"Burada bir dolu maşın odunun qiyməti 300-350 manatdır..." - GİLEY
Tarix: 6-02-2019, 09:31 | Çap et
 Quba regionlarımız arasında təbiətinə, füsunkarlığına və turist axınına görə fərqlənir. Lakin turizmin inkişafına baxmayaraq, rayonun hələ də bir çox kəndlərində maye qaz yoxdur.
Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə Qubanın Məçkə-xacə kəndinin sakinləri məlumat veriblər. Şikayət edən kənd sakini Şahin Əmirovun sözlərinə görə, kənd Quba Rayon İcra Hakimiyyətinin Rustov İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə tabedir.
"2017-2018-ci illər aralığında Rustov kəndinə maye qazın çəkilişi təmin olundu. Həmin vaxt bizim kəndimizin də az bir hissəsinə maye qazı çəkildi. Lakin layihə yarımçıq saxlanıldığına görə kəndimiz maye qazsız qalıb" - sakin bildirib.
Şikayətçinin sözlərinə görə, qış aylarının bu ərazilərdə çox sərt keçməsi onların işini daha da çətinləşdirir: "Evlərimizi isitmək üçün məcburiyyətdən odun alırıq. Burada bir dolu maşın odunun qiyməti 300-350 manatdır. Bu da kəndli üçün çox böyük məbləğdir".
"Digər tərəfdən, kənddə olan evlərin əksəriyyəti iki mərtəbəli və geniş otaqlıdır. Buna görə də bir maşın odun bir ailəyə bəs etmir. Kəndli bilmir ki, qazancı ilə evinin istiliyini təmin etsin, yoxsa ailəsinin tələbatını ödəsin. Ümid edirəm ki, səsimiz tezliklə eşidiləcək və kəndimiz maye qazla təmin olunacaq" - Ş.Əmirov qeyd edib.
Digər kənd sakini Məmməd Orucəliyev də qonşusunun dediklərinə şərik olub: "Biz artıq qış aylarında yanacağa pul verməkdən yorulmuşuq. Həm də təbiətə nə qədər ziyan vurduğumuzu anlayırıq. Amma məcburuq. Evdə körpəmiz, qocamız var. Odun yandırmağın başqa mənfi cəhəti evin hiss olmasıdır. Məcbur qalıb hər il, demək olar ki, evimizi təmir etdiririk".
"Məktəbdəki vəziyyətdən isə danışmağa ehtiyac yoxdur. Kəndimizə təzə məktəb tikilməsinə baxmayaraq, odun sobası sinif otaqlarını yararsız hala salıb. Uşaqlarımız məktəbə getmək əvəzinə meşəyə odun toplamağa gedirlər. Belə bir dövrdə məktəblilərin belə problemlə qarşılaşması ağlasığmaz haldır" - o vurğulayıb.
Kənd sakinləri dəfələrlə icra nümayəndəliyinə bu problemlə əlaqədar müraciət etdiklərini söyləyiblər.
Sputnik Azərbaycan-ın əməkdaşı məsələ ilə bağlı "Azəriqaz" İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevlə əlaqəsi saxlayıb. İ.Kərbalayev gələn üçün Qubanın 11 kəndinin qazlaşdırılması üzrə siyahı hazırlandığını bildirib.
"Amma həmin siyahıda Məçkə-xacə kəndi yoxdur. Bununla belə, həmin kəndin adı da siyahıya salınacaq və gələcək illərdə bu kəndin də qazlaşdırılması məsələsinə toxunulacaq" - deyə "Azəriqaz" sözçüsü əlavə edib.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər - İDDİA
Bu gün, 07:34 |
|
|
|
| • SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş - FOTO
Bu gün, 07:32 |
|
|
|
| • AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... - Orxan İmanlının bibisi oğlundan narazılıq artıb
Bu gün, 07:19 |
|
|
|
| • "Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” - DİM sədrinə ETİRAZ
Bu gün, 07:15 |
|
|
|
| • Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var - İNCƏLƏMƏ
Bu gün, 07:10 |
|
|
|
| • Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? - NƏ BAŞ VERİR?
Bu gün, 07:07 |
|
|
|
| • Azərbaycanda “WhatsApp”la bağlı yeni problem – Həlli AÇIQLANDI
Bu gün, 07:05 |
|
|
|
| • Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:04 |
|
|
|
| • Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev
Bu gün, 07:02 |
|
|
|
| • İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:00 |
|
|
|
| • Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir - Natiq Miri ŞƏRH EDİR
Bu gün, 06:58 |
|
|
|
| • "Su İdmanı Sarayı" dövlətə BORCLANDI - Böyük miqdarda
Bu gün, 06:56 |
|
|
|
| • Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər - “İzvestiya” qəzeti
Bu gün, 06:51 |
|
|
|
| • Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… - DETALLAR
Bu gün, 06:49 |
|
|
|
| • "Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" - partiya sədri
Bu gün, 06:33 |
|
|
|
| • Tanınmış müğənni qonşusundan gileyləndi - "...şübhə edir"
Bu gün, 06:27 |
|
|
|
| • Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri - ŞOK FAKTLAR AÇIQLANDI
Bu gün, 06:17 |
|
|
|
| • Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... - Bir araşdıran olsa...
Bu gün, 06:13 |
|
|
|
| • Hamlet İsaxanlı siyasətə yaman meyillənir... - keçmiş deputatdan ATMACA
Bu gün, 05:58 |
|
|
|
| • Eşqi Bağırovun üsyanı... SƏMƏRƏ VERƏCƏKMİ?
Bu gün, 05:52 |
|
|
|
| • Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... - HESABI BELƏ SORUŞULMUR...
Bu gün, 05:47 |
|
|
|
| • Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR - İLGİNC FAKTLAR
Bu gün, 05:40 |
|
|
|
| • Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16 |
|
|
|
| • Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10 |
|
|
|
| • Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01 |
|
|
|
| • Natəmiz mühitdə hansı sağlamlıq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54 |
|
|
|
| • "Bu artıq xidmət deyil..." - ETİRAZ VAR!
Bu gün, 00:46 |
|
|
|
| • Erməni general yenə Hindistandadır
Dünən, 22:15 |
|
|
|
| • Rusiyada terror təhlükəsi riski artır - Putin
Dünən, 22:13 |
|
|
|
| • “O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur...” - REAKSİYA
Dünən, 17:34 |
|
|
|
| • Hövsan MİDA layihəsində şok vəziyyət: İtlər, həşəratlar və üfunət kabusu… - NARAZILIQ VAR...
Dünən, 17:32 |
|
|
|
| • "Zəng gəlsə, demə ki, bizə pul vermisən" - Avropada iş adı ilə 171 nəfəri aldadanların MƏHKƏMƏSİ
Dünən, 17:12 |
|
|
|
| • “Məktəb” serialı Vado Korovin üçün sanki ailə təsərrüfatı olub... - GÖRÜNƏNİ BUDUR...
Dünən, 17:06 |
|
|
|
| • Ukrayna İsrailə etiraz notası təqdim edib
Dünən, 17:02 |
|
|
|
| • İlqar Bayramlıdan yeni direktor təyinatı - ƏMR
Dünən, 16:42 |
|
|
|
| • Məşhur aparıcıdan "ərə getmək" xəbərinə CAVAB - "Hüseynova bacıları məharətini göstərəcək"
Dünən, 16:38 |
|
|
|
| • Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır - MƏQALƏ
Dünən, 16:31 |
|
|
|
| • Ermənistanda panika: Əhaliyə çağırış edildi
Dünən, 16:00 |
|
|
|
| • Tikintidə artan “qara bazar” - Milyonluq CƏRİMƏLƏR və…
Dünən, 15:57 |
|
|
|
| • Rus ordusu iki kəndi işğal etdi
Dünən, 15:55 |
|
|
|
| • Bakıda güllələnən müəllim işdən çıxıb? - “İdrak” Liseyindən açıqlama
Dünən, 15:24 |
|
|
|
| • "Qaçqınkom"un idarəsindən vergi borcu olan şirkətə 447 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 15:22 |
|
|
|
| • DİM sədri ilə Mikayıl Cabbarov üz-üzə... - Xarici dil buraxılış imtahanında olmamalı idi?
Dünən, 15:18 |
|
|
|
| • Təltif olunanların sırasında “Veysəloğlu Distribusiya”nın rəhbəri də var... - FOTO
Dünən, 15:00 |
|
|
|
| • Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: - Səbəb açıqlanmadı
Dünən, 14:57 |
|
|
|
| • Ermənistanda seçki savaşı qızışır: Revanşistlər geri qayıda bilərmi? - Bakıdan sərt mesaj
Dünən, 14:55 |
|
|
|
| • Daha bir tanınmış şəxs Türkiyədə dünyasını dəyişdi - FOTO
Dünən, 14:53 |
|
|
|
| • Keçmiş silahdaşı seçkilərdə Paşinyanı dəstəkləməkdən imtina etdi - KİV
Dünən, 14:39 |
|
|
|
| • Ölkənin ən iri pivə istehsalçısı “Carlsberg Azerbaijan”a yeni rəhbər gəlib - BUNDAN SONRA...
Dünən, 14:34 |
|
|
|
| • ”Utanmır efirə çıxıb deyir hamiləyəm, bu, nə tərbiyəsizlikdir?” - VİDEO
Dünən, 14:30 |
|
|
|
|