İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı .....                     Əməkdar artist həmkarlarını hədəf aldı: .....                     “Rus "sektor"unda oxumaq üçün 3000-5000 manat ödənilsin” .....                     “Yelo Bank”ın poblemli kreditləri kəskin artıb .....                     Bakıda gənc oğlanla yeniyetmə qız hamamda zəhərləndi, biri öldü .....                     Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi .....                     Kremldən “qazlı” ZƏRBƏ .....                     AZAL-ın təyyarəsi İrəvanda .....                     Sara Əzimovaya yeni vəzifə verilib .....                     Şahin Mustafayev Ermənistanda səfərdədir .....                     Dənizdə çalışan neftçilərin SAĞLAMLIĞI TƏHLÜKƏ ALTINDA! .....                     "Onlar teatra gəlməyimi xahiş etdilər, dostumu, düşmənimi tanıdım" .....                     Səfir Niderland parlamentinin Azərbaycana qarşı qərəzli sənədinə aydınlıq gətirib .....                     Əlixan Rəcəbov necə uğursuz oldu? .....                     İranda nizam dəyişdi .....                     Hərbi xidmət keçməkdən boyun qaçıran gənc qərardan narazıdır .....                     “Zəyəm Texnologiyalar Parkı”nda yığıncaq keçiriləcək .....                     "Bunları təhlükəsizlik yox, cibləri maraqlandırır" .....                     7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin .....                     AQTA-nın tamahkar işçiləri “QILINCLARINI SIYIRIB” .....                     Qubadlıda yaşayış məhəlləsini “See Breeze Construction” tikəcək .....                     Nigar Köçərli “LIV Bona Dea Hospital”ı yenidən saxtakarlıqda ittiham etdi .....                     Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq .....                     “PubG”yə görə azyaşlıya qarşı hədə-qorxu və oğurluq: 40 min manata yaxın ziyan .....                     "Azərbaycan Sənaye Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Azərbaycan neftinin qiyməti 115 dolları ötüb .....                     Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi .....                     Tehranın Azərbaycanla sərhəddən yeni mesajı .....                     ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir .....                     "450-dən çox ailə başçısını işsiz qoydular..." .....                     Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir .....                     Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq .....                     Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər .....                     SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş .....                     AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... .....                     "Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” .....                     Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var .....                     Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? .....                     Azərbaycanda “WhatsApp”la bağlı yeni problem .....                     Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır .....                 

Xaçmazda problem var... - GİLEY
Tarix: 8-11-2017, 10:33 | Çap et
Xaçmazda problem var...
Hələ Sovetlər Birliyi dövründə Xaçmaz şəhərində Gəncəli kəndindən gələn ana işıq xəttində problemlər olub. Dövr keçib, Azərbaycan müstəqil dövlət də olub, Xaçmaz şəhər sakinlərinin sayı da artıb, küçələri də çoxalıb. Eşitdiyimizə görə hələ, bu ana xəttdən başqa kəndlər də istifadə edir. Problemsə düzəlmir ki, düzəlmir.
Yaxşı yadımızdadır, “Azərişıq” ASC təsis edilməmişdən öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev keçirdiyi müşavirələrin birində “Azərenerji” rəhbərliyinə ciddi iradlar tutdu. Dövlət başçısı bildirdi ki, bəzi rayonlarda biraz külək əsən kimi işıqlar kəsilir. Vəziyyət həqiqətən də belə idi. Bundan sonra “Azərişıq” ASC yarandı. Hamı ümid edirdi ki, vəziyyət kökündən dəyişəcək. Ədalət naminə deyək ki, Xaçmaz rayonunun və şəhərin müəyyən yerlərində yeni transformatorlar quraşdırılıb, elektrik dirəkləri basdırılıb. Bəzi problemlər qismən həll olunub. Amma Xaçmaz şəhərində harada nə dəyişirsə-dəyişsin, Sülh, İsrafil Məmmədov adına, Xudu Məmmədov adına, M. F. Axundzadə adına, Cəfər Əzizov adına və digər küçələrdə heç nə dəyişmir. Yay və yaxud qış olsun, fərqi yoxdur, hər gün işıqlar beş-altı dəfə sönür-yanır. Bu yay dəfələrlə Xaçmaz rayon elektrik şəbəkəsinə müraciət etmişik. Cavab veriblər ki, işıqların sönməsi təmir-bərpa işləri ilə əlaqədardır. Yaxşı, yayı dözdük. İndi qışın astanasındayıq. Yenə də eyni vəziyyətdir. Bəzən bütün gecəni işıq olmur. Adamı təəccüb bürüyür: Xaçmaz rayon elektrik şəbəkəsinin işçiləri geclərdəmi təmir-bərpa işləri ilə məşğul olurlar? Jurnalistlər olaraq bir məsələ də bizə maraqlıdır. Bu yenidənqurma işləri nə vaxt başa çatacaq və bunun üçün nə qədər vəsait ayrılıb?
Bu yaxınlarda “Azərişıq” bir açıqlama yaydı. Orada deyilirdi ki, elektrik enerjisi haqqını ödəməyənlərin işıqları dərhal kəsiləcək. Yaxşı, bunu başa düşdük. İşıq yandırmısansa pulunu da ödəməlisən. Bəs “Azərişığ”ın ucbatından xarab olan elektrik cihazlarının haqqını kim ödəyəcək? Külək əsməyəndə də kəsilən işıqlara görə cavabdehlik daşıyan tapılacaqmı? Axı insanların əsəbləri ilə nə qədər oynamaq olar? Bəlkə “Azərişıq” ASC-nin Xaçmaz rayon elektrik şəbəkəsinin rəhbərliyi istəyir ki, insanlar küçələrə çıxsınlar? İşıqlara da prezident cavab verməlidir? Xaçmazda tez-tez dəyişən rəislər söz verirlər ki, problemləri yoluna qoyacaqlar. Bəs nə vaxt? Məgər elektrik şəbəkəsi idarəsinin işi-peşəsi yalnız qapı-qapı gəzib pul yığmaqdan ibarətdir? Və yaxud yetim-yesirin işıqlarını kəsməkdən? Bilmirəm, aldığımız informasiya nə dərəcədə doğrudur, ya deyil, deyilənə görə, Nabrandakı bəzi villaların sahibləri enerji pulunu ödəmirlər. Elə imkanlılar da var ki, pulları olsa da işıq pulunu vermirlər. Belələrinə gözün-üstə qaşın var deyən yoxdur. Amma qeyd etdiyim kimi, enerji pulu kasıb-kusubun boğazından çıxarılır. Vətəndaşları vaxtlı-vaxtında elektrik enerjisi ilə təmin etmək, onların qarşısında bir məsuliyyət hiss etmək heç kəsi düşündürmür.
Xaçmaz rayon elektrik şəbəkəsi ilə bağlı başqa informasiyalarımız da var. Obyektiv səbəblərə görə, hələlik onları dərc etmirik. Bircə onu deyə bilərik ki, adıçəkilən qurumda dövlət vəsaitlərinin xərclənməsi ilə əlaqədar ciddi yoxlama aparılmalıdır.
Yazdıqlarımıza bir aydınlıq gətirmək üçün Xaçmaz rayon elektrik şəbəkəsinin baş mühəndisi Famil Əliyevlə telefon əlaqəsi saxladıq. İdarənin rəsmisi yuxarıda adıçəkilən küçələrdə işıqların tez-tez yanıb-sönməsi ilə əlaqədar dedi: “Bir-iki yerdə iş görülür. Tutaq ki, 9 nömrəli məktəb tərəfdə RİH-in xətti ilə ağaclar kəsiblər. Bir dəfə ona görə söndürüblər. Bizim uşaqlar kabelləşmə işləri görürlər, ona görə yandırıb-söndürürlər. Mən şəbəkənin baş mühəndisiyəm, ən düz sözü də hər halda mən deyərəm. Konkret olaraq təmirlə bağlıdır, qəza ilə yox”(Söhbət işıqların sönməsindən gedir-red). Baş mühəndis Gəncəli xətti ilə bağlı problemə belə aydınlıq gətirdi. “Transformatorlar təzələnir, axıra qədər dəyişməsə qüsurlar və qəzalar hələ də olacaq.Sırağagün yağış yağmışdı, qəza ilə bağlı idi. Dünən, bu gün təmir. Düz deyirsiniz, “Gəncəli xətti” vaxtilə qısa xətt olub. Sonra Niyazabad yolu, Qobuqırağına da birləşib. Əhalinin sayı artdıqca qeyri-standart çəkib aparırlar. Biz də istəyirik ki, normal şəbəkə qurulsun. İnşallah, bu mütləq olacaq”.
Cənab F. Əliyevin dediklərini demək olar ki, olduğu kimi verdik. Baş mühəndis “Gəncəli xətti” ilə bağlı problemlərin mövcudluğunu təsdiqlədi. Lakin yenidən qurma işlərinə və əhalinin narazılığına nə vaxt son qoyulacağından konkret heç nə demədi. Onu da qeyd edək ki, əvvəlki illərdə də bu məsələnin həll ediləcəyinə söz veriblər. Biz cənab Əliyevin səmimiyyətinə inanmaq istərdik. Lakin qış yaxınlaşdıqca sözügedən ərazilərdə problemlər də çoxalır. Xaçmaz rayon elektrik şəbəkəsinin rəisi Ramil Məmmədovsa tələsənə oxşamır. Amma idarə rəhbərləri bilməlidirlər ki, sakinlər vəziyyətin eyni qalacağı təqdirdə bu qışı əvvəlki illərdə olduğu kimi sakit qarşılamayacaqlar. Bizə edilən zənglər buna sübutdur. Onda haqlı kütləvi narazılığın bütün məsuliyyəti Xaçmaz rayon elektrik şəbəkəsi rəhbərliyinin üzərinə düşəcək.
“Şimal xəbərləri”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı - TƏFƏRRÜAT
Bu gün, 12:28
Əməkdar artist həmkarlarını hədəf aldı: - "Bilirlər ki, bunu etsəm..."
Bu gün, 12:26
“Rus "sektor"unda oxumaq üçün 3000-5000 manat ödənilsin” - Azər Həsrətdən TƏKLİF
Bu gün, 12:17
“Yelo Bank”ın poblemli kreditləri kəskin artıb – Müştərilər pullarını geri götürür
Bu gün, 12:04
Bakıda gənc oğlanla yeniyetmə qız hamamda zəhərləndi, biri öldü
Bu gün, 12:01
Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi - TƏFƏRRÜAT
Bu gün, 11:56
Kremldən “qazlı” ZƏRBƏ – “Cermuk”a HÜCUMUN gizlinləri
Bu gün, 11:53
AZAL-ın təyyarəsi İrəvanda - FOTO
Bu gün, 11:45
Sara Əzimovaya yeni vəzifə verilib - BUNDAN SONRA...
Bu gün, 11:42
Şahin Mustafayev Ermənistanda səfərdədir
Bu gün, 11:34
Dənizdə çalışan neftçilərin SAĞLAMLIĞI TƏHLÜKƏ ALTINDA! - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
"Onlar teatra gəlməyimi xahiş etdilər, dostumu, düşmənimi tanıdım" - Mehriban Xanlarova "AZDRAMA"-ya qayıdır?
Bu gün, 11:13
Səfir Niderland parlamentinin Azərbaycana qarşı qərəzli sənədinə aydınlıq gətirib - "Biz onlara təsir göstərə bilmərik"
Bu gün, 11:08
Əlixan Rəcəbov necə uğursuz oldu? - Orxan Saffari yazır…
Bu gün, 11:01
İranda nizam dəyişdi - Hakimiyyət ali rəhbərdən alındı
Bu gün, 10:48
Hərbi xidmət keçməkdən boyun qaçıran gənc qərardan narazıdır
Bu gün, 10:42
“Zəyəm Texnologiyalar Parkı”nda yığıncaq keçiriləcək
Bu gün, 10:40
"Bunları təhlükəsizlik yox, cibləri maraqlandırır" - ETİRAZ VAR...
Bu gün, 10:37
7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin məhkəmə zalında həbsi tələb olunub
Bu gün, 10:33
AQTA-nın tamahkar işçiləri “QILINCLARINI SIYIRIB” - GİLEY
Bu gün, 10:29
Qubadlıda yaşayış məhəlləsini “See Breeze Construction” tikəcək – 34,4 milyonluq tender
Bu gün, 10:17
Nigar Köçərli “LIV Bona Dea Hospital”ı yenidən saxtakarlıqda ittiham etdi - "Bir klinika pasiyenti əzmək üçün..."
Bu gün, 10:15
Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq - TƏFƏRRÜAT
Bu gün, 10:04
“PubG”yə görə azyaşlıya qarşı hədə-qorxu və oğurluq: 40 min manata yaxın ziyan - MƏHKƏMƏ
Bu gün, 09:53
"Azərbaycan Sənaye Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:47
Azərbaycan neftinin qiyməti 115 dolları ötüb
Bu gün, 09:44
Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 08:42
Tehranın Azərbaycanla sərhəddən yeni mesajı - Görünəni odur ki...
Bu gün, 08:39
ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir - KİV
Bu gün, 08:35
"450-dən çox ailə başçısını işsiz qoydular..." - NARAZILIQ VAR...
Bu gün, 08:30
Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir - Stupak
Bu gün, 08:02
Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq - Rəsmi Tehran
Bu gün, 08:00
Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər - İDDİA
Bu gün, 07:34
SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş - FOTO
Bu gün, 07:32
AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... - Orxan İmanlının bibisi oğlundan narazılıq artıb
Bu gün, 07:19
"Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” - DİM sədrinə ETİRAZ
Bu gün, 07:15
Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var - İNCƏLƏMƏ
Bu gün, 07:10
Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? - NƏ BAŞ VERİR?
Bu gün, 07:07
Azərbaycanda “WhatsApp”la bağlı yeni problem – Həlli AÇIQLANDI
Bu gün, 07:05
Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:04
Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev
Bu gün, 07:02
İmtahanda DİM monopoliyası: 1-ci sinifdən başlayan stress - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:00
Erməni xalqı ya müharibəni, ya da sülhü, inkişafı seçməlidir - Natiq Miri ŞƏRH EDİR
Bu gün, 06:58
"Su İdmanı Sarayı" dövlətə BORCLANDI - Böyük miqdarda
Bu gün, 06:56
Rusiya Ukrayna üzrə danışıqlar üçün Səudiyyə Ərəbistanına müraciət edə bilər - “İzvestiya” qəzeti
Bu gün, 06:51
Azərbaycan üçün yeni uşaqpulu modeli: Ayda 100 manat… - DETALLAR
Bu gün, 06:49
"Hesablama Palatasına keyfiyyətli iş gördüyü üçün təşəkkür düşür" - partiya sədri
Bu gün, 06:33
Tanınmış müğənni qonşusundan gileyləndi - "...şübhə edir"
Bu gün, 06:27
Ukrayna ordusunun bir dəri-bir sümük əsgərləri - ŞOK FAKTLAR AÇIQLANDI
Bu gün, 06:17
Qaxın daha bir OLİQARXI: Dövləti rəsmən qarət edib... - Bir araşdıran olsa...
Bu gün, 06:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru