İSA QƏMBƏRDƏN BEYNƏLXALQ TƏŞKİLATA SƏRT REAKSİYA
Tarix: 20-12-2011, 14:48 | Çap et
В«VENESİYA KOMİSSİYASI HAKİMİYYƏTLƏ QAPALI DANIŞIQLAR APARIRВ»
Avropa Şurasının Venesiya Komissiyası В«Siyasi partiyalar haqqındaВ» qanununa dəyişikliklər layihəsi barədə rəyini açıqlayıb.
Rəydə bildirilir ki, dəyişikliklər siyasi partiyaların fəaliyyətinin daha dəqiq tənzimlənməsini nəzərdə tutur. Amma boşluqlar qalmaqdadır. Orada siyasi partiyaların öz vəsaitlərini xərcləməsinə nəzarət, o cümlədən şəxsi ianələr və korrupsiyanın qarşısının alınması üçün effektiv tədbirlər yoxdur. Üstəlik, ictimaiyyətə açıqlanmalı olan maliyyə məlumatları aydın göstərilməyib.
Venesiya Komissiyası həmçinin deyir ki, onların 2004-cü ildə verdiyi rəydə müəyyən edilən bəzi problemlər həllini tapmayıb. Bura korrupsiya ianələrinin qarşısının alınması tədbirlərinin səmərəsizliyi, özəl ianələrlə əlaqədar həmkarlar ittifaqlarına qarşı mümkün diskriminasiya daxildir.
Venesiya Komissiyasının daha bir tənqidi xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin siyasi həyatdan təcrid olunmasıdır.
Komissiyanın 2004-cü ildəki rəyində qeyd edilib ki, qanunun müddəaları siyasi partiyadan konstitusiya quruluşuna qarşı hər hansı akt törətməməyi tələb edir. Bu müddəadan dinc yolla təməl konstitusion dəyişikliklərə çalışan partiyanın qeydiyyata alınmaması və ya ləğvi üçün istifadə oluna bilər.
İndiki rəydə də deyilir ki, qanuna dəyişikliklər bu ehtimalı nəinki azaltmadı, əksinə, artırır. Bu isə Avropa İnsan Haqları Məhkəməsinin presedent hüququna ziddir. Yalnız müzakirələrindən sonra mətnə В«zorakı yolla dəyişməkВ» ifadəsi salınıb. Komissiya bunu müsbət addım kimi qiymətləndirir.
Təklif olunan dəyişikliklərdə habelə siyasi partiya üzvlərinin minim sayı 1000-dən 5000-ə qaldırılır. Komissiya bunu məqbul saymır. Üstəlik, hesab edir ki, dəyişikliklər ediləndən sonra yeni qanun etnik azlıqları təmsil edən partiyaların yaradılmasını çətinləşdirə bilər.
Siyasi partiyaların ləğvinə gəlincə, Venesiya Komissiyası düşünür ki, qanunda bunu hansı icra orqanının həyata keçirəcəyi göstərilməlidir. Bu orqan tərəfsiz və hökumətdən asılı olmamalıdır.
В«Venesiya Komissiyası öz mandatını bəhanə gətirərək Azərbaycan hakimiyyəti ilə yenə də qapalı rejimdə danışıqlar aparır, rəy yazıb göndərirВ».
Müsavat başqanı İsa Qəmbər AzadlıqRadiosuna belə deyib.
İ.Qəmbər hakimiyyətin təkliflərindən narahatdır. Onun fikrincə, hakimiyyət birpartiyalı cəmiyyətə doğru addım atmağa çalışır: В«Bu da yolverilməzdirВ».
Amma partiya başqanı Venesiya Komissiyasının davranışından da narazıdır. Onu şəffaf olmamaqda günahlandırır:
В«Azərbaycan hakimiyyəti В«Siyasi partiyalar haqqındaВ» qanuna dəyişikliklər etməyə hazırlaşır. Bu dəyişikliklər ölkədəki siyasi qüvvələrlə, ictimaiyyətlə müzakirə olunmur. Elə bil gizli bir əməliyyat həyata keçirirlərmiş kimi bir layihə hazırlayıb Venesiya Komissiyasına göndərirlər, rəy almağa. Venesiya Komissiyası da öz mandatını bəhanə gətirərək Azərbaycan hakimiyyəti ilə yenə də qapalı rejimdə danışıqlar aparır, rəy yazıb göndərir. Halbuki Venesiya Komissiyası Avropanın demokratiya ilə bağlı əsas təşkilatının komissiyası olaraq açıq, şəffaf fəaliyyət göstərməlidir. Gəlib Azərbaycanda siyasi partiyalarla bu qanun layihəsini müzakirə etməlidir, məsləhətləşməlidir, fikir almalıdır, fikir etməlidir. Bunu etmədən bir rəy yazıb göndərirlər. Yəni, proseduralar düzgün deyil. Azərbaycan hakimiyyətindən bir şey gözləməsək də, Venesiya Komissiyasını demokratik bir struktur hesab etmək istərdik. Təəssüf ki, son illərdə Venesiya Komissiyası bu şəkildə işləməklə prosesə müsbət təsir göstərməyibВ».
Müsavat deputat qrupu bir neçə il öncə В«Siyasi partiyalar haqqında qanunВ»a düzəliş və əlavələrlə bağlı təkliflərini parlamentə təqdim edib.
İ.Qəmbər bunu da deyir ki, Müsavat Partiyası yeni dəyişikliklərdən çəkinmir:
В«5 min yox, 50 min üzv də tələb etsələr, Müsavat Partiyası onu təqdim edəcək. Şərtləri nə qədər ağırlaşdırsalar da, Müsavat aparıcı partiya olaraq özünün rolunu, gücünü ortaya qoya biləcək. Biz bu etirazları edərkən Azərbaycan cəmiyyətinin maraqlarını nəzərə alırıqВ».


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ-da sabiq senator Menendesin erməni həyat yoldaşı azadlıqdan məhrum edilib - “Bloomberg”
Bu gün, 01:43 |
|
|
|
• Ermənistan daha bir türk ölkəsi ilə yollarını açır
Dünən, 18:12 |
|
|
|
• Təcili yardım maşınlarının təmiri 1 milyona başa gələcək
Dünən, 18:06 |
|
|
|
• Zaxarova Alla Puqaçovanı riyakar adlandırdı
Dünən, 18:04 |
|
|
|
• “Azərbaycan Sənaye Bankı”nın İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:59 |
|
|
|
• “Sea Breeze”ə yaxın daha bir şirkət təsis edilib
Dünən, 17:57 |
|
|
|
• Ter-Petrosyan Zəngəzur Nəqliyyat Qovşağı ifadəsindən istifadəni daha düzgün hesab edir
Dünən, 17:51 |
|
|
|
• "Bu cür bacarıqsız işçilərə “gözün üstə qaşın var” deyən olmur" - ETİRAZ VAR...
Dünən, 17:48 |
|
|
|
• Müdafiə Nazirliyindən iki şirkətə 2,8 milyon manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 17:41 |
|
|
|
• "Buna ciddi ehtiyac var" - Ekspert danışır...
Dünən, 17:37 |
|
|
|
• Porno saytın təsisçisi həbs olundu
Dünən, 17:19 |
|
|
|
• Keçmiş arvadı barışmadığı üçün onu bıçaqlayan kişi HƏBS OLUNDU - TƏFƏRRÜAT
Dünən, 17:13 |
|
|
|
• Eks-sevgilisindən Hidayətə ittihamlar: “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb” - FOTOLAR
Dünən, 17:02 |
|
|
|
• İmişlidə başçının adamı İTTİHAM OLUNUR - "Biabırçı vəziyyətdir..."
Dünən, 16:58 |
|
|
|
• Bu şirkətin 600 min borcu var: Rəhbərinə "stop" qoyuldu - TƏFƏRRÜAT
Dünən, 16:49 |
|
|
|
• Şəmkirdə bir ayın əsgəri həyatını itirdi
Dünən, 16:34 |
|
|
|
• Kremlin Azərbaycandakı şəbəkəsi necə iflasa uğradı? - ŞOK FAKTLAR
Dünən, 16:18 |
|
|
|
• “Məktəbin bir hissəsində məcburi köçkün 2 min toyuq saxlayır, aidiyyəti orqanlar isə susur” - deputat
Dünən, 16:16 |
|
|
|
• Agentlik peyin almaq üçün tender keçirib - ALLAH BAZAR VERSİN...
Dünən, 16:09 |
|
|
|
• İcazəsiz klinikaların SONU: - “Biri əməliyyatxanada ad günü qeyd edir, digəri isə...”
Dünən, 16:07 |
|
|
|
• Hər iki ölkədə sülhə qarşı çıxanlar var - ŞƏRH
Dünən, 16:04 |
|
|
|
• Zəngəzur dəhlizi açılır: - Bakı və Vaşinqton “ikinci yola” çıxır
Dünən, 15:57 |
|
|
|
• Bakı Sağlamlıq Mərkəzinin xalis mənfəəti 6 dəfədən çox azalıb - HESABAT
Dünən, 15:49 |
|
|
|
• Paşinyan hökuməti Moskva ilə körpüləri tam yandırmamağa çalışır - ONA GÖRƏ DƏ...
Dünən, 15:45 |
|
|
|
• Sənət adamları bu klublara azarkeşlik edirlər - SİYAHI
Dünən, 15:42 |
|
|
|
• Ermənistan və NATO Cənubi Qafqazda təhlükəsizliyi müzakirə edib - KİV
Dünən, 15:40 |
|
|
|
• Dron hücumu ilə NATO-ya mesaj: - cəzasızlıq Moskvanı cəsarətləndirir
Dünən, 15:38 |
|
|
|
• Rus politoloq sarsaqladı – Azərbaycanın gücünü görməməzliyə vurmaq cəhdləri
Dünən, 15:33 |
|
|
|
• Yusif Məmmədovun şok fırıldağı: İnsanları belə aldadır - DİQQƏT!
Dünən, 15:13 |
|
|
|
• Rusiyada benzin sürətlə bahalaşır – Azərbaycanda da qiymətlər arta bilərmi?
Dünən, 15:07 |
|
|
|
• Daş-qaş içində "üzən" müğənnilər: Görməmişliyin sərhədi görünmür - Ekspert
Dünən, 15:00 |
|
|
|
• Deputat özünə yeni sayt yaratdı - FOTO
Dünən, 14:58 |
|
|
|
• Suriyada Hizbullah üzvləri həbs olunub - Dəməşqdən Tel-Əvivə JEST?
Dünən, 14:55 |
|
|
|
• ƏSLİNDƏ HƏBSXANADA YATMALI OLAN BİR ŞƏXSƏ MEDAL NECƏ VƏ NİYƏ VERİLDİ? - İLGİNC
Dünən, 13:36 |
|
|
|
• "Beş-on naşükür adama görə bütün köçkünlər haqqında mənfi rəy formalaşdırmasınlar!" - ETİRAZ
Dünən, 13:19 |
|
|
|
• Naxçıvanda əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan komandir və xidmət rəisi azadlığa buraxılıb
Dünən, 13:16 |
|
|
|
• "Səmərəsiz qurum olan SOCAR xalqın pulunu niyə göyə sovurur?" - İndi bilindi ki, neftçilərin maaşları niyə qalxmır...
Dünən, 13:08 |
|
|
|
• Anar Babayev Konstitusiya Məhkəməsinin aparat rəhbəri TƏYİN EDİLDİ - BUNDAN SONRA...
Dünən, 13:01 |
|
|
|
• Deputatdan pensiya yaşının çox olması barədə etirazlara CAVAB: - “Pessimist notlara köklənməməliyik ki, insanlar tez vəfat edirlər”
Dünən, 12:58 |
|
|
|
• Ordubadda dövlət xidmətinə RÜŞVƏT İTTİHAMI... - "Əsgərlikdən yayındırırlar..."
Dünən, 12:45 |
|
|
|
• Paşinyanın adamı Azərbaycana gəldi – Mustafayev isə Zəngəzura…
Dünən, 12:31 |
|
|
|
• Azərbaycandan ucuz benzin alacağıq, Bakıda erməni malları satılacaq - Simonyan
Dünən, 12:22 |
|
|
|
• Dövlətin strateji obyekti Azercell-ə verilir - İDDİA
Dünən, 12:12 |
|
|
|
• 907-ci düzəliş birdəfəlik ləğv edilməlidir - ÇAĞIRIŞ
Dünən, 12:00 |
|
|
|
• Gömrükçülərin düşdüyü qəzaya görə sürücü həbs edildi - Bir nəfər ölmüşdü
Dünən, 11:59 |
|
|
|
• Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür - NARAZILIQ VAR...
Dünən, 11:56 |
|
|
|
• Sülh müqaviləsinə sayılı günlər qaldı - İNCƏLƏMƏ
Dünən, 11:52 |
|
|
|
• Xaçmaz xəstəxanasında FACİƏ – 45 yaşlı kişi antibiotikdən sonra həyatını itirib
Dünən, 11:47 |
|
|
|
• "Atlas Medical"da qanunsuzluq: İxtisasa uyğun olmayan fəaliyyət, səhv müalicə... - TƏFƏRRÜAT
Dünən, 11:46 |
|
|
|
• Ermənistanda sülhü dəstəkləyənlərin sayı artır - AMMA...
Dünən, 11:44 |
|
|
|
|