TÖVLƏDƏ YAŞAYAN DAHA BİR “KÜR QAÇQINI”
Tarix: 3-12-2011, 14:19 | Çap et
TELİŞLİ QƏSƏBƏSİNDƏ APARILAN BƏRPA-TƏMİR İŞLƏRİ YARIMÇIQ QALIB
DİA.AZ: - 2010- cu ilin yazında baş verən Kür daşqınlarının vurduğu ziyanın aradan qaldırılması istiqamətində görülən işlər və mövcud vəziyyəti araşdırmaq məqsədilə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı monitorinqlərini davam etdirir. DİA.AZ-a verilən məlumatda bildirilir ki, daşqın bölgəsində monitorinq aparan Qərargah üzvləri “Kür qaçqınları” üçün salınmış İmişli rayonunun Telişli qəsəbəsinə yenidən səfər ediblər. Xatırladaq ki, bir müddət öncə Qərargah üzvləri sözü gedən qəsəbədə monitorinq aparan zaman yeni tikilmiş evlərlə bağlı xeyli problem aşkar etmişlər. Problemlərin aradan qaldırılması üçün “Kür” Qərargahı Fövqəladə Hallar Nazirliyinə müraciət etmişdir. Müraciətdən sonra FHN mütəxəssəsiləri Telişli qəsəbəsinə səfər edərək qəsəbədə problemlərin aradan qaldırılması istiqamətində işlərə başlamışdılar.
Qərargah üzvləri qəsəbəyə səfər müddətində problemlərin aradan qaldırılması istiqamətində görülən işlərlə tanış olublar. Yerli sakinlər bildiriblər ki, həqiqətən yerli icra hakimiyyəti və FHN mütəxəssisləri qəsəbəyə gələrək müəyyən işlər görüblər. Amma sakinlər bildiriblər ki, görülən işlər yetərli deyil və yarımçıq qalıb; “Hələ də bəzi evlərdə damır, divarlarda çatlar qalır. Divara vurulmuş, qopub tökülmüş üzlüklər, eləcə də tavandan düşmüş alçıbanlar hələ də bərpa olunmayıb. Novalçalar olmadığından yağan yağışlar evlərə daxil olur. Pilləkənlərə vurulan üzlük daşlar, metlaxlar sürüşkən olduğundan yağış və ya qar yağan zaman uşaq və qocalar yıxılıb zədələniblər. Müraciətimizə baxmayaraq bu günə qədər pilləkənlərə məhcər, qoltuq qoyulmayıb. Bu da qocaların evə düşüb qalxmasına problem yaradır”. Sakinlər bildirdilər ki, böyük vəsaitlər hesabına, cəmi bir il öncə tikilmiş evlərdə belə problemlər olmamalı idi; “Bütün bunlar onu göstərir ki, görülən işlər keyfiyyətsiz və başdansovdu aparılıb. Qəsəbənin adı qəsəbədir, heç bir şəraiti yoxdur. Bəzi insanlar işsizlikdən və soyuqdan köhnə kənddə qəzalı evlərində yaşayırlar, qəsəbəyə köçmürlər. Halbu ki, bu qəsəbə tikilən zaman dövlət başçısı İlham Əliyev deyirdi ki, Kür Araz daşqınlarından ziyan çəkənlər üçün ən yüksək tələblərə cavab verən, müasir evlər tikiləcək. Təəssüf ki, bu belə olmadı...”
“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı Telişli qəsəbəsində olarkən qəsəbədə tövlədə yaşayan daha bir “Kür qaşqını”- nın evinə baş çəkiblər. Ev sahibi Əlixan Mehdiyevin müraciəti ilə onun evinə baxış keçirən Qərargah üzvlərinə “tövlə sahibi” bildirib ki, onun üçün tikilən yeni “müasir” evdə istilik sistemi olmadığından və evi qızdıra bilmədiyindən məcbur olub mal- qara saxlamaq üçün qəsəbədə tikilmiş tövlədə yaşayır; “Havalar soyuyandan bəri donmamaq üçün ailəmlə birlikdə tövləyə köçmüşük. Başqa əlacımız yoxdur, evi qızdıra bimirik, imkanımız- gücümüz çatmır. Heç yerdə işləmirik. Xahiş edirik bizə kömək edin. Səsimizi, sözümüzü aidiyyatı təşkilatlara çatdırın”.
Xatırladaq ki, bir müddət öncə Saatlı rayon Nərimankənd kənd sakini İlham Məmmədov da “Kür” Qərargahına və 1 saylı Bakı İnzibatı İqtisad Məhkəməsinə müraciət edərək evi qəzalı vəziyyətdə olduğundan tövlədə yaşadığını bildirib. Qərargah üzvləri İ. Məmmədovun evinə baxış keçirərək evin foto şəkillərini və digər sənədləri məhkəməyə təqdim edib. Məhkəmə də öz növbəsində tövlədə yaşayan zərərçəkənin qəzalı evinə baxış keçirilməsi barədə Saatlı rayon məhkəməsinə tapşırıq göndərib. Xatırladaq ki, İlham Məmmədov Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib, müharibə veteranı, 2- ci qrup əlildir.
“Kür” Vətəndaş Cəmiyyəti Qərargahl daşqın bölgəsində monitorinqləri davam etdirir. Yaxın günlərdə monitorinqin gedişi, ilkin nəticələri və Kür Araz daşqınlarının insanların mülkiyyət hüquqlarına təsiri ilə bağlı Hesabat ictimaiyyətə təqdim olunacaq.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Melonidən Solovyov barədə: - Bu karikaturaya görə yolumuzu dəyişməyəcəyik
Bu gün, 13:02 |
|
|
|
| • Könül Ələkbərov vəzifəsindən azad edildi - ÖZÜ TƏSDİQLƏDİ
Bu gün, 12:59 |
|
|
|
| • SEPAH sağa-sola hədə yağdırır - Göründüyü kimi...
Bu gün, 12:57 |
|
|
|
| • Uşağın cinayətində əsas günahkar valideyndir - Sosioloqdan AÇIQLAMA
Bu gün, 12:54 |
|
|
|
| • YAP-ın MSK-ya göndərdiyi yeni şəxslər kimlərdir? - SİYAHI
Bu gün, 12:53 |
|
|
|
| • Türkiyə Ermənistanla sərhədi Hörmüzə görə açır? - ŞƏRH
Bu gün, 12:45 |
|
|
|
| • "Yeni Klinika"nın direktoru bu gün vəzifəsindən AZAD EDİLİB - AÇIQLAMA
Bu gün, 12:40 |
|
|
|
| • Palata Mədəniyyət Nazirliyinin keçirdiyi satınalmalarda nöqsanlar aşkarlayıb
Bu gün, 12:38 |
|
|
|
| • Mirhəsən Həsənov yenidən "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İB-yə sədri seçilib
Bu gün, 12:35 |
|
|
|
| • Qadının üzərinə benzin töküb yandıran sevgilisi: - “Ona başqası ilə ailə həyatı qurmaq istədiyimi bildirdim, lakin...”
Bu gün, 12:34 |
|
|
|
| • Erməni təşkilatları Azərbaycanı məhkəməyə veriblər - “Hraparak”
Bu gün, 12:31 |
|
|
|
| • Yerasx-Naxçıvan dəmir yolunun yenidən qurulması 1,5 ilə qədər vaxt aparacaq -Paşinyan
Bu gün, 12:26 |
|
|
|
| • Zelenski Putinlə Moskva və Minskdən başqa istənilən paytaxtda görüşə gedəcək - Rəsmi Kiyev
Bu gün, 12:25 |
|
|
|
| • “Azəriqaz”da MÜHÜM POSTA TƏYİNAT - ƏMR
Bu gün, 12:18 |
|
|
|
| • YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib - SİYAHI
Bu gün, 12:13 |
|
|
|
| • “Nəbz” klinikasında Vüqar Səfərov necə həkim kimi çalışır? - Asiman Həsənovun əli ilə….
Bu gün, 12:11 |
|
|
|
| • TRIPP layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq - Paşinyan
Bu gün, 12:02 |
|
|
|
| • Pafoslu olmağı da bacarmayan gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 11:59 |
|
|
|
| • Heydərov onu Xankəndiyə rəis təyin etdi - ƏMR
Bu gün, 11:56 |
|
|
|
| • SOCAR-da “Neftci” MTK KORRUPSİYASI... - Buna hüquqi qiymət verilərsə...
Bu gün, 11:51 |
|
|
|
| • SOCAR-da MÜHÜM POSTA yeni təyinat olub - ƏMR
Bu gün, 11:44 |
|
|
|
| • SEPAH generalı İranın qonşularını HƏDƏLƏDİ
Bu gün, 11:42 |
|
|
|
| • Nazirlik 71 min manata “Toyota” alır
Bu gün, 11:38 |
|
|
|
| • Ukraynanın "IT ordusu" və ya "vəhşi qazlar" - Kibermüharibə nəzarətdən çıxır
Bu gün, 11:36 |
|
|
|
| • "TikTok"da 181 nəfəri aldadan “şirkət rəhbəri”ndən xəbər var
Bu gün, 11:34 |
|
|
|
| • Turizm Agentliyi İstanbul Hava Limanında reklam yerləşdirmək üçün 1,4 milyon manat xərcləyəcək
Bu gün, 11:33 |
|
|
|
| • Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmə: - Növbətçi həkim palatanı tərk edərək yatmağa gedib
Bu gün, 11:28 |
|
|
|
| • Gömrük Komitəsinin yeni binasının tikintisində YEYİNTİ - TƏFƏRRÜAT
Bu gün, 11:26 |
|
|
|
| • Bakıya səfərə hazırlaşan Baş nazir NİYƏ aşağılandı? – Solovyovu SUSDURMAQ zamanı
Bu gün, 11:23 |
|
|
|
| • Pərvin Quliyevaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 11:22 |
|
|
|
| • "Əli Əsədov dərhal həbs edilməlidir" - Sərdar Cəlaloğlu
Bu gün, 11:21 |
|
|
|
| • Revanşistlər Bakıya YENƏ dil uzatdı - Paşinyan devrilsə...
Bu gün, 11:19 |
|
|
|
| • Ceyhun Cəlilov Ahıllar Evinin işçilərini qapısında NÖKƏR KİMİ İŞLƏDİR - İTTİHAM VAR...
Bu gün, 11:14 |
|
|
|
| • Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində araşdırmalara BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 11:10 |
|
|
|
| • Pakistandan dünyaya “Taimoor” MESAJI - Yeni raket sınaqdan keçirildi
Bu gün, 11:01 |
|
|
|
| • Əli Əsədovun adamları TOY-BAYRAM İÇİNDƏ... - İLGİNC İDDİA
Bu gün, 10:57 |
|
|
|
| • Rusiya bu azərbaycanlını İnterpola verdi - Terror İTTİHAMI
Bu gün, 10:30 |
|
|
|
| • Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? - AKTUAL
Bu gün, 10:25 |
|
|
|
| • Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı
Bu gün, 10:15 |
|
|
|
| • İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib - "Al-Jazeera"
Bu gün, 10:12 |
|
|
|
| • "Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
| • Dadsız, rəngsiz POMİDORLAR - Süfrəmizə keyfiyyətsiz məhsulu kim gətirir?
Bu gün, 10:10 |
|
|
|
| • “Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi”
Bu gün, 10:08 |
|
|
|
| • Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 10:05 |
|
|
|
| • Vüsal Aslanov bu imtahandan “2” aldı – REPLİKA
Bu gün, 10:02 |
|
|
|
| • Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:47 |
|
|
|
| • “Rabitəbank”da yığıncaq keçiriləcək
Bu gün, 09:45 |
|
|
|
| • Ölüdən orqan götürmək haramdır? - İlahiyyatçı mübahisələrə son qoydu
Bu gün, 09:43 |
|
|
|
| • Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? - SİYAHI
Bu gün, 09:38 |
|
|
|
| • Repetitorluğun ləğvi gerçəkləşir - yeni model
Bu gün, 09:29 |
|
|
|
|