AZAL-ın təyyarəsi İrəvanda .....                     Sara Əzimovaya yeni vəzifə verilib .....                     Şahin Mustafayev Ermənistanda səfərdədir .....                     Dənizdə çalışan neftçilərin SAĞLAMLIĞI TƏHLÜKƏ ALTINDA! .....                     "Onlar teatra gəlməyimi xahiş etdilər, dostumu, düşmənimi tanıdım" .....                     Səfir Niderland parlamentinin Azərbaycana qarşı qərəzli sənədinə aydınlıq gətirib .....                     Əlixan Rəcəbov necə uğursuz oldu? .....                     İranda nizam dəyişdi .....                     Hərbi xidmət keçməkdən boyun qaçıran gənc qərardan narazıdır .....                     “Zəyəm Texnologiyalar Parkı”nda yığıncaq keçiriləcək .....                     "Bunları təhlükəsizlik yox, cibləri maraqlandırır" .....                     7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin .....                     AQTA-nın tamahkar işçiləri “QILINCLARINI SIYIRIB” .....                     Qubadlıda yaşayış məhəlləsini “See Breeze Construction” tikəcək .....                     Nigar Köçərli “LIV Bona Dea Hospital”ı yenidən saxtakarlıqda ittiham etdi .....                     Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq .....                     “PubG”yə görə azyaşlıya qarşı hədə-qorxu və oğurluq: 40 min manata yaxın ziyan .....                     "Azərbaycan Sənaye Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Azərbaycan neftinin qiyməti 115 dolları ötüb .....                     Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi .....                     Tehranın Azərbaycanla sərhəddən yeni mesajı .....                     ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir .....                     "450-dən çox ailə başçısını işsiz qoydular..." .....                     Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir .....                     Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq .....                     Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər .....                     SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş .....                     AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... .....                     "Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” .....                     Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var .....                     Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? .....                     Azərbaycanda “WhatsApp”la bağlı yeni problem .....                     Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır .....                     Paşinyan seçilsə, Kreml nə edəcək? .....                     İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress .....                     Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir .....                     "Su İdmanı Sarayı" dövlətə BORCLANDI .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər .....                     Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… .....                     "Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" .....                 

Fazil Məmmədov HƏBSİN ASTANASINDA - Hesabat üçün Bakıya çağırdılar...
Tarix: 6-11-2018, 09:07 | Çap et
Fazil Məmmədov HƏBSİN ASTANASINDA
1 ay sonra - dekabrın 5-də sabiq vergilər naziri Fazil Məmmədovun işdən çıxarılmasının bir ili tamam olur. F.Məmmədov işini itirən digər keçmiş nazir həmkarları kimi jurnalistlərdən uzaq qaçır. Amma o, məsələn, Səlim Müslümov və ya Heydər Əsədovdan fərqli olaraq ortaya çıxmır, üstəlik, bir neçə aydır ki, Azərbaycandan da uzaqdadır.

17 il Vergilər Nazirliyinə rəhbərlik etmiş F.Məmmədov işdən çıxarılan nazirlərdən ən gənci olsa da (1964-cü il), vəzifəsini itirən kimi “ətraf mühitlə də bağlantılarını kəsərək” nədənsə, barəsində yalnız “ağır xəstə” xəbərlərinin tirajlanmasında maraqlı oldu. F.Məmmədov ondan sonra hakimiyyətdəki irili-xırdalı məmurların, eləcə də yaxın qohumlarının işdən çıxarılmasına da reaksiya vermədi.

Son yeddi ayda isə sabiq nazir haqda yalnız xəstəxana palatalarında olduğu haqda məlumatlar var. F.Məmmədovun xəstələnməsi barədə ilk xəbər işdən çıxarılandan 5 ay sonra - bu ilin aprelində yayılmışdı. F.Məmmədovun ürəyinin tutması onun barəsində mediada ciddi ittihamların ortaya çıxdığı dövrlərə təsadüf edirdi. İttihamlar da həqiqətən ürək ağrıdan idi. Məsələn, elə yeni vergilər naziri Mikayıl Cabbarovun dediklərini xatırlamaq yerinə düşər. Nazir F.Məmədovun dövründə vergi ödəyicilərindən ödənilməli olan vergi məbləğindən artıq vəsaitlərin alındığını, həmin pulların şəxsi ciblərə axdığını bildirmişdi. Sabiq nazirin ürəyini gücə sala biləcək daha bir iddia vergi şəklində yığılan 4 milyard manata yaxın vəsaitin büdcədən yayındırılaraq ofşorlara yönləndirildiyi barədə idi.

Beləliklə, sabiq nazirin infarkt diaqnozu ilə özünə məxsus Gəncə Beynəlxalq Hospitalına yerləşdirildiyi xəbərindən bir müddət sonra müalicəsinin Türkiyədə davam etdirilməsinə qərar verildiyi açıqlandı. İyun ayında F.Məmmədov Türkiyədə “American Hastanesi”nə yerləşdirildi. Avqust ayında sabiq nazirin Türkiyədə “Çırağan Palace”da istirahət etməsi xəbərinin ardınca sabiq nazirin səhhətinin kəskin ağırlaşdığı və reanimasiyaya yerləşdirildiyi bildirildi. Son olaraq oktyabrın əvvəlində F.Məmmədovla bağlı yayılmış məlumatda isə bildirilirdi ki, onun səhhəti tam olaraq, normallaşmadığından Azərbaycana qayıda bilmir. “Belə ki, eks-nazir uzun müddət müalicə almasına baxmayaraq, tez-tez hərarəti qalxır. Həkimlər isə onun daha bir kurs müalicə almasını tövsiyə edirlər” deyə, xəbərlərdə bildirilirdi.

F.Məmmədovun müalicəsinin niyə uzanması barədə bu günlərdə sensasion bir iddia yayılmışdı. Azpolitika.az saytı məlumatlı mənbəyə istinadən yazırdı ki, sabiq nazirin səhhətində heç bir ciddi problem yoxdur. Durumunun ağır olması barədə məlumatlar isə özünün istəyi ilə yaxınları tərəfindən məqsədli şəkildə, qəsdən yayılır. F.Məmmədovun yaxın çevrəsi ilə ünsiyyətdə olan şəxslərdən birinin sözlərinə görə, F.Məmmədovun vəzifədən çıxdıqdan sonra həm Bakıda rəsmi orqanlarda qarşılaşacağı bir çox sualları cavablandırmaqdan qaçmaq, həm də vergi adı ilə əvvəlcədən külli miqdarda pul ödətdirdiyi iş adamlarının tələblərindən yayınmaq üçün “xəstəliyi sağalmır”.

Sitat: “Düzdür, hələ nazir olduğu dövrdə də həddən artıq spirtli içkilər qəbul etdiyi, xroniki alkoqolizmdən əziyyət çəkdiyinə dair söyləntilər vardı. Ancaq bunun Fazil Məmmədovun səhhətində ciddi problemlər yaratdığına inanmıram. Çünki o, vaxtaşırı müayinədən keçən, səhhətini qoruyan biri olub. Spirtli içkilər səhhətində hər hansı bir ciddi problemlərə səbəb olsaydı, vaxtında qarşısı alınardı. Sadəcə, ictimaiyyəti inandırmaq üçün haqqında yayılan məlumatlardan məharətlə istifadə ediblər. Bəlkə də həkim dostları bunu məsləhət görüb. Hamı spirtli içkilərə meylli olduğunu bildiyi üçün onun belə bir xəstəliyə (mədəaltı vəzin iltihabı olan pankreatit xəstəliyi əsasən spirtli içkilərdən yaranır - red.) tutulmasına müəyyən dairələri və ictimaiyyəti inandırmaq çətin olmadı. Ancaq yadınıza salım ki, əvvəlcə onun infarkt keçirdiyi xəbəri yayılmışdı. Məhz infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Ancaq sonra bir gecədə diaqnozu dəyişib, Türkiyəyə apardılar. Bəlkə də gördülər ki, infarkt adı ilə uzun müddət xəstəxanada qala bilməyəcək və ya xaricə apara bilməyəcəklər, ona görə diaqnozu dəyişdilər”. Mənbə onu da əlavə etmişdi ki, F.Məmmədov “Bakıda özü ilə bağlı ”suların durulmasını", hamının yadından çıxmasını gözləyir".

Noyabrın 4-də isə bu iddiaları təsdiqləyəcək daha bir məlumat yayılıb. Bildirilir ki, sabiq nazirin obyektlərində yoxlamalar başlayıb. “Bir vaxtlar sahibkarlara göz verib, işıq verməyən eks-vergilər naziri Fazil Məmmədov özü yoxlamalara məruz qalıb. Sabiq nazirin Gəncədəki obyektlərində 4 gündür təftiş aparılır. Xüsusilə F.Məmmədova məxsus Gəncə Beynəlxalq Xəstəxanasında aparılan yoxlamaların vergidən yayınma ilə bağlı olduğu bildirilir. Güman olunur ki, F.Məmmədov özü rəhbər vəzifədə olarkən, xəstəxanasının külli miqdarda vergidən yayınmasına yol verib” deyə, modern.az-ın xəbərində bildirilir.

Qeyd edək ki, uzun illər ölkənin ən iri məmur oliqarxları sırasında ilk üçlükdə olmuş F.Məmmədovun böyük biznes imperiyası var. Yəni yoxlamalar onun hələ əyalətdəki “xırda” hesab olunan obyektlərindən başlayıb. Belə güman etmək olar ki, F.Məmmədovun obyektlərində işdən çıxarılandan 11 ay sonra yoxlamalar başlaması təsadüfi sayılmır və bu, təkcə Gəncədəki deyil, digər obyektlərdə də təftişlər başlayacağının (əgər başlamayıbsa) siqnalıdır. Belə olacağı təqdirdə isə F.Məmmədov müalicəsini ya Bakıda davam etdirə və ya suallara cavab vermək üçün zorla gətirilə bilər.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL-ın təyyarəsi İrəvanda - FOTO
Bu gün, 11:45
Sara Əzimovaya yeni vəzifə verilib - BUNDAN SONRA...
Bu gün, 11:42
Şahin Mustafayev Ermənistanda səfərdədir
Bu gün, 11:34
Dənizdə çalışan neftçilərin SAĞLAMLIĞI TƏHLÜKƏ ALTINDA! - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
"Onlar teatra gəlməyimi xahiş etdilər, dostumu, düşmənimi tanıdım" - Mehriban Xanlarova "AZDRAMA"-ya qayıdır?
Bu gün, 11:13
Səfir Niderland parlamentinin Azərbaycana qarşı qərəzli sənədinə aydınlıq gətirib - "Biz onlara təsir göstərə bilmərik"
Bu gün, 11:08
Əlixan Rəcəbov necə uğursuz oldu? - Orxan Saffari yazır…
Bu gün, 11:01
İranda nizam dəyişdi - Hakimiyyət ali rəhbərdən alındı
Bu gün, 10:48
Hərbi xidmət keçməkdən boyun qaçıran gənc qərardan narazıdır
Bu gün, 10:42
“Zəyəm Texnologiyalar Parkı”nda yığıncaq keçiriləcək
Bu gün, 10:40
"Bunları təhlükəsizlik yox, cibləri maraqlandırır" - ETİRAZ VAR...
Bu gün, 10:37
7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin məhkəmə zalında həbsi tələb olunub
Bu gün, 10:33
AQTA-nın tamahkar işçiləri “QILINCLARINI SIYIRIB” - GİLEY
Bu gün, 10:29
Qubadlıda yaşayış məhəlləsini “See Breeze Construction” tikəcək – 34,4 milyonluq tender
Bu gün, 10:17
Nigar Köçərli “LIV Bona Dea Hospital”ı yenidən saxtakarlıqda ittiham etdi - "Bir klinika pasiyenti əzmək üçün..."
Bu gün, 10:15
Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq - TƏFƏRRÜAT
Bu gün, 10:04
“PubG”yə görə azyaşlıya qarşı hədə-qorxu və oğurluq: 40 min manata yaxın ziyan - MƏHKƏMƏ
Bu gün, 09:53
"Azərbaycan Sənaye Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:47
Azərbaycan neftinin qiyməti 115 dolları ötüb
Bu gün, 09:44
Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 08:42
Tehranın Azərbaycanla sərhəddən yeni mesajı - Görünəni odur ki...
Bu gün, 08:39
ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir - KİV
Bu gün, 08:35
"450-dən çox ailə başçısını işsiz qoydular..." - NARAZILIQ VAR...
Bu gün, 08:30
Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir - Stupak
Bu gün, 08:02
Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq - Rəsmi Tehran
Bu gün, 08:00
Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər - İDDİA
Bu gün, 07:34
SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş - FOTO
Bu gün, 07:32
AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... - Orxan İmanlının bibisi oğlundan narazılıq artıb
Bu gün, 07:19
"Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” - DİM sədrinə ETİRAZ
Bu gün, 07:15
Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var - İNCƏLƏMƏ
Bu gün, 07:10
Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? - NƏ BAŞ VERİR?
Bu gün, 07:07
Azərbaycanda “WhatsApp”la bağlı yeni problem – Həlli AÇIQLANDI
Bu gün, 07:05
Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:04
Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev
Bu gün, 07:02
İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:00
Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir - Natiq Miri ŞƏRH EDİR
Bu gün, 06:58
"Su İdmanı Sarayı" dövlətə BORCLANDI - Böyük miqdarda
Bu gün, 06:56
Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər - “İzvestiya” qəzeti
Bu gün, 06:51
Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… - DETALLAR
Bu gün, 06:49
"Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" - partiya sədri
Bu gün, 06:33
Tanınmış müğənni qonşusundan gileyləndi - "...şübhə edir"
Bu gün, 06:27
Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri - ŞOK FAKTLAR AÇIQLANDI
Bu gün, 06:17
Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... - Bir araşdıran olsa...
Bu gün, 06:13
Hamlet İsaxanlı siyasətə yaman meyillənir... - keçmiş deputatdan ATMACA
Bu gün, 05:58
Eşqi Bağırovun üsyanı... SƏMƏRƏ VERƏCƏKMİ?
Bu gün, 05:52
Fermerlərə çatası milyonları KİM YEYİB Kİ... - HESABI BELƏ SORUŞULMUR...
Bu gün, 05:47
Ramiz Mehdiyevin oğurladıqlarını “milyoner nəvə”si BELƏ XƏRCLƏYİR - İLGİNC FAKTLAR
Bu gün, 05:40
Azərbaycan son savaşda sübuta yetirdi ki... - ARAŞDIRMA
Bu gün, 01:16
Bakıdan qayıdan Zelenski indi də İrəvan yolunda... - GƏLİŞMƏ
Bu gün, 01:10
Səhiyyə büdcəsində MAAŞ 'ABORTU' - BU NƏDİ BELƏ?
Bu gün, 01:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru