Çin Rusiya və Qərbin tükənməsindən necə qazanır? .....                     "Ehtiyatlı olun, aldanmayın" .....                     Ermənistan Prezidentindən Azərbaycana TƏKLİF .....                     Vaşinqton və London “gizli seçki” keçiriblər? .....                     “PetMall” baytarlıq klinikasından şikayət .....                     Naxçıvana göndərilən “agent” ABŞ-a hansı məlumatları ötürüb? .....                     Tiktoker "Roşka" intihara cəhd edib .....                     “Təbriz-Bakı-Təbriz” aviareysi üzrə uçuşlar bərpa olunub .....                     Ermənistan sülh müqaviləsi imzalamağa hazır deyil .....                     "Metroda xanımlar yaxınlaşır ki, qızımı aktrisa et" .....                     Rusiya benzin ixracına qadağa qoydu: .....                     Rusiyada şovinizm yüksək həddə çatıb .....                     İran Prezidentinin karikaturasını çəkən rəssam barəsində cinayət işi başlanıb .....                     Bağça müdiri 2300 manat rüşvət aldı .....                     "Moskva İrana arxalanır" .....                     Rusiyanı qarışdıran qərar: mühüm sənəd imzalandı .....                     Rusiya daim çalışıb ki, yalnız məxfi casus şəbəkəsi ilə kifayətlənməsin .....                     "Aqrarkredit" BOKT-a sözçü təyin olunub .....                     Universitetlərin ilkin adlarını saxlamaq lazım idi .....                     Borcu var, amma yarım milyona yaxın məbləği olan tenderdə qalibdir .....                     Allahverdi Yolçuyev yenə corab satacaq? .....                     Sabiq erməni nazirdən Zəngəzur dəhlizi ilə bağlı .....                     3 ildən bir forma dəyişməsi: .....                     Sülhü “baltalayan” əllər: .....                     İranda mühüm iclas: Azərbaycanla münasibətlər... .....                     Fransanın “qətnamə oyunu”: .....                     Hesablama Palatası ən çox təkrarlanan maliyyə pozuntularını açıqlayıb .....                     Bakıda ağlasığmaz RESTORAN HESABI... .....                     Dövlət qurumu 2 maşın aldı, bu şirkətə 100 mindən çox pul ödədi .....                     MİDA-nın mənfəəti 3 dəfə azalıb .....                     UNICEF-in nümayəndəsinin Azərbaycandakı diplomatik missiyası başa çatıb .....                     Prezidentin keçmiş köməkçisi RUSİYA CASUSU İMİŞ... .....                     Prokuror etiraz etdi, iş geri qaytarıldı .....                     Tarixi pisliyə imza atanların yeni məkri .....                     SOCAR-ın işçisinin imzası saxtalaşdırlılıb? .....                     Ağ rəng qara ləkə götürməz.. .....                     İsrailin yeni səfiri bu gün Bakıya gələcək .....                     Həmkarlar İttifaqının “onlayn fırıldağı": Görün insanları necə aldadırlar .....                     Rusiyada hamımızı əzirlər: Amma Oqtay Əsədov QAZ VURUB QAZAN DOLDURUR .....                     Fərqanə və Nigar qalmaqalına Xatirə də qoşuldu .....                 

İcra başçılarının KİTABI BAĞLANIR... - YENİ MƏNZƏRƏ...
Tarix: 21-10-2023, 09:49 | Çap et
İcra başçılarının KİTABI BAĞLANIR...
2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror tədbirləri sayəsində Azərbaycan öz suverenliyini bərpa etdi. Artıq Qarabağ tamamailə azaddır.

Qarabağda yerləşən ərazilərimizin İcra hakimiyyətləri indiyə kimi Bakı və başqa rayonlarımızda yerləşib. Çünki bu torpaqlar işğal altındaydı. İndi isə belə bir problem yoxdur. İşğaldan azad olunmuş ərazilərin İcra hakimiyyətlərinin geri qayıtmasının planlaşdırılıb-planlaşdırılmadığı maraq doğurur. Eyni zamanda, bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında Prezidentin Xüsusi nümayəndəlikləri fəaliyyət göstərir.

İcra hakimiyyətlərinin işğaldan azad olunmuş ərazilərə qaytarılması planlaşdırılırmı? Xüsusi Nümayəndəliklə, İcra hakimiyyətləri paralellik təşkil edirmi? DİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev bildirib ki, işğaldan azad olunmuş ərazilərin İcra hakimiyyətlərinin bu gün Bakıda və digər ərazilərdə yerləşməsi hələ ki daha məqsədəuyğundur:

“Sözsüz ki, ərazilərdə insanların yaşaması üçün təhlükəsizliyin təmin olunması vacibdir. Bu gün həmin yerlərdə minaların partlaması, insanların məhv olması müşahidə olunur. Bu səbəbdən hələ ki icra orqanlarının Bakıda, eləcə də digər rayonlarda yerləşməsi məqsədəuyğun sayılır. Prezident İlham Əliyev Füzuli rayonunda olarkən bir daha qeyd etdi ki, bütün ərazilər abadlaşacaq. İnsanlar öz ata-baba yurdlarına qayıdacaqlar. Müəyyən proqramlar var. Sözsüz ki, 2026-cı ilə qədər işğaldan azad olunmuş ərazilərə insanlar mərhələli şəkildə qayıdacaqlar. Əgər insanlar həmin yerlərə qayıtmırlarsa, icra orqanlarının da həmin ərazilərdə fəaliyyət göstərməsi mümkün deyil. Çünki hələ rayonların əhalisinin 15-20 faizi qaytarılıb. Qalanları ayrı-ayrı rayonlardadır. İcra başçıları da həmin rayonlarla əlaqə saxlayır və insanların qayğıları, tələbləri ilə əlaqədar öz işlərini həyata keçirə bilirlər. Hesab edirəm ki, həmin rayonların sakinlərinin 50 faizindən çoxu qayıtdıqdan sonra müvafiq orqanlar da ora köçürülə bilər”.

Tahir Rzayev qeyd edib ki, İcra hakimiyyətləri ilə Prezidentin Xüsusi Nümayəndəliyi arasında paralellik yoxdur:

“İşğaldan azad olunmuş ərazilərdə Prezidentin xüsusi nümayəndələri vətəndaşların tələb və arzuları ilə yox, yenidənqurma, bərpa işləri ilə məşğul olur. İcra Hakimiyyəti orqanları bu gün sırf vətəndaşlarla işləyir. İnsanların təklif və arzularını həyata keçirir və digər tədbirləri görürlər. Füzulidə də Prezidentin yanında xüsusi nümayəndə vardı. İcra başçıları tədbirlərə dəvət olunmurlar. Yerlərdə işlərin görülməsi bilavasitə o nümayəndələrdən tələb olunur”.

Milli Məclisin Regional məsələlər komitəsinin digər bir üzvü Kamran Bayramov vurğulayıb ki, Prezidentin Xüsusi Nümayəndəliyi ilə İcra hakimiyyətlərinin iş sahəsi fərqlidir:

“Bu gün işğaldan azad olunmuş ərazilərdə Prezidentin Xüsusi nümayəndəlikləri fəaliyyət göstərir. Xüsusi nümayəndəliklər və onların aparatları bərpa-quruculuq, yenidənqurma işləri ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər. Eyni zamanda həmin ərazilərdə fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların fəaliyyətini əlaqələndirirlər. Azərbaycanın istənilən inzibati ərazi vahidində olduğu kimi, işğaldan azad olunmuş rayonlarda da İcra hakimiyyətləri əslində fəaliyyət göstərməlidir. Ancaq işğaldan azad olunmuş ərazilərdə "Böyük Qayıdış" Dövlət Proqramı çərçivəsində bizim soydaşlarımız hissə-hissə həmin ərazilərə qayıdır. Həmin rayonların tam bərpası, yenidənqurulması başa çatmasından, soydaşlarımızın öz yurdlarına tam qayıdışından sonra biz İcra hakimiyyətlərinin orada fəaliyyət göstərməsindən danışa bilərik. Xüsusi nümayəndəliklər ərazi üzrə, yerli İcra hakimiyyətləri əhali üzrə fəaliyət göstərən qurumlar hesab olunur”.

K.Bayramov bu sahədə islahatların da keçirilə biləcəyini istisna etmir:

“Biz mətbuatı izləyirik. İcra hakimiyyətlərinin ləğv olunacağı, statusunun dəyişəcəyi ilə bağlı müxtəlif fərziyələr və rəylər təqdim olunur. Bu baxımdan indiki mərhələdə işğaldan azad olunmuş ərazilərdə İcra hakimiyyətinin fəaliyyətindən danışa bilmərik. Orada əhali yoxdur. Çünki tam qayıdış başa çatmayıb. Orada abadlıq-quruculuq, yenidənqurma işləri getdiyi və ərazilər minadan tam təmizlənmədiyi üçün orada yerli icra orqanlarının fəaliyyətə başlaması məntiqə uyğun gəlmir. Həm də buna zərurət yoxdur. Düşünürəm ki, gələcəkdə soydaşlarımızın doğma yerlərinin hamısının qayıdışı təmin olunduqdan sonra yerli İcra hakimiyyətlərinin fəaliyyətindən danışa bilərik”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Çin Rusiya və Qərbin tükənməsindən necə qazanır? - ŞƏRH
Bu gün, 00:23
"Ehtiyatlı olun, aldanmayın" - FOTO
Bu gün, 00:21
Ermənistan Prezidentindən Azərbaycana TƏKLİF - “Naxçıvana quru yolu açaq”
Bu gün, 00:19
Vaşinqton və London “gizli seçki” keçiriblər? - KİV
Dünən, 18:03
“PetMall” baytarlıq klinikasından şikayət – “İtimi öldürdülər…”
Dünən, 18:01
Naxçıvana göndərilən “agent” ABŞ-a hansı məlumatları ötürüb? – İrəvan da razılaşır, lakin…
Dünən, 17:57
Tiktoker "Roşka" intihara cəhd edib - TƏFƏRRÜAT
Dünən, 17:45
“Təbriz-Bakı-Təbriz” aviareysi üzrə uçuşlar bərpa olunub - İRNA
Dünən, 17:38
Ermənistan sülh müqaviləsi imzalamağa hazır deyil - ÇÜNKİ...
Dünən, 17:36
"Metroda xanımlar yaxınlaşır ki, qızımı aktrisa et"
Dünən, 17:31
Rusiya benzin ixracına qadağa qoydu: - Azərbaycanda benzin BAHALAŞACAQ?
Dünən, 17:18
Rusiyada şovinizm yüksək həddə çatıb - İsazadə
Dünən, 17:09
İran Prezidentinin karikaturasını çəkən rəssam barəsində cinayət işi başlanıb - İRNA
Dünən, 17:07
Bağça müdiri 2300 manat rüşvət aldı - Məhkəmə HÖKM OXUDU
Dünən, 17:05
"Moskva İrana arxalanır" - Yermak
Dünən, 17:00
Rusiyanı qarışdıran qərar: mühüm sənəd imzalandı – Bu ölkələr birləşir
Dünən, 16:58
Rusiya daim çalışıb ki, yalnız məxfi casus şəbəkəsi ilə kifayətlənməsin - İlham İsmayıl
Dünən, 16:45
"Aqrarkredit" BOKT-a sözçü təyin olunub - DOSYE
Dünən, 16:43
Universitetlərin ilkin adlarını saxlamaq lazım idi - Firudin Cəlilov
Dünən, 16:40
Borcu var, amma yarım milyona yaxın məbləği olan tenderdə qalibdir - DETALLAR
Dünən, 16:37
Allahverdi Yolçuyev yenə corab satacaq? - “Elə sevinmişdim, elə bildim ki, həll olunub, amma...”
Dünən, 16:28
Sabiq erməni nazirdən Zəngəzur dəhlizi ilə bağlı SƏRSƏM İDDİA
Dünən, 16:24
3 ildən bir forma dəyişməsi: - Zərurət, yoxsa gəlir mənbəyi?
Dünən, 16:22
Sülhü “baltalayan” əllər: - Biri Fransada, digəri ABŞ-də
Dünən, 16:19
İranda mühüm iclas: Azərbaycanla münasibətlər...
Dünən, 16:03
Fransanın “qətnamə oyunu”: - Erməni diasporası korrupsiyaya bulaşmış siyasətçiləri yönləndirir
Dünən, 16:01
Hesablama Palatası ən çox təkrarlanan maliyyə pozuntularını açıqlayıb
Dünən, 15:56
Bakıda ağlasığmaz RESTORAN HESABI... - DƏLİXANADIR, VALLAH...
Dünən, 15:53
Dövlət qurumu 2 maşın aldı, bu şirkətə 100 mindən çox pul ödədi - DETALLAR
Dünən, 15:44
MİDA-nın mənfəəti 3 dəfə azalıb - TƏFƏRRÜAT
Dünən, 15:38
UNICEF-in nümayəndəsinin Azərbaycandakı diplomatik missiyası başa çatıb
Dünən, 15:35
Prezidentin keçmiş köməkçisi RUSİYA CASUSU İMİŞ... - ÖZÜ NƏ DEYİR...
Dünən, 15:33
Prokuror etiraz etdi, iş geri qaytarıldı - Müstəntiq və vəkil həbsxanaya getməyibmiş
Dünən, 15:19
Tarixi pisliyə imza atanların yeni məkri – Tehran və Moskva bizdən nə istəyir?
Dünən, 15:12
SOCAR-ın işçisinin imzası saxtalaşdırlılıb? - Rəhman Pənahlı Baş prokurora üz tutub (SƏNƏDLƏR)
Dünən, 14:59
Ağ rəng qara ləkə götürməz.. - REAKSİYA
Dünən, 14:13
İsrailin yeni səfiri bu gün Bakıya gələcək
Dünən, 13:39
Həmkarlar İttifaqının “onlayn fırıldağı": Görün insanları necə aldadırlar - FOTO
Dünən, 13:37
Rusiyada hamımızı əzirlər: Amma Oqtay Əsədov QAZ VURUB QAZAN DOLDURUR - BU DA FAKT!
Dünən, 13:30
Fərqanə və Nigar qalmaqalına Xatirə də qoşuldu - FOTO
Dünən, 13:18
İranın Zəngəzur dəhlizinə qarşı çıxmasının səbəbi: - Yalnız bir istəyi var
Dünən, 13:13
Kremlin səssizliyinin pərdəarxası – Putinin Bakı ilə bağlı fikirləri ifşa edildi
Dünən, 13:07
Məhkəmə Fikrət Cəfərli barəsində qərar verib - 4 aylıq həbs...
Dünən, 13:05
Azərbaycanda iyulun 30-da 41 dərəcə isti gözlənilir - belə deyirlər...
Dünən, 13:02
"Bu, sadəcə alçaqlıq deyil, xəyanətdir" - Solovyov yenə nifrət püskürdü
Dünən, 12:40
Xəqani Abasov Hacıqabul rayon Mərkəzi Xəstəxanasına DİREKTOR təyin edildi - FOTO
Dünən, 12:19
“Abır-həya yoxdur, çox müsibət vəziyyətdədir” - tanınmış diktor
Dünən, 12:16
Fermerlərin AQTA KABUSU... - Putin kimdir ki...
Dünən, 12:09
Gəncədə ŞÜBHƏLİ TENDER-MENDER... - Tikinti şirkəti zibil də daşıyacaq... təki büdcə puluna "qonsun"...
Dünən, 12:05
Jurnalistə ağır itki üz verib
Dünən, 12:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru