Tramp İranı təhdid edib: .....                     Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var .....                     İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı .....                     Əməkdar artist həmkarlarını hədəf aldı: .....                     “Rus "sektor"unda oxumaq üçün 3000-5000 manat ödənilsin” .....                     “Yelo Bank”ın poblemli kreditləri kəskin artıb .....                     Bakıda gənc oğlanla yeniyetmə qız hamamda zəhərləndi, biri öldü .....                     Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi .....                     Kremldən “qazlı” ZƏRBƏ .....                     AZAL-ın təyyarəsi İrəvanda .....                     Sara Əzimovaya yeni vəzifə verilib .....                     Şahin Mustafayev Ermənistanda səfərdədir .....                     Dənizdə çalışan neftçilərin SAĞLAMLIĞI TƏHLÜKƏ ALTINDA! .....                     "Onlar teatra gəlməyimi xahiş etdilər, dostumu, düşmənimi tanıdım" .....                     Səfir Niderland parlamentinin Azərbaycana qarşı qərəzli sənədinə aydınlıq gətirib .....                     Əlixan Rəcəbov necə uğursuz oldu? .....                     İranda nizam dəyişdi .....                     Hərbi xidmət keçməkdən boyun qaçıran gənc qərardan narazıdır .....                     “Zəyəm Texnologiyalar Parkı”nda yığıncaq keçiriləcək .....                     "Bunları təhlükəsizlik yox, cibləri maraqlandırır" .....                     7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin .....                     AQTA-nın tamahkar işçiləri “QILINCLARINI SIYIRIB” .....                     Qubadlıda yaşayış məhəlləsini “See Breeze Construction” tikəcək .....                     Nigar Köçərli “LIV Bona Dea Hospital”ı yenidən saxtakarlıqda ittiham etdi .....                     Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq .....                     “PubG”yə görə azyaşlıya qarşı hədə-qorxu və oğurluq: 40 min manata yaxın ziyan .....                     "Azərbaycan Sənaye Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Azərbaycan neftinin qiyməti 115 dolları ötüb .....                     Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi .....                     Tehranın Azərbaycanla sərhəddən yeni mesajı .....                     ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir .....                     "450-dən çox ailə başçısını işsiz qoydular..." .....                     Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir .....                     Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq .....                     Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər .....                     SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş .....                     AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... .....                     "Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” .....                     Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var .....                     Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? .....                 

“Dedi ki, monopliyanı Ziya Məmmədovdan alıb ona verirlər” - sabiq MTN-çi işə qayıtmaq üçün rüşvət verib
Tarix: 11-08-2018, 13:05 | Çap et
“Dedi ki, monopliyanı Ziya Məmmədovdan alıb ona verirlər”
Bakıda sabiq MTN işçisinə qarşı külli miqdarda dələduzluq etməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. Məhkəmə prosesində məlum olub ki, dələduzluqda ittiham edilən şəxs Azərbaycanda müxtəlif yüksək vəzifəli məmurlarla əlaqələrinin, qohumluğunun olduğunu deyərək müxtəlif şəxslərə qarşı da dələduzluq edib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən Azad Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib. İttihamda yazılır ki, Azad Əliyev Faiq Muxtarovun etibarından sui-istifadə edərək biznes qurmaq, işə düzəltmək və müxtəlif vədlərlə külli miqdarda pul alıb. Ittihama görə, Azad Əliyev universitetə adam qəbul etdirmək, işə düzəltmək, biznes qurmaq adı ilə daha 5 nəfərə qarşı dələduzluq edib.

Elan edilmiş ittihamla Azad Əliyev özünü qismən təqsirli bilib. O deyib ki, digər şəxslərlə iş görmək adı ilə razılaşsa da sonradan iş alınmayıb. Aldığı borcları da qaytara bilməyib. Amma sonradan onlarla razılığa gəlib. Azad Əliyev yalnız Faiq Muxtarovla bağlı ittihamı qəbul etməyib. O bildirib ki, nə olursa, olsun, bunu qəbul etməyəcək.

A.Əliyev deyib ki, o da Faiq Muxtarovu məhkəməyə verib: “Faiqlə şərikli biznes işi görəcəkdik. Onun özü MTN işçisi olub. Mən guya onu MTN-ə işə düzəltmək adı ilə pul almışam. Sonra da bir neçə dəfə iş görmək adı ilə pul verib. Əgər bir dəfə veribsə, işini görməmişəmsə, ikinci, üçüncü dəfə niyə verirdi?

Faiq məndən 230 min pul alıb. Həmin pulu ona görə verdim ki, Faiqin gətirdiyi malların rüsumunu ödəmək lazım idi. Əgər deyildiyi kimi, mən Faiqdən 400 min alsaydım, burada olmazdım.

Faiq deyir ki, guya mən ondan vəzifəli şəxslərə vermək üçün rüşvət almışam. Mənim öz şirkətimə 20 milyonluq mal gəlirdi. Mən bu qədər işin içində gedib Faiqdən 10 mini niyə almalı idim? Guya aldığım pulu MTN-ə rüşvət kimi verəcəkdim. Axı bu necə ola bilər? Camaat iş görəndə MTN-dən qaçırdı ki, gözə görsənməsin. Mən dəli idim ki, iş görüm, sonra da aparım pulu MTN-ə verib gözə girim? Mən mülki qaydada Faiq Muxtarovu məhkəməyə vermişəm. Bu ayın 17-də məhkəmənin hökmü çıxacaq”.

Məhkəmədə Faiq Muxtarov da ifadə verib. O, Azad Əliyevin dediklərinin yalan olduğunu söyləyib, bildirib ki, Azad Əliyevi birlikdə iştirak etdikləri məclislərdən birində tanıyıb və daha sonra onunla bir neçə dəfə görüşüb.

“Vəzifəli şəxslərin adını çəkirdi. Bəziləri ilə qohum olduğunu, bəziləri ilə sinif yoldaşı olduğunu, bəzisi ilə əsgər yoldaşı olduğunu və ya başqa variantlarla tanış olduğunu deyirdi. Bir neçə dəfə görüşüb çörək yedik. Mən Bakıya tikinti materialları gətirirdim. O dedi ki, gömrükdə adamları var. Özünün də tikinti şirkətinin olduğunu söylədi. Mənim mallarımı daha ucuz qiymətə gömrükdən keçirəcəyini dedi. Bu da mənə sərf edirdi.

Bir neçə dəfə mal gətirmək üçün pul verdim. Sonra armatur gətirəndə hər tonunda 15 min güzəşt edəcəyini dedi. Bunun üçün 100 min verdim. Amma mallar gecikdi. Keşlədə qatarların dayandığı yük yerindən öyrəndim ki, rüsum ödənmədiyindən malı buraxmırlar. Müxtəlif bəhanələr gətirdi, dedi ki, Hesablama Palatası yoxlama aparır. Əlavə olaraq o malı çıxarmaq üçün 5 min MTN işçisinə, 10 min gömrüyə, 5 min də Hesablama Palatasına vermək adı ilə istədi. Sonra da gəmi ilə mal gətirdik. Həmin malı da gətirəndə problem yarandı. İki dəfə cərimələndik. Azad dedi ki, xərci öz hesabından çıxacaq.

Bir dəfə də dedi ki, qum-çınqıl monopliyasını Ziya Məmmədovdan alıb onun şirkətinə verirlər. Buna görə də 250 min pul lazım olduğunu dedi. Bundan başqa, tender işlərində də adamının olduğunu söyləyirdi. Müdafiə Nazirliyində tender olacaqdı. Mən də öz adamımı Müdafiə Nazirliyinə göndərdim. Orada ona dedilər ki, tender yoxdur. Həmin adamım mənə dedi ki, daha sonra ona polkovnik Sabir Əliyev adlı şəxs zəng edib, deyib ki, siz tenderi udmusunuz. Guya bizim yerlimizdir deyə sevincinin də həddi-hüdudu yox imiş. Tenderə göndərdiyim adamdan nömrəni istədim ki, həmin Əli adlı polkovniklə özüm danışım. Zəng edəndə səsindən bildim ki, həmin adam polkovnik Əli yox, elə Azadın özü imiş. Səsimi eşidən kimi telefonu söndürdü. Sonra Azadla görüşdüm. And-aman elədi ki, polkovnikin adından danışan o deyildi”.

Faiq Muxtarov işə düzəlmək üçün Azad Əliyevə pul verməsi epizodu üzrə də danışıb. O deyib ki, bir neçə il əvvəl MTN-dən ixtisara düşüb: “Məni MTN-ə işə bərpa etdirəcəkdi. MTN-də kadrlar idarəsinin rəisi ilə qohum olduğunu dedi. Düzdür, mənim də bu işdə təqsirim var. Rüşvət verməyə görə mənə veriləcək cəzaya da razıyam”.

Faiq Muxtarov ifadəsinin sonunda ona dəymiş zərərin 300 min manat və 103 min dollar olduğunu deyib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp İranı təhdid edib: - "Yaxşı oğlan olmaq dövrü geridə qaldı"
Bu gün, 12:39
Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var
Bu gün, 12:35
İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı - TƏFƏRRÜAT
Bu gün, 12:28
Əməkdar artist həmkarlarını hədəf aldı: - "Bilirlər ki, bunu etsəm..."
Bu gün, 12:26
“Rus "sektor"unda oxumaq üçün 3000-5000 manat ödənilsin” - Azər Həsrətdən TƏKLİF
Bu gün, 12:17
“Yelo Bank”ın poblemli kreditləri kəskin artıb – Müştərilər pullarını geri götürür
Bu gün, 12:04
Bakıda gənc oğlanla yeniyetmə qız hamamda zəhərləndi, biri öldü
Bu gün, 12:01
Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi - TƏFƏRRÜAT
Bu gün, 11:56
Kremldən “qazlı” ZƏRBƏ – “Cermuk”a HÜCUMUN gizlinləri
Bu gün, 11:53
AZAL-ın təyyarəsi İrəvanda - FOTO
Bu gün, 11:45
Sara Əzimovaya yeni vəzifə verilib - BUNDAN SONRA...
Bu gün, 11:42
Şahin Mustafayev Ermənistanda səfərdədir
Bu gün, 11:34
Dənizdə çalışan neftçilərin SAĞLAMLIĞI TƏHLÜKƏ ALTINDA! - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
"Onlar teatra gəlməyimi xahiş etdilər, dostumu, düşmənimi tanıdım" - Mehriban Xanlarova "AZDRAMA"-ya qayıdır?
Bu gün, 11:13
Səfir Niderland parlamentinin Azərbaycana qarşı qərəzli sənədinə aydınlıq gətirib - "Biz onlara təsir göstərə bilmərik"
Bu gün, 11:08
Əlixan Rəcəbov necə uğursuz oldu? - Orxan Saffari yazır…
Bu gün, 11:01
İranda nizam dəyişdi - Hakimiyyət ali rəhbərdən alındı
Bu gün, 10:48
Hərbi xidmət keçməkdən boyun qaçıran gənc qərardan narazıdır
Bu gün, 10:42
“Zəyəm Texnologiyalar Parkı”nda yığıncaq keçiriləcək
Bu gün, 10:40
"Bunları təhlükəsizlik yox, cibləri maraqlandırır" - ETİRAZ VAR...
Bu gün, 10:37
7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin məhkəmə zalında həbsi tələb olunub
Bu gün, 10:33
AQTA-nın tamahkar işçiləri “QILINCLARINI SIYIRIB” - GİLEY
Bu gün, 10:29
Qubadlıda yaşayış məhəlləsini “See Breeze Construction” tikəcək – 34,4 milyonluq tender
Bu gün, 10:17
Nigar Köçərli “LIV Bona Dea Hospital”ı yenidən saxtakarlıqda ittiham etdi - "Bir klinika pasiyenti əzmək üçün..."
Bu gün, 10:15
Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq - TƏFƏRRÜAT
Bu gün, 10:04
“PubG”yə görə azyaşlıya qarşı hədə-qorxu və oğurluq: 40 min manata yaxın ziyan - MƏHKƏMƏ
Bu gün, 09:53
"Azərbaycan Sənaye Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:47
Azərbaycan neftinin qiyməti 115 dolları ötüb
Bu gün, 09:44
Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 08:42
Tehranın Azərbaycanla sərhəddən yeni mesajı - Görünəni odur ki...
Bu gün, 08:39
ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir - KİV
Bu gün, 08:35
"450-dən çox ailə başçısını işsiz qoydular..." - NARAZILIQ VAR...
Bu gün, 08:30
Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir - Stupak
Bu gün, 08:02
Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq - Rəsmi Tehran
Bu gün, 08:00
Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər - İDDİA
Bu gün, 07:34
SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş - FOTO
Bu gün, 07:32
AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... - Orxan İmanlının bibisi oğlundan narazılıq artıb
Bu gün, 07:19
"Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” - DİM sədrinə ETİRAZ
Bu gün, 07:15
Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var - İNCƏLƏMƏ
Bu gün, 07:10
Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? - NƏ BAŞ VERİR?
Bu gün, 07:07
Azərbaycanda “WhatsApp”la bağlı yeni problem – Həlli AÇIQLANDI
Bu gün, 07:05
Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:04
Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev
Bu gün, 07:02
İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:00
Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir - Natiq Miri ŞƏRH EDİR
Bu gün, 06:58
"Su İdmanı Sarayı" dövlətə BORCLANDI - Böyük miqdarda
Bu gün, 06:56
Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər - “İzvestiya” qəzeti
Bu gün, 06:51
Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… - DETALLAR
Bu gün, 06:49
"Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" - partiya sədri
Bu gün, 06:33
Tanınmış müğənni qonşusundan gileyləndi - "...şübhə edir"
Bu gün, 06:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru