İranda iki aydır ki, internet yoxdur .....                     Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... .....                     Gəncədə başçının bu küçədən xəbəri varmı... .....                     Qapısı tez-tez döyülən Azərbaycan... .....                     Avropa liderləri niyə Azərbaycana üz tutur? .....                     “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” .....                     Ağdamda məktəb direktoru AT OYNADIR .....                     Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ .....                     Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil .....                     "Effekt- İnşaat"ın binası təhlükə saçır .....                     "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" .....                     Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir .....                     Azərbaycanda pensiyaçılar niyə azalır? .....                     Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR .....                     “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi .....                     AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma .....                     ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır .....                     Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                     İran bəyanat verdi: .....                     Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib .....                     “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb .....                     Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir .....                     Çimərlikdəki qətlin məhkəməsi .....                     70 kq qızılla tutulan polkovnikə .....                     Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: .....                     Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: .....                     "Pünhan kişidir, rəftar fərqli olmalıdır" .....                     Məzahir Pənahov yenidən MSK sədri seçilib .....                     Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... .....                     ABŞ-nin İranla bağlı strategiyası naməlumdur .....                     MSK-nın heç bir funksiyası yoxdur .....                     “Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil .....                     “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib .....                     Turan Topalova tutduğu vəzifədən ayrıldı .....                     Ermənistanda Rusiya lehinə olan kanallar silindi .....                     Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... .....                     Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? .....                 

Bakı Baş Gömrük İdarəsində qara maskalılar nə zaman görünəcək? - İTTİHAM
Tarix: 20-05-2020, 10:07 | Çap et
Bakı Baş Gömrük İdarəsində qara maskalılar nə zaman görünəcək?
DTX-nın "Qara maskalılar"ının son aylarda keçirdiyi və 5 rayonun icra hakimiyyəti başçısının həbsiylə nəticələnən əməliyyatlar ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmır. Kimiləri bunu dövlətin möhkəmləndirilməsi adına mühüm addımlar hesab edir, hətta "qara maskalılar"a qurtarıcı, ağ atlı oğlan olaraq baxırlar. Bir başqa kəsim isə bunu mövcud kritik durumla bağlayır, hətta əməliyyatların həbs olunanlarla qarşılıqlı razılıq əsasında gerçəkləşdirildiyini söyləyirlər. Yəni, onu demək istəyirlər ki, hakimiyyətin yuxarı eşolonu çətin vəziyyətdə olan narazı kütləni razı salmaq məqsədilə bu cür siyasi şoular təşkil etmək məcburiyyətindədi.
Teref.az yazır ki, Elçin İlqaroğlu öz məqaləsini bu cümlələrlə başlayır. Məqaləsini davam etdirən Elçin bəy yazır:
Şəxsən mən məsələyə hər iki baxış bucağından baxanların ortaya qoyduğu iddialarla bu və ya digər dərəcədə razıyam. Elə, ya da belə bəzi icra başçılarının rüşvət və korrupsiyaya uğradıqları səbəbiylə həbs olunmaları təqdirəlayiq haldı və alqışlanmalıdı. Ancaq problemin həlli bir neçə icra başçısının həbsiylə mümkün deyil. Buna yalnız siyasətdən baş çıxarmayan, sıradan obıvatel inana bilər. Əgər iqtidar komandası rüşvət və korrupsiyaya qarşı mübarizə başlatdığı fikrində səmimi olduğunu ortaya qoymaq istəyirsə, görülən işlərlə kifayətlənməyib, problemi kökündən həll etmək yolunda addımlar atmalıdı.
Əgər DTX-nın məlum əməliyyatlarını obrazlı şəkildə "balıq ovu" kimi təsəvvür etsək, o zaman ortaya belə bir tablo çıxır: indiyə qədər ovlananlar yalnız kiçikçaplı kilkələrdi! Bir tək Vilyam Hacıyevi kilkədən bir az böyük, məsələn, deyək ki, sazan balığı (kiçikölçülü sazanlardandı) ilə müqayisə edə bilərik. Halbuki Azərbaycan adlı varlı dənizdə nə qədər desən dadlı və delikates hesab olunan, daha böyük ölçülü balıqlar var: nərəkimilər - çökə, bölgə, belyuqa, sivriyuqa, asetrin; bundan başqa, kütüm, farel, sazan, naqqa və onlarca digər yağlı və ətli balıqlar...
Hesab edirəm ki, DTX artıq kilkə ovundan ətli, yağlı və delikates balıqların ovuna keçməlidi. Kim deyə soruşsanız, konkret ad çəkə bilərəm: məsələn, NEHRƏMLİ KƏNAN kimi tanınan Kənan Məmmədov - Bakı Baş Gömrük İdarəsinin rəisi, Gömrük Xidməti generalı Kənan Məmmədov!
Kimdir bu nehrəmli Kənan? Bəzən mediya sensasiya yaratmaq xatirinə, bəzən də yanlışlıqla dəqiq olmayan informasiyalar yayır. Kənan Məmmədova "nehrəmli Kənan" ləqəbinin verilməsi məhz bu iki faktorun birindən qaynaqlanır. Əslində Kənan Məmmədov Nehrəm kəndindən deyil, bu, dəqiqdi. Səhv eləmirəmsə, Naxçıvan şəhərində doğulub. Ancaq fərq etməz, korrupsioner və rüşvətxorun nə milləti olur, nə vətəni. Şəxsən mənim üçün də bir o qədər fərq etmir ki, Kənan mənim həmyerlimdi, Nehrəmdə və ya Naxçıvanda doğulması da bir o qədər fərq etmir. Mənim üçün o, sıradan korrupsioner və rüşvətxordu və haqqında dərhal ölçü götürülməli, qoluna qandal vurulmalı və bütün bunlar bütün ölkəyə nümayiş olunmalıdı.
İrad tutula bilər ki, təqsirsizlik prezumpsiyasına görə Kənana rüşvətxor və korrupsioner demək yanlışdı. Əvvəla, mövcud şəraitə görə, Azərbaycanda təqsirsizlik prezumpsiyasının keçərsizliyini hər kəs bilir. Hər kəs onu da bilir ki, Kənan və onun kimilər, ortada dəlil və sübut olmadan da, rüşvətxor və korrupsioner kimi tanınırlar. İkincisi, ortada kifayət qədər faktlar var. Mən həmin faktlardan yalnız ikisini burda qeyd edirəm:
1) Kənan Məmmədov indiyə qədər bir çox Gömrük idarələrində ("Sınıq Körpü", Biləsuvar, Yalama və s) mühüm vəzifələr tutub. Bu illər ərzində törətdiyi əməllərə görə bir dəfə sərəncama götürülmüş, Yalamada (Xaçmaz Gömrüyündə) işlədiyi zaman isə gömrük nəzarətindən kənar küllü miqdarda qaçaq pul keçirdiyi səbəbilə gömrük orqanlarından uzaqlaşdırılmışdı.
2) Kənan Məmmədov gömrük orqanlarından uzaqlaşdırıldıqdan sonra məhz Səfər Mehdiyevin yardımı və "krışalığı" sayəsində yenidən gömrük xidməti işinə bərpa olunmuş, qısa müddət sonra isə Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə gətirilmiş, ona general rütbəsi verilmişdir. Elə bundan sonra Kənanın əsas qanunsuzluqları daha ölçüyəgəlməz və dözülməz olmuşdur. Onun "Aztexnika" MMC ilə məhkəmə prosesinin nəticəsi nə qədər saymazyana və qanunları heçə sayan biri, həm də rüşvətxorluğunu ortaya qoyan faktdır. Adam o qədər harınlayıb ki, məhkəmə qərarını belə heçə sayır, "burda mənəm, başımın üstündə Səfər Mehdiyev, Bağdadda isə kor xəlifə" prinsipi ilə hərəkət edir. Təkcə bu iki fakt Kənanın qollarına qandal vurulmasına yetər də, hələ artıq da olar.
Azərbaycan Respublikasının 13 iyun 2013-cü il tarixli "Gömrük Tarifi haqqında" Qanununun 12-ci maddəsində gömrük dəyərinin müəyyən edilməsi üçün göstərilən 6 üsul gömrük rüsumu tutulmasının dəqiq mexanizmini ortaya qoyur. Ancaq Kənan Məmmədov bu qanunu heçə sayır və gömrük dəyərini özünün müəyyən etdiyini, iş adamları və şirkətlərin onun göstərdiyi qədər rüsum ödəyəcəyini dilə gətirir. "Aztexnika" MMC ilə məşhur məhkəmə çəkişməsi bu əməlinin nəticəsiydi.
Mən DTX-nın (niyə DTX yazıram bilirsiniz, çünki hazırda rüşvət və korrupsiya əleyhinə əməliyyatlar aparılması işini cənab prezident onlara həvalə edib) diqqət mərkəzinə onu da çatdırmaq istəyirəm ki, Kənan Məmmədovun göstərişi ilə Bakı Gömrüyündə "karandaş əməliyyatı" deyilən bir əməliyyat həyata keçirilir. Bu nə deməkdi? Gömrük bəyannamələrində qiymətlər bir qayda olaraq qələmlə deyil, sonradan pozaraq üzərində dəyişiklik etmək asan olsun deyə karandaşla yazılır. Bu "əməliyyatla" hər ay milyonlarla vəsait dövlət büdcəsindən yayındırılır.
Kənan Məmmədovun qanunsuz əməllərindən biri də "Mebel əməliyyatı" deyilən bir məsələdi. O qədər də uzaq olmayan keçmişdə Bakı Baş Gömrük İdarəsinin "İpək Yolu Terminalı"na 100-dən çox xarici istehsal olan mebel yüklü kamyonlar daxil olur. Bu yüklər "rastamoşka" olunarkən "saxlanc" (soxraneniya) deyilən əməliyyata baş vurulur. Bunun mahiyyəti ondan ibarətdi ki, yükü gətirən şəxs və yaxud firmaya "rastamoşka" rüsumunu sonradan ödəmək şərtilə malları terminaldan çıxarmasına və satışını təşkil etməsinə şərait yaradılır. Bu, müəyyən qədər iş adamlarına yardım və işini asanlaşdırmaq kimi başa düşülsə də, əslində maraq ondan ibarətdi ki, bu malların milyonlarla dəyərindəki gömrük rüsumları mənimsənilsin. Əslində, bəhs etdiyim "mebel əməliyyatı"nda rüsumlar qeyri-rəsmi olaraq iş adamlarından alınıb və mənimsənilib, sənəddə isə "saxlanc" kimi göstərilib.
Bir faktı da qeyd edim ki, həmin o mebellərin əhəmiyyətli bir hissəsinin Kənan Məmmədovun özünə aid olduğu da söylənilir. Onun Dərnəgüldə, erməni qəbirstanlığı deyilən ərazidə bir neçə iri mebel salonu olduğu söylənilir. Gömrük rüsumu ödənmədən gətirilən mebellərin satışı məhz o salonlarda gerçəkləşdirilir. Bu, həm vergidən yayınma, dövlət büdcəsinə ödənilməli olan rüsumların mənimsənilməsi, həm də bu işlə məşğul olan digər iş adamlarının hüquqlarının pozulması deməkdi ki, bundan böyük korrupsiya, bundan böyük cinayət yoxdu.
Nəzər diqqətə onu da çatdırmaq istəyirəm ki, "mebel əməliyyatı" vaxtilə DTX tərəfindən ciddi şəkildə araşdırılıb və yəqin ki, cənab Əli Nağıyev iri bölgə balığı Kənan Məmmədov haqqında ölçü götürməyi nə zamansa gerçəkləşdirəcək.
Son olaraq, qara maska geyinən "ağ atlı oğlanlar"ın nəzər diqqətinə onu da çatdırıram ki, icra başçılarının iş otaqlarına yerləşdirdikləri kameralardan bir-ikisini də "İpək Yolu Terminalı"na yerləşdirsinlər. O zaman görəcəklər ki, bu terminala gələn kamyonların təkcə möhürünü qırmağın qiyməti 300 manatdır. Yəni, iş adamı malını gətirir, gömrük bəyannaməsini təqdim edir və deyir ki, buyur, möhürü qır, malımı yoxla. Kənanın qoçuları isə 300 manatı almayınca yaxına da gəlmirlər. Hər gün yüzlərlə belə maşın daxil olur və hər birindən 300 manat pul yığılır. Təkcə möhür qırmaq işindən bir ayda bir milyondan çox pul yığılır.
Cənab Nağıyev! Cənab general, bax, bu cür iri cüssəli, yağlı və delikates balıqları tora salın! Bunu edin ki, vəziyyəti kritik olan ölkə əhlinin 90 faizinin yanan ciyərinə su çiləmiş olasınız! Bu kimi əməliyyatlar keçirsəniz, mənim kimi qəliz və barışmaz vətəndaşlarımız da sizlərin - iqtidarın yanında olar. Nə zamana qədər ki, yalnız məhəlli qoçular olan icra başçıları - kiçik kilkələrlə uğraşacaqsınız, sizlərin səmimiyyətinə heç kim inanmayacaq...
Adları çəkiən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05
Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54
ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03
ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Dünən, 15:53
MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Dünən, 15:51
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Dünən, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Dünən, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Dünən, 15:44
Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Dünən, 15:42
Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Dünən, 15:34
Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Dünən, 15:22
SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 15:15
Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Dünən, 15:03
Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Dünən, 15:02
Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Dünən, 14:39
Xəyal Rza qəzaya düşdü - FOTO
Dünən, 14:38
Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Dünən, 14:33
Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Dünən, 14:25
“Görünür, Kremldə də çox istəyirlər ki, Zelenski ilə Bakıda hansısa görüş keçirilsin, amma...”
Dünən, 14:08
Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Dünən, 14:06
Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Dünən, 14:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru