     “Azərbaycanlı ana kimi düşməni bağışlamıram” .....                     Barışıq tələskənliyi... .....                     Ayvazyanın GERİ ZƏKASI... .....                     Su həmişə təmizlik mənbəyi deyil... .....                     “Rusiya Güney Qafqaza girəcək...” .....                 

Naxçıvanda vəziyyət ELƏ ƏVVƏLKİ KİMİDİR... - XAN DA YERİNDƏDİR... XANƏDAN DA...
Tarix: 21-12-2022, 10:07 | Çap et
Naxçıvanda vəziyyət ELƏ ƏVVƏLKİ KİMİDİR...
DİA.AZ: - DİA.AZ olaraq tanınmış jurnalist Heydər Oğuzun Naxçıvanla bağlı paylaşdığı ayrı-ayrı olayları diqqətinizə çatdırmaqda davam edirik. Beləliklə...

Bundan əvvəlki yazı burada: Naxçıvanın üzünə GÜN NƏ ZAMAN DOĞACAQ... - Camaat soruşur...

***

"Xan" həzrətləri Naxçıvana qayıdıb.
Qara Pişiyin iddiasına görə, "xan" həzrətlərinin bu dəfəki Bakı səfəri istədiyi effekti verməyib.
O, bir həftədən artıq paytaxtda qalsa da, ölkə başçısının qəbuluna düşə bilməyib.
Görünür, "xan"a siyasi iradənin onun barəsində verəcəyi qərarı Naxçıvanda gözləməsi tövsiyə olunub.
O da istisna edilmir ki, "xan" Bakıya Naxçıvanda baş verən siyasi və korrupsiya faktları barədə hesabat vermək üçün çağırılmışdı.
Onun geri qayıdarkən pəymürdə halı gözdən yayınmayıb.
"Xan"ın Naxçıvanda ilk qarşılaşdığı sürpriz müşayiətçi polis dəstəsinin onun pişvazına çıxamaması olub. Qeyd edək ki, müşayiətçi polis dəstəsinin qayıdışdan bir gün əvvəl ləğv edildiyi bildirilirdi.

***

Naxçıvanın polis rəisləri əllərində “Qara dəftər” Bakıdan gələcək müfəttişləri gözləyirlər.
Halaldır, Naxçıvanın polis rəislərinə. Sən demə, hamısının əlinin altında bir “Qara dəftər” var imiş. Özü də yeni deyil. Hələ Fazil Ələkbərovun dövründən başlayaraq bütün polis rəisləri bir “Qara dəftər” götürüb, aldıqları və verdikləri bütün “hörmət”lərin qeydiyyatını tuturmuşlar. Rüşvətin alınma tarixindən verilmə anına qədər bütün ayrıntılar bu dəftərlərdə öz əksini tapıb. Hətta özlərinə qalan faizlər də səmimi şəkildə “Qara dəftər”ə yazılırmış.
Qara Pişiyin dediyinə görə, əsl alman dəqiqliyi ilə bütün rüşvət alış-verişlərinin qeyd olunduğu bu “Qara dəftər”lər bu gün Naxçıvan polisləri arasında daha da aktuallıq qazanıb. Rəislər hər axşam evə gedəndə qabaqlarına bir “Qara dəftər”i, bir də kalkulyatoru qoyub hesablamağa girişirlər. Bəzi xırda detalları belə xatırlayıb ona əlavə edirlər.
Onların bu çirkli maliyyə hesabatları hazırlaması isə təsadüfi deyil. Zira Naxçıvan MR DİN-də pıçıltılar dolaşır ki, yaxın günlərdə onlara Azərbaycan DİN-dən müfəttişlər gələcək. Həmin müfəttişlərin əlində müvafiq qurumların hazırlayıb ərsəyə gətirdiyi rüşvət siyahısı olacaq. Hansı polis rəisi kimdən nə qədər rüşvət alıb, kimə torba tikib, kimi necə aldadıb və s. məlumatlar təsbit edilib və müvafiq orqanlara çatdırılıb. Azərbaycan DİN-dən Naxçıvana gedəcəyi gözlənilən təftiş qrupunun da əlində daşdan keçən bu məlumatlar var və metro Tağının sözü olmasın, heç kimin burcutmağa yeri qalmayacaq.
İnsafən, polis rəisləri də burcutmağa çox həvəsli deyillər. Onların fikrincə, əmr yerinə yetiriblər və topladıqları rüşvətin 90%-i Naxçıvan MR DİN-in rəhbərliyinə ötürülüb. Rəhbərlik də bu “qənimət”in 50%-ni Ali Məclisin yetkililəri ilə bölüşüb. Xüsusilə də “xanzadə” həzrətləri Seymur “müəllim” ilə.
Naxçıvanın polis rəislərinin “Qara dəftər” tutmalarının maraqlı bir səbəbi var. MR DİN-ə 18 il rəhbərlik edən Əhməd Əhmədovdan sonra tez-tez dəyişilən nazirlər çətin vəziyyətə düşən kimi, binəva rəisləri və digər polis əməkdaşlarını güdaza verirmişlər. Məsələn, bu cür güdaza vermələrdən biri 2021-ci ilin iyul ayında yaşanıb. Qara pişiyin iddiasına görə, həmin vaxt məzuniyyətdə olan Babək rayon şöbəsinin rəisi polkovnik-leytenant Teymur Quliyev təbiətin qoynunda gül kimi istirahətə daldığı anda birdən bəd xəbərlə üzləşir. Eşidir ki, onu heç bir səbəb göstərmədən işdən qovublar. Üzərindən 2 gün keçəndən sonra Naxçıvan MR Prokurorluğu Teymur Quliyevi çağırıb vətəndaşlardan 800 min manat yığdığını bildirir. Teymur Quliyev nə illah edirsə, yığdığı rüşvəti Naxçıvan MR DİN-in rəhbərliyinə verdiyini əsaslandıra bilmir. Onu dərhal qandallayıb Vasif Talıbovun Böyükdüz əsirxanasına göndərirlər.
Teymur Quliyevin qohum-əqrəbaları əllərində olan bütün əmlaklarını satıb yaxınlarını çətinliklə əsirxanadan qurtara bilirlər. Sabiq polis rəisi içəridə yatarkən onun Naxçıvan şəhərində Beko dükanın yerləşdiyi binadakı 4-otaqlı evi, Hyundai Sonata markalı maşını, qardaşının Bakıdakı mənzili, gəlinlərinin qızıl əşyaları satılıb 350-400 min dollar düzəldilib “azadlıq parası” kimi Seymur Talıbova verilir. Quliyevlər tayfası tam soyulduqdan sonra sabiq polis rəisi Böyükdüz əsirxanasından çölə çıxa bilir.
Son zamanlar ortaya çıxan məlumatlara görə, Quliyev Böyükdüzdə əsir həyatı yaşayarkən onun barəsində həbs qətimkan tədbiri də seçilməyibmiş. Yəni binəvanı tam qanunsuz şəkildə əsirxanada saxlayıblarmış.
Buna bənzər bir başqa hadisə cəmi altı aydan sonra baş verir. Məlumata görə, Gestapo Cəlilin əmri ilə Naxçıvanın bütün rayonlarında araşdırmalar başlayır. Hansı vətəndaşdan nə qədər rüşvət alınması barədə məlumatlar toplanır və rəislər Ali Məclisə çağırılır. Onlardan aldıqları rüşvətin vətəndaşa qaytarılması bəhanəsilə Ali Məclisin yetkililərinə verilməsi tələb olunur.
Eyni tələblə qarşılaşan Culfa rayon Polis Şöbəsinin rəisi Şərif Hüseynəliyev Ali Məclisdən çıxan kimi birbaşa özünü yetirir Naxçıvan MR Daxili İşlər Nazirliyinə və nazirliyin Maliyyə şöbəsinin rəisi Əbülfəz Vəliyevin yaxalayıb camaatın pulunu ondan istəyir. İki polis rəisi arasında dava başlayır. Şərif Hüseynəliyevin Əbülfəz Vəliyevi əməlli-başlı əzişdirdiyi xəbər verilir.
Bu iki qalmaqaldan əvvəl də bənzər hadisələr yaşandığından polis rəislərinin nazirlərinə və Seymur Talıbova etibarları itir. Onlar başa düşürlər ki, zorla rəislərdən pul tələb edən rəhbərlik əslində öz işçilərini qəsdən cinayətə bulaşdırırlar ki, sabah boğazlarına çöküb bütün varidatlarını əllərindən alsınlar. Odur ki, bütün rəislər öz “əmək fəaliyyətlərini” əks etdirən gündəlik tutmağa başlayıblar. Naxçıvan polisləri arasında bu gündəlik “Qara dəftər” adlanır.
İndi polis rəisləri onları cinayətə bulaşdırıb sonra varidatına qonan “xan” rejimindən qurtulmaq və ya qisas almaq üçün əllərində “Qara dəftər” səbirsizliklə Bakıdan gələcək müfəttişləri gözləyirlər.

***

"Naxçıvandan məktublar" silsiləsindən
Salam, Heydər bəy. Mən Naxçıvanda haqsızlığa uğramış hərbiçilərdən biriyəm. Bu məlumatları işıqlandırmağınızı istərdim. Ancaq xahiş edirəm, hələ ki, adım anonim saxlanılsın, çünki onların nələr edə biləcəyini gözümlə görüb başımla çəkmişəm. Məni şərləyib günahkarların yerinə cinayət işi açdırılanda O DİN naziri Rəşad Ismayılov 2017 ci ildə hələ hərbi prokurorluqda mayor rütbəsiylə istintaq şöbəsinin rəisiydi. FHN naziri Şamı Abdullayevi vəziyətdən çıxarmaq məqsədilə Prokuror Yaşar Həsənovun diktəsi ilə Rəşad Ismayılov və müstəntiqi Valeh Qasımov mənə etmədikləri haqsızlıq qalmadı. Zabitlərimi gizirlərimi maxelərimi əsgərlərimi gözümün qabağında təzyiq göstərərək üzümə yalandan durğuzurdular.
Hər bir ədalətsiz əməl və onu törədən ədalətsiz şəxs, məmur hansı vəzifəni və rütbəni daşımağından asılı olmayaraq bir gün ədalətin mühakiməsi ilə üzləşməlidir. ...Və o gün gəldi, Naxçıvandakı özləri Allahlıq iddiasında olub, peşəkar zabit, gizir, maxeləri onların ədalətsiz əməlləri ilə razılaşmadığı üçün müxtəlif şər böhtanlarla ləkələyib hərbi xidmətdən uzaqlaşdıran lakin dövlətin külli miqdarda vəsaitlərini maxinasiyalar edərək mənimsəyib öz ailələrinə sərvət toplayan Naxçıvan FHN naziri kimi məmurlar da bu ədalət mühakiməsinə çıxarılacaqlar. İnşallah, ardı gəlsin, tezliklə Naxçıvan FHN də və onun struktur qurumları olan Yanğın təhlükəsizliyi idarəsində, Maliyyə iqtisadiyyat şöbəsində və Mülki Müdafiə hərbi hissəsində yoxlamalar aparılsın, nəticədə ordakı yanacaq, əşya, dərman, əsgərin ərzaqında edilən, texnikaların təmirinə və hərbi hissənin təmirinə ayrılan lakin zabit gizir maxelərin aldığı maaşlarla təmir olunaraq ayrılan pulların yeyilməsi maxinasiyaları, əsgər maxelərin xidmətdən yayındırılaraq mən xidmət etdiyim müddətdə Nazirin Hərbi hissə komandiri ilə birlikdə şərik əkdiyləri hektarlarla taxıl sahələrində işləmələri, hərbi hissəyə ayrılan yanacağın şəxsi taxıl sahələrində istifadə olunması halları, hərbi hissədə dura dura guya onlar istifadə etmiş kimi texnikalara “putyovkalar” yazılıb külli miqdarda yanacağın Neft bazayla razılaşdırılaraq silinib yeyilməsi halları üzə çıxarılsın dəyərli və peşəkar DTX mız tərəfindən. Naxçıvan FHN rəhbərliyi, himayə etdiyi və əlbir olduğu şəxslər, inşallah, layiqli cəzalarına çatdırılsınlar. Dediklərimin həqiqət olduğunu yəqin ki mənim kimi orda xidmət edib onların əyri əməlləri ilə razılaşmadığına görə şər böhtanlarla xidmətdən kənarlaşdırılan zabit, gizirlər və orda xidmət edib təxris olan əziz əsgərlərim də təsdiq edərlər. Allah bu dövlətçiliyimizə xidmət edən işlərin aparılmasında Müzəffər Cənab Ali Baş Komandanımız ilham Əliyevə və peşəkar DTX əmakdaşlarımıza yar və yardımçı olsun. Hər zaman sizin əsgərinizik və yanınızdayıq, Cənab Ali Baş Komandanımız!

***

Polis tədaüdçüsü Rasim Fətullayev yazır (Olduğu kimi):
Çox sağ olun Heydər bəy DİN- də olan şərəfsizlər dən söhbət açdınız. Mən özündə 1996- və ildən 2010- cür ilə kimi Naxçıvan polis idarəsi və sonra Nax şəhər polis bölməsində polis nəfəri vəzifəsində çalışmışam. Mən bunların bizə etdiyi zülmlərə, etdikləri haqsızlıqlara cavab verdiyinə görə ( dəfələrlə olub) məndə həmin vaxtı CAP bölməsinin rəisi olan qılıncının dalıda qabagıda kəsən o Zahid Adıgözəlovun şərhinə düçar qaldım. Məni bölməyə çagırıb sən polisə yararsız birisən, tanımadığım adamnan mənim əleyhimə biz izahat almış onu öz üzərinə qalxan edib məni işdən çıxmama aid report yazmayım tələb etdi. Hətta dedi ki sən yazmasan ya uşagın cibindən çətənə çıxacaq ya da evindən sila çıxardacagam. Məndə məcburiyyət qarşısında qalıb raportumu yazdım. İşdən güya bunların əlindən azad olundum. Amma səhərisi Zahid çağırıb məni ya 6000 pul verəcəksən ya da səni içəri soxacagam. Mən çox təkid etsəmdə Zahid razılaşmadı. Hətta mənə dedi ki bax yolla bir nəfər əlində çörək gedir onu çağırıb sənin üzünə dürdürub cibindən çətənə çıxardaram. Mən dedim bilirəm sən onu etməkdə mahirsən deyərsən də edərsən də mən vaxt zaman aldım gedib evdən, rəhmətlik atamnan bir təhər həmin 6000 m düzəldib gətirdik polis idarəsində Zahidə verdim o da dedi ki bu pulu özümə götürmürəm rəisə verəcəyəm. 8 ay bekar qaldıqdan sonra mən Bakı şəhərində yenidən polisdə işə qəbul olundum və indi artıq 2015- ilin noyabr ayından polis təqütçüsüyəm. Heydər hər sizdən xahişim budur ki Azərbaycan xilaskarları Naxçıvan DİN- gedəndə Zahid məllimədə qonaq olsunlar inşallah qara otelen padvalında məndə Zahid müəllimlə görüşmək istəyərəm. İlk öncədən sizə və Naxçıvan xilaskarlarına öz minnətdarlığımı bildirirəm.

***

DAVAMI MALƏSƏF OLACAQ.. ÇÜNKİ XAN HƏLƏ İŞ BAŞINDADIR...

diaaz.space olaraq qeyd olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp Putinlə razılığa gəlsə, ona Nobel Sülh Mükafatını təqdim edəcəyəm - Klinton
Bu gün, 02:53
"Ermənistan vaxtilə bu dövlətlərin təsir dairəsində olub" - ONA GÖRƏ DƏ...
Bu gün, 02:51
Rəqsanə İsmayılovanın vəkili DANIŞDI - "Əhvalı əladır"
Bu gün, 02:49
AzTV Rəqsanə ilə bağlı süjet hazırladı - VİDEO
Bu gün, 02:45
Rusiyanın bu təkidinin səbəblərinə gəlincə... - ŞƏRH
Dünən, 13:17
İranlı ekspertdən QARABAĞ ETİRAFLARI... - “Qarabağın ermənilərdə qalması üçün heç nə etmədik”
Dünən, 13:12
Tramp ABŞ-Rusiya-Ukrayna üçtərəfli sammitinin təşkil edilməsini mümkün hesab edir
Dünən, 13:03
Tramp bu ittifaqı dağıda biləcəkmi? - İNCƏLƏMƏ
Dünən, 13:00
Ukraynada atəşkəslə bağlı razılıq əldə olundu - KİV
Dünən, 12:41
Dövlət Sərhəd Xidmətinin bir qrup hərbçiləri təltif edilib - SİYAHI
Dünən, 12:38
DSX-nin hərbçilərinə ali hərbi rütbələr verilib - SƏRƏNCAM
Dünən, 12:37
Təhsil müəssisəsi 1,4 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Dünən, 12:26
Rusiyanın İnterpola verdiyi azərbaycanlı bu ölkədə TUTULDU - VİDEO
Dünən, 12:17
Əzrayıla dönmüş “Etalon” CAN ALMAĞA DAVAM EDİR... - BU NƏDİ BELƏ?
Dünən, 12:13
Putin Trampa ədalətli seçkilərin necə keçirildiyini başa salıb
Dünən, 12:00
Şamaxıda 15 yaşlı qız nişanlandı: Polis atanı məsuliyyətə cəlb etdi - TƏFƏRRÜAT
Dünən, 11:57
AIDA-nın rəisi BMT Fondunun Məşvərət Qrupuna üzv seçilib
Dünən, 11:53
Aviasiya bölmələri ilə təlim-məşq uçuşları keçirilib - VİDEO
Dünən, 11:51
Zelenski avqustun 18-də Vaşinqtona səfər edəcək
Dünən, 11:48
“CDC Klinik”də işçilərin hüququ POZULUR - NARAZILIQ VAR
Dünən, 11:43
İlham Əliyev "binokl diplomatiyası"nı necə dəfn etdi? - AKTUAL
Dünən, 11:33
Bu halda işəgötürən maddi məsuliyyət daşıyır... - Ekspert danışır...
Dünən, 11:29
Siyəzən İcra Hakimiyyəti bir ildə yolların təmirinə nə qədər pul xərcləyib? - DETALLAR
Dünən, 11:25
"Trampın iddia etdiyi Nobel sülh mükafatı almaq istəyi sual altında qaldı" - Qulamhüseyn Əlibəyli
Dünən, 11:23
Trampla görüşdə Putindən xoşagəlməz hərəkət: - “Bunu edib getdi”
Dünən, 11:17
Sabiq nazirdən Rusiya ilə bağlı sensasion açıqlama: - Azərbaycana qarşı bu taktikanı seçib
Dünən, 11:14
Onlar sözü bir yerə qoya bilmədilər: Biz verdiyimiz SÖZÜ TUTAQ! - FÜRSƏTDİR...
Dünən, 11:08
Həsənov qardaşlarından BAHALI ALIŞ-VERİŞ... - TƏFƏRRÜAT
Dünən, 11:03
“Saatlıda 80-nə yaxın tibbi kadr çatışmır, yenə Kubadan həkim gətirəcəklər?!” - PROBLEM
Dünən, 10:56
Bakıya xalasıgilə gələn qız itkin düşdü - FOTO
Dünən, 10:43
Putinin adamının müəmmalı İran səfəri - Bakıya qarşı oyun?
Dünən, 10:36
Keçmiş deputat həbsdəki Eldar Həsənova AZADLIQ TƏLƏB ETDİ - MÜRACİƏT
Dünən, 10:01
“Botoks məni elə günə qoydu ki, toylarım əldən gedirdi” - “Həkimə pul verirlər ki, məni o ifritəyə bənzət”
Dünən, 09:59
Ev bazarında “makler” özbaşınalığı: Nə zaman son qoyulacaq? - AKTUAL
Dünən, 09:47
Başçını ittiham edən qohumu barədə qərar verildi - TƏFƏRRÜAT
Dünən, 09:33
“Azərbaycanlı ana kimi düşməni bağışlamıram” - Xalq artisti
Dünən, 09:30
Barışıq tələskənliyi... - NƏ BAŞ VERİR?
Dünən, 09:27
Ayvazyanın GERİ ZƏKASI...
Dünən, 09:19
Su həmişə təmizlik mənbəyi deyil... - NƏ ETMƏLİ?
Dünən, 09:13
“Rusiya Güney Qafqaza girəcək...” - Sensasion iddia
Dünən, 09:02
Paşinyan “ev tapşırığı”nın icrasına başladı - Əliyevin o tələbi...
Dünən, 08:48
Trampın uduzmadığı, Putininsə qalib gəldiyi ALYASKA GÖRÜŞÜ... - GƏLİŞMƏ
Dünən, 08:39
Dövlət Departamentinin hesabatı: faktlar, düşüncələr, proqnozlar - İNCƏLƏMƏ
Dünən, 07:09
Tramp-Putin görüşü nəyi sübut etdi? - FƏRİD ŞAHBAZLI YAZIR
Dünən, 07:04
Bələdiyyənin vergi borcuna görə bələdiyyə sədrinin ölkədən çıxışına qadağa qoyuldu - İLGİNC
Dünən, 06:59
Təhsil nazirliyi milyonluq TENDERİ kimə həvalə etdi? - TƏFƏRRÜAT
Dünən, 06:54
İcra başçıları kütləvi şəkildə İSTEFAYA GÖNDƏRİLİR - səlahiyyətləri isə...
Dünən, 06:50
Korrupsioner direktoru nazir HİMAYƏ EDİR - İTTİHAM VAR...
Dünən, 06:46
Zəngəzur dəhlizi Naxçıvan sakinləri üçün AÇIQ OLACAQ? - deputat ŞƏRH EDİR
Dünən, 06:30
Trampla Putin yenidən görüşə bilər - bu dəfə Moskvada...
Dünən, 06:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru