Azərbaycanda mühüm vəzifə ləğv edilir? .....                     İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam .....                     "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." .....                     "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." .....                     Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... .....                     İRİA-da nə baş verir? .....                     Günün fotosu SOCAR-dan... .....                     Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... .....                     İranda iki aydır ki, internet yoxdur .....                     Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... .....                     Gəncədə başçının bu küçədən xəbəri varmı... .....                     Qapısı tez-tez döyülən Azərbaycan... .....                     Avropa liderləri niyə Azərbaycana üz tutur? .....                     “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” .....                     Ağdamda məktəb direktoru AT OYNADIR .....                     Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ .....                     Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil .....                     "Effekt- İnşaat"ın binası təhlükə saçır .....                     "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" .....                     Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir .....                     Azərbaycanda pensiyaçılar niyə azalır? .....                     Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR .....                     “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi .....                     AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma .....                     ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır .....                     Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                     İran bəyanat verdi: .....                     Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib .....                     “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb .....                     Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir .....                     Çimərlikdəki qətlin məhkəməsi .....                     70 kq qızılla tutulan polkovnikə .....                     Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: .....                     Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: .....                     "Pünhan kişidir, rəftar fərqli olmalıdır" .....                     Məzahir Pənahov yenidən MSK sədri seçilib .....                     Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... .....                 

Əbülfəs Qarayevin daha bir əlaltısı ittiham olunur... - Şəmkirdə də sular bulanıqdır...
Tarix: 13-05-2020, 09:48 | Çap et
Əbülfəs Qarayevin daha bir əlaltısı ittiham olunur...
Sabiq vergilər naziri Fazil Məmmədovun adamı kimi tanınan Höccət Əsədullayev haqqında ictimai rəy belədir ki, o, çox çevik, gözüaçıq adamdır. Pul haradadırsa, Höccət də oradadır. Tərəddüd etmədən biznesdən QHT-yə, oradan da müsabiqəsiz-filansız dövlət qulluğuna keçid ala bilir.
O vaxt hamıya maraqlı gəlmişdi, görəsən, Şəmkir Regional Mədəniyyət İdarəsinin hansı özəllikləri bu idarənin rəisi vəzifəsini Əsədullayevə cazibədar göstərib. İnandırıcı deyildi ki, indi aldığı maaş keçmiş nazirin ailə holdinqi sayılan “Synergy GroupВ» ASC-nin Biznesin İnkişafı üzrə menecerinin aldığı məvacibdən üstün olsun. Aydın məsələydi ki, ortada başqa faktorlar vardır. Həmin faktorları sadalamağa keçməzdən əvvəl bir tarixçəni yada salmaq istəyirik. Etibarlı mənbədən öyrənmişik ki, H.Əsədullayevin qaynatası vaxtilə Bakının Nərimanov rayon İcraiyyə Komitəsində I katib vəzifəsində işləyəndə Əbülfəs Qarayev də onun rəhbərliyi altında çalışıbmış. В«Çörək itirməyənВ» Ə.Qarayevin gözü daim keçmiş rəhbərinin kürəkəninin üstündə olub. Qarayev bir müddət onu nazir həmkarı F.Məmmədova В«əmanət edibВ». Regional idarələr yarananda isə fürsəti dəyərləndirərək, Höccət Əsədullayevi artıq ona В«doğmalaşmışВ», В«cikinə-bikinəВ» yaxşı bələd olduğu Şəmkir rayonunda В«babatВ» vəzifəyə yerləşdirib. Xatırladaq ki, Şəmkir Regional Mədəniyyət İdarəsinin tərkibinə Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl rayonlarının mədəniyyət bazalarında olan idarələr daxildir. Rəis vəzifəsinə təyin olunan kimi özünün kadr islahatına başlayan H.Əsədullayev irəli sürdüyü şərtlərə əməl etməyən, В«qılıncına boyun əyməyənВ» mədəniyyət işçilərini vəzifəsindən qovmağa başladı. Onun kadr siyasətindən narazı qalanlarla məhkəmə çəkişməsi uzun sürdü.
Məhz H.Əsədullayevin rəhbər vəzifəyə gəlməsi ilə Şəmkirin və yuxarıda adları çəkilən digər rayonların mədəniyyət müəssisələrinin müdirlərinin qara günləri başladı. Musiqi məktəblərində müəllimlərin dərs bölgüsündə ədalət prinsipləri pozuldu. Məktəblərə tutumlarından artıq sayda şagird qəbulu göstərilməsi, adları kağız üzərində gedən, de-fakto işləməyən mədəniyyət işçilərinin, musiqi müəllimlərinin maaş kartlarının rəislərinin cibində olması, səyyar klublar, mobil kitabxanalar işləməyə-işləməyə onları В«daşıyanВ» nəqliyyat vasitələrinə ehtiyat hissələri, yanacaq və sürtgü materiallarının silinməsi, yumşaq və sərt inventar və avadanlıqların dəyişdirilməsi adı ilə səmərəsiz xərclərə yol verilməsi, mədəniyyət müəssisələrinə gerçək ehtiyacları üzrə deyil, məhz onların rəhbərləri ilə korruptiv sövdələşmələr əsasında maliyyə vəsaitinin ayrılması və sair bu kimi neqativ hallar çoxaldı. Aşkar müşahidə olunur ki, kənd musiqi məktəblərində otaqların məhdud sayı və tutumu ilə şagirdlərin sayı arasında böyük fərq var. Şəraitsizliyə baxmayaraq, hər il məktəbə çoxlu sayda şagird qəbul olunduğu göstərilir. Məqsəd süni surətdə şagird sayının və ona adekvat olaraq dərs yükünün artıq göstərilməsi yolu ilə məktəbə mümkün qədər çox maliyyə vəsaitinin ayrılmasına nail olmaq, sonra da öz aralarında В«pay-püşkВ» etməkdir.
Əgər günü bu gün Hesablama Palatası, Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və Maliyyə Nazirliyi Şəmkir Regional İdarəsi üzrə Höccət Əsədullayevin hakimiyyəti dövründə büdcə vəsaitlərinin icrasının vəziyyəti ilə bağlı audit yoxlaması aparsa, məlum olar ki, Mədəniyyət və Turizm Nazirliyinin 1993-cü il iyunun 30-da təsdiq etdiyi В«7 (8) illik uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin inzibati və xidmətedici heyətinin nümunəvi ştatıВ»nın tələblərinə əməl edilməyərək artıq ştat vahidləri saxlanılıb. Obyektiv araşdırılsa, aşkarlanar ki, Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli В«Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların)В» məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqındaВ» Qərarının tələblərinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2011-ci il 17 noyabr tarixli Qərarı ilə təsdiq edilmiş В«Mədəni-maarif, turizm müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu KitabçasıВ»nın tələblərinə əməl edilməyərək artıq əməkhaqqı ödənilib, В«Uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri üzrə tədris planlarıВ»nın tələblərinə əməl edilməyərək artıq dərs saatları tarifləşdirilib, keçirilməyən dərslərə, sanatoriyada və xaricdə olan işçilərə əməkhaqqı ödənilib, yerinə yetirilməyən cari təmir işlərinə görə vəsait xərclənib, В«Azərbaycan Respublikası vahid büdcə təsnifatıВ»nın tələblərinə əməl edilməyərək təyinatdankənar vəsait israf olunub. Dəqiq yoxlanılsa, həmçinin, üzə çıxar ki, В«Dövlət satınalmaları haqqındaВ» Azərbaycan Respublikası Qanununun, В«Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair TəlimatВ»ın tələblərinə riayət edilməyərək məbləğ məhdudiyyətinin aradan qaldırılması məqsədilə vəsait ayrı-ayrı müqavilələrə bölünüb, satınalma keçirilmədən vəsait xərclənib, satınalma prosedurları haqqında məlumatların göstərildiyi hesabat tərtib edilməyib, ehtimal olunan qiymətlər düzgün müəyyənləşdirilmədiyindən alınmış mallara (işlərə və xidmətlərə) görə artıq xərcə, müəssisənin funksional fəaliyyətinə uyğun olmayan mallar alınmaqla səmərəsiz xərcə yol verilib, müqavilə şərtlərinə əməl olunmayaraq müqavilədə nəzərdə tutulmayan mal-material qiymətlilərinin alışı həyata keçirilib, təsdiq olunmuş müqavilə qiymətləri gözlənilməyərək artıq büdcə vəsaiti xərclənib, bağlanmış satınalma müqavilələri barədə məlumatları dövlət satınalmalarının rəsmi internet saytında yerləşdirilməyib. Təftiş keçirilsə, hətta ötəri, vizual müşahidədən bəlli olar ki, İdarənin nəzdində fəaliyyət göstərən bir sıra kənd klublarının, kitabxanaların və kənd mədəniyyət evlərinin fəaliyyət göstərməsi üçün müvafiq şərait yaradılmayıb, maliyyə hesabatları bəzi hallarda В«Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair təlimatВ»ın tələblərinə uyğun tərtib edilməyib, müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri müvafiq illik maliyyə hesabatlarında düzgün əks etdirilməyib, əvəzsiz olaraq təhvil alınmış inventar, avadanlıqlar və kitabxana fondu uçota alınmayıb və s. Bir sözlə, mənbənin verdiyi məlumatlar əsasında deyə bilərik ki, Höccət müəllimin höccətliyi hesabına onun aylıq gəlirinin miqdarı təqribən 70-80 min manat civarındadır.
Etibarlı mənbədən aldığımız məlumata görə, Fazil Məmmədovun В«günəşinin qürub etməsiВ» səbəbindən Əsədullayev də özünə başqa havadarlar tapıb. Ətəyindən yapışdığı şəxslərdən biri də 2006-2014-cü illər ərzində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində nazirin köməkçisi, 2014-cü ilin iyul ayından 2018-ci ilin iyun ayınadək Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsində işləmiş, 2018-ci ilin iyun ayından Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini vəzifəsində çalışan Rafiq Bayramovdur. Rafiq müəllimin əsas işi regional idarə rəislərinə vaxtaşırı (hər ay) yerinə yetirməli olduqları qeyri-leqal öhdəlikləri xatırlatmaqdan ibarətdir. Onunla ortaq olan bir “vacib” fiqur da Nazirliyin baş mühasibi Sima xanımdır ki, hansı idarəyə nə qədər maliyyə vəsaitinin ayrılmasında söz sahibidir. Prinsip çox sadədir: Hansı idarədən çox “otkat” qayıdırsa, ona da çox pul ayırılır. Təzadlı hal budur ki, bu siyasətlə ayaqlaşmağı bacaran idarələr məhz o idarələrdir ki, tabeçiliyində olan müəssisələrin çoxu işləmirlər. Yəni, yerlərdə klubların, kitabxanaların qapısının bağlı qalması lazımdır ki, onlara ayrılan vəsaitlər (istər pul, istər yanacaq və s.) sərf edilməyə-edilməyə kağız üzərində “təyinatı üzrə istifadə olunmuş” kimi göstərilsin, silinib mənimsənilsin. Məktəblərdə isə dərslərin heç keçilməməsi lazımdır ki, yazılan 24 dərs saatının ən azı 12-sinin pulu “yuxarıya” qaytarılsın, müəllim də işləməyə-işləməyə ona əmək stajı yazılması ilə qane olsun. Boyun əyməyənlərin dərs saatları kəsilir, müvafiq olaraq maliyyə təminatı azaldılır, özü də davamlı şəkildə, bir ildə iki-üç dəfə. Üstəgəl, həmin o az miqdarda dərs saatlarını məhz məktəbdə keçirmələri üçün nəzarət gücləndirilir. Müəllimlər regional idarənin rəisi tərəfindən yürüdülən bu dözülməz korruptiv siyasətdən, rayon nümayəndəlikləri arasında aparılan ayrı-seçkilik münasibətindən narazıdırlar. Haqlı olaraq etiraz edirlər ki, ölkə başçısı cənab İlham Əliyev vaxtaşırı olaraq əmək haqqlarının artırılması ilə qayğılandığı halda, Regional idarə maaşların artmış hissəsinin də xeyli qismini geri tələb edir. Məsələn, əgər maaşda 30 faiz artım olubsa, 10 faizlik hissə geri tələb olunur.
Maliyyə təminatı ən çox “qayçılanmaya” məruz qalan idarə isə Ağstafa Regional Mədəniyyət İdarəsidir. Çünki bu idarənin əhatə etdiyi zonaya aid rayonların mədəniyyət müəssisələrin rəhbərlərindən, məktəb direktorları və müəllimlərdən “otkat” yığmaq çətindir.
Hərçənd, Rafiq Bayramovun idarə rəisləri vasitəsilə ötürülən tələblərini yerinə yetirmək üçün “dünyası dağılan” müəssisə rəhbərləri də az deyil. Yerlərdə, ələlxüsus da Şəmkir Regional İdarəsinin tabeçiliyində olan musiqi məktəblərinin direktorları, klub və kitabxana müdirləri arasında vəzifədə qalmaq, “taqsa”nı ödəmək üçün borca girən, əmlakını banka girov qoyub yuxarı faizlə kredit götürən şəxslər də çoxdur. Hətta müflis olub intihar həddinə çatanların da olduğu deyilir.
Nazir müavini Rafiq Bayramovun gözüaçıqlıqda idarə rəisi Höccət Əsədullayevdən geri qaldığını düşünmək sadəlövhlük olardı. O da zamanın nəbzini tutmağı bacardığından islahatların çağırışına uyğun olaraq Prezident Administrasiyasında özünə havadar tapıb. Həmin şəxs barədə əlahiddə yazımız olacaq.
Deryaz.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23
İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21
"Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10
"Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03
Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58
İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51
Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35
Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05
Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54
ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03
ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Dünən, 15:53
MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Dünən, 15:51
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Dünən, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Dünən, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Dünən, 15:44
Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Dünən, 15:42
Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Dünən, 15:34
Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Dünən, 15:22
SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 15:15
Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Dünən, 15:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru