Ermənistan daha bir türk ölkəsi ilə yollarını açır .....                     Təcili yardım maşınlarının təmiri 1 milyona başa gələcək .....                     Zaxarova Alla Puqaçovanı riyakar adlandırdı .....                     “Azərbaycan Sənaye Bankı”nın İdarə Heyətinə təyinat olub .....                     “Sea Breeze”ə yaxın daha bir şirkət təsis edilib .....                     Ter-Petrosyan Zəngəzur Nəqliyyat Qovşağı ifadəsindən istifadəni daha düzgün hesab edir .....                     "Bu cür bacarıqsız işçilərə “gözün üstə qaşın var” deyən olmur" .....                     Müdafiə Nazirliyindən iki şirkətə 2,8 milyon manatlıq sifariş .....                     "Buna ciddi ehtiyac var" .....                     Porno saytın təsisçisi həbs olundu .....                     Keçmiş arvadı barışmadığı üçün onu bıçaqlayan kişi HƏBS OLUNDU .....                     Eks-sevgilisindən Hidayətə ittihamlar: “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb” .....                     İmişlidə başçının adamı İTTİHAM OLUNUR .....                     Bu şirkətin 600 min borcu var: Rəhbərinə "stop" qoyuldu .....                     Şəmkirdə bir ayın əsgəri həyatını itirdi .....                     Kremlin Azərbaycandakı şəbəkəsi necə iflasa uğradı? .....                     “Məktəbin bir hissəsində məcburi köçkün 2 min toyuq saxlayır, aidiyyəti orqanlar isə susur” .....                     Agentlik peyin almaq üçün tender keçirib .....                     İcazəsiz klinikaların SONU: .....                     Hər iki ölkədə sülhə qarşı çıxanlar var .....                     Zəngəzur dəhlizi açılır: .....                     Bakı Sağlamlıq Mərkəzinin xalis mənfəəti 6 dəfədən çox azalıb .....                     Paşinyan hökuməti Moskva ilə körpüləri tam yandırmamağa çalışır .....                     Sənət adamları bu klublara azarkeşlik edirlər .....                     Ermənistan və NATO Cənubi Qafqazda təhlükəsizliyi müzakirə edib .....                     Dron hücumu ilə NATO-ya mesaj: .....                     Rus politoloq sarsaqladı .....                     Yusif Məmmədovun şok fırıldağı: İnsanları belə aldadır .....                     Rusiyada benzin sürətlə bahalaşır .....                     Daş-qaş içində "üzən" müğənnilər: Görməmişliyin sərhədi görünmür .....                     Deputat özünə yeni sayt yaratdı .....                     Suriyada Hizbullah üzvləri həbs olunub .....                     ƏSLİNDƏ HƏBSXANADA YATMALI OLAN BİR ŞƏXSƏ MEDAL NECƏ VƏ NİYƏ VERİLDİ? .....                     "Beş-on naşükür adama görə bütün köçkünlər haqqında mənfi rəy formalaşdırmasınlar!" .....                     Naxçıvanda əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan .....                     "Səmərəsiz qurum olan SOCAR xalqın pulunu niyə göyə sovurur?" .....                     Anar Babayev Konstitusiya Məhkəməsinin aparat rəhbəri TƏYİN EDİLDİ .....                     Deputatdan pensiya yaşının çox olması barədə etirazlara CAVAB: .....                     Ordubadda dövlət xidmətinə RÜŞVƏT İTTİHAMI... .....                     Paşinyanın adamı Azərbaycana gəldi .....                 

ELDAR ƏZİZOVUN XARABA QOYDUĞU ŞƏHƏR
Tarix: 6-12-2011, 17:00 | Çap et
ELDAR ƏZİZOVUN XARABA QOYDUĞU ŞƏHƏR

VƏ YA CƏHƏNNƏMDƏN REPORTAJ

DİA.AZ: - Artıq bir neçə aydır ki, respublikanın üçüncü böyük şəhəri sayılan Sumqayıtda şəhərə yeni təyin olunan icra başçısı Eldar Əzizovun təşəbbüsü ilə nəhəng quruculuq prosesi davam edir. Mərkəzdən tutmuş uzaq mikrorayonlara qədər şəhərin bütün ərzisini əhatə edən abadlıq prosesi ticarət obyektlərindən tutmuş fərdi evlərə, nəqliyyat sistemindən tutmuş banklara qədər bütün sahələri əhatə etməkdədir. Lakin qəzet olaraq apardığımız müşahidə və araşdırmaların nəticəsi təmtəraqlı abadlıq işlərinin minlərlə vətəndaşa problemdən, maddi-mənəvi məhrumiyyətdən başqa heç nə qazandırmadığını sübut etdi.

Qanuni mülklərə qanunsuz divan

Sumqayıta daxil olarkən diqət çəkən ən başlıca məqam şəhərin bütün küçə və dalanlarında baş alıb gedən söküntü və tikinti prosesidir. Dağıdılan asvalt örtüyü, yol kənarlarına düzülən nəhəng kapron və rezin borular, səkilərə döşənməkdə olan kərpiclər, sökülməkdə olan iri və xırda ticarət köşkləri, iyi aləmi başınba götürən boya qoxusu, qaynaq səsi və s. şəhərin simasının köklü şəkildə dəyişilməkdə olduğunu göstərir. Özlüyündə mütərəqqi addım olsa da aparılan yenidənqurma prosesinin icra yöntəminin həddindən artıq kobud və dağıdıcı olması, ciddi problemlərlə müşahidə edilməsi və s. bütün baş verənləri insanlar üçün nəinki gərəksiz, hətta təhlükəli edir. Şəhər sakini Arif Məmmədov şəhərdəki mövcud durumu bu sözlərlə izah edir: В«Gördüyünüz kimi, bu gün bütün şəhərdə qızğın iş gedir və bəzən bu iş gecə saatlarına qədər sürür. Mən şəhərdə aparılan quruculu işinin əleyhinə deyirəm. Yaxşı bilirəm ki, bu, bizim şəhərimizin gözəlləşməsinə, abadlığına xidmət edir. Lakin bunu da anlamaq lazımdır ki, əgər aparılan abadılq işi kiminsə haqqının yeyilməsi, kiminsə hüququnun tapdanması ilə paralel müşahidə edilirsə, bu ədalətli və arzuedilən bir yenilik hesab oluna bilməz. Təəssüf hissi ilə qeyd etməliyəm ki, bu gün şəhərin dörd bir yanını əhatə edən abadlıq prosesi məhz bu şəkildə - kütləvi qanun pozuntusu şəraitində cərəyan edirВ».
A.Məmmədovun sözlərinə görə, təmir-quruculu işlərinə cavabdeh olan məmurlar insanların mülkiyyət hüququna hörmət edir, bu hüququ kobudcasına pozurlar: В«Məsələ bundadır ki, bu gün şəhərdəki qanuni mülklərə qanunsuz divan tutulur. İnsanların ticarət obyektləri, hətta mülkiyyət şəhadətnaməli mənzilləri belə şəhərin estetik görünüşünə ziyan vurması adı ilə sökülür, bu zaman insanlara heç bir kompensasiya ödənilmir. Bu isə haqlı olaraq vətəndaşların etirazına səbəb olur. Hüsab edirəm ki, bütün təmir-öküntü prosesində bu amil hökmən nəzərə alınmalı və insanların maddi-mənəvi fəlakəti, göz yaşı üzərində cənnət yaratmaq cəhdinə son qoyulmalıdırВ».

15 manatlıq özünəməxsusluq

Apardığımız araşdırma nəticəsində məlum oldu ki, Sumqayıtda aparılan təmir-abadlıq və yeniədənqurma prosesindən ən çox zərər çəkənlərdən biri taksi və marşurut sürücüləridir. Taksi və marşurut sürücüləri ilə apardığımız söhbətdən bəlli oldu ki, bir neçə həftə bundan öncə Sumqayıt Şəhər İcra Hakimiyyətinin göstərişi ilə maraqlı və bir o qədər də əcaib kampaniyaya start verilib. Belə ki, icra hakimiyyəti Sumqayıytın dənizkənari parkındakı Göyərşin abidəsinin şəhərin özünəməxsus rəmzi olduğunu və buna görə də şəhərdə fəaliyyət göstərən bütün taksi və marşurutların hər birində üzərində Göyərşin abidəsinin təsviri əks olunan plakat gəzdirməli olduğunu bildirib. Bu məqsədlə yardımçı instansiyalar vasitəsilə şəhərdəki bütün taksi və avtobus sürücülərinin hər birindən 15 manat məbləğində pul yığan icra hakimiyyəti onların hər birinə göy və ağ rənglərin qarışığından ibarət Göyərçin təsvirli plakat hədiyyə edib. Adının çəkilməsini istəməyöən taksi sürücülərindən biri baş verənləri bu sözlərlə izah edir: В«Bizə qəti şəkildə bildirdilər ki, əgər bundan sonra da işləmək istəyirsinizsə, mütləq bu təsvirdən almalı və onu nəqliyyat vasitənizin ön, yaxud uan tərəfinə yapışdırmalısınız. Əgər kimsə vahid mərkəzdən satılan bu plakatı almaqdan imtina etsə, o zaman onun əmək fəaliyyətinin qarşısı dərhal alınacaqdır. Odur ki, şəhərdəki bütün taksi və marşurutların hər biri 15 manat verməklə özlərinin Suçqayıt şəhərinə məxsusluqlarını sübut etdi. Onu da qeyd edim ki, 15 manat yalnız taksi və kiçikölçülü nəqliyyat vasitələri üçün tələb olunur. əgər sizin idarə etdiyiniz nəqliyat vasitəsinin sərnişin tutumu 22 nəfərdən artıqdırsa, yəni iri və orta həcimli avtobusa maliksinizsə, o zaman hamı kimi 15 deyil, 20 manat ödəməli olacaqsınız. Görünür, icra hakimiyyətində hesab edirlər ki, iritutumlu nəqliyyat vasitəsinin sürücüləri özünəməxsusluqlarını da iri miqyaslı şəkildə, geniş çapda sübut etməlidir. Bir sözlə, qısa müddət ərzində bu yolla yüz min dollarıa vəsait yığıldı ki, bu pulların da nəyə sərf olunduğu, hara ünvanlandığı bəlli deyilВ».

Vətəndaş qiyamı və ya В«aclar üçün ParisВ»

Şəhər sakinlərindən 55 yaşlı Səkinə Quliyeva isə hesab edir ki, hazırkı şəraitdə Sumqayıtda bu qədər genişmiqyaslı abadlıq və quruculuq işlərinin aparılması ehtiyac yoxdur. S.Quliyevanın fikrincə, on minlərlə insanın ac-yalavac yaşadığı şəhərdə küçələrə mərmər döçəməkdənsə fabrik və zavodlar tikmək, onların işə olan tələbatını ödəmək qat-qat doğru və faydalı addım olardı: В«Mənim 55 yaşım var və ömrümün ən gözəl, ən gənc yaşları Sumqayıtın ən gözəl vaxtlarına təsadüf edib. Bu o vaxtlar idi ki, şəhər öz təmizliyi və yaşıllığı ilə göz oxşayır, hər tərəfdən qeyri-adi səliqəlilik nəzərə çarpırdı. O vaxt şəhərdə fabrik və zavodlar, tikiş sexləri o qədər çox idi ki, heç kim işə olan tələbatını ödəməkdə çətinlik çəkmir, ciddi mənada ehtiyac hiss etmirdi. Bu gün isə vəziyyət tamamilə başqadır. İndi böyük şəhər özünün bütün yaradılış tarixində ən ağrılı günlərini yaşayır. Minlərlə, on minlərlə insan işsizlikdən əziyyət çəkir, hər beş evdən dördündə aclıq və səfalətin nəfəsi hiss olunur. Şəhərin bütün sənaye kompleksinin önəmli bir hissəsinin öz fəaliyyətini dayandırdığı indiki zamanda küçələrə mərmər döşəməklə insanların gündəlik tələbatlarını ödəmək mümkün deyil. Mən bütün bu vurhavurun dayandırılmasının, əvəzində fabrik və istehsalat sexlərinin yaradılmasının tərəfdarıyam. Hesab edirəm ki, heç kim ac qarınla mərmər səkidən zpvq ala bilməz. Ancaq tox qarınla zahiri cəh-cəlaldan məhrum istənilən təmiz və səliqəli səkidən zövq almaq mümkündürВ».
S.Quliyeva hesab edir ki, bu gün baş verənlər aclar üçün yeni bir Parisin yaradılmasından başqa bir şey deyil və bu prosesdə faciə ilə komediya bir-biri ilə qəribə bir şəkildə çulğalaşır: В«Şəhər icra hakimiyyətinin həyata keçirdiyi abadlıq prosesi miqyas və mahiyyət etibarilə o qədər genişdir ki, burada Sumqayıtın yeni simasının yaradılmasından deyil, ikinci bir Parisin salınması ideyasının məqsəd olaraq ortaya qoyulduğunu güman etmək olar. Hər şey insanların rahatlığı və xoş güzaranına deyil, şəhərin estetik baxımdan gözəl və yaraşıqlı görsənməsinə hesablanıb. Mənsə hesab edirəm ki, Maddi səfalət və mənəvi iztirab içində yaşayan insanlara estetik zövq bəxş etmək mənasız və hətta gülünc bir işdir. Ac insanlara yeni bir Paris bəxş etməkdən gülünc və bir o qədər də faciəvi heç nə ola bilməzВ».

Tank altından çıxan şəhər

Başqa bir şəhər sakini İsmayıl Hacıyev də şəhərdə aparılan quruculuq işlərinin bütün vətəndaşlarda narazılıq doğurduğunu bildirdi: В«Bu gün yüzlərlə insan mülkiyyət hüququnun pozulmasından, bir günün, bir saatın içində müflis və ya evsiz qalmalarından narazıdır. Minlərlə insan isə yaşadıqları mənzilin və ya sahibi oldquları ticarət obyektlərinin bir neçə saatıniçində yerlə-yeksan edilə biləcəyi qorxusu ilə yaşamaqdadır. Şəhərəin bugünkü görünüşü də olduqca qorxunc və hürküdücüdür. Sülh rəmzi sayılan Sumqayıt şəhəri bu gün tank altından çıxan müharibə şəhərinə bənzəyir. Hər yer qazılıb tökülüb, hər yerdə təmir-bərpa işləri həyata keçirilir. Təsəvvür edin ki, bu gün şəhərdə yol və meydançaların, park və xiyabanların genişləndirilməsi məqsədilə nəinki yüzlərlə ev və ticarət mərkəzi söküntüyə məruz qalıb, həm də bütün əsas yoların kənarında yerləşən obyektlərin şüşə və xarici fəsadlarının dəyişdirilməsi prosesi həyata keçirilir. Ən maraqlısı isə budur ki, həyata keçirilən bəzi dəyişikliklərə ümumiyyətlə heç bir məna vermək mümkün deyil. Məsələn, Sumqayıt Şəhər Təhsil Şöbəsinin qarşısı və eləcə də Sülh küçəsindəki səkilərə döşənən daşların yeniləri ilə əvəzlənməsinə ehtyiyac olmasa da, bu baş verdi. Şəhərin müxtəlif hissəlıərində də analoji vəziyyət müşahidə edilməkdədir. Bu isə bir daha onu göstərir ki, aparılan quruculuq işləri ölçülüb-biçilmiş və əsaslı şəkildə həyata keçirilmir. Bunun əziyyəti isə birmənalı şəkildə yenə də vətəndaşın üərinə düşürВ».

В«KolxozВ» bazarı bayraq meydanı olacaq

Apardığımız araşdırma nəticəsində bəlli olub ki, E.Əzizovun Sumqayıtın inkişafı proyektində növbəti qurbanlarından biri şəhərdəki kolxoz bazarının sahibi olan Ağamirzə Əhədov olacaq. Bu barədə redaksiyamıza məlumat verən mənbə A.Əhədovun bazarətrafı biznesinin məhdudlaşdırılması və sahibkara məxsus bir sıra obyektlərin dağıdılmasını bu yolda atılan ilk addım kimi dəyərləndirdi: В«A.Əhədov uzun illərdir ki, Sumqayıtın biznmes aləmində əsas söz sahiblərindən biri olsa da, E.Əzizovun gəlişindən sonra digər sahibkarlar kimi onun da biznes fəaliyyətində durğunluq müşahidə edilməkdədir. Halbuki, A.Əhədov nəhəng kapital ehtiyatına malik və hakimiyyətin yuxarı pillələlərində təmsil olunan yüksək ranqlı məmurlarla ciddi bağlantısı olan Zaman İsgəndərovla uğurla rəqabət aparmış və öz mövqelərini qorumuşdur. Lakin bu gün A.Əhədovun əlində yalnız Sumqayıtın kolxoz bazarı var ki, bu bazarın da yaxın aylarda söküləcəyi planlaşdırılırВ».
Mənbənin bildirdiyinə görə, yaxın gələcəkdə kolxoz bazarı bayraq meydanı ilə əvəz ediləcək: В«E.Əzizov A.Əhədova məxsus kolxoz bazarını sökdürərək onun yerində bayraq meydanı inşa etmək istəyir. İcra başçısı hesab edir ki, iqtisadi gücünə və əhalisinin sayına görə ölkənin əsas şəhərlərindən olan Sumqayıtda belə bir bauraq meydanının inşasına ehtiyac var. Bayraq meydanı üçün hazırkı kolxoz bazarının yeri də təsadüfi seçilməyib. Bu yerin Sumqayıtın mərkəzində yerləşməsi onun bayraq meydanı üçün əlverişli məkana çevirirВ».
Lakin mənbə hesab edir ki, A.Əhədovun əlindən kolxoz bazarının da alınması sahiblkarla icra başçısı arasında ciddi konfiliktə səbəb olacaq: В«Bazarın yerində bayraq meydanının yaradılması sahibkarla E.Əzizov arasındakı narazılığın güclənməsi və bu gərginliyin açıq müstəviyə keçməsi ilə müşahidə oluna bilər. Çünki sözügedən bazar indiki halda A.Əhədovun yeganə böyük gəlir mənbəyidir. Bundan başqa, bazarın dağıdılması satıcıların da narazılığına səbəb olacaq. Doğrudur, hazırda kolxoz bazarının şəhərin əsas hissəsindən kənara köçürülməsi planlaşdırılır. Lakin aydındır ki, satıcıların sərəncamına verilən yeni bazarda şərait indiki bazardan bir neçə dəfə aşağı olacaqВ».

Zaman İsgəndərova yeni zərbə

Mənbənin sözlərinə görə, A.Əhədovla yanaşı onin ənənəvi rəqibi Z.İsgəndərov da ciddi zərbə alacaq. Mənbənin sözlərinə görə, sahibkara məxsus В«CavidВ» ticarət mərkəzinin sökülməsi planlaşdırılır: В«Öncə onu deyim ki, Z.İsgəndərov keçmiş icra başçısı Vaqif Əliyevin dönəmində böyük səlahiyyətə malik idi. İcra başçısı ilə şəxsi yaxınlıq onu Sumqayıt şəhərinin bir nömrəli sahibkarına çevirmişdi. V.Əliyev Z.İsgəndorova öz biznesini inkişaf etdirmək üçün hər cür şərait yaradır, onu sözün bütün mənalarında dəstəkləyirdi. Buna səbəb V.Əliyevin Z.İsgəndorova qarşı duyduğu borcluluq və minnətdarlıq hissi idi. Yada salım ki, V.Əliyevin Sumqayıta icra bşçısı təyin olunmasında Z.isgəndərovun böyük xidmətləri olmuş, onun namizədliyi heydər Əliyevin iştirak etdiyi toplantıda ölkə başçısına məhz onun tərəfindən təqdim olunmuşdur. Lakin bu gün baş verən proseslər Z.İsgəndərovun nəhəng biznes imperiyasının qısa müddətdə çökə biləcəyindən xəbər verir. Bu gün E.Əzizovun sökməyi nəzərdə tutduğu nəhəng obyektlərdən biri də Z.İsgəndərova məxsus olan В«CavidВ» ticarət mərkəzidir ki, onun da inşasına yüz min dollarla vəsait sərf olunub. Bundan başqa, adıçəkilən ticarət mərkəzində yüzlərlə insan çalışır ki, obyektin söküntüsü onları da avtomatik olaraq işsuz durumuna salır. Fəqət bununla belə E.Əzizovun bugünə qədər sərgilədiyi qətiyyət nəzərdə tutulan söküntülərin inamla həyata keçiriləcəyini söyləməyə əsas verirВ».

İmamverdi İsmayılovun çökən biznesi və daş abidə

Mənbə Ölkə nənurlarından hazırkı millət vəkili, Qubadlı-Zəngilan dairəsindən deputat seçilən İmamverdi ismayılova məxsus obyektlərin də E.Əzizovun zavalına gəldiyini bildirib. Mənbənin bildirdiyinə görə, millət vəkilinin 3-cü mikrorayon ərazisində, Heydər Əliyev heykəli ilə üzbəüz parkdaçı В«GənclikВ» istirahət mərkəzinə də məhz E.Əzizovun göstərişi ilə əl qoyulub: В«Məlum ərazi icra başçısının Sumqayıta gəldiyi ilk günlərdə, onun şəhərdən Bakıya gedən istiqamətdəki ağacları В«cavanlaşdırdığıВ» zamanlarda cəlb etmişdi. O zaman öz yaxın qohumlarının əli ilə İ.ismayılovun buznes məkanını ələ keçirən E.Əzizov yaşıllığı ilə diqqət çəkən ərazidəki kafe nvə çayxanaları özü işlətmək istəsə də, daha sonra fikrini dəyişdi. Hazırda icra başçısı məlum ərazidə Heydər Əliyevin heykəli ilə üzbəüz Zərifə Əliyevanın heykəlini inşa etdirmək niyyətindədir. İcra başçısı hesab edir ki, H.Əliyevlə Z.Əliyevanın qarşı-qarşıya duran və bir-birinə baxan heykəlləri şəhərin yeni görünüşünə özünəməxsus estetik zövq əlavə edəcək, həmçinin onun hakiçiyyətdəki yerini möhkəmləndirəcəkdirВ».

Şəhərdəki məmurlar təşviş içində

Mənbə şəhərdəki sahibkarlarla yanaşı E.Əzizovun müavinlərinin də davamlı təlaş içində olduğunu qeyd etdi. Mənbənin məlumatına görə, buna səbəb E.Əzizovun şəhərin ən perestijli yeri hesab olunan dənizkənarı parkla bağlı layihəsidir: В«E.Əzizovşəhərin mərkəzi ilə yanaşı perestij etibarilə ondan heç də geri qalmayan dənizkənarı parkla bağlı da konkret layihələr həyata keçirmək niyyətindədir. Belə ki, icra başçısı dənizkənarı parkda fəaliyyət göstərən onlarla xılrda kafelərin hamısını ləğv etməyi və bunun əvəzində istər əzəzmətli görünüşü, istərsə də təmizliyi ilə diqqət çəkən yüksək starndartlı ictimai iaşə obyektlərinin inşasını planlaşdırır. E.Əzizov hesab edir ki, belə bir dəyişiklik həm dənizkənarı parkın görünüşünü yaxşılaşdıracaq, həm də bir çox hallarda ikili funksiya daşıyan, yəni ictimai iaşə xidmətii ilə yanaşı həm də əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən obyektlərin ləğvinə gətirib çıxardacaqdır. Lakin icra başçısının bu fikri bəzi sahibkarlarla yanaşı şəhər rəhbərliyində təmsil olunan məmurları da (burda hüquq-mühafizə orqanlarından tutmuş, idarə rəhbərlərinə qədər bir çox məmurlar var) ciddi təşvişə salıb. Buna səbəb dənizkənarı parkdakı bir çox obyektlərin məhz şəhər rəhbərliyində təmsil olunan şəxslərə məxsus olmasıdırВ».
Mənbə dənizkənarı parkdakı obyektlər arasında vaxtilə I Qarabağ savaşında iştirak edən və bu gün biznes fəaliyyəti ilə məşğul olan veteranlara məxsus obyektlərin də olduğunu vurğuladı: В«Dənizkənarı parkda məmurlarla yanaşı bu obyektlərə öz biznes bacarıqları və zəhmətləri syəsində malik olan Qarabağ veteranları da var ki, bu obyektlərin sökülməsinin onlar tərəfindən sərt etirazla qarşılanacağını indidən təxmin etmək olar. Ola bilsin ki, bu söküntü zamanı onların vətən qarşısındakı xidmətləri nəzərə alınsın və onlar hansısa formada güzəştlər edilsin. Ancaq ediləcək güzəştlərin dəyən zərəri tam olaraq qarşılamayac və daha çox formal xarakter daşıyacaqВ».

Nəsimi
DİA.AZ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan daha bir türk ölkəsi ilə yollarını açır
Bu gün, 18:12
Təcili yardım maşınlarının təmiri 1 milyona başa gələcək
Bu gün, 18:06
Zaxarova Alla Puqaçovanı riyakar adlandırdı
Bu gün, 18:04
“Azərbaycan Sənaye Bankı”nın İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 17:59
“Sea Breeze”ə yaxın daha bir şirkət təsis edilib
Bu gün, 17:57
Ter-Petrosyan Zəngəzur Nəqliyyat Qovşağı ifadəsindən istifadəni daha düzgün hesab edir
Bu gün, 17:51
"Bu cür bacarıqsız işçilərə “gözün üstə qaşın var” deyən olmur" - ETİRAZ VAR...
Bu gün, 17:48
Müdafiə Nazirliyindən iki şirkətə 2,8 milyon manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 17:41
"Buna ciddi ehtiyac var" - Ekspert danışır...
Bu gün, 17:37
Porno saytın təsisçisi həbs olundu
Bu gün, 17:19
Keçmiş arvadı barışmadığı üçün onu bıçaqlayan kişi HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 17:13
Eks-sevgilisindən Hidayətə ittihamlar: “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb” - FOTOLAR
Bu gün, 17:02
İmişlidə başçının adamı İTTİHAM OLUNUR - "Biabırçı vəziyyətdir..."
Bu gün, 16:58
Bu şirkətin 600 min borcu var: Rəhbərinə "stop" qoyuldu - TƏFƏRRÜAT
Bu gün, 16:49
Şəmkirdə bir ayın əsgəri həyatını itirdi
Bu gün, 16:34
Kremlin Azərbaycandakı şəbəkəsi necə iflasa uğradı? - ŞOK FAKTLAR
Bu gün, 16:18
“Məktəbin bir hissəsində məcburi köçkün 2 min toyuq saxlayır, aidiyyəti orqanlar isə susur” - deputat
Bu gün, 16:16
Agentlik peyin almaq üçün tender keçirib - ALLAH BAZAR VERSİN...
Bu gün, 16:09
İcazəsiz klinikaların SONU: - “Biri əməliyyatxanada ad günü qeyd edir, digəri isə...”
Bu gün, 16:07
Hər iki ölkədə sülhə qarşı çıxanlar var - ŞƏRH
Bu gün, 16:04
Zəngəzur dəhlizi açılır: - Bakı və Vaşinqton “ikinci yola” çıxır
Bu gün, 15:57
Bakı Sağlamlıq Mərkəzinin xalis mənfəəti 6 dəfədən çox azalıb - HESABAT
Bu gün, 15:49
Paşinyan hökuməti Moskva ilə körpüləri tam yandırmamağa çalışır - ONA GÖRƏ DƏ...
Bu gün, 15:45
Sənət adamları bu klublara azarkeşlik edirlər - SİYAHI
Bu gün, 15:42
Ermənistan və NATO Cənubi Qafqazda təhlükəsizliyi müzakirə edib - KİV
Bu gün, 15:40
Dron hücumu ilə NATO-ya mesaj: - cəzasızlıq Moskvanı cəsarətləndirir
Bu gün, 15:38
Rus politoloq sarsaqladı – Azərbaycanın gücünü görməməzliyə vurmaq cəhdləri
Bu gün, 15:33
Yusif Məmmədovun şok fırıldağı: İnsanları belə aldadır - DİQQƏT!
Bu gün, 15:13
Rusiyada benzin sürətlə bahalaşır – Azərbaycanda da qiymətlər arta bilərmi?
Bu gün, 15:07
Daş-qaş içində "üzən" müğənnilər: Görməmişliyin sərhədi görünmür - Ekspert
Bu gün, 15:00
Deputat özünə yeni sayt yaratdı - FOTO
Bu gün, 14:58
Suriyada Hizbullah üzvləri həbs olunub - Dəməşqdən Tel-Əvivə JEST?
Bu gün, 14:55
ƏSLİNDƏ HƏBSXANADA YATMALI OLAN BİR ŞƏXSƏ MEDAL NECƏ VƏ NİYƏ VERİLDİ? - İLGİNC
Bu gün, 13:36
"Beş-on naşükür adama görə bütün köçkünlər haqqında mənfi rəy formalaşdırmasınlar!" - ETİRAZ
Bu gün, 13:19
Naxçıvanda əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan komandir və xidmət rəisi azadlığa buraxılıb
Bu gün, 13:16
"Səmərəsiz qurum olan SOCAR xalqın pulunu niyə göyə sovurur?" - İndi bilindi ki, neftçilərin maaşları niyə qalxmır...
Bu gün, 13:08
Anar Babayev Konstitusiya Məhkəməsinin aparat rəhbəri TƏYİN EDİLDİ - BUNDAN SONRA...
Bu gün, 13:01
Deputatdan pensiya yaşının çox olması barədə etirazlara CAVAB: - “Pessimist notlara köklənməməliyik ki, insanlar tez vəfat edirlər”
Bu gün, 12:58
Ordubadda dövlət xidmətinə RÜŞVƏT İTTİHAMI... - "Əsgərlikdən yayındırırlar..."
Bu gün, 12:45
Paşinyanın adamı Azərbaycana gəldi – Mustafayev isə Zəngəzura…
Bu gün, 12:31
Azərbaycandan ucuz benzin alacağıq, Bakıda erməni malları satılacaq - Simonyan
Bu gün, 12:22
Dövlətin strateji obyekti Azercell-ə verilir - İDDİA
Bu gün, 12:12
907-ci düzəliş birdəfəlik ləğv edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 12:00
Gömrükçülərin düşdüyü qəzaya görə sürücü həbs edildi - Bir nəfər ölmüşdü
Bu gün, 11:59
Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür - NARAZILIQ VAR...
Bu gün, 11:56
Sülh müqaviləsinə sayılı günlər qaldı - İNCƏLƏMƏ
Bu gün, 11:52
Xaçmaz xəstəxanasında FACİƏ – 45 yaşlı kişi antibiotikdən sonra həyatını itirib
Bu gün, 11:47
"Atlas Medical"da qanunsuzluq: İxtisasa uyğun olmayan fəaliyyət, səhv müalicə... - TƏFƏRRÜAT
Bu gün, 11:46
Ermənistanda sülhü dəstəkləyənlərin sayı artır - AMMA...
Bu gün, 11:44
“Azərsun” çirkaba batmış duzu bizə yedizdirir - Masazır gölünə qarışan KANALİZASİYA
Bu gün, 11:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru