Yeni parkda gənc rəssamların sərgisi keçirilib .....                     Rafael Abdullayevə KİMSƏ SÖZ KEÇİRƏ BİLMİRMİ? .....                     "Gələn təklifləri təkidlə rədd etmişəm" .....                     “Qarabağı aldıq, Bakıda evimizə çıxarış ala bilmirik” .....                     Kanada vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib .....                     Putin Azərbaycandan DANIŞDI .....                     "Bütün müəllimlər tək bir söz dedilər: Ayıb olsun!" .....                     "Şəhriyar Laçınov Əli Həsənovun sözündən çıxa bilmədi və məni işdən azad etdi" .....                     “Bakcell” 4-cü “YAŞAT” düşərgəsinin tərəfdaşıdır .....                     "Trampın ABŞ-ni müharibəyə sürükləməsi qaçılmaz görünür" .....                     Paşinyan Türkiyədə Ərdoğanla GÖRÜŞƏCƏK? .....                     İsrail-İran savaşının Azərbaycana iqtisadi təsirləri nə olacaq? .....                     Üçüncü "nüvə erası" .....                     ABŞ yaxın günlərdə İrana zərbə endirməyə hazırlaşır .....                     'Meqa Sığorta' şirkətinin saxtakarlığı üzə çıxdı... .....                     44 gün döyüşüb, yaralanıb, AMMA... .....                     "Nə deyəsən belə aptekə, axı..." .....                     "İstəmədiyimiz ürəkbulandırıcı söhbətlər efirdə danışılır" .....                     Qeyri-iş günlərinin vaxtı dəyişdi: Bu şəxslər narazı qalacaq .....                     ABŞ-nin İranla nüvə sazişi bağlaya biləcəyini istisna etmirəm .....                     İranda İsrail üçün çalışan PUA mühəndisləri saxlanılıb .....                     Zelenski ilə görüşə hazıram .....                     İsrail Tehrana və İranın digər ərazilərinə zərbələr endirib .....                     Putin İsrailin Xameneini aradan götürmək planlarına münasibət bildirib .....                     İsrail İranın dövlət televiziyasına sızdı .....                     İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib .....                     BDU-nun rektoru Qlobal Dayanıqlı İnkişaf Konqresinin panel müzakirəsində çıxış edib .....                     Tramp Putinin İranla bağlı vasitəçilik təklif etdiyini bildirib .....                     Təbriz yaxınlığında məhv edilən ballistik raket zavodunun görüntüləri yayıldı .....                     Göygöl RİH "bir sıra tədbirlərə" 140 min manat xərcləyəcək .....                     Mədəniyyət Mərkəzində kütləvi İXTİSAR .....                     DGK-nın hospitalına 1,4 milyonluq tibbi mal satacaq 2 manatlıq “Paşa-K” Firması kimindir? .....                     Azər Qasımlının məhkəməsi başlayıb .....                     İsrail ordusu Tehranda İranın daxili təhlükəsizlik sisteminin qərargahına zərbə endirib .....                     Gənc alimdən tələb: Sənədlərimi saxtalaşdıran bu şəxslər cəzalandırılsın! .....                     Xameneidən kritik çağırışı: Xeybər döyüşü nədir? .....                     Yaxın saatlarda vəziyyət dəyişəcək: .....                     Hospital rəisi polkovnik Şükür Eyvazov haqqında Elçin Quliyevə şikayət… .....                     Baş Prokuror əmrlər imzalayıb: KİM HARA GETDİ... .....                     Xaçmazda qadını qətlə yetirən şəxsə 19 il həbs cəzası verilib .....                 

ŞOK: - SUMQAYIT MƏHKƏMƏSİ ƏRLİ QADINI ƏRƏ VERİB
Tarix: 22-02-2013, 12:01 | Çap et
ŞOK: - SUMQAYIT MƏHKƏMƏSİ ƏRLİ QADINI ƏRƏ VERİB
BAŞQA ÖLKƏNIN VƏTƏNDAŞI OLAN QADIN HAQDA İLGİNC QƏRAR ÇIXARILIB

DİA.AZ: - Redaksiyamıza qəribə bir məktub daxil olub. Hazırda Volqoqrad şəhərində yaşayan Flora Güləmir qızı Babayeva Sumqayıt şəhər İnzibati İqtisadi Məhkəməsinin onun xəbəri olmadan onu ərə verməsindən danışır. DİA.AZ-a daxil olan məktubdan aydın olur ki, Zaur Pirverdiyev adlı hakim 2006-cı ildə əri Babayev Sabitdən boşanaraq ba.qasına ərə getmiş bu qadını özünün xəbəri olmadan məhkəmə keçirərək əvvəlki ərinə qaytarıb. Flora xanım dünyada bəlkə də bundan əcaib bir hadisə baş vermədiyini bildirir. Oxucuya məsələ tam aydın olsun deyə həmin məktubu nöqtə -vergülünə toxunmadan dərc edirik.

“Yazıb sizə bildiriərm ki, mən 27.12-1991-ci ildə Qusar rayonunda yaşayan Babayev Sabit Əlibala oğlu ilə ailə qurmuşam. Bu nigahdan bizim üç qız övladımız dünyaya gəlib. Maddi çətinlik üzündən 1998-ci ildə Volqaqrad şəhərinə köçmüşük. Orada mənim anam, iki qardaşım, üç bacım yaşayır. Bir müddət onların himayəsində yaşamalı oldum. Yalnız mən işləməyə başlayandan sonra ailə təminatımız müəyyən qədər ödənildi və biz qohumların himayəsindən çıxdıq. Sonralar işimi daha da genişləndirərək ailənin maddi durumunu tam sabitləşdirə bildim. Mən vətənə dönmək arzusu ilə yaşayaraq, durmadan çalışdığım halda, keçmiş ərim - Babayev Sabit Əlibala oğlu nəinki mənə kömək etmir, əksinə, mənim fəaliyyətimi də səbəbsiz olaraq əngəlləyirdi. O, gah qondurma bəhanələrlə evdə dava-dalaş salır, gah zor tətbiq edib məni döyüb-söyür, gah pulları götürüb mənasız yerlərə xərcləyir, gah araq dostlarını kirayədə qaldığımız və üç qız uşağı olan evə gətirərək hay-küylü ziyafətlər qurur, gah da həftələrlə yoxa çıxırdı. O, ailə başçısı deyilmiş kimi, ailənin heç bir ehtiyacını ödəmir və balalarını düşünmürdü.

2006-cı ilin ortalarına qədər davam edən bu anormal həyat tərzi artıq dözülməz həddə yetmişdi. 2006 -cı ildə onun məndən gizli olaraq iş yeri kimi istifadə etdiyim obyekti (qarajı) bir köhnə minik avtomobilinə dəyişməsi nəticəsində mən işimi və ailənin yeganə qazanc yerini itirdim. Bundan sonra ailəmiz yenidən ciddi maddi çətinliklərlə üz-üzə qaldı. Belə bir şəraitdə o məni boşamaqla hədələdi. Mən üç qız övladı ilə nə etmək və necə yaşamaq haqqında düşündüyüm halda o, ümumiyyətlə, Volqoqraddan yoxa çıxdı. Mən bu zaman yad şəhərdən çıxıb Vətənə qayıtmaq istəyirdim. Lakin köhnə SSRİ pasportumun vaxtı keçdiyindən və Azərbaycanın yeni pasportunu almadığımdan, bu istəyimi də gerçəkləşdirə bilmirdim. Təsəvvür edin, üç azyaşlı uşaq qucağımda küçələrdə qalmış, qohumlarıma da üz tuta bilmirdim.

Bir gün, daha dəqiq desəm, 2007-ci il may ayının sonlarında Sabit Babayev mənim gözləmədiyim halda kirayə qaldığım evə gələrək nigahımızın pozulması haqqında şəhadətnaməni üstümə atıb, məni dilə gətirilməsi mümkün olmayan ifadələrlə təhqir edərək, məndən canını qurtardığını bildirdi. Düzünü deyim, 1998-ci ildən sonra bir dəfə Azərbaycanda olmadığım və məhkəmə tərəfindən heç bir çağırış almadığım halda, guya, Qusar rayon Məhkəməsi bizim nigahımızı pozmuş və bizim ayrılmağımız haqqında qərar çıxarmışdı. Bunun necə baş verdiyini bu günədək anlaya anlaya bilmirəm. Çünki o, bildirirdi ki, guya, məhkəməyə müraciət edib və məhkəmə qərarı əsasında Qusar rayon VVAQ idarəsi nigahın pozulması barədə Şəhadətnaməni ona təqdim edib. Doğrudur, bütün bu proseslərin qanunsuz şəkildə olduğunu bilsəm də, məsələni böyütmədim. Sadəcə olaraq, bu rəsmi boşanmadan sonra övladlarımı necə saxlamaq və böyütmək üçün yollar axtarmağa başladım. Çünki bu şəxs (keçmiş həyat yoldaşım Sabit Babayev) övladlarımızın böyüməsində iştirak etməyəcəyini də qəti şəkildə bildirmişdi. Doğrusu, yuxarıda qeyd etdiyim kimi, nigahda olduğumuz vaxtda da bu adamdan heç bir kömək görməmişdim.

Çox acınacaqlı vəziyyət yaransa da, özümü itirmədim, birtəhər ailəmi dolandıra bildim. Lakin 2007-ci ildə tale sanki məni ikinci dəfə sınağa çəkdi. Volqoqradda yaşayan həmyerlim Baqiyev Fariz Əbdülcəlil oğlu ilə tanış oldum və tezliklə o, mənə ailə qurmağı təklif etdi. Biz 7 iyul 2007-ci ildə onunla rəsmi nigaha girdik. Amma təəsüflər olsun ki, o, mənim övladlarıma ögey münasibət bəslədiyi üçün 2010- cu ildə ayrılmalı olduq.

Sabit Babayevlə nigahımızın pozulmasından 7 il keçəndən və mən bu illər ərzində daha bir dəfə nigahda olub ayrıldıqdan sonra adıçəkilən şəxs müəyyən maraqlarını təmin etmək məqsədi ilə məndən xəbərsiz məlum olmayan yollarla nigahımızı bərpa etmək fikrinə düşüb. Özü də bu işi o özü yox, onun qardaşı Babayev Rahib həyata keçirib. Bu dəfə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi Qusar rayon məhkəməsinin yolu ilə gedərək (adıçəkilən məhkəmə bu gün bildirir ki, ümumiyyətlə belə bir işə baxmayıb) mənim rəsmi razılığım və iştirakım olmadan başqa bir şəxslə mülki nigahda olduğum halda təzədən məni Sabit Babayevə “ərə verib”. Daha doğrusu, 2006-cı ildə pozulmuş nigahı bərpa edib.

Məni təəcübləndirən budur ki, Sabit Babayev bu qanunsuz əməlləri məhkəmə yolu ilə necə gerçəkləşdirib. Bir qədər də açıq desəm, məhkəmə ərdə olan qadını necə, hansı maraqla başqasına ərə verir. Həm gülməli, həm də faciəvi haldır. Bu gün mən başqa bir dövlətin vətəndaşıyam. Elə bu mövqedən çıxış edərək mən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsindən soruşmaq istəyirəm: Mən başqa bir dövlətin - Rusiya Federasiyasının vətəndaşı olduğum halda və mənə heç bir xəbərdarlıq olunmadığı bir vəziyyətdə siz məni necə başqa bir şəxsə “ərə verirsiniz”? Onu da bildirirəm ki, mənim artıq yetkinlik yaşına çatmış övladlarım da məhkəmə tərəfindən mənim hüquqlarımın pozulmasına etiraz edirlər. Vaxtilə Sabit Babayevin mənə qarşı törətdiyi əməlləri görən qızlarım hətta rəsmi şəkildə onların şəxsiyyət vəsiqəsindən bu adamın adının və soyadının götürülməsini tələb edirlər. Mənim günümü qara, arzularımı puç edən, sağlamlığımı əlimdən alan bir adamla hansı hakim və hansı qanunla məni məcburi yaşamağa vadar edə bilər? Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimi Zaur Pirverdiyev bu addımı atanda nə düşünüb? Axı, məhkəməni bu şəkildə oyuncağa çevirmək olmaz!

Hörmətli redaksiya, sizdən çox xahiş edirəm, mənim hüquqlarımın bərpasında, mənə dəymiş maddi və mənəvi ziyanın ödənməsində mənə yardımçı olasınız. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimi Zaur Pirverdiyevin yol verdiyi səhvləri düzəldəcəyinə inanmaq istəyirəm! İstəyirəm inanım ki, Azərbaycann hüquq mühafizə orqanları ayrı-ayrı şəxslərin əlində oyuncaq deyil.
Flora Babayeva
Volqoqrad şəhəri,
(Üç uşaq anası)”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yeni parkda gənc rəssamların sərgisi keçirilib
Bu gün, 10:19
Rafael Abdullayevə KİMSƏ SÖZ KEÇİRƏ BİLMİRMİ? - DƏLİXANADIR, VALLH...
Bu gün, 10:17
"Gələn təklifləri təkidlə rədd etmişəm"
Bu gün, 10:07
“Qarabağı aldıq, Bakıda evimizə çıxarış ala bilmirik” - Gürcüstanda problemi iki ilə həll ediblər
Bu gün, 10:02
Kanada vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib
Bu gün, 09:58
Putin Azərbaycandan DANIŞDI - AMMA...
Bu gün, 07:42
"Bütün müəllimlər tək bir söz dedilər: Ayıb olsun!" - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:40
"Şəhriyar Laçınov Əli Həsənovun sözündən çıxa bilmədi və məni işdən azad etdi" - İTTİHAM VAR...
Bu gün, 07:34
“Bakcell” 4-cü “YAŞAT” düşərgəsinin tərəfdaşıdır - FOTOLAR
Bu gün, 07:17
"Trampın ABŞ-ni müharibəyə sürükləməsi qaçılmaz görünür" - Zərdüşt Əlizadə
Bu gün, 07:14
Paşinyan Türkiyədə Ərdoğanla GÖRÜŞƏCƏK? - Nələr baş verir...
Bu gün, 07:11
İsrail-İran savaşının Azərbaycana iqtisadi təsirləri nə olacaq? - ARAŞDIRMA
Bu gün, 07:04
Üçüncü "nüvə erası" - “Pandora qutusu” artıq açılıb
Bu gün, 07:01
ABŞ yaxın günlərdə İrana zərbə endirməyə hazırlaşır - “Bloomberg”
Bu gün, 07:00
'Meqa Sığorta' şirkətinin saxtakarlığı üzə çıxdı... - BU NƏDİ BELƏ?
Bu gün, 06:58
44 gün döyüşüb, yaralanıb, AMMA... - HƏLƏ DƏ...
Bu gün, 06:55
"Nə deyəsən belə aptekə, axı..." - NARAZILIQ VAR...
Bu gün, 06:51
"İstəmədiyimiz ürəkbulandırıcı söhbətlər efirdə danışılır" - ETİRAZ
Bu gün, 06:35
Qeyri-iş günlərinin vaxtı dəyişdi: Bu şəxslər narazı qalacaq – SƏBƏB
Bu gün, 06:32
ABŞ-nin İranla nüvə sazişi bağlaya biləcəyini istisna etmirəm - Tramp
Bu gün, 06:30
İranda İsrail üçün çalışan PUA mühəndisləri saxlanılıb - "Mehr"
Bu gün, 06:28
Zelenski ilə görüşə hazıram - Putin
Bu gün, 06:26
İsrail Tehrana və İranın digər ərazilərinə zərbələr endirib
Bu gün, 06:23
Putin İsrailin Xameneini aradan götürmək planlarına münasibət bildirib - İran Moskvadan hərbi yardım istəməyib
Bu gün, 06:22
İsrail İranın dövlət televiziyasına sızdı - Ekranda bu sözlər yazılır
Bu gün, 00:00
İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
Dünən, 23:58
BDU-nun rektoru Qlobal Dayanıqlı İnkişaf Konqresinin panel müzakirəsində çıxış edib - FOTO
Dünən, 21:25
Tramp Putinin İranla bağlı vasitəçilik təklif etdiyini bildirib
Dünən, 19:42
Təbriz yaxınlığında məhv edilən ballistik raket zavodunun görüntüləri yayıldı - FOTO
Dünən, 18:07
Göygöl RİH "bir sıra tədbirlərə" 140 min manat xərcləyəcək
Dünən, 18:04
Mədəniyyət Mərkəzində kütləvi İXTİSAR – 35 nəfər niyə işdən ÇIXARILIR?
Dünən, 18:02
DGK-nın hospitalına 1,4 milyonluq tibbi mal satacaq 2 manatlıq “Paşa-K” Firması kimindir? - İLGİNC
Dünən, 17:58
Azər Qasımlının məhkəməsi başlayıb
Dünən, 17:47
İsrail ordusu Tehranda İranın daxili təhlükəsizlik sisteminin qərargahına zərbə endirib - “X”
Dünən, 17:45
Gənc alimdən tələb: Sənədlərimi saxtalaşdıran bu şəxslər cəzalandırılsın! - FOTO
Dünən, 17:35
Xameneidən kritik çağırışı: Xeybər döyüşü nədir? – Müsəlman dünyası birləşir?
Dünən, 17:27
Yaxın saatlarda vəziyyət dəyişəcək: - Çin və ABŞ müharibəyə bu halda qoşulacaq
Dünən, 17:25
Hospital rəisi polkovnik Şükür Eyvazov haqqında Elçin Quliyevə şikayət… - 4 ildir ki...
Dünən, 17:15
Baş Prokuror əmrlər imzalayıb: KİM HARA GETDİ... - TƏFƏRRÜAT
Dünən, 17:09
Xaçmazda qadını qətlə yetirən şəxsə 19 il həbs cəzası verilib
Dünən, 17:05
Əvvəl malda problem, sonra müqavilədə haqsızlıq: - “Embawood” cərimələndi
Dünən, 17:03
ONKOLOJİ XƏSTƏ OLAN GƏNCİ HƏRBİ XİDMƏTƏ APARDILAR... - "TSEK-in həkimləri yenə də cəzalandırılmayacaq?"
Dünən, 16:57
İran AEBA-nı öhdəliklərini yerinə yetirməməkdə ittiham edib
Dünən, 16:53
Trampın İran planı nədir? - Yeni TƏFƏRRÜATLAR
Dünən, 16:37
Ölüm olan klinikada yoxlama aparıldı: Həkim qanunsuz işləyirmiş - TƏFƏRRÜAT
Dünən, 16:35
Fəzail Ağamlı da partiya sədrliyindən GEDİR - AÇIQLAMA
Dünən, 16:32
Aqrar Universitetdə ŞOK YEYİNTİ FAKTLARI –Qanun pozuntularını kimlər ört-basdır edir…
Dünən, 16:22
Rusiya Ermənistanda din-dövlət münasibətlərini gərginləşdirməyə çalışır - FAKT BUDUR...
Dünən, 16:19
Sertifikasiyadan kəsilən müəllimlərlə bağlı MARAQLI TƏKLİF - “Keçə bilməyənlərə aylıq maaş ödənilsin”
Dünən, 16:17
Bərdədə Cümə məscidinin yanındakı qanunsuz tikintini hansı məmur himayə edir? -FOTOFAKT
Dünən, 16:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru