"Express Bank" da bağlanır? .....                     Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var .....                     Tovuzda məhkəmə başçıya tabedir? .....                     Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" .....                     MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! .....                     ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək .....                     Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib .....                     Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                 

“ÖZ SERİALLARIMIZ ÇƏKİLSƏ YAXŞIDI”
Tarix: 6-12-2011, 12:21 | Çap et
“ÖZ SERİALLARIMIZ ÇƏKİLSƏ YAXŞIDI”

HƏMKARLARI ROLU YAXŞI İFA EDƏNDƏ ÜRƏKDƏN SEVİNDİYİNİ GİZLƏTMİR

Gənc Tamaşaçılar Teatrının aktyoru Elşən Rüstəmovun Milli.Az xəbər portalına müsahibəsi.

Dosye: Elşən Rüstəmov 1971-ci il yanvarın 22-də Masallıda dünyaya gəlib. 1990-95-ci illərdə M. A. Əliyev adına İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyorluğu fakültəsində təhsil alıb. 1993-cü ildən Gənc Tamaşaçılar Teatrının aktyorudur. Bu vaxta qədər bu teatrın səhnəsində qoyulan tamaşalarda 60-dan çox müxtəlif xarakterli rollarda çıxış edib. Bundan savayı ardıcıl olaraq digər truppalara da dəvət olunur. Azərbaycan Televiziyasının dublyaj redaksiyasında çalışır. Kinoaktyor kimi isə filmoqrafiyasını böyük kinoda və televiziyada istehsal olunan “İtkin gəlin”, “Nə gözəldir bu dünya”, “Özgə vaxt”, “Günaydın, mələyim”, “Məhkumların cənnəti”, “İstanbul reysi” və s. kimi filmlərdə canlandırdığı fərqli obrazlarla zənginləşdirib.


“...yəqin ki, uğurlu izdivac olacaq”


- Bir neçə il əvvəl sizdən müsahibə alanda demişdiniz ki, həm ürəyimin sözünə qulaq asıram, həm ağlımın, amma daha çox ağlım deyən olur. Dəyişməmisiniz ki bu illər ərzində? “Urək heç vaxt aldatmır” fikrini birmənalı şəkildə qəbul etməyi nəzərdə tuturam.

- Demək olmaz ki, tamamilə ağıllıyam. Bəzən ürək üstün gəlir, bəzən ağıl. Çalışıram ki, hər ikisinin tarazlığı olsun. Son vaxtlar bu paralellik daha tez-tez alınır.

- Bu günlərdə premyerası baş tutmuş “Xanuma” tamaşasında (baş rolda xalq artisti Bəsti Cəfərova - red.) ifa etdiyiniz Niko obrazının xarakterində də bu tarazlıq görünür.

- Bəli, müəyyən mənada Niko bu cür insandır. Amma o, inanırdı ki, ağlının gücü ilə hərəkət edir. Sonra isə sevgisini tapdı. Qəlbi ağlını üstələdi, o, sevdi. Bu dəfə qəlbi onu idarə elədi. Deməli, qəlbin də səsinə qulaq asmaq lazımdı. Niko qəlbinin səsini dinləməsəydi, həyatında dönüş yaranmazdı. Düzdür, bilmək olmaz ki, onun Xanuma ilə evlənməsi nə ilə nəticələnəcək...

- Belə görünür ki, yaxşı olacaq.

- Elədi, yəqin ki, uğurlu izdivac olacaq.


“Aktyor onda çox sayda rol almağın marağnda olar ki...”


- Bu, sizin Akademik Milli Dram Teatrının səhnəsində canlandırdığınız, səhv eləmirəmsə, artıq dördüncü obrazdır.

- Bəli. “Hamlet”də Laert, “On ikinci gecə”də Hersoq, “Kabuslar”da məşuq Alfredodan sonra Niko hələlik bu teatrda aldığım dördüncü roldur.

- “Azdrama”nın truppasına birdəfəlik daxil olmaq perspektivi yoxdur ki?

- Məni elə bu cür işləmək də qane edir. Düzdür, iki teatrın repertuarını uzlaşdırmaq bəzən çətin olur. Amma Gənc Tamaşaçılar Teatrı ilə vidalaşmaq istəməzdim, ora mənimçün doğmadı, fəaliyyətə o səhnədə başlamışam.

- Müqavilə sisteminin tətbiqinə başlananda belə iş prinsipinin azsaylı tərəfdarlarından biri siz oldunuz.

- Düzdür. Onun tərəfdarıyam ki, aktyor iki ay bir teatrda çalışsın, iki ay başqa bir teatrda. Amma bunun maddi tərəfi də olmalıdı. Yəni əgər bir aktyoru ardıcıl şəkildə müxtəlif teatrlara dəvət edirlərsə, deməli, nəsə var. Aktyor onda çox sayda rol almağın marağında olar ki, ödəniş də buna uyğun olsun, sabit məvaciblə isə belə işləmək düz gəlmir. Hər halda, belə olmamalıdır.


“...bu həvəsi içimdə dəfn etmişəm”


- Əcnəbi rejissorlardan da tez-tez təklif alırsınız?

- Bəli, 5-6 il əvvəl Rusiyanın iki telekanalında istehsal olunan filmlərdə çəkildim - REN TV-nin “Студенты интернеС?РЅР»” serialında, bir də NTV-nin “Jurnalist” çoxseriyalı filmində. Onu da deyim ki, “Jurnalist” filmində baş rolllardan birini Fuad Poladov canlandırıb. REN TV-də məni Ramiz Fətəliyev təqdim eləmişdi. Ruslar bizim aktyorlarla işləməkdən böyük zövq aldıqlarını deyirdilər. Bu yaxınlarda isə Jerar Depardyenin iştirakilə Azərbaycan mətbəxinə aid çəkilən reklam çarxının da iştirakçısı oldum.

- Yeri gəlmişkən, Fuad Poladov kütləvi-informasiya vasitələrinə açıqlamasında sizin haqqınızda çox yüksək fikirdə olduğunu bildirmişdi.

- O cür böyük aktyorun mənim kimi kiçik aktyor haqqında belə yüksək fikirdə olması, özü də bunu etiraf etməsi böyük işdi. Bu, artıq nəsə deməkdir. Belə sözdən sonra pis oynamaq olmur, istər-istəməz çalışırsan ki, istedadını, bacarığını səfərbər edəsən. Fuad Poladovla kinodan başqa iki tamaşada da tərəf-müqabili olmuşuq - onun baş rolları ifa etdiyi “Hamlet”də, bir də “Afinalı Timon”da. Əvəzsiz tərəf-müqabilidi. Yeri düşdükcə məsləhətlər verir, həmkarları rolu yaxşı ifa edəndə ürəkdən sevindiyini gizlətmir.

- Vaxtilə Ramiz Rövşənin sözlərinə 15-ə yaxın mahnı qoşmuşdunuz. Davam eləyirsiniz bu işi?

- (ah çəkərək) Evlənəndən sonra bu işlə məşğul olmağa macal tapmıram, pis çıxmasın, bu həvəsi içimdə dəfn etmişəm. Ailə həyatının qaçhaqaçı belə işlərə mane olur. Təəssüf ki, bizdə belədir - istirahətimiz yoxdur. Bircə gün qaçmasan, dərhal dolanışığa təsir edir.

- Bəs həmin mahnıları hələ də dost-tanışlarınızdan savayı eşidən olmayıb?

- Demək olar ki, yox. Təkcə bir dəfə Gənc Tamaşaçılar Teatrında qoyulan “Qaraca qız” tamaşasında istifadə elədim. O tamaşada iştirak eləməkdən əlavə musiqi tərtibatını da mən vermişdim. Mahnılarımdan birini də elə orda oxudum. (birdən-birə qətiyyətlə) Amma bu işi davam etdirmək fikrim var. Ola bilər mahnılarımı yazdırdım da.

“İnsanlara inanmamağı öyrənməmişəm”


- Deməli, öz istədiyiniz kimi yaşamaq alınmır?

- 15-20 il əvvəl alınırdı. Məntiqlə ağıllı adamlar yaşları artdıqca az qaçıb, çox qazanmalıdır. Xaricdə belədir. (özünəməxsus istehza ilə) Görünür, ya mən o qədər də ağıllı deyiləm, ya da cəmiyyətimiz belə qurulub... öz istədiyim kimi yaşamaq mənim arzumdur. Yollarını axtarıram. Amma hələ ki mümkün olmur, qaçhaqaç imkan vermir.

- Üstəlik seriallara da çəkilirsiniz. Məsələn, hazırda nümayişlənən “Qaranlıqlar çiçəyi” serialında. Görünür, münasibətiniz yaxşıdır bu janra?

- Bəli, seriallara münasibətim yaxşıdır. Bilirsiz, 20 il əvvəl Braziliya serialları bizim tamaşaçılar üçün maraqlı idi, amma indi artıq bu maraq o dərəcədə deyil. Ona görə öz seriallarımız çəkilsə yaxşıdı. Yaxşı serial qoy çəkilsin. Qoy özümüzünkü olsun. Onda inkişaf da olacaq.

- İnsanlara etibar eləmək xasiyyətiniz sizi hələ aldatmayıb ki?

- Mən həmişə insanlara etibar eləmişəm. Başqa cür bacarmıram. İnsanlara inanmamağı öyrənməmişəm (yarızarafat, yarıciddi). Hətta bunu təbliğ edirəm. Yox, hələ ki aldanmamışam. Xırda aldanışlar olub. Məsələn, birinci maşınımı alanda satan dedi ki, əla vəziyyətdədir, heç bir problemi yoxdur. Mənim də maşından başım çıxmır, inandım ona. Sən demə, o maşının ciddi problemləri var imiş. Amma mən belə hadisələri xırda, məişət aldanışları hesab edirəm. Böyük mənada isə insanlarda yanıldığım olmayıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29
Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25
Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23
Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19
MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18
ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12
Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Dünən, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Dünən, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Dünən, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Dünən, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Dünən, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Dünən, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Dünən, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Dünən, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Dünən, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Dünən, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Dünən, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Dünən, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Dünən, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Dünən, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Dünən, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Dünən, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Dünən, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Dünən, 14:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru