NİZAMİNİN İCRA BAŞÇISI HARA BAXIR?
Tarix: 2-08-2013, 12:06 | Çap et
Paytaxtda fəaliyyət göstərən bazarların əksəriyyətində antisanitariya şəraiti hökm sürür. Zibillərin vaxtında yığışdırılmaması, kanalizasiya sularının küçələrə axıdılması, xarab meyvə-tərəvəzin hara gəldi atılması bunu yaradan əsas səbəblərdəndir. Bakının ən pinti bazarlarından biri də hamının В«Vosmoy bazarıВ» kimi tanıdığı В«8-ci kilometr bazarıВ»dır. Bazarda gigiyenik qaydalara qətiyyən əməl olunmur.
Müvafiq qurumlar tərəfindən bununla bağlı bir neçə dəfə cəza növləri tətbiq edilsə də, vəziyyət düzəlmir ki, düzəlmir. Bura yaxın binalarda yaşayan insanlar dəfələrlə Nizami Rayon İcra Hakimiyyətinə və bazar rəhbərliyinə müraciət etsələr də, təmizliyə riayət edən yoxdur. Bazarın səbəb olduğu kəskin üfunət iyi ətrafda yaşayanların gününü qara edib. Nizami sakinlərinin redaksiyamıza bildirdiyinə görə, yay fəsli olduğu üçün bazarda yaranan antisanitariya şəraiti onlar üçün ikiqat zərbə deməkdir: В«Təəssüf ki, yaşadığımız binalara yol bazarın yaxınlığından keçir. Burdan keçib evə çatana kimi ödümüz ağzımıza gəlir. Natəmizlik baş alıb gedir, çürümüş meyvələri küçənin ortasına boşaldırlar, zibilləri vaxtında yığışdırmırlar. Bunun da nəticəsində pis qoxu gəlir. Biz hər gün bu iyi qəbul edirik. Buna məcburuq. Mənzil İstismar Sahəsinə, İcra Hakimiyyətinə və bazarın sahiblərinə normal qaydada bildirmişik ki, bu şəraiti səhmana salsınlar. Sözümüzü qulaqardına vururlar, bazardakı natəmizlik dəhşətli həddə çatıb. Kanalizasiya sistemi yaxşı işləmədiyindən çirkab suları yola axıdılır. İnanın elə pis iy gəlir ki, adamın beyni çatlayır. Nizami Rayon İcra Hakimiyyəti ilə bazarın arasında heç 500 metr məsafə yoxdur. İcra başçısı Tahir Budaqov nəyə görə bu vəziyyəti görmür? В«Vosmoy bazarıВ» açıq-aşkar xəstəlik mənbəyidir. Vətəndaşlara məsləhət görürük ki, burda satılan mallardan almasınlar. Mal əti adı altında camaata camış, eşşək, at əti satırlarВ». Sakinlər onu da bildirdilər ki, bazarda işləyən satıcılar natəmizlik yaratdıqları azmış kimi, vətəndaşların gediş-gəliş yolunu da kəsiblər.
Onların sözlərinə görə, satıcılar piştaxtaları yolun ortasına düzdüyündən burdan maşınla keçmək qeyri-mümkündür: В«İcra Hakimiyyətinin nümayəndələri, polis əməkdaşları deyirlər ki, küçə ticarətinə qarşı mübarizə aparırıq. Onlar necə mübarizə aparır ki, bazarın yaxınlığında yüzlərlə qanunsuz şəkildə fəaliyyət göstərən ticarətçi var? Bazarın öz sahəsi var. Lakin bəziləri bazarın çölündə alver etməklə yaxınlıqda yaşayan vətəndaşlara maneçilik yaradır. Bir gün axşam bura gəlib müşahidə aparsanız görərsiniz ki, zibillər yığılıb təpə əmələ gətirib. Yolun ortası başdan-başa zibillə dolu olur. Bazara yaxın yaşayanlar nə etməlidir? Evimizi satıb gedək? Xarici ölkələrdə də yaşayış evlərinin yanında bazarlar fəaliyyət göstərir. Həmin ölkələrdə vəziyyət belə deyil.
Bazar yerləri tez-tez zibildən təmizlənir. Bazarın sahibi satıcılardan aylıq icarə haqqı ala bilir, bəs nəyə görə gigiyenik qaydaları qorumur? İcra başçısına inamımız qalmayıb. Sizin vasitənizlə aidiyyəti qurumlardan xahiş edirik ki, В«8-ci kilometrВ» bazarında yaşanan rəzaləti aradan qaldırıb, bazarın rəhbərliyini cəzalandırsınlarВ». Qeyd edək ki, bir neçə ay əvvəl Respublika Gigiyena və Epidemiologyia Mərkəzinin qida gigiyenası şöbəsinin müdiri İmran Abdullayev bildirmişdi ki, sözügedən bazardakı sanitar vəziyyət doğrudan da acınacaqlıdır: В«Bu işin üstündə bazar rəhbərliyini inzibati qaydada cərimələmişik. Həm də o bazarda ərzaq satışını qadağan etmişik. Amma bu vəziyyət davam edir. Bunun da işini Dövlət Əmlak Komitəsinə vermişik. İş onlarındır. Faktiki olaraq biz tərəfdən tədbirlər görülüb. Bu işə görə məhkəməyə də vermişik. Addım atmışıq. İnzibati orqanlara da xəbər vermişik. Şöbə müdiri deyib ki, paytaxt bazarlarında belə vəziyyət var, amma bu dərəcədə deyil: В«Nöqsanlar var, amma bu vəziyyətdə olan bazar yoxdur. Bazar rəhbərliyi işə başlayanda sanitariya qaydalarını özü bilməlidirВ». Yaxşı olardı ki, aidiyyəti orqanlar bazardakı vəziyyətlə bağlı təcili tədbirlər görsünlər.
(ardı var)


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Bu gün, 15:10 |
|
|
|
| • Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Bu gün, 15:08 |
|
|
|
| • Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Bu gün, 15:01 |
|
|
|
| • "Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Bu gün, 14:53 |
|
|
|
| • Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Bu gün, 14:50 |
|
|
|
| • BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Bu gün, 14:09 |
|
|
|
| • ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Bu gün, 14:06 |
|
|
|
| • Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Bu gün, 14:04 |
|
|
|
| • “Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Bu gün, 14:01 |
|
|
|
| • 9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Bu gün, 13:10 |
|
|
|
| • Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Bu gün, 13:06 |
|
|
|
| • Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Bu gün, 13:00 |
|
|
|
| • Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Bu gün, 12:58 |
|
|
|
| • Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Bu gün, 12:52 |
|
|
|
| • "Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Bu gün, 12:50 |
|
|
|
| • Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Bu gün, 12:48 |
|
|
|
| • Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Bu gün, 12:45 |
|
|
|
| • Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36 |
|
|
|
| • Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:29 |
|
|
|
| • Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20 |
|
|
|
| • Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i
Bu gün, 12:14 |
|
|
|
| • “PashaPay” ölkənin ən iri ekosistemində pay alıb
Bu gün, 12:10 |
|
|
|
| • Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb - FOTO
Bu gün, 12:03 |
|
|
|
| • Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 11:55 |
|
|
|
| • 200 manat ver və uşağı döy... - ŞƏRH
Bu gün, 11:51 |
|
|
|
| • Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:49 |
|
|
|
| • “Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb
Bu gün, 11:38 |
|
|
|
| • “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 11:37 |
|
|
|
| • Naxçıvan deputatlarının maaşları artırıldı - 7 min manatdan 15 min manata qədər
Bu gün, 11:35 |
|
|
|
| • Xameneinin ciddi zədələri var – Əməliyyata ehtiyacı ola bilər
Bu gün, 11:30 |
|
|
|
| • Mağaza sahibini döyən şəxs: - “Nisyə ərzaq almaq istədim, lakin o, məni təhqir etdi”
Bu gün, 11:23 |
|
|
|
| • Vüsalə Əlizadə vətəndaşı təhqir edib? – Aparıcıdan polisə şikayət edildi
Bu gün, 11:21 |
|
|
|
| • MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub
Bu gün, 11:15 |
|
|
|
| • "Təcili yardım"ın rəhbəri vəzifəsi bu şəxsə həvalə edildi - BUNDAN SONRA...
Bu gün, 11:14 |
|
|
|
| • Cəfərquliyev restoranda DAVA SALDI VƏ... - TƏFƏRRÜAT
Bu gün, 11:08 |
|
|
|
| • Məktəb direktoru: Valideynlərdən bizə təzyiq var, problemin əsası ailədədir - MÜSAHİBƏ
Bu gün, 11:04 |
|
|
|
| • Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 10:58 |
|
|
|
| • Bakıda daha bir məktəbdə İNSİDENT: Şagirdlər məktəblini təhdid etdi -VİDEO
Bu gün, 10:52 |
|
|
|
| • Ermənistan daxilində siyasi hesablar sülhü yubadır - ŞƏRH
Bu gün, 10:49 |
|
|
|
| • Seçiləri onlarla ONLAYN görüşən Siyavuş Novruzovu BOYKOT ETDİLƏR: “Bizə belə deputat lazım deyil” - "Bu, sadəcə camaatı aldatmaq, işləyirmiş kimi görüntü yaratmaqdır..."
Bu gün, 10:43 |
|
|
|
| • Ermənistan Türkiyənin düşmənləri ilə hərbi ittifaq qurur - SÜLHƏ BELƏ GEDİRLƏR?
Bu gün, 10:39 |
|
|
|
| • İki ayağı olmayan qazi baş həkimdən Prezidentə GİLEYLƏNDİ - "İmkan vermir ki..."
Bu gün, 10:32 |
|
|
|
| • Şəmkirdə su istifadəçilərinin başına CORAB HÖRÜLÜR... - İLGİNC FAKTLAR
Bu gün, 10:25 |
|
|
|
| • Həbsdən çıxan tanınmış cərrahdan Prezidentə müraciət – “Məhkəmə tam qanunsuz qərar qəbul etdi”
Bu gün, 10:10 |
|
|
|
| • Azərbaycanda toylarla bağlı qadağalar gəlir? - AKTUAL
Bu gün, 10:08 |
|
|
|
| • “Bolt” şirkətinin ofisində sürücülər arasında dava - MƏHKƏMƏ
Bu gün, 10:05 |
|
|
|
| • Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt - MƏQALƏ
Bu gün, 10:01 |
|
|
|
| • Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir - FOTO
Bu gün, 09:59 |
|
|
|
| • Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib
Bu gün, 09:54 |
|
|
|
| • Bakıda dələduzluğa görə həbsdə olmuş eks-müəllim yenidən amnistiyaya düşdü - DETALLAR
Bu gün, 09:52 |
|
|
|
|