Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: .....                     Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir .....                     Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... .....                     Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir .....                     Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik .....                     Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ .....                     Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı .....                     “Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? .....                     “Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” .....                     Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir .....                     Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ .....                     Azərbaycanda tətbiq edilən ŞOK SİLAH .....                     Distant təhsil günlərində internet güzəşti olacaq? .....                     Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək .....                     Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… .....                     Gürcüstanda 55 əcnəbi saxlanıldı .....                     Deputat Aydın Mirzəzadənin sərgüzəştləri .....                     Bu komitəyə yeni sədr seçildi .....                     Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? .....                     Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı .....                     Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır .....                     Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub .....                     Mərkəzi Bankın tenderi niyə ləğv olundu? .....                     Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib .....                     Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI .....                     Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu .....                     MSK-nın yeni üzvlərinin adları açıqlandı .....                     Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir .....                     Zaur Baxşəliyev yenə ATV-də: .....                     Əliyevin açıqlamasında mühüm siqnallar .....                     “PAŞA Management Company” adını dəyişir .....                     Hərbiyə ən çox pul xərcləyən ölkələr .....                     Üçüncü İran müharibəsi başlayıb: .....                     Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır .....                     “Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem .....                     Kasparovun adamı həbsxanada öldü .....                     "Ram Holdinq" ətrafında qalmaqallı iddialar... .....                     Sabah Hacı Vəliyevə hökm oxunacaq .....                     Oğlunu qətlə yetirən ata: .....                     Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... .....                 

"Yuxarılar" zülmkarlıqda ad çıxarmış başçını cəzalandırır - Yediyarov yedi, doydu...
Tarix: 14-04-2016, 10:04 | Çap et
"Yuxarılar" zülmkarlıqda ad çıxarmış başçını cəzalandırır
Hələ bir neçə il bundan əvvəl, Gədəbəydə sahibkarlara bənzəri olmayan divan tutulduqca, onlara məxsus obyektlər heç bir məhkəmə qərarı, icra başçısının hər hansı əsas verən sərənncamı və.s olmadığı halda viran edildikcə, o halda tam əksəriyyət bilib başa düşürdü ki, Ramiz Yediyarovun zülmə və iztiraba söykənən idarəçiliyi, hələ “çox başları yeyəcək”. Bəli, bu belə də oldu. Yəni, nə az, nə çox təqribən 43 nəfər sahibkara məxsus obyektlər elə bir formada darmadağın edildi ki, onlar bu gün də düşdükləri zülmdən qurtula bilmirlər. Həmin sahibkarlara məxsus obyektlər icra başçısının verdiyi şifahi tapşırıq və Gədəbəy şəhəri üzrə icra nümayəndəsi vəzifəsini daşıyan, çoxsaylı qanunsuzluq əməllərinin müəllifi, büdcə oğurluqlarının “ixtiraçısı” və.s adı ilə məşhurlaşan Şahbaz Bayramov tərəfindən viran edildikdən sonra, əsl müsibət də həmin vaxtdan başladı.
Bəli, bu gün pozulmuş hüquqlarının bərpası uğrunda mübarizə aparan sahibkarlar Gədəbəylə Prezident Administrasiyası arasında qalıblar ki, bu da onların mübarizə əzminin hələ qırılmadığından, yorulmamalarından xəbər verir. Məsələn, üz-üzə qaldıqları problemlərin varlığı ilə bağlı “Gündəm Xəbər”in əməkdaşına fikirlərini bildirən sahibkarlardan Əliyev Oqtay Qara oğlu, Səfərov Vaqif Qara oğlu, Məmmədov Qasım Nəriman oğlu, Əliyev Oqtay İbrahim oğlu və digərləri bildirirlər ki, “bizim alın tərimizlə, zəhmətimizlə, minbir əzab-əziyyətlə ərsəyə gətirdiyimiz və şəxsi mülkiyyətimizdə olan obyektləri Ramiz Yediyarov heç bir əsas olmadan darmadağın etdirdi”.
Daha çox ziyan çəkən sahibkarlardan biri də Oqtay Qaraoğludur ki, o, üzləşdiyi haqsızlığa qarşı mübarizə yolunda bir dəfə həbs də olunub. Onun həbsi, onun susdurulmasına hesablanmış addım olsa da, sonrakı proseslər tam əksinə cərəyan edir. Çünki, digər sahibkarlar kimi Oqtay Qaraoğlunun aidiyyəti qurumlardan pozulmuş hüqüqlarının bərpası ilə bağlı tələbi, yəni o, şəxsi mülkiyyətində olan 38,5kvm-lik obyektinin heç bir məhkəmə qərarı olmadan sökülməsini, yüksək çinli vəzifə sahiblərinin diqqətinə də çatdıra bilir. Baxmayaraq ki, hələ bir müddət bundan əvvəl Gədəbəy rayon İcra Hakimiyyətində hüquqşünas vəzifəsini daşıyan Zülfüqar İsgəndərov, “ANS” televiziyasına zəng edərək bildirmişdi ki, gədəbəyli sahibkarların, o cümlədən Oqtay Qaraoğlunun heç bir əsaslı sənəd-sübutu yoxdur. Çox keçmədən teleşirkət əməkdaşının məsəyəyə müdaxiləsi, verilən informasiyanın araşdırılması yöndə apardığı araşdırma, Zülfüqar İsgəndərovun yalanını ortaya çıxarır. Bu da onu söyləməyə əsas verir ki, icra başçısı başda olmaqla, həmin strukturda çalışanlar yerli sahibkarlara qənim kəsiliblər.
Təhsilimizə vurulan zərbə
Sahibkarlar onu da vurğulayırlar ki, “icra başçısının obyektlərimizi darmadağın etdirib bizi böşbekar qoydurması qalsın bir yana, Gədəbəy rayon Peşə Məktəbinə məxsus üç inzibati binanın yerlə-yeksan edilməsi də, bu gün əsas müzakirə olunan problemlərdəndir. Təəccüb və təəssüf doğuran hal odur ki, “biz bu yerdə bayraq tikdirəcəyik” adı altında, dövlətin külli miqdarda vəsaiti hesabına inşa olunan məktəbə məxsus inzbati binaların darmadağın edilməsi və söküntü zamanı əldə olunan köhnə materiallardan şəxsi məqsədlər üçün istifadə olunma da, nə yerə, nə də göyə sığası məsələdir. Axı, ölkə rəhbəri cənab İlham Əliyev başda olmaqla, bu gün Azərbaycan təhsilinin inkişafı məsələlərinə cavabdehlik daşıyan hər bir vəzifə sahibi, texniki peşə məktəbləri ilə bağlı problemlərə həssaslıqla yanaşırlar. Hətta, problemlərin həlli istiqamətində lazımi tapşırıqlarını da verirlər. Görəsən Gədəbəy rayon rəhbərliyi və onun zülmə, iztiraba söykənən idarəçiliyinə dəstək verən vəzifə sahiblərinin, ölkə rəhbərinin Azərbaycan təhsilinin problemlərinin həlli ilə bağlı yanaşmasına verdikləri dəstək budurmu? Əslində onların bu cür yanaşmaları, ölkə rəhbərinin mövqeyinə qarşı etdikləri xəyanətdən başqa bir şey deyil.
Bir faktı da qeyd edək ki, təqribən 2013-cü ildə darmadağın edilən Gədəbəy rayon Peşə Məktəbinə məxsus inzibati binada, əvvəllər hərbi hissə də yerləşirdi. Yəni, həmin binadan hərbi məqsədlər üçün də istifadə olunurdu. Amma, rayon rəhbərliyinin iştahası hər şeyə qalib gəldi ki, bu gün də nəticə göz önündədir və dağıdılmış binaların əraziləri bomboşdur. O, halda ortaya belə bir sual da çıxır ki, təqribən 804 nəfər şagirdin təhsil ala biləcəyi binalar niyə viran edildi və söküntü zamanı əldə olunan köhnə materiallar hara qeybə çəkildi? Yəqin ki, bu yöndə bir qədər araşdırmalar aparılarsa o da bəlli olar ki, həmin materiallardan rayonun sukanal anbarının üstündə Şahbaz Bayramov özünə təmtəraqlı yaşayış evi, Ramiz Yediyarov isə, əldə etdiyimiz məlumatlara görə Şəki şəhərində tikinti işləri apartdırıb.
Gədəbəydə şəhidlərin ruhuna hörmətsizlik olunur
Gədəbəydə yaşanan problemlər içərisində daha çox müzakirə olunanı, gədəbəyli şəhidlərin adını daşıyan və rayonun Səməd Vurğun küçəsində, mərhum sürücü İsmayıl Məmmədova məxsus evin yaxılığında yerləşən bulağın darmadağın edilməsidir. Bir anlığa diqqət yetirək ki, Gədəbəy rayonu Ermənistanın üç rayonu ilə həmsərhəd, həm də strateji əhəmiyyət kəsb edən bir ərazidə yerləşir. Belə bir səbəblər üzündən də, hələ 1992-1993-cü illərdə bu rayonun sərhəd zolaqlarında aparılan döyüş əməliyyatlarında neçə-neçə şəhidlər qurban verilsə də, bir metr olsun belə torpaq verilmədi. Bəli, bu gün də vaxtilə gədəbəylilərin göstərdikləri şücaət, qəhrəmanlıq hissi dillərin əzbərinə çevrilib. Amma, bütün bunlara baxmayaraq Gədəbəy rayon İcra Hakimiyyəti başçısının şəhid bulağına qənim kəsilməsi ucbatından, həmin bulaq traktorla yer üzündən silinmişdir. Belə bir yanaşmanın varlığı da, şəhid ruhuna edilən hörmətsizlikdən başqa bir şey deyil.
Səbəb nədir ki, Ramiz Yediyarov gədəbəyliləri dilənçi adlandırıb?
Hələ ötən sayımızda, Gədəbəy rayon İcra Hakimiyyəti başçısının gədəbəyliləri dilənçi adlandırması məsələsinə də toxunmuşduq. Bu haqda redaksiyamızı məlumatlandıran şəxsin bildirdiyinə görə, icra başçısı çoxsaylı sahibkarların problemlərini həll etmək əvəzinə, gədəbəylilərin ünvanına təhqiramiz ifadələr işlətməkdən də çəkinməyib. Məsələn, xeyli müddət bundan əvvəl üzləşdiyi problemin həllini icra başçısından tələb edən sahibkara, onun “bu gədəbəylilər əl açıb adamdan əl çəkmirlər” deməsi, gədəbəylilərin dilənçi adlandırılması mənasını daşımırmı? İcra başçısının bu cür ifadəsi, heç bir halda qətiyyətli iradəsi ilə sayılıb-seçilən gədəbəylilərə şamil oluna bilməz. Çünki, Gədəbəy tarixən həm ziyalıları, həm də igid ərənləri ilə xüsusi ad çıxaran ərazilərdən biri olub. Hələ ötən sayımızda onu da qeyd etmişdik ki, bu rayon sovet dönəmində bəlkə də yeganə rayon olub ki, ərazisində bir kimsə dilənçiliklə məşğul olmayıb. Son hadisələr bir daha isbat etdi ki, Gədəbəyin ərazilərini mənfur ermənilərdən qoruyanlar kənardan gələnlər deyil, məhz bu rayonun ərazisində doğulan, onun təmiz havasını udan, suyunu içən, çörəyini yeyən gədəbəylilər müdafiə edib qorudular. Bəli, gədəbəylilər öz qürurlu adları ilə, bu gün də fəxr etməkdədirlər.
Fərqli yanaşma nəyə dəlalət edir?
Diqqəti bir məqama da yönəldək ki, həmişə ölkə rəhbəri səviyyəsində Gədəbəyə xüsusi hörmət və izzət də bəslənilib. Rayonun çoxsaylı problemləri zaman-zaman diqqətdə saxlanılıb, həlli istiqamətində müvafiq tapşırıqlar da verilib. Bir sözlə, gədəbəylilər istər ulu öndər, mərhum prezidentimiz Heydər Əliyevdən, istərsə də möhtərəm prezidentimiz cənab İlham Əliyevdən daim diqqət və qayğı görüblər. Bu belə olduğu halda səbəb nədir ki, ölkə rəhbərinin verdiyi səlahiyyət çərçivəsində icra başçısı vəzifəsini daşıyan Ramiz Yediyarov, məhz gədəbəylilərin ünvanına belə bir fikir səsləndirir. Bu cür yanaşmanın ortaya qoyulması, təkcə bu gün həyatda yaşayan gədəbəylilər üçün deyil, həm də həmin torpaq uğrunda canından keçən şəhidlərimizə, veteranlarımıza, əlillərimizə və.s bəslənilən hörmətsizlikdir. Odur ki, bir qədər düşünək, bir qədər də götür-qoy edək...
Vəzifə sahiblərindən növbəti maxinasiya
Gədəbəyin çoxsaylı problemlərindən biri də, icra başçısı Ramiz Yediyarovla, rayonun maliyyə idarəsinə rəhbərlik edən Namiq Məmmədovun ələlə verərək, təqribən bir il bundan əvvəldən başlayaraq, istər büdcə oğurluqları hesabına əldə etdikləri vəsaitlər, istərsə də köhnə materiallar hesabına, rayonun Qaradağ və Maarif kəndləri arasındakı aşrım ərazidə yeni adsız kənd salmalarıdır. Aparılan tikinti işləri ilə bağlı məlumatları “Gündəm Xəbər”ə çatdıran şəxsin bildirdiyinə görə, həmin ərazidə adları çəkilən vəzifə sahibləri özləri üçün malikanə tikdirməkdədirlər. Bu da olduqca ciddi qanun pozuntusudur. Çünki yeni adsız kənd, kənd təsərrüfatı məhsulları yetişdirmək üçün nəzərdə tutulmuş pay torpağı sahələrində salınır. Digər tərəfdən hər hansı ərazidə yeni kənd salınırsa, həmin kəndin adı ilə bağlı Nazirlər Kabinetinin müfvafiq qərarı olmalıdır. Bu haqda məlumatı verən şəxs onu da bildirir ki, kənd sakinlərinə məxsus pay torpaqlarında yeni salınan kəndlə bağlı Nazirlər Kabinetinin hər hansı qərarı yoxdur. Daha bir qanunsuzluq da, qeyd olunan pay torpağı sahələrindən təyinatı üzrə istifadə olunmamasıdır. Yəni, istifadə olunmaya imkan verilməməsidir.
Onu da vurğulayaq ki, hakimiyyətin yuxarı dairələrindən “Gündəm Xəbər”ə verilən ciddi informasiyalara görə, artıq Ramiz Yediyarovun icra başçısı “post”undan yola salınması üçün siyasi qərar da verilib. Bunu onunla əsaslandırırlar ki, ölkə rəhbərinin sahibkarlığın inkişafı ilə bağlı verdiyi tapşırıqlar rayon ərazisində heç bir vəhclə yerinə yetirilmir, əksinə yeni-yeni sosial problemlər baş qaldırmaqda davam edir. Bu da icra başçısının “yola salınması” üçün zəmin yaradıb ki, onun da taleyi Cəbrayılın və Laçının işdən çıxarılmış icra başçılarının taleyi ilə eyni olacağı bildirilir.
Gədəbəydə mərkəzi arxiv söhbəti, daim aktual mövzulardan biri olur
Yerli vəzifə sahibləri içərisində icra başçısı səviyyəsində təsir gücünə malik olan Namiq Məmmədov, sözün əsl mənasında bu gün Gədəbəydə əməlli-başlıca “fironluq” edir. Məlumatlı şəxsin “Gündəm Xəbər”ə verdiyi məlumatlara görə, bir müddət bundan əvvəl rayon təhsil şöbəsinin mühasibatlığı, Şəmkir rayon Təhsil Şöbəsinin mühasibatlığı ilə birləşdirildi. Az sonra isə, atılan addımlarla bağlı rayonun təhsil ocaqlarında yoxlamalar aparılsa da, aparılan yoxlama sənədləri Namiq Məmmədovun birbaşa səyi nəticəsində mərkəzi arxivə ötürüldü. Sözsüz ki, atılan addımların səbəbi o olur ki, mənimsənilmiş vəsaitlər teztələsik itbata salınsın. Bütün bunlardan əlavə, hər təhsil ocağı müdrinin 200 manat məbləğində “xərcə salınmaları” da diqqətdən kənarda qalmır. Məlumatlı şəxs onu da vurğulayır ki, toplanmış 200 manat pullar ünvanı üzrə, yəni icra hakimiyyəti aparatına çatdırılır.
Ümumiyyətlə, büdcə vəsaitlərinin mənimsənilməsi təkcə bu sahədə deyil, digər sahələrdə də tüğyan etməkdədir. Adicə bir faktı qeyd edək ki, bu gün Gədəbəyin başlıca problemlərindən biri də, elektrik enerjisi ilə təmin olunmada əmələ gələn problemlərin varlığıdır. Məsələn, elektrik enerjisinin tez-tez kəsilməsi, rayonun mərkəzi ərazilərinin axşam saatlarında zülmətə qərq olması, bu sahədə qol qoyulan maxinasiyalar nəticəsində baş verir. Rayonun mərkəzi ərazilərinin “kanalizasiya qazırıq” adı altında qazılıb xarabazarlığı çevrilməsi, yerli sakinlərin üz-üzə qaldıqları problemlərdəndir.
P.S. Hörmətli oxucular! Bu gün Gədəbəy rayonunun problemləri o qədər aşıb-daşır ki, problemlərin varlığını yazmaqla qurtarmaq olmur. Sözsüz ki, belə bir vəziyyətin əmələ gəlməsinə səbəb, rayon ərazisində həyata keçirilən yarıtmaz idarəçiliyin varlığıdır. Odur ki, növbəti sayımızda Gədəbəyin ucqar kənd və qəsəbələrində, meşə təsərrüfatında, səhiyyəsində, təhsilində, mədəniyyətində və.s kimi sahələrində yaşanan acınacaqlı durumdan, yerli sahibkarların gözümçıxdıya salınmalarından bəhs etməyə çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Aqil Abbasdan “Ağdam Bus” kartlarının buraxılmasına münasibət: -“2-3 min adam üçün nəyə lazımdır?”
Bu gün, 14:06
Marukyan Azərbaycanı məhkəməyə vermək istəyir
Bu gün, 14:02
Körpələrin yeməyinə tamah salan BÖYÜKLƏR... - İTTİHAM VAR...
Bu gün, 13:47
Maliyyə icarəsi verənlərin reyestri ilə bağlı dövlət rüsumu müəyyənləşir - MƏBLƏĞ
Bu gün, 13:42
Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik - Paşinyan
Bu gün, 13:34
Bakıda FACİƏ: pəncərəni silən qız binadan yıxılıb ÖLDÜ - TƏFƏRRÜAT
Bu gün, 13:31
Bu şəxslər MSK-nın yeni tərkibində yer almadı - SİYAHI
Bu gün, 13:07
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? - Rusiyanın “kölgə tanker”ində İran izi
Bu gün, 13:06
“Səfərbərlik kimi məsuliyyətli proseslərdə qanun pozuntusuna yol vermək olmaz” - deputat
Bu gün, 12:59
Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:49
Dilarə Kazımova ailə quracağı şəxsə ŞƏRT KƏSDİ - "Məni üç uşağımla..."
Bu gün, 12:39
Azərbaycanda tətbiq edilən ŞOK SİLAH – Daha təhlükəli formada qayıdıb?
Bu gün, 12:35
Distant təhsil günlərində internet güzəşti olacaq? - AKTUAL
Bu gün, 12:30
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası davam etdiriləcək - Nikol Paşinyan
Bu gün, 12:27
Portağal idxalı: İrandan çox alırıq, Türkiyədən isə ucuz… - SİYAHI
Bu gün, 12:24
Gürcüstanda 55 əcnəbi saxlanıldı - Aralarında Azərbaycan vətəndaşları da var
Bu gün, 12:13
Deputat Aydın Mirzəzadənin sərgüzəştləri - Orxan Saffari yazır...
Bu gün, 12:08
Bu komitəyə yeni sədr seçildi - ƏMR
Bu gün, 12:02
Hakim Elnur Nuriyev bir dələduza niyə HÖKM oxumur? - 165 ailə Mehriban Əliyeva və İnam Kərimova üz tutdu
Bu gün, 11:58
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 11:55
Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır - İLGİNC FAKTLAR...
Bu gün, 11:51
Nizami Kino Mərkəzinin direktoru işdən çıxıb, yerinə müvəqqəti təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:46
Mərkəzi Bankın tenderi niyə ləğv olundu?
Bu gün, 11:44
Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib - SİYAHI
Bu gün, 11:39
Şərurun icra başçısı etirazçını DƏLİXANAYA SALDIRDI - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
Gərginlik artır: Ermənistan sülhə ağır zərbə vurdu – Nur Tuğba Aktay
Bu gün, 11:23
MSK-nın yeni üzvlərinin adları açıqlandı - YENİLƏNDİ
Bu gün, 11:22
Neft məhsulları ilə məşğul olan xarici şirkət Azərbaycandan gedir
Bu gün, 11:13
Zaur Baxşəliyev yenə ATV-də: - Bu dəfə...
Bu gün, 11:12
Əliyevin açıqlamasında mühüm siqnallar – Diplomatiyada 7 rəqəminin önəmi
Bu gün, 11:11
“PAŞA Management Company” adını dəyişir - BUNDAN SONRA...
Bu gün, 11:05
Hərbiyə ən çox pul xərcləyən ölkələr - SİYAHI
Bu gün, 11:04
Üçüncü İran müharibəsi başlayıb: - əyləc basılmasa, qloballaşa bilər
Bu gün, 11:02
Azərbaycanda bu zavodun fəaliyyəti 10 il müddətinə dayandırılır - DETALLAR
Bu gün, 11:01
“Azparkinq”: Rahatlıq vəd edib narazılıq yaradan sistem - AXI NİYƏ?..
Bu gün, 10:56
Kasparovun adamı həbsxanada öldü - Rusiyada müəmmalı hadisələr
Bu gün, 10:48
"Ram Holdinq" ətrafında qalmaqallı iddialar... - daxildə baş verənlər niyə araşdırılmır?
Bu gün, 10:47
Sabah Hacı Vəliyevə hökm oxunacaq - TƏFƏRRÜAT
Bu gün, 10:42
Oğlunu qətlə yetirən ata: - “Məndən soruşdu ki, işləyib qazandığım pulu nə etmişəm...”
Bu gün, 10:30
Vüqar Qurbanovun SONUNCU ƏMRİ: xəstələrə baha başa gələ bilər... - İLGİNC İDDİALAR
Bu gün, 10:23
Məhkəmə sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı qərar çıxardı
Bu gün, 10:14
Faiq Qürbətovun tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 10:10
Mahmudovlarla birləşən hakim cəzalandırılacaqmı? - VƏTƏNDAŞLAR ƏDALƏT TƏLƏB EDİR!
Bu gün, 10:05
Kürəkənini yandıraraq öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin detalları - TƏFƏRRÜAT
Bu gün, 10:03
İrandan ABŞ-yə yeni təklif - KİV
Bu gün, 09:54
TƏBİB-in yeni rəhbərliyi buralara mütləq nəzər salmalıdır... - İTTİHAM VAR...
Bu gün, 09:53
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI - Görünəni odur ki...
Bu gün, 09:42
“Birmarket”in müştərilərə ONLAYN TƏLƏSİ... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:35
İran–Azərbaycan münaqişəsi niyə baş vermədi - "The National Interest" yazır ki...
Bu gün, 09:20
ABŞ–İran qarşıdurması Aİ üçün siyasi böhran riski yaradır - “Politico”
Bu gün, 09:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru