Rusiyanın bu təkidinin səbəblərinə gəlincə... .....                     İranlı ekspertdən QARABAĞ ETİRAFLARI... .....                     Tramp ABŞ-Rusiya-Ukrayna üçtərəfli sammitinin təşkil edilməsini mümkün hesab edir .....                     Tramp bu ittifaqı dağıda biləcəkmi? .....                     Ukraynada atəşkəslə bağlı razılıq əldə olundu .....                     Dövlət Sərhəd Xidmətinin bir qrup hərbçiləri təltif edilib .....                     DSX-nin hərbçilərinə ali hərbi rütbələr verilib .....                     Təhsil müəssisəsi 1,4 milyon manatlıq tenderinin .....                     Rusiyanın İnterpola verdiyi azərbaycanlı bu ölkədə TUTULDU .....                     Əzrayıla dönmüş “Etalon” CAN ALMAĞA DAVAM EDİR... .....                     Putin Trampa ədalətli seçkilərin necə keçirildiyini başa salıb .....                     Şamaxıda 15 yaşlı qız nişanlandı: Polis atanı məsuliyyətə cəlb etdi .....                     AIDA-nın rəisi BMT Fondunun Məşvərət Qrupuna üzv seçilib .....                     Aviasiya bölmələri ilə təlim-məşq uçuşları keçirilib .....                     Zelenski avqustun 18-də Vaşinqtona səfər edəcək .....                     “CDC Klinik”də işçilərin hüququ POZULUR .....                     İlham Əliyev "binokl diplomatiyası"nı necə dəfn etdi? .....                     Bu halda işəgötürən maddi məsuliyyət daşıyır... .....                     Siyəzən İcra Hakimiyyəti bir ildə yolların təmirinə nə qədər pul xərcləyib? .....                     "Trampın iddia etdiyi Nobel sülh mükafatı almaq istəyi sual altında qaldı" .....                     Trampla görüşdə Putindən xoşagəlməz hərəkət: .....                     Sabiq nazirdən Rusiya ilə bağlı sensasion açıqlama: .....                     Onlar sözü bir yerə qoya bilmədilər: Biz verdiyimiz SÖZÜ TUTAQ! .....                     Həsənov qardaşlarından BAHALI ALIŞ-VERİŞ... .....                     “Saatlıda 80-nə yaxın tibbi kadr çatışmır, yenə Kubadan həkim gətirəcəklər?!” .....                     Bakıya xalasıgilə gələn qız itkin düşdü .....                     Putinin adamının müəmmalı İran səfəri .....                     Keçmiş deputat həbsdəki Eldar Həsənova AZADLIQ TƏLƏB ETDİ .....                     “Botoks məni elə günə qoydu ki, toylarım əldən gedirdi” .....                     Ev bazarında “makler” özbaşınalığı: Nə zaman son qoyulacaq? .....                     Başçını ittiham edən qohumu barədə qərar verildi .....                     “Azərbaycanlı ana kimi düşməni bağışlamıram” .....                     Barışıq tələskənliyi... .....                     Ayvazyanın GERİ ZƏKASI... .....                     Su həmişə təmizlik mənbəyi deyil... .....                     “Rusiya Güney Qafqaza girəcək...” .....                     Paşinyan “ev tapşırığı”nın icrasına başladı .....                     Trampın uduzmadığı, Putininsə qalib gəldiyi ALYASKA GÖRÜŞÜ... .....                     Dövlət Departamentinin hesabatı: faktlar, düşüncələr, proqnozlar .....                     Tramp-Putin görüşü nəyi sübut etdi? .....                 

"SAÇIMI SARALTSAM, KİŞİ OLMARAM AXI"...
Tarix: 22-07-2013, 11:22 | Çap et
"SAÇIMI SARALTSAM, KİŞİ OLMARAM AXI"...
Kulis.Az-ın “Ekran üzü” layihəsinin növbəti qonağı Space televiziyasında yayımlanan “Sevimli şou” proqramının aparıcısı Mikayıl Güləddinoğludur.

- Televiziyada çalışmağı planlaşdıranda qarşınıza şou əhli ilə işləməyi məqsəd qoymuşdunuz, yoxsa hər şey təsadüf nəticəsində belə alındı?

- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin ədəbi yaradıcılıq və ekran dramaturgiyası fakültəsini bitirmişəm. İxtisasım ssenaristdir. Elçin Əlibəyli birlikdə təhsil almışam. Hərbi xidmətdən qayıdandan sonra “Zarafatyana” verilişində ssenarist kimi işə qəbul oldum. Daha sonra “Çal-çağır” verilişindəki Böyükxanım və Kiçikxanım obrazlarına ssenari yazdım. 8 il “Çal-çağır”da işlədim, baş redaktor oldum. Verilişin mətnlərini mən yazırdım. Sonra bir prodakşn layihəsi olan “Tamammı, davammı” verilişini apardım. Onu deyim ki, prodakşn çox qeyri-peşəkar idi. “SOY” şirkətində çalışdığım üçün televiziyanın nə olduğunu bilirdim. Təsəvvür edin ki, pasport stola rəy almağa gedirdilər.

- Pasport stola niyə?

- Deyirdi ki, baldızım orda işləyir. Soruşaq görək verilişimiz necədir. Mənə gülməli gəlirdi. Bayağı üsullara əl atırdılar. Aparıcını səhər 6-da, xaş vaxtında işə çağırmazlar. Səmimi deyirəm, məni 6-da işə çağırırdılar. Niyə? Axşam 10-un yarısı efirdi (gülür). Gördüm ki, burda aləm bir-birinə qarışacaq və mən biabır olacam. İki aydan sonra həmin layihəni tərk etdim. Qərara gəldim ki, “Olduğu kimi” verilişini aparım. Hər şeyi olduğu kimi göstərim.

- “Olduğu kimi” intellektual-əyləncəli proqram (sözümü kəsir).

- Əyləncəli deyildi.

- İntellektual proqram idi?

- İntellektual deməyək. Düzdü, kanalın rəsmi saytında siz dediyiniz kimi intellektual-əyləncəli proqram yazılmışdı. Ancaq “Olduğu kimi”də heç bir əyləncə yox idi. Veriliş başıma bəla oldu. Məhz o verilişi aparanda bəzi xanım müğənnilərə görə mənə təzyiqlər oldu. Veriliş canlı deyildi. Zənglər gəlirdi ki, filan sualı vermisən, o sualı kəs çıxart, yoxsa sənin üçün pis olar. Gənc xanım müğənnilərin sevgililəri zəng edirdilər ki, sən kimsən axı bu sualları onlara verirsən. Təbii ki, mən də onlarla razılaşmırdım, dedikləri sualları da çıxartmırdım. Namiq Məna ilə aramızda qalmaqal yarandı. Təkcə Namiq Məna ilə yox, meyxanaçıların bir çoxu “Olduğu kimi” verilişinə görə mənimlə düşmən oldular. Mən hər şeyi olduğu kimi göstərirdim. Heç kimdən qorxmuram, çəkinmirəm.

- Hər şeyi olduğu kimi göstərirdiniz? Qurama heç nə olmurdu?

- Verilişdə qonaq olmuş istənilən müğənnidən bu haqda soruşa bilərsiniz. Məhəbbət Kazımov verilişdən çıxanda dedi ki, təzyiqimi qaldırdın. Qıpqırmızı olmuşdu. İlk verilişdə Hüseyn Dəryanın xəbəri olmadan Sonanı gətirdim. Bu, qurama deyildi. Doğrudur verilişdə tamaşaçını intizarda saxlamaq üçün müəyyən “priyom”lardan istifadə etmişəm. Mehman Əhmədliyə demişdim ki, Namiq gələcək. Deməmişdim Namiq Məna gələcək. Dedim, Namiq gəlir, Namiq gəlir. Axırda Namiq adlı bir “ofisiant” gəldi. Görüşdülər, nə var, nə yox, sağ ol. Televiziyalarda qurama işlər çox olub, amma “Olduğu kimi”də qurama olmayıb. Bu verilişi aparanda yoldaşım deyirdi ki, kasıb adamıq, bizim nəyimiz var, birdən sənə nəsə edərlər.

- “Olduğu kimi”ni ciddi görkəmdə aparmağınız, ümumiyyətlə proqram bir xeyli tənqid olundu. Deyəsən, tənqidə dözümlüsünüz.

- Bakı şəhərinin mərkəzində yaşayanlar, özünə müasir deyənlər məni sevməyə bilər. Mən beləyəm də, nə edim? Nazlanıb veriliş aparmalı, sırğa taxmalı, qız kimi hərəkətlər etməliyəm ki, bəyənilim? Sadəcə mənə toxunan, pis təsir edən budur. Məyus oluram. Atayam və mənim övladlarım var. Düzdür, körpə olduqlarına görə internetə girmirlər. Ayıbdır axı. Ətrafımda olan yaxın insanlar, məni tanıyırlar bilirlər ki, mən necə əqidəli insanam. Məni bölgələrdə sevirlər, bu mənə bəsdir.

- Deyə bilərik ki, hazırda aparıcısı olduğunuz “Sevimli şou” müğənnilərin toy tutmasına xidmət edir?

- Əksinə, müğənnilərin çoxu bu verilişdən qaçır. Verilişdə sifarişlər olur, bəstəkar mahnıları ortalığa çıxır və müğənnilər oxuya bilmir. Bir dəfə verilişə gələn, ikinci dəfə gəlmir. Sanmıram onlar bu verilişdən toy tutur. “Durnalar”la toy tutmaq olmaz.

- Sırf bəstəkar mahnıları olmur axı, toy mahnıları da səslənir.

- Bu, sifarişdən asılıdır. Tamaşaçı zəng edir, tamaşaçıya nə demək olar. Hərdən də elə olur ki, prodüserlər zəngləri bağlamırlar. Verilişlərin birində xalq artistinə sifariş verdilər ki, “Qarabağ şikəstəsi” ifa elə. Bacarmadı, pərt oldu. Həmin xalq artisti bir də verilişə gəlmədi. Ona görə biz onların xətrinə dəyməsin deyə rahat mahnılar seçirik ki, heç olmasa verilişə gələn olsun.

- Verilişdə özünüzü çox sərbəst aparırsınız. Hətta efirdə dirijorluq etməyiniz haqda xəbər də hazırlanmışdı.

- Mənim musiqi savadım var. Qara Qarayev adına musiqi məktəbinin tar sinfini qırmızı diplomla bitirmişəm. Eyni zamanda fortepiano sinfində oxumuşam. Bu, dirijorluq deyildi. Dirijorluq eləmək üçün təhsilin olmalıdır. Bu, şoudur. Həftə içində musiqiçilərlə məşq edirəm və bilirəm ki, harda qarmonun zamanıdır, harda gitaranın. Bir çox şoumenlər var ki, bu cür hərəkətlər edirlər və mən də bunu şou xətrinə edirəm. Məsələn, Türkiyədə Bəyazıd Öztürk bunu edir. Təxminən 20 gün Bəyazın yanında oldum. Bizim “Şhow TV”-də, “Kanal D”-də, “TRT”-də izlədiyimiz şou proqramlarını Azərbaycanda tətbiq etmək qeyri-mümkündür. Onların bir verilişi üçün təxminən 60 nəfər çalışır. XIV Ludoviq deyirdi ki, dövlət mənəm. Və bu gün mən apardığım verilişlərdə “hər şey mənəm” deyə bilərəm. Sağ olsun rəhbərlik, mənə bu şansı yaradıb. Verilişin rejissoru da mənəm, prodüseri də, “telefonu söndürün” deyən də. Axı Türkiyədə bu yoxdur. Bəyaz bizim işlədiyimiz rejimdə işləsə siyah olar. Qaldı ki, sərbəstliyə, mənə elə gəlir ki, bir qədər şablonluqdan çıxmaq lazımdır.

- Niyə daha çox insanların ikinci dərəcəli hesab etdiyi müğənniləri dəvət edirsiniz proqrama?

- Mənim verilişimdə üzdəniraqlar ola bilməz. Özünü qız kimi aparan müğənni görəndə, özünü nazlı aparan aparıcı görəndə qıcıqlanıram. Mən beləyəm. Bu gün aparıcı ola bilərəm. Amma hər şeyi hamıya görə eləmirəm. Özümü və ailəmi də düşünürəm. Mənim üçün elə şeylər əsas deyil. Digər tərəfdən o müğənnilərin gəlməsini mən özüm istəyirəm. “Sevimli şou”ya başlayanda məndən bir çox müğənnilər inciyib getdi. Onlar canlı ifa etmirlər. Ümumiyyətlə, onlar mənim tipimdə deyil. Dodağını şişirdən, sırğa taxan insanlar məni sevmir, bunu yüzdə-yüz bilirəm. İstəmirəm müasirliyi, mənə bunlar xoşdur. Mənə deyirlər ki, saçını bir az saralt. Mən saçımı saraltsam, saçıma min oyun açsam, qırmızı şalvar geyinsəm evdə necə əlimi vuraram stolun üstünə ki, evin kişisiyəm. Belə kişi olar? Qoy desinlər geridə qalıb, qoy desinlər verilişinə Manaf gəlir, Baloğlan gəlir, nə bilim Məhəbbət Kazımov gəlir. Hər şey Bakının “Tarqovı” küçəsi ilə ölçülmür axı. Bölgələrə gedəndə insanların sevgisi ilə qarşılaşıram. Bölgələrə çıxanda mən bunu görürəm. Hamı dəstəkləyir məni. Qoy məni kənd camaatı sevsin. Mən kəndçiyəm, vəssalam. Düzdür, şəhərdə anadan olmuşam, 34 ildir Bakıda yaşayıram, Nərimanovda böyümüşəm. Mənə kəndçi şeylər ləzzət edir. Müəyyən aparıcılar var ki, elit restoranlarda xalq artistləri ilə yemək yeyir. Mənə bu xoş deyil. Mənə ən ucqar yerdə Məhəbbət Kazımovla şor-çörək yemək ləzzət edir. Bu gün Səyyad Əlizadəyə kim nə deyə bilər? Mənim üçün bir nömrə Məhəbbət Kazımovdur. Gəlin etiraf edək ki, bu veriliş mənim reytinqimi artırır və bu gün hamı “Sevimli şou”ya baxır.

Mən veriliş adları çəkərəm ki, xalq artistləri orda “mənəm-mənəm” deyir, amma verilişin reytinqi birdir. Mən Aşıq Tellini, Baloğlan Əşfərovu, Məhəbbət Kazımovu çağıranda reytinq gəlir. Gəlin belə danışaq. Aşıq Tellini və Məhəbbət Kazımovu, bir də sanballı müğənnilərindən birini çağıraq. Həftəsonu reytinqə baxaq. Görək hansı daha çox reytinq verir. Çünki camaat belə istəyir. Saytlara baxırsan, filankəs filan yerdə istirahət elədi, cəhənnəmə eləsin.

Allah haqqı, bu, tamaşaçıya maraqsızdır. Özünə müasir deyən, saçını arxaya darayan, jile vuranlar məni bəyənməsə yaxşıdır. Amaciyə görə mənə nələr demədilər. O veriliş mənim deyildi, sadəcə olaraq mən o televiziyanın işçisiyəm. O cırhacırda, sel-su axa-axa o verilişi apardım. Evimə qədər məni tənqid etdilər. Amma mən buna getməli idim. Təhqiramiz sözlər yazırdılar, deyirdilər bu nədir. Mən təhqiramiz sözləri yazanlara cavab olaraq onları çağırırdım ki, qoy məni tanısınlar, bilsinlər mən kiməm (gülür). Onlar da gəlmirdilər. Mənə elə gəlir o rəyləri yazanların özlərinin böyük problemləri var.

Biz həm də bir az aqressivik, heç nəyi bəyənmirik. Kimə deyirsən deyir, mən Azərbaycan kanallarına baxmıram. Ay faşist, niyə baxmırsan? Bəs Azərbaycan kanallarına bax da, bir şeyi bəyən də.

- Səviyyəli proqramların azlığına görə yəqin ki, baxmırlar.

- Bu gün intellektual veriliş açım, reytinqi bir versin, səhər rəhbərlik o verilişi bağlayacaq. Oyna, atdan düş, nə edirsən et, əsas reytinq ver. Qurtardı, getdi. Mən də ailəmi reytinqlə dolandırıram. Reytinq olmasa mən rəhbərliyin nəyinə lazımam. Göydən düşmüşəm?










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyanın bu təkidinin səbəblərinə gəlincə... - ŞƏRH
Dünən, 13:17
İranlı ekspertdən QARABAĞ ETİRAFLARI... - “Qarabağın ermənilərdə qalması üçün heç nə etmədik”
Dünən, 13:12
Tramp ABŞ-Rusiya-Ukrayna üçtərəfli sammitinin təşkil edilməsini mümkün hesab edir
Dünən, 13:03
Tramp bu ittifaqı dağıda biləcəkmi? - İNCƏLƏMƏ
Dünən, 13:00
Ukraynada atəşkəslə bağlı razılıq əldə olundu - KİV
Dünən, 12:41
Dövlət Sərhəd Xidmətinin bir qrup hərbçiləri təltif edilib - SİYAHI
Dünən, 12:38
DSX-nin hərbçilərinə ali hərbi rütbələr verilib - SƏRƏNCAM
Dünən, 12:37
Təhsil müəssisəsi 1,4 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Dünən, 12:26
Rusiyanın İnterpola verdiyi azərbaycanlı bu ölkədə TUTULDU - VİDEO
Dünən, 12:17
Əzrayıla dönmüş “Etalon” CAN ALMAĞA DAVAM EDİR... - BU NƏDİ BELƏ?
Dünən, 12:13
Putin Trampa ədalətli seçkilərin necə keçirildiyini başa salıb
Dünən, 12:00
Şamaxıda 15 yaşlı qız nişanlandı: Polis atanı məsuliyyətə cəlb etdi - TƏFƏRRÜAT
Dünən, 11:57
AIDA-nın rəisi BMT Fondunun Məşvərət Qrupuna üzv seçilib
Dünən, 11:53
Aviasiya bölmələri ilə təlim-məşq uçuşları keçirilib - VİDEO
Dünən, 11:51
Zelenski avqustun 18-də Vaşinqtona səfər edəcək
Dünən, 11:48
“CDC Klinik”də işçilərin hüququ POZULUR - NARAZILIQ VAR
Dünən, 11:43
İlham Əliyev "binokl diplomatiyası"nı necə dəfn etdi? - AKTUAL
Dünən, 11:33
Bu halda işəgötürən maddi məsuliyyət daşıyır... - Ekspert danışır...
Dünən, 11:29
Siyəzən İcra Hakimiyyəti bir ildə yolların təmirinə nə qədər pul xərcləyib? - DETALLAR
Dünən, 11:25
"Trampın iddia etdiyi Nobel sülh mükafatı almaq istəyi sual altında qaldı" - Qulamhüseyn Əlibəyli
Dünən, 11:23
Trampla görüşdə Putindən xoşagəlməz hərəkət: - “Bunu edib getdi”
Dünən, 11:17
Sabiq nazirdən Rusiya ilə bağlı sensasion açıqlama: - Azərbaycana qarşı bu taktikanı seçib
Dünən, 11:14
Onlar sözü bir yerə qoya bilmədilər: Biz verdiyimiz SÖZÜ TUTAQ! - FÜRSƏTDİR...
Dünən, 11:08
Həsənov qardaşlarından BAHALI ALIŞ-VERİŞ... - TƏFƏRRÜAT
Dünən, 11:03
“Saatlıda 80-nə yaxın tibbi kadr çatışmır, yenə Kubadan həkim gətirəcəklər?!” - PROBLEM
Dünən, 10:56
Bakıya xalasıgilə gələn qız itkin düşdü - FOTO
Dünən, 10:43
Putinin adamının müəmmalı İran səfəri - Bakıya qarşı oyun?
Dünən, 10:36
Keçmiş deputat həbsdəki Eldar Həsənova AZADLIQ TƏLƏB ETDİ - MÜRACİƏT
Dünən, 10:01
“Botoks məni elə günə qoydu ki, toylarım əldən gedirdi” - “Həkimə pul verirlər ki, məni o ifritəyə bənzət”
Dünən, 09:59
Ev bazarında “makler” özbaşınalığı: Nə zaman son qoyulacaq? - AKTUAL
Dünən, 09:47
Başçını ittiham edən qohumu barədə qərar verildi - TƏFƏRRÜAT
Dünən, 09:33
“Azərbaycanlı ana kimi düşməni bağışlamıram” - Xalq artisti
Dünən, 09:30
Barışıq tələskənliyi... - NƏ BAŞ VERİR?
Dünən, 09:27
Ayvazyanın GERİ ZƏKASI...
Dünən, 09:19
Su həmişə təmizlik mənbəyi deyil... - NƏ ETMƏLİ?
Dünən, 09:13
“Rusiya Güney Qafqaza girəcək...” - Sensasion iddia
Dünən, 09:02
Paşinyan “ev tapşırığı”nın icrasına başladı - Əliyevin o tələbi...
Dünən, 08:48
Trampın uduzmadığı, Putininsə qalib gəldiyi ALYASKA GÖRÜŞÜ... - GƏLİŞMƏ
Dünən, 08:39
Dövlət Departamentinin hesabatı: faktlar, düşüncələr, proqnozlar - İNCƏLƏMƏ
Dünən, 07:09
Tramp-Putin görüşü nəyi sübut etdi? - FƏRİD ŞAHBAZLI YAZIR
Dünən, 07:04
Bələdiyyənin vergi borcuna görə bələdiyyə sədrinin ölkədən çıxışına qadağa qoyuldu - İLGİNC
Dünən, 06:59
Təhsil nazirliyi milyonluq TENDERİ kimə həvalə etdi? - TƏFƏRRÜAT
Dünən, 06:54
İcra başçıları kütləvi şəkildə İSTEFAYA GÖNDƏRİLİR - səlahiyyətləri isə...
Dünən, 06:50
Korrupsioner direktoru nazir HİMAYƏ EDİR - İTTİHAM VAR...
Dünən, 06:46
Zəngəzur dəhlizi Naxçıvan sakinləri üçün AÇIQ OLACAQ? - deputat ŞƏRH EDİR
Dünən, 06:30
Trampla Putin yenidən görüşə bilər - bu dəfə Moskvada...
Dünən, 06:23
Trampla Putin Ukrayna ilə bağlı ANLAŞDI - TOP KİYEVDƏDİR...
Dünən, 06:20
Rusiyada azərbaycanlılara qarşı gizli “Qara Siyahı” – Sənədlər ortaya çıxdı
Dünən, 00:53
Zəngəzur dəhlizi Türkiyəni və türk dövlətlərini gücləndirəcək - AKTUAL
Dünən, 00:46
Borclu şirkət necə tenderi UDDU? – “Azərbaycanda dəbdir ki...”
15-08-2025, 18:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru