Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... .....                     Vaqif Axundova ağır itki .....                     Azərbaycan–Çexiya münasibətləri inkişafdadır .....                     Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır .....                     Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... .....                     Azərbaycan Ordusu Ermənistanı qoruyacaq .....                     Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı .....                     Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır .....                     Təhsilimizin Eşqi Bağırov adlı problemi... .....                     Ferma müdiri yoxsa Xəstəxana direktoru .....                     Azərbaycanda mühüm vəzifə ləğv edilir? .....                     İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam .....                     "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." .....                     "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." .....                     Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... .....                     İRİA-da nə baş verir? .....                     Günün fotosu SOCAR-dan... .....                     Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... .....                     İranda iki aydır ki, internet yoxdur .....                     Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... .....                     Gəncədə başçının bu küçədən xəbəri varmı... .....                     Qapısı tez-tez döyülən Azərbaycan... .....                     Avropa liderləri niyə Azərbaycana üz tutur? .....                     “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” .....                     Ağdamda məktəb direktoru AT OYNADIR .....                     Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ .....                     Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil .....                     "Effekt- İnşaat"ın binası təhlükə saçır .....                     "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" .....                     Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir .....                     Azərbaycanda pensiyaçılar niyə azalır? .....                     Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR .....                     “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi .....                     AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma .....                     ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır .....                     Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                     İran bəyanat verdi: .....                 

“Həyat yoldaşımın MTN-ə gətirilməməsi üçün razılıq verdim” - KEÇMİŞ HƏRBÇİDƏN SENSASİON AÇIQLAMA
Tarix: 1-07-2016, 08:48 | Çap et
“Həyat yoldaşımın MTN-ə gətirilməməsi üçün razılıq verdim”
“Hürriyyət”in ötən sayında “Keçmiş nazirlər haqda şok faktlar” sərlövhəli yazıda Naxçıvan Muxtar Respublikasının (MR) həbsdə olan sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərov və Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsini tutmuş Azər Ələkbərovun qanunsuz əməllərindən bəhs etmişdik.
Babək rayonunun Qahab kəndi sakini II qrup əlil, müharibə veteranı, təqaüddə olan müəllim Əliyev Novruz Səfər oğlunun redaksiyamıza müraciəti əsasında hazırlanan yazıda şikayətçi iddia edirdi ki, sabiq nazir V.Ələsgərov vəzifədə olduğu dönəmdə ona işgəncə verib:

“Vəli Ələsgərov məni izolyatorda saxlamış və işgəncə vermişdir”

“Vəli Ələsgərov prokurorun sanksiya və hakimin hökmü olmadan yeddi sutka məni həbs edərək azadlıqdan məhrum etmiş, azadlığımı məhdudlaşdırmış, evimdə evdəkilərin iradəsinə zidd olaraq prokurorun sanksiyası olmadan evimdə axtarış apararaq ailə-uşağımı narahat etmiş, şərəf və ləyaqətimizi alçaldan təhqiredici hərəkətlərə yol verərək, məni Naxçıvan Sərhəd Qoşunlarında izolyatorda saxlamış və işgəncə vermişdir. Nəticədə ağır vəziyyətdə şəkər xəstəsi olmuşam, şəkərin təsirindən sağ gözüm tamamilə tutulmuş, sol gözüm funksiyasını itirmiş, sol ayaq barmağım kəsilmiş, sol böyrəyim atkaz etmiş və funksiyasını itirmiş, ayaqlarım deformasiyaya uğramış, şəkərin təsirindən infarkt keçirərək sağlamlığımı tamamilə itirmişəm.
Evimdə axtarış aparan zaman V. Ələsgərov “Şorbayeməz” fermer təsərrüfatına məxsus olan möhür, stampımı götürmüş, qaytarmamış, “bankda” hesabımı dondurmuş, fəaliyyətim dayanmış və müəssisəm iflasa uğramışdır. Sonrakı illərdə V.Ələsgərov məni yenə saxta yollarla həbs etdirmiş, 9 il iş verdirmiş, lakin ağır cinayətlər üzrə Bakı şəhər Apelyasiya məhkəməsi əməlimlə cinayət tərkibi olmadığını görüb 2 ay 26 gündən sonra məni azadlığa buraxmışdır.
V. Ələsgərov bu işləri ilə kifayətlənməmiş, 2007-ci ildə bu qədər xəstəliyim ola-ola mənim əlilliyimi, oğlum Əliyev Zaurun hərbi əlilliyini, iki uşağımın ünvanlı yardımını ləğv etdirmiş, ailənin yeganə qazanc gətirən oğlum Əliyev Təbrizi işdən götürtdürmüş və mənim müharibə veteranı vəsiqəmi əlimdən almışdır.

“Azər Ələkbərov qanunsuz olaraq oğlumun ömürlük əlilliyini ləvğ etdirmişdir”

Hansı ki, çox çətinliklə Azərbaycan Respublikası Komissarlığının əli ilə müharibə veteranı vəsiqəsini bərpa etdirmişəm. Oğlumun hərbi travma alması Azərbaycan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi həkim komissiyası tərəfindən araşdırılmış və müəyyən edilmişdir ki, oğlum xidməti vəzifəsini yerinə yetirən zaman hərbi travma almış və buna görə ordudan yarımçıq təxris olunmuşdur. Sol bazu oynağının hemortrozu, artirozu və sidik daşı xəstəliyi ilə Müdafiə Nazirliyinin MHHR tərəfindən səbəb-əlaqəsi göstərilən və şəhadətləndirilən oğlum 10 il hərbi əlil kimi pensiya almış və ömürlük əlil olmuşdur. Lakin sabiq nazir Azər Ələkbərov V.Ələsgərovun tapşırığı ilə oğlumun ömürlük əlilliyini ləvğ etdirmişdir.
Belə ki, V.Ələsgərovun tapşırığı ilə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin sabiq naziri A.Ələkbərov 10 iyun 2007-ci il tarixində Naxçıvan MR DSMN-nin Babək rayon şöbəsinə göstəriş məktubu göndərmişdir ki, Babək rayonunun Qahab kəndi sakini II qrup hərbi əlil Əliyev Zaur Novruz oğlu əmək qabiliyyətli olduğundan əlilliyi ləvğ edilsin. Eyni nazirliyin TSEK-sı isə oğlumu bir gün sonra, yəni 11 iyun 2007-ci il tarixdə formal olaraq komissiyadan keçirib əlilliyini ləvğ etmişdir. Hansi ki, nazirliyin TSEK-nın heç bir həkimi görməyib və müayinədən keçirməyib”.

“Erməni hərbçilərindən əsir gətirdim...”

Qeyd edək ki, bu yazı “Hürriyyət”də işıq üzü gördükdən sonra redaksiyamıza keçmiş nazir Vəli Ələsgərovun cinayət əməlləri ilə bağlı daha bir şikayət məktub daxil olub. Naxçıvan MR, Naxçıvan şəhər sakini, Təbriz küçəsi ev 1, mənzil 55-də yaşayan Ağasiyev Nizami Rəsul oğlu tərəfindən göndərilən məktubda V.Ələsgərovun insanlığa sığmayan əməlləri qeyd olunur:
“Mən 1981-ci il sentyabr ayının 11-də Naxçıvan şəhərində anadan olmuşam. 1999-cu il oktyabr ayının 1-də Naxçıvan şəhər Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, Naxçıvan MR-in Culfa rayonunuda yerləşən 216 saylı hərbi hissədə hərbi qulluq keçmişəm. Hərbi xidmət zamanı könüllü olaraq, Bakı şəhərində zabit heyətinin təkmilləşdirilən kursunda hərbi təhsil almışam. 2001-ci ilin yanvar ayından gizir rütbəsi ilə hərbi xidmətimi davam etdirmişəm.
Bundan sonra könüllü olaraq ön cəbhəni seçərək, Ağdam rayonunun N saylı hərbi hissəsində kəşfiyyat qrup komandiri kimi xidmətimə davam etmişəm. Oradakı xidmətim dövründə bir çox çətin hərbi əməliyyatların iştirakçısı olmaqla, bir neçə dəfə kəşfiyyatçı kimi düşmən arxasına keçmiş, hətta erməni hərbçilərindən əsir belə gətirmişəm. Nümunəvi xidmətimə görə, AR Müdafiə Naziri Səfər Əbiyevin imzası ilə müxtəlif təltiflərim və mükafatlarım olub. Qarabağ bölgəsindəki son əməliyyatım Tərtər rayonunda, ön cəbhədə olub.
Qarabağ bölgəsindəki 5 illik hərbi xidmətdən sonra 2010-cu ildən müdafiə nazirinin əmri ilə Naxçıvan şəhərinin o vaxtkı Qıvraq (Kəngərli) rayonunda yerləşən N saylı kəşfiyyat taborunda hərbi xidmətimi davam etdirmək üçün göndərildim. Orada olan müddətdə də nümunəvi hərbçi kimi xidmətim olub.

“MTN işçiləri tərəfindən hücuma məruz qaldım”

01 sentyabr 2015-ci il tarixində N saylı hərbi hissədən işdən çıxıb evə gələrkən axşam saat 22:00 radələrində yaşadığım binanın yanında keçmiş MTN işçiləri tərəfindən hücuma məruz qaldım və döyülərək nazirliyin “podvalı”na aparıldım. Orada həmin şəxslər məni vəhşicəsinə döyərək, şəxsiyyətimi alçaldaraq məcbur etmək istədilər ki, İŞİD-lə, həmçinin vəhhabilərlə “əlaqəli olduğumu” boynuma alım”.

“Həyat yoldaşımın MTN-ə gətirilməməsi üçün məcburən razılıq verdim”

Məktub müəllifi yazır ki, MTN əməkdaşları onu İŞİD-ə məlumat ötürməkdə ittiham edib və həyat yoldaşı ilə hədələyiblər. Deyiblər ki, istədikləri izahata imza atmasa, həyat yoldaşını MTN-ə gətirəcəklər:
“MTN işçiləri insanlığa sığmayan müxtəlif cəza növlərini üzərimdə tətbiq edərək, məni İŞİD-ə “məlumat ötürməyim” barədə izahat verməyə məcbur etmək istədilər. Lakin dözülməz işgəncələr vermələrinə baxmayaraq, mən onlara bircə cümlə dedim: “Burdan mənim meyitim çıxar, ancaq mən ailəmə, Vətənimə xəyanət damğası ilə buradan çıxmaram”.
Dedim, gətirin izahat verim ki, məni narkotiklə, yaxud da başqa qadağan olunmuş əşya, maddə ilə tutmusunuz, ancaq ailəmlə işiniz olmasın, yoxsa özümü öldürəcəyəm. Bundan sonra onlar məni rahat buraxdılar. Səhəri gün bir daha yanıma gəlib dedilər ki, onda yaz ki, guya, “mən hər hansı bir oğlana məcburi görüş təyin etmişəm”. Lakin heç bir kəsin adı çəkilmədi. Mən həyat yoldaşımın MTN-ə gətirilməməsi üçün məcburən buna razılıq verdim və yenə də heç bir insanın adı çəkilmədən, yəni oğlanın kimliyi bəlli olmadan onlar dediyini yazdım. “Həyat yoldaşımın MTN-ə gətirilməməsi üçün razılıq verdim” - KEÇMİŞ HƏRBÇİDƏN SENSASİON AÇIQLAMA
Izahatı yazdırandan sonra, yenə də məni döyüb, təhqir edərək bu barədə heç kimə heç nəyi deməməyimi tələb etdilər və deyəcəyim halda yenə də arvadımı MTN-ə gətirəcəkləri ilə hədələdilər. Daha sonra tələb etdilər ki, biz nə desək, hərbi hissədə sən də onu deyəyəcəksən.
Bundan sonra Naxçıvan şəhərinin hərbi polis rəisi Nicat müəllim MTN-ə gəldi və onun iştirakı ilə oradan çıxardılaraq hərbi polisə aparıldım”.

“Kərəm Mustafayev məni qəbul etmədiyi üçün, qorxudan başıma gələnləri kiməsə danışa bilmədim”

Nizami Ağasiyev yazır ki, o, MTN-ə aparılarkən də, oradan çıxarılarkən də hərbi formada olub: “Lakin hərbi polisə aparılarkən orada bildim ki, ordu komandanı Kərəm Mustafayevə məlumat veriblər ki, guya mən mülki formada kiminsə evində tutulmuşam. Halbuki Nicat müəllim də komandana məlumat vermişdi ki, gizir Nizami Ağasıyevi müki formada yox, hərbi formada planşeti çiynində olmaqla MTN-nin “podval”ından çıxartmışam.
Məni komandan K.Mustafayev şəxsən qəbul etmədiyi üçün, qorxudan başıma gələnləri kiməsə danışa bilmədim. Çünki mənə hədə-qorxu gəlib, heç nə danışmamağım barədə tapşırmışdılar.
Məni N saylı hərbi hissəyə apardıqdan sonra, hərbi hissənin şəxsi heyətinin düzülüş meydanına çıxartdılar və heç bir açıqlama vermədən şəxsi heyətin qarşısında hərbi rütbəmi çıxarıb, hərbi formamı soyunmağı mənə əmr etdilər. Sonra dedilər, bu əmri komandan verib ki, şəxsi heyətin qarşısında hərbi forması soyundurulsun.
Həmin gündən də məni ehtiyata buraxdılar. Lakin əmrdə həmin tarix, yəni 03 sentyabr yox, 01 sentyabr göstərilib. Yəni guya mən tutulub içəridə döyülən zaman artıq işdə deyilmişəm. Halbuki məni hərbçi olduğum üçün hərbi formada hərbi polisinin rəisinin müşaiyəti ilə içəridən çıxarıblar”.

“Vəli Ələsgərov mənə 111 min manat ödəməlidir”

Şikayətçi yazır ki, Vəli Ələsgərovun göstərişi və iştirakı ilə ona qarşı edilən bu hərəkətlər nəticəsində həm mənəvi, həm də maddi ziyan çəkib:
“Belə ki, ilk növbədə işimi itirmişəm və bunun nəticəsində aylıq 980 (doqquz yüz səksən) manat məbləğində maaşımdan və idman dərəcəsinə görə aldığım 30 (otuz) manat məbləğində pulumdan olmuşam. Üstəlik, işlədiyim dövrdə götürdüyüm 3 000 (üç min) manat məbləğində kreditin ödənişlərin yerinə yetirə bilmədiyimə görə, evimin əşyalarını dəyər-dəyməzinə satmışam. Kompüterimi dəyərindən çox aşağı satmağa məcbur olmuşam və bundan əlavə məhlədəki dukanın sahibindən 400 (dörd yüz) manat borc almışam.
Beləliklə bu günkü tarixə qədər V.Əsəgərovun əməli nəticəsində mənə vurulan maddi ziyan təxminən 11 000 (on bir min) manatdır. Bundan əlavə mən sabiq nazirin göstərişi ilə fiziki işgəncələrə məruz qalmış, vəhşicəsinə döyülərək sağlamlığımı itirmişəm. Eyni zamanda 16 illik hərbi xidmət işimə ləkə vurularaq, şəxsi heyət qarşısında hərbi formam soyundurularaq alçaldılmışam. Mənə vurulan bu mənəvi ziyanı mən 100 000 (yüz min) manat məbləğində dəyərləndirirəm”.
Müəllif yazır ki, Azərbaycan Respublikası CPM-in 89.1-ci maddəsinə əsasən “cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqdaonun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır”.
Həmin məcəllənin 181.1-ci maddəsinə əsasən “əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır:
181.2.3. itirilmiş gəlirin ödənilməsini;
181.2.4. mənəvi ziyanın ödənilməsini.
Həmin məcəllənin 183-cü maddəsinə əsasən “183.1. Cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər.törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər.
183.3. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Iddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır”.
N.Ağasiyev yuxarıda qeyd edilənlərə və AR CPM-in 181-ci, 183-cü maddələrinə əsasən, Vəli Ələsgərov tərəfindən ona vurulmuş maddi və mənəvi ziyana görə 111 000 (yüz on bir min) manat ödənilməli oldğunu bildirir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... - siyasətdə kimlik yox, maraqlar həlledicidir
Bu gün, 08:35
Vaqif Axundova ağır itki
Bu gün, 08:33
Azərbaycan–Çexiya münasibətləri inkişafdadır - MƏQALƏ
Bu gün, 08:29
Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:28
Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... - MÜRACİƏT
Bu gün, 08:22
Azərbaycan Ordusu Ermənistanı qoruyacaq - İyundan SONRA...
Bu gün, 08:06
Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
Bu gün, 08:03
Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır - “The New York Times“
Bu gün, 08:02
Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37
Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34
Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23
İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21
"Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10
"Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03
Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58
İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51
Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35
Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05
Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54
ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru