İCRA BAŞÇISI ÇOBAN XANIŞIN OĞLUNU SIXIŞDIRIR
Tarix: 1-04-2013, 09:09 | Çap et
 53 YAŞLI QOCAMAN EKSKAVATORÇU İCRA BAŞÇISINDAN NARAZILIQ EDİR
DİA.AZ: - Bu il mart ayının 13-də redaksiyamıza gələn Xanış kişinin oğlu Kamil Mövlanov Lerik Rayon İcra Hakimiyyəti ilə bağlı xeyli giley-güzar bildirdi. DİA.AZ olaraq “Cənub Xəbərləri” qəzetinə istinadən Kamil Mövlanovun dilindən səslənən giley-güzarı qısa ixtisarla sizə təqdim edirik.
“Atam Xanış kişi rəhmətə gedəndən sonra Lerik rayonunda ailəmiz üçün dözülməz şərait yaranıb. Ötən il Lerik rayonunun icra başçısı Novruz bayramı günü atamın tikdirdiyi, üstündə Heydər Əliyevin şəkli olan bulağı sökdürdü. Hansı ki, atam mərhum Prizident Heydər Əliyevlə həmişə bu bulağın qarşısında görüşərdi. İcra başçısının birinci müavini Cəlil Baxşıyev müxtəlif adlarla ailəmizə məxsus pay torpaqlarımızı əlimizdən aldı. Rayonda övladlarımızın işlə təmin olunmasına imkan vermirlər. Harada bir balaca iş yeri tapırıq, dərhal ora sifariş yollayırlar ki, bunlara iş verməyin. Məsələn, oğlum Lerik Qaz İstismar İdarəsində işləyərkən hərbi xidmətə gedib, lakin indi imkan vermirlər ki, o, əvvəlki işinə qayıtsın.
Bacım Tellinin yarım hektardan artıq payıbəlli torpağını alıblar ki, guya onun övladına münasib iş verəcəklər. Lakin heç nə yoxdur. Lerik Rayon İcra Hakimiyyətində nəinki insanların haqlı şikayətlərini həll etmirlər, əksinə, haqqını tələb edənləri təhqir edir, yaxud da şərləyirlər.
Mən, 53 yaşlı, rayonun qocaman ekskovatorçusunu isə demək olar ki, açıq-aşkar istismar edirlər.
Rəsmi iş yerim Xanbulaq Su-Melorasiya İdarəsidir. Həmin idarənin Lerikə təhkim olunmuş ekskovatorçusu kimi 1 ildən artıqdır ki, orada işləyirəm. Cəmi 109 manat əmək haqqı alıram. 120 min manat dəyərində olan bu texnikanın bütün təmir və yanacaq xərcləri də mənim üzərimdədir.
Mənim əsas işim Lerikdəki göllərdə, sututarlarda iş aparmaqdır. Lakin Lerik rayonunun icra başçısı Rövşən Bağırov və onun müavini Cəlil Baxşıyev məni tamam kənar işlər görməyə məcbur edir və zəhmət haqqımı da ödəmirlər. Rayonda məktəb tikilir. Bütün hamarlama və qazma işlərini mənə tapşırırlar. Məgər məktəb tikintisi üçün vəsait ayrılmır? Axı, hər yeni məktəb tikiləndə elan edirlər ki, bu binanın inşasına 1 milyon, 2 milyon manat pul ayrılır. Bəs həmin pullar hara gedir?
Yaxud, kəndlərin qazlaşdırılması üçün milyon manatlarla vəsait ayrılır. Lerikin mərkəzindən 14 kilometr məsafədə yerləşən Durğan kəndinə də qaz çəkilir. Ən çətin keçidlərdən keçən bu xətdə qazma işlərini mən apardım. Çox təhlükəli yerlərdə qazma işləri gördüm. Lakin bu əziyyətli işin müqabilində bir manat da ala bilmədim.
1-ci müavin Cəlil Baxşıyev kiməsə ev yeri üçün torpaq satır. Onun yerini isə mənə hamarlatdırır. Bəzən hər ay 5-10 ev yerini hamarlayır və beton üçün yer qazıram. Bu insan açıq-aşkar məni istismar edir. Nə istirahət bilirəm, nə bayram. Elə olur ki, bir sutkanın 15-20 saatını işləməli oluram. Lakin zəhmət haqqım ödənilmir.
İşlətdiyim texnikanın hər 2 aydan bir yağ və filtrini dəyişmək 700-750 manata başa gəlir. Bu günlərdə “diferi” dəyişməyə 3 min manat xərcləmişəm. 3 min 500 manata həmin ekskovator üçün 4 təkər almışam.
Lənkərandan texnika çağıranda eyni iş üçün 7 min manat pul ödəyirlər. Amma həmin işə görə mənə heç 100 manat da vermirlər.
Haqqımı tələb edəndə isə mən şantaj olunuram. Guya idarələrdən haqq yağıram. İdarə ekskovatorçuya niyə haqq verməlidir ki?
Neçə inəyimi, digər əmlakımı satıb maşının təmiri üçün sərf etmişəm. Neçə kənd üçün qaz xəttinin qazıntısını aparsam da, lakin özüm qaz pulunu verə bilmirəm.
Bütün bunlar azmış kimi, haqqımı tələb edəndə məni polislə hədələyirlər. Martın 12-də polis məni saxlayıb ki, guya çayın məcrasını dəyişmişəm. Harada dəyişmişəm, bunu göstərə də bilmirlər. Nə icra başçısının, nə müavini Cəlil Baxşıyevin qəbuluna düşmək mümkünsüzdür.
İcra başçısını ancaq qəbul günündə tapmaq olur. Həmin vaxtda da nə deyirsən, de, heç bir reaksiya yoxdur, elə bil quyuya yuxu danışırsan.
Polis rəisinə deyirəm ki, apar məni icra başçısının, onun müavininin görüşünə, üzbəüz deyim ki, kimin günahı nədir, savabı nə. Lakin aparmır.
Prezidentdən tutmuş bütün əlaqədar təşkilatlara müraciət etmişəm, rayon rəhbərlərinin yanına ağsaqqal göndərmişəm, lakin şikayətimizə baxan yoxdur.
Mənə və yaxınlarıma açıq-aşkar zülm edilir.
Artıq 20-dən artıq qohumumla ölkədən köçmək üçün sənədlər hazırlayırıq. Lerikdə yaşamaq mümkünsüz olub. Nə qədər ki, rayonda belə rəhbərlər var - ya burada qan düşəcək, ya gözgörəsi məhv olacağıq.
Mən bu problemimlə bağlı ölkə başçısı İlham Əliyev cənablarının saytına da məktub yollamışam. Xanış kişinin 20-dən yuxarı övladının adından xahiş etmişik ki, bizim bu ölkədən getməyimizə yardımçı olsun. Artıq yaşamaq mümkünsüzdür”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • 9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama
Bu gün, 13:10 |
|
|
|
| • Zəngəzurla bağlı yeni SİQNAL – Bakının GÖZLƏNTİSİ açıqlandı
Bu gün, 13:06 |
|
|
|
| • Ucarda vəhşi heyvan sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb - FOTO
Bu gün, 13:00 |
|
|
|
| • Manato vətəndaşı belə təhqir etdi - FOTOFAKT
Bu gün, 12:58 |
|
|
|
| • Azərbaycan XİN İrəvanda Türkiyə bayrağının yandırılmasını pisləyib - BƏYANAT
Bu gün, 12:52 |
|
|
|
| • "Milli Konservatoriyanı elm ocağı kimi düşünürdüm, toyxana kimi yox" - Bəstəkarlar İttifaqının sədri
Bu gün, 12:50 |
|
|
|
| • Nəriman Həsənzadədən xəbər var - "Yaradılıcılıqla məşğul ola, işə gedə bilmir"
Bu gün, 12:48 |
|
|
|
| • Səhiyyədə “islahat” oyunu: - Professor hər şeyi AÇDI
Bu gün, 12:45 |
|
|
|
| • Yeni TƏBİB şefi Qaralovlarla bacara biləcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:36 |
|
|
|
| • Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:29 |
|
|
|
| • Sökülən ev, verilməyən kompensasiya - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:20 |
|
|
|
| • Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i
Bu gün, 12:14 |
|
|
|
| • “PashaPay” ölkənin ən iri ekosistemində pay alıb
Bu gün, 12:10 |
|
|
|
| • Bakı Taksi Xidməti dövlət qarşısında borca düşüb - FOTO
Bu gün, 12:03 |
|
|
|
| • Azərbaycan şirkəti məhkəməni uduzdu, 1 milyon təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 11:55 |
|
|
|
| • 200 manat ver və uşağı döy... - ŞƏRH
Bu gün, 11:51 |
|
|
|
| • Bakıda mağazadan 100 minlik qızıl oğurladılar - Video
Bu gün, 11:49 |
|
|
|
| • “Paşa Bank Gürcüstan”ın mənfəəti 5,5 dəfə azalıb
Bu gün, 11:38 |
|
|
|
| • “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 11:37 |
|
|
|
| • Naxçıvan deputatlarının maaşları artırıldı - 7 min manatdan 15 min manata qədər
Bu gün, 11:35 |
|
|
|
| • Xameneinin ciddi zədələri var – Əməliyyata ehtiyacı ola bilər
Bu gün, 11:30 |
|
|
|
| • Mağaza sahibini döyən şəxs: - “Nisyə ərzaq almaq istədim, lakin o, məni təhqir etdi”
Bu gün, 11:23 |
|
|
|
| • Vüsalə Əlizadə vətəndaşı təhqir edib? – Aparıcıdan polisə şikayət edildi
Bu gün, 11:21 |
|
|
|
| • MSK-nın yeni tərkibinin nə zaman təsdiqlənəcəyi məlum olub
Bu gün, 11:15 |
|
|
|
| • "Təcili yardım"ın rəhbəri vəzifəsi bu şəxsə həvalə edildi - BUNDAN SONRA...
Bu gün, 11:14 |
|
|
|
| • Cəfərquliyev restoranda DAVA SALDI VƏ... - TƏFƏRRÜAT
Bu gün, 11:08 |
|
|
|
| • Məktəb direktoru: Valideynlərdən bizə təzyiq var, problemin əsası ailədədir - MÜSAHİBƏ
Bu gün, 11:04 |
|
|
|
| • Boş vaxtlarını səmərəli dəyərləndirən gənc aktyorumuz - Orxan Saffari yazır...
Bu gün, 10:58 |
|
|
|
| • Bakıda daha bir məktəbdə İNSİDENT: Şagirdlər məktəblini təhdid etdi -VİDEO
Bu gün, 10:52 |
|
|
|
| • Ermənistan daxilində siyasi hesablar sülhü yubadır - ŞƏRH
Bu gün, 10:49 |
|
|
|
| • Seçiləri onlarla ONLAYN görüşən Siyavuş Novruzovu BOYKOT ETDİLƏR: “Bizə belə deputat lazım deyil” - "Bu, sadəcə camaatı aldatmaq, işləyirmiş kimi görüntü yaratmaqdır..."
Bu gün, 10:43 |
|
|
|
| • Ermənistan Türkiyənin düşmənləri ilə hərbi ittifaq qurur - SÜLHƏ BELƏ GEDİRLƏR?
Bu gün, 10:39 |
|
|
|
| • İki ayağı olmayan qazi baş həkimdən Prezidentə GİLEYLƏNDİ - "İmkan vermir ki..."
Bu gün, 10:32 |
|
|
|
| • Şəmkirdə su istifadəçilərinin başına CORAB HÖRÜLÜR... - İLGİNC FAKTLAR
Bu gün, 10:25 |
|
|
|
| • Həbsdən çıxan tanınmış cərrahdan Prezidentə müraciət – “Məhkəmə tam qanunsuz qərar qəbul etdi”
Bu gün, 10:10 |
|
|
|
| • Azərbaycanda toylarla bağlı qadağalar gəlir? - AKTUAL
Bu gün, 10:08 |
|
|
|
| • “Bolt” şirkətinin ofisində sürücülər arasında dava - MƏHKƏMƏ
Bu gün, 10:05 |
|
|
|
| • Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt - MƏQALƏ
Bu gün, 10:01 |
|
|
|
| • Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilir - FOTO
Bu gün, 09:59 |
|
|
|
| • Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib
Bu gün, 09:54 |
|
|
|
| • Bakıda dələduzluğa görə həbsdə olmuş eks-müəllim yenidən amnistiyaya düşdü - DETALLAR
Bu gün, 09:52 |
|
|
|
| • Ermənistanda onlarla yaşayış məntəqəsi boşdur - Paşinyan belə deyir...
Bu gün, 09:49 |
|
|
|
| • TƏBİB-də kimlər getdi, kimlər qaldı? – Bakı xəstəxanalarının tam siyahısı
Bu gün, 09:48 |
|
|
|
| • Azərbaycanlı iş adamları hədəfdə - indi də Ağalarov...
Bu gün, 09:43 |
|
|
|
| • Rusiyada saxta sürücülük vəsiqəsi əldə edən azərbaycanlı Bakıda cinayət məsuliyyətinə cəlb olundu - TƏFƏRRÜAT
Bu gün, 09:32 |
|
|
|
| • "Caspian Finance" BOKT nizamnamə kapitalını 2 dəfə azaldır
Bu gün, 09:30 |
|
|
|
| • Hansı xəstəxanaya gedirsən, hamı cibinə və əlinə baxır... - FAKT BUDUR!
Bu gün, 09:28 |
|
|
|
| • Müxalifət partiyaları QIŞDAN necə çıxdı? - SORĞU
Bu gün, 08:21 |
|
|
|
| • Miras mübahisəsi gündəm yaratdı – “Onu təhqir etmirəm, sadəcə…”
Bu gün, 08:19 |
|
|
|
| • Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir - KİV
Bu gün, 08:17 |
|
|
|
|