Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir .....                     Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik .....                     Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb? .....                     Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub .....                     "Qadınla kişi arasında pul danışılmamalıdır" .....                     Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir .....                     BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib .....                     ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib .....                     Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək .....                     “Paşinyan seçkidə qalib gəlsə...” .....                     9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? .....                     Zəngəzurla bağlı yeni SİQNAL .....                     Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb .....                     Manato vətəndaşı belə təhqir etdi .....                     Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib .....                     "Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" .....                     Nəriman Həsənzadədən xəbər var .....                     Səhiyyədə “islahat” oyunu: .....                     Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     Sökülən ev, verilməyən kompensasiya .....                     Azərbaycan qlobal güc balansını dəyişə bilər .....                     “PashaPay” ölkənin ən iri ekosistemində pay alıb .....                     Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb .....                     Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək .....                     200 manat ver və uşağı döy... .....                     Bakıda mağazadan 100 minlik qızıl oğurladılar .....                     “Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb .....                     “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” .....                     Naxçıvan deputatlarının maaşları artırıldı .....                     Xameneinin ciddi zədələri var .....                     Mağaza sahibini döyən şəxs: .....                     Vüsalə Əlizadə vətəndaşı təhqir edib? .....                     MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub .....                     "Təcili yardım"ın rəhbəri vəzifəsi bu şəxsə həvalə edildi .....                     Cəfərquliyev restoranda DAVA SALDI VƏ... .....                     Məktəb direktoru: Valideynlərdən bizə təzyiq var, problemin əsası ailədədir .....                     Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz .....                     Bakıda daha bir məktəbdə İNSİDENT: Şagirdlər məktəblini təhdid etdi .....                     Ermənistan daxilində siyasi hesablar sülhü yubadır .....                 

NADİR QƏHRƏMANOV BELƏ TALAN EDİR
Tarix: 1-08-2013, 11:23 | Çap et
NADİR QƏHRƏMANOV BELƏ TALAN EDİR
Sumqayıt Dövlət Universiteti ilə bağlı olduqca ilginc məlumatlar ortaya çıxmaqdadır. Adı rüşvət və korrupsiya qalmaqalında hallanan dövlət təhsil müəssisəsinin rəhbəri Nadir Qəhrəmanov isə bu məlumatlara nə reaksiya verir, nə də narahat deyil. Aydın məsələdir ki, arxası möhkəm bağlı olduğundan bu qədər əmin şəkildə işlərinəi davam edir.

TİA.AZ-ın apardığı araşdırma nəticəsində üzə çıxan bəzi məlumatlarda vurğulanır ki, rektor Nadir Qəhrəmanovun öz prorektoru ilə uzun müddət mebel biznesi olub. Belə ki, SDU-nun təsərrüfat işləri üzrə prorektoru Şirin Cəfərov 2012-ci ilin altı ayını Çində keçirib. Araşdırmalar zamanı məlum olub ki, Cəfərov həmin vaxt Çindən Bakıya ancaq mebel göndərib. Amma buna baxmayaraq, SDU rəhbərliyi hər ay üçün 390 manat əmək haqqı, 300 manat maddi yardım alıb. Ştat cədvəlində isə ona müxtəlif vergilər çıxılmaqla 550 manat 40 qəpik maaş yazılıb.
Əslində, SDU-da maraqlı hadisələr də baş verir. Məsələn, rektorun “yarımştat köməkçisi” Ağaliyeva Nellinin rektora hansı məsələlər üzrə kömək göstərməsi SDU-nun əməkdaşlarına hələ də qaranlıqdır. SDU-nun əməkdaşlarının rektorun katibəsi kimi tanıdıqları Ağaliyeva Nelliyə rektor müxtəlif yollarla köməklik göstərir. Qanunsuz yollarla SDU-nun İqtisadiyyat fakültəsini qəbul olunan Nelli bu fakültəni bitirdikdən sonra rektorun köməyi ilə, Türkiyyə Özəl Universitetlərindən birinə qəbul olunur. Hal-hazırda Türkiyyədə təhsil alan katibə SDU-da 0,5 ştat rektor köməkçisi kimi 87,40 qəpik əməkhaqqı alır.

Rektorun 2-ci köməkçisi Namiq Abbasov ümumiyyətlə SDU-da tapılmır. Rektorun əmlaklarının bir çoxu onun adınadır. SDU-da olmamasına baxmayaraq, hər ay 243 manat rektorun məsləhətçisi kimi maddi yardım, 140.34 əməkhaqqı alır. Özü isə rektorun obyektlərinə nəzarət edir. Rektor öz oğlu kimi ona çox inanır və etibar edir. Bu azmış kimi, iqtisadiyyat fakültəsinin müəllimi kimi 0,5 ştat 200 manat əməkhaqqı alır. Bir dəfə də olsun nə dərs deyib, nə də ki, iqtisadiyyat fənnindən xəbəri var. Tələbələr də onu tanımır.

Bir başqa məlumatı da diqqətinizə çatdıraq. Xəlilov Sadiq Tədris şöbəsinin müdiri işləyir. Bu qanunsuzluqlar birbaşa onun əli ilə həyata keçirilir, hər ay 300 manat yardım alır. SDU-da satılan saxta diplomların hamısı bu şəxsin əli ilə həyata keçirilir. Saat hesabı kimi əməkhaqqı alan ölü canların kredit kartları Sadiq Xəlilovun əlindədir. Bütün çirkin pullara o rəhbərlik edir. Onun əlindən SDU-nun dekanları zara gəliblər.

İddialara görə, təkcə 2006-cı ildə “ölü canların” saathesabı və yardımlarından rektorun əldə etdiyi gəlir 1640000 (bir milyon altı yüzqırx min manat) təşkil edir. 2009-cu ildə isə SDU-da 1300000 manat vergidənyayınma və qanunsuz mənimsəmə faktları aşkar olunmuşdu. Lakin bu konkret faktların aşkarlanmasına baxmayaraq, qanunsuzluqlar davam edir.

Xatırladaq ki, bir müddət əvvəl SDU Tərbiyə İşləri üzrə prorektoru, biologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Nizami Rza oğlu Namazov prezidentə açıq məktub yazmışdı. Məktub müəllifi tələbə köçürmələri üçün alınan məbləğlərə də toxunmuşdu: “Böyük rüşvət hesabına universitetdaxili çoxlu qeyri-qanuni tələbə köçürmələri mövcuddur. Məsələn, I və IV qrup ixtisaslarına aid olan kimya və biologiya fakültələrindən, III ixtisas qrupuna aid olan tarix və filologiya fakültələrindən, II ixtisas qrupuna aid olan iqtisadiyyat və idarəetmə fakültəsinə qeyri-qanuni köçürmələr həyata keçirilib. Mədəni-kütləvi tədbirlərə, təmir işlərinə, dəftərxana ləvazimatları alınması, abadlaşdırma işlərinə, qəzet və jurnallara abunə yazılma və digər bu kimi proseslərə hər il, o cümlədən son illər külli miqdarda saxta pul köçürmələri və pul silinmələr həyata keçirilib. Bu universitetdə maliyyə fırıldaqlarının sayı-hesabı yoxdur. Mühasibatlıq işi mütləq yoxlanılmalıdır. Qohumbazlıq və yerlibazlıq universitetdə artıq əndazəni keçib. Öz qardaşlarını özü vəzifəyə keçən kimi kafedra müdiri qoyub. Düzdür, qardaşlarından biri əvvəldən burada işləyirdi, amma vəzifədə deyildi. Digər qardaşını özü işlədiyi dövrdə gətirib qısa müddətdə kafedra müdiri qoyub. Öz gəlini guya SDU-da dosentdir, hətta son Elmi Şurada onun işi dosent elmi adı almaq üçün AAK-na da tövsiyə olundu, amma onu heç bir tələbə üzdən belə tanımır. Qardaşının qızı, qardaşının kürəkənləri, bibisinin əri (o, həm BDU-da, həm də SDU-da ştatdadır) hamısı müxtəlif vəzifələr daşıyır. Bu universitetdə prorektorların və dekanların da həyat yoldaşları, gəlinləri və digər qohumları məhz onlar bu vəzifəyə keçəndən sonra burada işə götürülüblər. Amma çoxu işə gəlmir, havayı maaş alırlar. Kadrlar işə ancaq rüşvət və ya şəxsi münasibətlərə görə götürülür, hətta dərhal o şəxs layiq oldu-olmadı kafedra müdiri və s. vəzifələrə qoyulur. Əksinə, savadlı, böyük təcrübəyə malik, vicdanlı, lakin haqsızlığa dözməyən kadrlar gözümçıxdıya salınır, vəzifəsindən uzaqlaşdırılır. Elə son illər qiyabi işlər üzrə prorektor, professor, ”Tərəqqi" medallı Sevda Mikayılova işində heç nə tapmadıqları üçün saxta proqulla qovuldu. Ekologiya kafedrasının müdiri, dosent Dürdanə Şirinova və onun həyat yoldaşı Mamed müəllim işlədikləri kafedraların müəllimləri adından yazılan saxta narazılıq aktı ilə qovuldular. Eləcə də neçə-neçə vicdanlı və savadlı kadrlar beləcə uzaqlaşdırılıblar"

Mövzu ilə bağlı araşdırmalarımız davam edir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Bu gün, 15:12
Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Bu gün, 15:10
Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Bu gün, 15:08
Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Bu gün, 15:01
"Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Bu gün, 14:53
Aİ-nin yeni missiyası Ermənistandakı seçkilərə təsir etməyi hədəfləyir - Rəsmi Moskva
Bu gün, 14:50
BƏƏ-dən Azərbaycana heyvan ətindən hazırlanan ərzaq unu gətirilib
Bu gün, 14:09
ASA-nın keçmiş sədri "AzRe Təkrarsığorta"nın rəhbərliyinə təyin edilib - O bu vəzifədə...
Bu gün, 14:06
Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək - İranın vitse-prezidenti
Bu gün, 14:04
“Paşinyan seçkidə qalib gəlsə...” - İLGİNC İDDİA
Bu gün, 14:01
9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Bu gün, 13:10
Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Bu gün, 13:06
Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Bu gün, 13:00
Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Bu gün, 12:58
Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Bu gün, 12:52
"Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Bu gün, 12:50
Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Bu gün, 12:48
Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Bu gün, 12:45
Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:29
Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20
Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i
Bu gün, 12:14
“PashaPay” ölkənin ən iri ekosistemində pay alıb
Bu gün, 12:10
Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb - FOTO
Bu gün, 12:03
Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 11:55
200 manat ver və uşağı döy... - ŞƏRH
Bu gün, 11:51
Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:49
“Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb
Bu gün, 11:38
“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 11:37
Naxçıvan deputatlarının maaşları artırıldı - 7 min manatdan 15 min manata qədər
Bu gün, 11:35
Xameneinin ciddi zədələri var – Əməliyyata ehtiyacı ola bilər
Bu gün, 11:30
Mağaza sahibini döyən şəxs: - “Nisyə ərzaq almaq istədim, lakin o, məni təhqir etdi”
Bu gün, 11:23
Vüsalə Əlizadə vətəndaşı təhqir edib? – Aparıcıdan polisə şikayət edildi
Bu gün, 11:21
MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub
Bu gün, 11:15
"Təcili yardım"ın rəhbəri vəzifəsi bu şəxsə həvalə edildi - BUNDAN SONRA...
Bu gün, 11:14
Cəfərquliyev restoranda DAVA SALDI VƏ... - TƏFƏRRÜAT
Bu gün, 11:08
Məktəb direktoru: Valideynlərdən bizə təzyiq var, problemin əsası ailədədir - MÜSAHİBƏ
Bu gün, 11:04
Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 10:58
Bakıda daha bir məktəbdə İNSİDENT: Şagirdlər məktəblini təhdid etdi -VİDEO
Bu gün, 10:52
Ermənistan daxilində siyasi hesablar sülhü yubadır - ŞƏRH
Bu gün, 10:49
Seçiləri onlarla ONLAYN görüşən Siyavuş Novruzovu BOYKOT ETDİLƏR: “Bizə belə deputat lazım deyil” - "Bu, sadəcə camaatı aldatmaq, işləyirmiş kimi görüntü yaratmaqdır..."
Bu gün, 10:43
Ermənistan Türkiyənin düşmənləri ilə hərbi ittifaq qurur - SÜLHƏ BELƏ GEDİRLƏR?
Bu gün, 10:39
İki ayağı olmayan qazi baş həkimdən Prezidentə GİLEYLƏNDİ - "İmkan vermir ki..."
Bu gün, 10:32
Şəmkirdə su istifadəçilərinin başına CORAB HÖRÜLÜR... - İLGİNC FAKTLAR
Bu gün, 10:25
Həbsdən çıxan tanınmış cərrahdan Prezidentə müraciət – “Məhkəmə tam qanunsuz qərar qəbul etdi”
Bu gün, 10:10
Azərbaycanda toylarla bağlı qadağalar gəlir? - AKTUAL
Bu gün, 10:08
“Bolt” şirkətinin ofisində sürücülər arasında dava - MƏHKƏMƏ
Bu gün, 10:05
Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt - MƏQALƏ
Bu gün, 10:01
Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir - FOTO
Bu gün, 09:59
Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib
Bu gün, 09:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru