Azərbaycanda mühüm vəzifə ləğv edilir? .....                     İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam .....                     "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." .....                     "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." .....                     Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... .....                     İRİA-da nə baş verir? .....                     Günün fotosu SOCAR-dan... .....                     Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... .....                     İranda iki aydır ki, internet yoxdur .....                     Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... .....                     Gəncədə başçının bu küçədən xəbəri varmı... .....                     Qapısı tez-tez döyülən Azərbaycan... .....                     Avropa liderləri niyə Azərbaycana üz tutur? .....                     “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” .....                     Ağdamda məktəb direktoru AT OYNADIR .....                     Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ .....                     Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil .....                     "Effekt- İnşaat"ın binası təhlükə saçır .....                     "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" .....                     Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir .....                     Azərbaycanda pensiyaçılar niyə azalır? .....                     Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR .....                     “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi .....                     AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma .....                     ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır .....                     Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                     İran bəyanat verdi: .....                     Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib .....                     “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb .....                     Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir .....                     Çimərlikdəki qətlin məhkəməsi .....                     70 kq qızılla tutulan polkovnikə .....                     Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: .....                     Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: .....                     "Pünhan kişidir, rəftar fərqli olmalıdır" .....                     Məzahir Pənahov yenidən MSK sədri seçilib .....                     Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... .....                 

"Ekologiya postu"nda döyülən polisin fəryadı və ya rəisin xaricdə əylənən övladı... - Sensasion iddialar
Tarix: 1-06-2016, 09:28 | Çap et
"Ekologiya postu"nda döyülən polisin fəryadı və ya rəisin xaricdə əylənən övladı...
Bu gün Dövlət Yol Polisi ilə bağlı yayılan iki xəbəb daha çox diqqəti cəlb edib.

Birinci xəbər odur ki, Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polkovnik Ramiz Hüseynovun tutduğu vəzifədən azad edilməsi ilə bağlı əmr imzalayıb.

Əmrə əsasən, Ramiz Hüseynov yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyevin verdiyi məlumata görə, Ramiz Hüseynovun yerinə polkovnik Elşən Kazımov təyin edilib. O, indiyə qədər Baş İdarənin qərargah rəisi vəzifəsini tuturdu.

İkinci diqqət çəkən məqam isə Abşeron rayonunda Bakı Şəhər Dövlət Yol Polisinin cərimə meydançasında dayanmış "Chrysler”, "Mercedes”, "Mitsubishi” və "Ford” markalı minik avtomobillərinin yanması ilə bağlı yayılan xəbərlə bağlı idi. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev DYP-ni sudan quru çıxarmağa çalışsa da, arqumentləri bəsit görünür. O açıqlamasında bildirib ki, yanğın heç də təsadüf nəticəsində baş verməyib:

"Yanğının baş verməsinə konkret şəxs səbəb olub. Belə ki, polis əməkdaşları sərxoş vəziyyətdə avtomobil idarə edən sürücünü nəqliyyat vasitəsi ilə birgə cərimə meydançasına (dayanacağa) gətiriblər. Dayanacaqda həmin şəxs avtomobildən şəxsi əşyalarını götürmək istədiyini bildirib və polis əməkdaşları da razılıq veriblər. Sərxoş şəxsin maşınında butulkada benzin olub və maşından həmin yanar maddəni götürərək öz avtomobilinin üzərinə tökərək od vurub. Yanğının miqyası getdikcə genişlənib və ərazidəki avtomobillərə də yayılıb. Əraziyə cəlb edilən Fövqəladə Hallar Nazirliyi əməkdaşları tərəfindən yanğının qarşısı alınıb. Hadisəni törədən sürücü tutularaq istintaqa cəlb edilib və barəsində cinayət işi açılıb”.

Onu da bildirək ki, əgər cərimə meydançasında saxlanılan avtomobillər ehtiyatsızlıq nəticəsində yanarsa və ya yararsız vəziyyət düşərsə, həmin zərər meydançanın təhlükəsizliyini təmin edən müəssisə tərəfindən ödənilir.

Bu faktın özü son vaxtlar DYP-nin əsas gəlir mənbəyinə çevrilən cərimə meydançalarındakı vəziyyətin hansı səviyyədə olmasından xəbər verir. DYP sözçüsü bildirir ki, cərimə meydnçasında olan şəxsin öz avtomobilini yandırması səbəbindən belə vəziyyət yaranıb. Bilirik ki, mal şirin şeydir və heç bir şəxs əsaslı səbəb olmadan öz avtomobilinə od vurmaz. Məcburi evakuasiya nəticəsində hamımızın işi ora düşüb və ordakı atmosferi hamı gözəl xatırlayır.

Azinforum.az bildirir ki, Nəqliyyat Nazirliyinin yaxınlığında olan cərimə meydançasında rəislik edən Arif adlı kapitanla orda olan məcburi təmasdan sonra adam nəinki avtomobilə, lap az qalır özünə də od vursun. Bu adam çəkinmədən deyir ki, işçilərinə harda jurnalist avtomobili gördülərsə onları bura gətirməyi tapşırır:

"Demişəm, PRESS yazılan maşının harda dayanmasından asılı olmayaraq, mindirin evakuatora gətirin bura. Çünki jurnlistləri cərimələməyin başqa ləzzəti var. Onlar bizdən yazanda necə ləzzət alırlarsa, mən də yazdığım protokollardan elə ləzzət alıram”.

Hər halda, DYP-də aparılan islahatlar cərimə meydançalarını və əsasən də, traslarda olan postları da əhatə etməlidir. Həmin postlardan birində olan vəziyyətin hansı səviyyədə olduğunu təsəvvür etmək üçün, oranın öz işçisinin başına gətirilənlərlə tanış olmaq kifayət edər.

Baş Dövlət Yol Polis İdarəsinin nəzdində Ekoloji Nəzarət Üzrə Bölüyününü polis serjantı, 1982-ci il təvəllüdlü Xəşəlov Rəşid Mədəd oğlunun işdən azad olunması haqda etdiyi şikayətdə bildirib ki, serjant Xəşəlov 28 avqust 2015-ci il tarixdə tağım komandiri , polis kapitanı Məmmədov Eldar tərəfindən döyülüb.

Hadisədən bir neçə gün sonra, yəni sentyabrın 3-də qanunsuz olaraq işdən azad edilib. İşdən azad olunması ilə bağlı R.Xəşəlov bildirib ki, polis polkovnik-leytenatı Fuad Mayılov onun bölük komandiri olub:

"Mən hər növbədə olarkən tağım komandiri kapitan Eldar Məmmədov tərəfindən haqsız yerə danlanır, pis-pis söyüşlərə məruz qalırdım. Yalnız bir şeyin üstündə…Belə ki, ölkədə rüşvətxorluğa və korrupsiyay qarşı mübarizə aparıldığı bir zamanda, məcbur edirdilər ki, şərləyib gəlib-gedən yol nəqliyyat vasitələri sürücülərindən pul yığmalısan. Mən də açığı bu məsələdən qorxuram. Kimsəsiz adamam”.

Məntəqədə növbədə olan 4 nəfərdən 3-ü bunu etsə də, mən çəkinirdim. Bunun üstündə məıni şərləyib,"Işləyə bilmirsən”, – deyərək elə Məmmədov Eldar tərəfindən döyüldüm. O, məni sillə, təpik və yumruqla döyəndə bölük komandiri Fuad Mayılov da yanımızda idi. Məni döyən kapitanı kənarlaşdırmaq əvəzinə, uca səslə ona deyirdi ki, "ayə, öldür bu yaramazı, bir az da bərk vur! Bundan sonra yaxşı işləyəcək!”.

Döyülmə hadisəsindən sonra, Rəşid Xəşəlov Bakı Şəhər Səhiyyə İdarəsinin "Kliniki Tibbi Mərkəzi”dən qapalı kəllə-beyinindən travma alması haqqında rəsmi "Forma в„–027/U” saylı sənəd də almışdır. Həmin sənədin surətini də aşağıda diqqətinizə çatdırırıq.

Zərərçəkən Xəşəlov Rəşid onu da bildirir ki, "növbə ərzində bölük komandiri olan Fuad Mayılova 700 manat verilməliydi. Verilirdi də. Bunun müqabilində hər birimizə növbə vaxtı 15 manat”zəhmət haqqı” çatırdı.

Ölkə başçısı İlham Əliyevin aprdığı siyasətin üstünə kül tökən Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşları, polkovnik-leytenant Fuad Mayılovun və kapitan Eldar Məmmədovun belə bir zamanda ağlasığmayan hərəkətləri ilə bağlı, ikibaşlı zərərçəkən Xəşəlov Rəşid Mədəd oğlu başda prezident olmaqla bir sıra aidiyyəti dövlət orqanlarına haqlı şikayət ərizələri ünvanlamışdır. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, Prezident İlham Əliyev məmurlara barmaq silkələyib bildirmişdirki, "övladlarınız heç də o kasıb balalarından artıq deyil. Siz bu qədər vəsaiti haradan almısınız ki, özünüzə yüksək vəziyyətdə hərtərəfli şərait yaratmısınız? Hamımız azərbaycanlıyıq.

Dəbdəbəli həyatınızı reklam etdiərək xalqın pulu ilə öyünməyin. Hansı məmurun belə hərəkətlərini görsəm, onu cəzalandıracağam. Özünü işdən uzaqlaşdıracaq, hadisə törətmiş övladı qanun qarşısında cavab verəcək”.

Bəli, Prezident İlham Əliyevin məmurları yerində oturdacaq təpgisi təəssüflər olsun ki, postda hadisənin törədilməsinə şərait yaradan bolük komandiri, polkovnik-leytenant Fuad Mayılova aidiyyəti olmayıb.

Onun övladı, kiçik Mayılovun sosial şəbəkələrdə özünü reklam etdirməsi çox məsələlərdən xəbər verir. Bununla bağlı əldə etdiyimiz fotoları da diqqətinizə çatdırırıq.

Ölkədə hamının eyni müstəvidə dolanması meyarına çalışıldığı halda, Mayılov kiminin ac, kiminin də tox yaşaması kimi pozulmuş sosial-ədalətsizlik prinsipini ortaya çıxarır.

Atası Fuad Mayılovun sağdan-soldan və başından tökülən zəhmətsiz gəlirlər hesabına bir sıra xarici ölkələrdə kefə baxan kiçik Mayılovun əldə etdiyimiz fotoşəkillərini Sizə təqdim edirik. Fuad Mayılovu təsadüfən yada salmadıq.

Əldə etdiyimiz məlumata görə, onun belə meydan sulamasına şəraiti məhz bu gün tutduğu vəzifədən azad edilən Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polkovnik Ramiz Hüseynov yaradırmış(Azinforum.az).

Yazıda adları çəkilən hər bir şəxsin mövqeyinə yer verməyə hazırıq…

diaaz.space sənəd və fotoları da təqdim edir:

"Ekologiya postu"nda döyülən polisin fəryadı və ya rəisin xaricdə əylənən övladı...
"Ekologiya postu"nda döyülən polisin fəryadı və ya rəisin xaricdə əylənən övladı...
"Ekologiya postu"nda döyülən polisin fəryadı və ya rəisin xaricdə əylənən övladı...
"Ekologiya postu"nda döyülən polisin fəryadı və ya rəisin xaricdə əylənən övladı...
"Ekologiya postu"nda döyülən polisin fəryadı və ya rəisin xaricdə əylənən övladı...
"Ekologiya postu"nda döyülən polisin fəryadı və ya rəisin xaricdə əylənən övladı...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23
İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21
"Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10
"Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03
Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58
İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51
Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35
Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05
Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54
ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03
ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Dünən, 15:53
MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Dünən, 15:51
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Dünən, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Dünən, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Dünən, 15:44
Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Dünən, 15:42
Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Dünən, 15:34
Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Dünən, 15:22
SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 15:15
Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Dünən, 15:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru